N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   2   3   4   5   6   7   8   9   ...   41

 

 

10 



Abidə mətnində alınma leksik vahid üçün kifayət qədər yüksək işlənmə tezliyi nümayiş etdirən səxt sözü 

fars  dilində  polisemantem  mahiyyəti  kəsb  edir  və  1)  ‘çətin,  ağır’;  2)  ‘ciddi,  kəskin,  əzazil,  sərt’;  3)  ‘kəskin, 

güclü’; 4) ‘bərk, möhkəm,  qart’  mənalarını  ifadə edir  (müq. et:  

1)  трудный,  тяжкий;  2)  суровый,  строгий,  резкий;  3)  резкий,  сильный;  4)  твёрдый,  жёсткий,  крепкий 

[4]).  

Dastanın müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmış variantında əksər hallarda səxt olmaq feili 



‘pərt  olmaq’  kimi  təqdim  edilmişdir:  Adağlusından  ərgənlik  bir  qırmızı  qaftan  gəldi.  Beyrək  geydi. 

Yoldaşlarına bu iş xoş gəlmədi. Səxt oldılar. Beyrək aydır: «Niyə səxt oldunuz?» – dedi. Ayıtdılar: «Necə 

səxt olmıyalum? Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz!» – dedilər. Beyrək aydır: «Bu qədər nəs-

nədən ötri niyə səxt olursız? Bu gün bən geydim, yarın naibim geysün» [5. S.57]. Müasir mətn variantında: 

Adaxlısından  bir  bəylik  qırmızı  qaftan  gəldi.  Beyrək  geydi.  Bu  iş  yoldaşlarına  xoş  gəlmədi.  Pərt  oldular

Beyrək dedi: «Niyə  pərt oldunuz?» Dedilər:  «Necə pərt olmayaq? Sən qırmızı qaftan geyirsən, biz isə ağ 

qaftan!»  Beyrək:  «Belə  şeydən  ötrü  halınızı  pozursunuz?  Bu  gün  mən  geymişəm,  sabah  naibim  geysin»  [5. 

S.155].  Nümunədən  də  göründüyü  kimi,  bəzi  hallarda  səxt  olmaq  frazeologizmi  pərt  olmaqla  deyil,  digər 

frazeoloji  vahidlərlə, məs.: halı pozulmaq, qanı qaralmaq ifadələri ilə əvəzlənir. Məs.: «Qazana düşmən imiş-

sən, bildim!» – dedi. Qalqub «Xoş qal!» – deyüb getdi. Aruz ğayət səxt oldı… [5. S.123–124], müasir  mətndə: 

Qazana düşmən olduğunu bildim. Qılbaş qakxıb: «Salamat qalın!» – deyib getdi. Aruzun qanı qaraldı [5. 

S.222].  Bu  fərqliliyin  kökünü  isə,  ilk  növbədə  səxt  sözünün  fars  dilindəki  polisemantem  kimi  mövcudlu-

ğunda  və  mənimsənildikdən  sonra  oxşar  məna  fərqliliyini  Azərbaycan  dilində  də  nümayiş  etdirməkdə 

davam  etməyində  axtarmaq  lazımdır.  Fars  dili  ilə  aktiv  bilinqvizm  şəraitində  mövcudiyyətini  sürdürməkdə 

olan  Cənubi  Azərbaycan  dialektlərində  səxt  sözü  həm  ‘bərk’,  həm  ‘kobud’  mənalarını  ifadə  edir.  Həmin 

sözün dialektdə işlənən derivatı – səxtiyan sözü ‘soxdalanmış (döyülüb işlənmiş) dəri’ mənasını verir [33]. 

Klassik  ədəbiyyatımıza  dair  nümunələr,  habelə  sonrakı  dövr  bədii  sənət  nümunələrindən  iqtibaslar  səxt 

sözünün dilimizdə həm ‘sərt’, həm ‘çətin’, həm ‘ağır’, həm də ‘bərk, möhkəm’ mənalarının ifadəsinə xidmət 

etdiyini ortaya qoyur: 

 

sərt’ mənasında: 



 

Verdi bir növ ilə cəvabımı səxt, 

Dedi ki, sən hara, təbaq hara? 

Nə rəvadır ola o məclisdə 

Bir sənin kimi şəxsi-bisərü pa? [30. S.278];  

 

çətin’ mənasında: 

 

Hərçənd səndən ayrılığım səxtdir mənə, 



Lakin başımda özgə diyarın havası var [30. S.247];  

 

möhkəm, bərk’ mənasında: 



 

Diriğa, bilmədim qədrin mən ol yari-vəfadarın! 

Əcayib səxt-canəm, yarsız mən arsiz qaldım?! [34. S.52];  

 

ağır, sərt’ mənalarında: 



 

C.Məmmədquluzadənin  xatirələrində  oxuyuruq:  ...O  ki  qaldı  siyasi  məsələlər,  bu  barədə  dilim  lal 



olsun: həmin əsrin senzorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan «s» hərfini 

yazmağa cürət eləməzdik... [35. S.82]; 

 

‘çətin’ mənasında: 

 

Nə bədbəxtin biriymişsən, 



Bizi həm eylədin bədbəxt; 


 

 

11 



Nə busət basmış hər yanı, 

Məişətmiz keçir çox səxt [10. S.45].  

 

Müasir Azərbaycan ədəbi dili üçün tamamən arxaikləşmiş fars komponentli feillər və feili frazeoloji 



vahidlər  arasında  pəncyek  çıqarmaq  ifadəsini  xüsusilə  qeyd  etmək  lazımdır.  Daha  öncə  nəzərdən 

keçirdiyimiz  səxt  olmaq  frazeoloji  vahidindən  fərqli  olaraq,  pəncyek  çıqarmaq  ifadəsi  qədim  Oğuz  elinin 

adət-ənənələrinin möhürünü daşıyır: Quşun ala qatını, qumaşın arusını, qızın gögçəgini, toquzlama çırğab 

çuxa  xanlar  xanı  Bayındıra  pəncyek  çıqardılar  [5.  S.97];  Şahinlərin  ən  yaxşısını,  qumaşın  gözəlini, 

qızların göyçəyini, doqquz cərgə zər naxışlı çuxanı Bayandır xana hədiyyə ayırdılar [5. S.195]. 

 

Təqdim edilən nümunələr KDQ dilində yer alan və zamanla arxaikləşmiş fars komponentli feillərin 



bir qrupunu təşkil edir. Lakin hətta bu məhdud qrupun timsalında belə KDQ-nın yazıya alınma dövründən 

müasir  günümüzədək  Azərbaycan  ədəbi  dilində  fars  komponentli  mürəkkəb  feillərin  semantik  adaptasiya 

prinsipləri haqqında ətraflı məlumat əldə edilməsinə yardımçı olur. 

 

Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Məqalədə  Azərbaycan  dilçiliyində  ilk  dəfə  olaraq 

«Kitabi-Dədə  Qorqud»  abidəsinin  dilindəki  fars  alınma  komponentli  tərkibi  feillərin  semantik  dəyişməsi 

tədqiqata  cəlb  edilmiş,  dastan  mətnində  yer  alan  və  tərkibində  fars  komponenti  olan  tərkibi  feillərin 

arxaikləşmə xronologiyası izlənmiş və bu prosesin digər söz sənəti nümunələrin dilindəki təzahür özəllikləri 

ilə  qarşılaşdırma  aparılmışdır.  Habelə,  həmin  komponentlərin  mənbə  dillə  qarşılaşdırması  əsasında 

arxaikləşmənin,  məhz  hansı  istiqamətdə  cərəyan  etdiyi  müəyyənləşdirilmiş,  bu  ifadələrin  polisemantik 

potensialı fərqli bədii mətn materialına istinadən müqayisəli şəkildə təhlil edilmişdir. Məqalədə ortaya qo-

yulan  faktlar  KDQ  feillərinin  izahlı  lüğətinin,  KDQ  alınma  leksikası  lüğətinin  tərtibində  istifadə  edilə  bilər. 

Habelə  məqalənin  müəyyənləşdirdiyi  faktlar  Azərbaycan  ədəbi  dilinin  tarixinin  tədrisi  işinə  cəlb  edilə  bilər. 

Məqalədə araşdırmaya  cəlb  olunmuş  və  haqqında  ilk  dəfə  qarşılaşdırmalı  tədqiqat aparılmış  dil  faktları  həm-

çinin dil tarixi ilə məşğul olan tədqiqatçıların gələcək araşdırmaları üçün də əhəmiyyətli ola bilər. 

 

Ə D Ə B İ Y Y A T  

 

1.  Vəliyeva K.A., Mahmudova M.Ə., Pines V. Y. və b. «Kitabi-Dədə Qorqud»un statistik təhlili: İlkin nəticələr. 



Bakı: Elm, 1999. 

2.  Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Şərq – Qərb, 2011. C. 4. 

3.  Turecko-russkij slovar. M.: Rus. jaz., 1977. 

4. 


Persidsko-russkij, russko-persidskij slovar 

// 


http://www.persian-farsi.ru/

 

5.  Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988.  



6. 

Həzini Hədisi. Ərbein // 

www.elyaz malarinstitutu.com/pdf/



 

 

7.  Füzuli M. Əsərləri: 6 cilddə. Bakı: Şərq – Qərb, 2005. C. 1–2. 



8. 

Cabbarlı Cəfər. Əsərləri. Bakı: Şərq – Qərb, 2005. C. 1–2.

 

9. 



Cavid H. Əsərləri. Bakı: Lider, 2005. C. 3; 5.

 

10. 



Hacıbəyli Ü. Seçilmiş əsərləri. Bakı: Şərq – Qərb, 2005. C. 1.

 

11. 



Sultan  Selim  Yavuz.  Merdüm-i  dideme  bilmem  ne  füsun  etti  felek...  //  http://www. 

antoloji.com/sirler-bile-siiri/

 

12. 


Çolak Halil. Amaçsız yaşamda zebun ettin beni // 

http://www.siirantolojisi.gen.tr/

 

13. Seyidəliyev N.F. Frazeologiya lüğəti. Bakı: Çıraq, 2004. 



14. Nəsimi İ. Sеçilmiş əsərləri. Bakı: Lidеr, 2004. C. 1.  

15. Bаyrаmоv H. Аzərbаycаn dilinin frаzеоlоgiyаsının əsаslаrı. Bаkı: Mааrif, 1978. 

16. Ərəb və fars sözləri lüğəti: (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün): 2 сilddə. Bakı: Şərq 

– Qərb, 2005. C. 2. 

17. Abdullayeva  X.  Azərbaycan  və  fars  dillərində  frazeoloji  vahidlərin  qarşılıqlı  ifadə  olunmasına 

dair // Tədqiqlər. 2007. № 4. 

18. 

Vidadi M.V. Əsərləri. Bakı: Öndər, 2004.

 

19. 



Tevfik  Neyzen.

 

Abdülhamid'in  Ağzından  Bir  Nutk-ı  Hümâyun  //  http://www.siira 

kademisi.com/index.php?/site/siirgoster/3850

 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə