N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə9/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

müstəqilliyi 

ilə 


(inkişafda 

varislik, 

m üxtəlif  xalqların 

mədəniyyətlərinin bir-birinə təsiri və s.)  səciyyələnir (39,  s.24).

Ümumiyyətlə,  mədəniyyətin  mahiyyətinə  m üxtəlif mövqe­

lərdən  yanaşan  çoxsaylı  təriflər  mövcuddur.  Bu  terminoloji 

problemlər  içərisində  maraqlı  olan  anlayışlar  kifayət  qədərdir. 

Adətən,  mədəniyyət  dedikdə  ictimai  qrup,  fərdi  varlıq  və 

şüurun  vəziyyəti,  həmçinin  həmin  vəziyyətin  dəyişilməsi 

sahəsində  fəaliyyət  başa  düşülür.  Varlığın  vəziyyəti,  onun 

dəyişilməsindəki  fəaliyyət  adətən  maddi  vəziyyət  adlanır. 

Varlıq  haqqında  təsəvvürlərin  dəyişilməsinə  aid  fəaliyyəti  və 

həmin  fəaliyyətin  nəticələri  çox  vaxt  mənəvi  mədəniyyət 

adlanır.  Maddi  və  mənəvi  mədəniyyət  bir-birilə  sıx  surətdə 

əlaqədardır.  “Varlıq  şüuru  müəyyən  edir”  fikri  qədər,  “şüur 

varlığı  müəyyən  edir”  fikri  də  fəlsəfi  və  kulturoloji 

diskussiyaların  müzakirə  obyektidir  (138,  s. 151).  Tanınmış 

tədqiqatçı  Y.M.Lotmanm:  “şüurdakı hər hansı  dəyişiklik maddi 

mədəniyyətin  dəyişilməsinə  təsir edir”  və  ya  əksinə “mədəniy­

yət  təkcə  binam  yaratmır,  o  həm  də  insanları  yaradır”  kimi 

fikirləri  çox alimlər tərəfindən qəbul edilməkdədir (127,  s.29).

Qeyd  etmək  lazımdır  ki,  mənəvi  mədəniyyəti  mənəvi 

istehsalla  eyniləşdirmək  olmaz.  Mənəvi  istehsal  -   ideyaların, 

normaların,  dəyərlərin  məcmusudur.  Mənəvi  mədəniyyət  daha 

geniş  anlayış  olub,  mənəvi  istehsalı  da  özünə  daxil  edir. 

Deməli,  mədəniyyət maddi  və mənəvi  dəyərlərin məcmusudur. 

Konkret  olaraq  mədəniyyətə,  belə  bir  tərif  vermək  olar. 

M ədəniyyət  -   cəmiyyətin  bütün  tarixi  boyu  əldə  etdiyi  maddi 

və 

mənəvi 


sərvətlərin 

məcmusudur, 

həmçinin 

onlann 


yaradılması  qabiliyyəti  və bəşəriyyətin  tərəqqisi  üçün  onlardan 

istifadə  etmək  və  onları  nəsildən-nəslə  vermək  bacarığıdır. 

M ədəniyyət  insanın  sirli-sehirli  dünyasıdır.  Onun  özünü  dərk 

etməsi və şəxsiyyətin mövcudluq üsuludur (99,  s.428).

Əksər  tədqiqatçıların  rəyinə  görə  maddi  və  mənəvi 

mədəniyyət  arasındakı  fərq  nisbidir.  Çünki  onlann  hər  ikisi 

insanın 

mahiyyət 

qüvvələrinin 

predmetləşdirilməsi 

26



predmetsizləşməsi  nəticəsi  olaraq  meydana  çıxır  və  onun 

yaradıcılıqda  tələbatının  reallaşmasıdır.  Maddi  mədəniyyət 

“şey”  tələbatının  ödənilməsi  üçün  dəyər  yaradır.  İnsanın 

cismani  təşkilini  əsaslandıran  qida,  paltar və  yaşayış  yeri  və  s. 

üçün  dəyərlərin  içərisində  prioritet  xarakterə  malik  olur. 

Mənəvi  dəyərlər  bütün  tələblərdən  “yüksəkdədir” .  O  cismani 

tələbatlar çərçivəsindən  kənara çıxır və onların ödənilməsi üsu­

lunu  mürəkkəbləşdirir.  Mənəvi  mədəniyyət  iki  növdə  mövcud 

olur.  Birincisi,  predmet  şey  dəyərləri  kimi,  bu  adətən  insandan 

özgələşmiş  əmtəə  forması  almışdır.  Onlar  maddi  istehsalın 

nəticələrinə  oxşayır.  İkincisi,  mənəvi  mədəniyyət  fəaliyyət 

aktını  təmsil  edir və burada nəticə insandan  özgələşməmişdir,  o 

yaradıcılıq  prosesinin  özü  ilə  üst-üstə  düşür  (tamaşa,  dərs, 

müalicə  təsiri).  Buradan  mənəvi  istehsalın  spesifikası  maddi 

istehsalla  müqayisədə  fərqlənir.  Mənəvi  istehsal  unikal, 

təkrarsız  dəyərləri  yaradır.  Bu  maddi  rifah  sahəsindəki 

istehsaldan  fərqli  olaraq  şablona,  tirajlaşdırmaya  aid  deyildir. 

Çünki  maddi  istehsal  sahəsində  ağalıq  edən  standart  sxemdən 

fərqlənir.  Deməli,  mənəvi  istehsal  prosesində  insan  daha  çox 

azadlığa  malik  olduğundan,  şablondan  uzaqdır  və  burada 

yaradıcılıq  potensiyasını  daha  geniş  şəikldə  təzahür  etdirir. 

Maddi  mədəniyyət əsasən kollektiv cəhd nəticəsində yaranır və 

bilavasitə  korporasiyanın  sahəsində  mümkün  olur.  Mənəvi 

istehsal  korporasiyaya  məruz  qalır  lakin  o,  təkbaşına  baş  verir 

(rəssamlıq,  dramaturqiya,  bədii  ədəbiyyat,  dini  ehkamlar  və  s. 

konkret  mənəvi  məhsulun  yaradılış  məqamı  bir  müəllifin 

iştirakı baş verir).

Mədəniyyət 

insan 

tərəfindən 



yaradılır, 

mədəniyyəti 

öyrənirlər,  çünki,  o  gen  yolu  ilə  keçmir,  hər  bir  nəsil  onu 

yenidən  yaradır  və  gələcək  nəsilə  ötürür.  Bu  proses  sosi- 

allaşmanın 

əsasıdır. 

Dəyərlərin, 

inamların, 

normaların, 

qaydaların  və  idealların  mənimsənilməsi  nəticəsində  uşağın 

şəxsiyyətinin formalaşması və bu hərəkətinin tənzinlənməsi baş 

verir.  Əgər  sosiallaşma  prosesi  kütləvi  ölçüdə  dayansaydı  bu,

27



mədəniyyətin 

məhvinə 


gətirib 

çıxarırdı. 

Mədəniyyət 

cəmiyyətin  üzvlərinin  şəxsiyyətini  formalaşdırır,  bununla  da 

lazımi  dərəcədə onların hərəkətini tənzimləyir.

M əhz  mədəniyyət  fenomeni,  sadəcə  əşyaların  və  zehnin 

sadəcə  abstrakt  formalarda  istehsalını  deyil,  insanın  özünün 

sosial 


hadisə 

kimi, 


yəni 

onu 


ictimai 

əlaqələrin 

və 

münasibətlərin bütün bolluğunda istehsalını  üzvi  birləşdirməyə 



şərait  yaradır.  İnsanın  məzmun  qüvvəsinin  formalarından  biri 

kimi  cəmiyyətin,  onun m üxtəlif sosial  qruplarının proseslərinin 

dərəcə  və  ölçüsünün  göstəricisi  kimi  çıxış  edən  mədəniyət 

ideyalırın,  baxışların,  dəyər  istiqamətinin  və  ya  praktik 

fəaliyyətinin 

m üxtəlif 

formalarının 

birliyini 

göstərir. 

Mədəniyyətdə  yaradıcı  qüvvənin  sosial  şəxsi  keyfiyyətləri  əks 

olunur və möhkəmlənir.

Hər bir insan  cəmiyyəti  öz  şəxsi  spesifik mədəniyyətinə və 

ya  müəyyən  dərəcədə  digər  sistemlərlə  üst-üstə  düşən  sosial 

mədəni  sistemə  malikdir.  Sosial  mədəni  sistemlər  arasında 

fərqlər  fiziki  şəraitlərlə  və  resurslarla;  fəaliyyətin  m üxtəlif 

sahələrinə  məxsus  olan  imkanların  diapozonu  ilə,  dilin, 

ritualların  və  ənənələrin,  alətlərin  hazırlanmasının  istifadə 

edilməsininin  tipi  ilə;  sosial  inkişaf  dərəcəsi  ilə  bağlıdır. 

Fərdin,  onu  əhatə  edən,  içərisində  yaşadığı  mədəniyyət,  onun 

münasibətlərinə,  dəyərlərinə,  ideal  və  inamlarına  təsir  edir. 

Şübhəsiz  ki,  fərd  bir neçə  m üxtəlif mədəniyyətlər  çərçivəsində 

yaşaya və yerdəyişmə edə bilər.

Mədəniyyətin  əsas  funksiyaları  arasında  zehni,  aksioloji, 

qadağanedici,  stimullaşdırıcı,  tənzimləyici,  harmonikləşdirici, 

dəyişdirici,  gedonistik  (zövq),  varislik  funksiyasının  adını 

çəkirlər.

Ümumiyyətlə, 

mədəni 


universililər 

nədir? 


Mədəni 

universililər  -   zaman  və  məkandan,  cəmiyyətin  sosial  qurulu­

şundan  asılı  olmayaraq  bütün  mədəniyyətlərə  məxsus  olan 

normalar,  dəyərlər,  qaydalar,  ənənələr və xassələrdir.

28



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə