N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   2   3   4   5   6   7   8   9   10   ...   41

 

 

14 



TÜRKOLOGİYA 

№ 1 

 

 

 

 

 

 

 

 

 

 

 

        2014 

 

 

TÜRKAN ƏSGƏROVA 

 

XIV ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİL TARİXİNDƏ SUFİZM TƏRİQƏTİ ƏSASINDA 

HÜRUFİZM CƏRƏYANIN YARANMASI VƏ İNKİŞAF ETMƏSİ 

(Nəsimi dili əsasında) 

 

X ü l a s ə .  Nəsimi  xalqın  dilini,  vətəni  Azərbaycanı  bütün  varlığı  ilə  sevərək,  ana  dilini 

həm  lirik  sözlərinin,  həm  də  sufi-fəlsəfi  şeirlərini  ifadə  vasitəsinə  çevirdi.  Nəsimi  ana  dilinin 

vurğunu  «fədaisi»  idi.  Tədqiqatçıların  fikrincə,  həm  sufizm,  həm  hürufizm  panteizmə  əsaslanır, 

lakin  sufilərdə  panteizm  sırf  fəlsəfi,  seyrçi, passiv  mahiyyət daşıyır,  hürufilərdə  isə panteizm  isə 

fəaldır, ictimai-siyasi məqsəd güdür. 

Sufilərdə və hürufilərdə eşq ən müqəddəs, ən yüksək anlayışdır. Hürufilərdə sufilər kimi eşq 

yolunda fəda olmağı və bu yolla da son məqsədə çatmağı səadət hesab edirdilər.  

 

Açar sözlər: Nəsimi, Azərbaycan ədəbi dili tarixi, sufizm və hürufizm fəlsəfəsi 

 

Azərbaycanın  böyük  şairi  Nəsimi  dünya  mədəniyyəti  tarixində  Azərbaycan  xalqının  adına 



şərəf  və  şöhrət  gətirən  istedadlı  bir  şair,  ana  dilində  gözəl  şeirlər  yazan  nəhəng  bir  söz  ustadı, 

kamillik dərəcəsi ilə dünya fəlsəfi fikrinə orijinal və təkrarsız əlavələr etmiş, öz məsləkindən dön-

məyən, cəsur bir şəxsiyyət, mahir bir filosof-şair olmuşdur. Şairin öz sözləri ilə desək: Bir günəş-

dir Nəsimi kim anın, // Neçələr zərrəsinə həsrətdir! 

 

Nəsimiyə  qədər  Azərbaycanda,  eləcə  də  türk  dünyasında  bir  sıra  ədəbi  şəxsiyyətlər,  söz 



sahibləri,  şairlər,  filosoflar  olmuşdur.  Bununla  belə,  istər  keçmiş  sovetlər  dönəmində,  istərsə  də 

xarici  şərqşünasların  yekdil  fikri  belədir  ki,  Nəsimi  öz  bədii,  fəlsəfi  yaradıcılığı  ilə  xüsusi  möv-

qeyə,  müstəsna ədəbi tarixi  əhəmiyyətə  malik olmuş, heç bir söz sahibi Nəsimi səviyyəsini fəth edə 

bilməmişdir.  Müqayisəli  tədqiqatlar  göstərir  ki,  Nəsiminin  bütün  türkdilli  sələfləri  poetik 

istedadlarına görə Nəsimidən qat-qat aşağıda durmuşlar [1. S.167]. 

Nəsimi  xalqını,  dilini,  vətəni  Azərbaycanı  bütün  varlığı  ilə  sevərək,  ana  dilini  həm  lirik 

şeirlərinin,  həm  də  sufi-hürufi-fəlsəfi  şeirlərinin  ifadə  vasitəsinə  çevirdi:  Nəsimi  ana dilinin  vur-

ğunu «fədaisi» idi [2. S.12]. İnsan və onun ağlına yüksək qiymət verən Nəsimi özü də məhz böyük 

hərflə  yazılan  İnsan  səviyyəsinə  qalxmışdır.  Nəsimi  Tanrının  ona  verdiyi  yüksək  fikri-zehni  və 

bədii  istedadı,  yüksək  insanı  keyfiyyətləri,  cəsarəti,  mərdliyi,  dönməzliyi,  fikirlərində  dəmir 

ardıcıllığı ilə öz müasirləri arasında dərin hörmət qazanmış, hətta müqəddəsləşdirilmiş, peyğəmbər 

səviyyəsinə ucalmışdır [3. S.3]. 

Nəsimi  ana  dili  –  Azərbaycan  türk  dili  haqqında  ayrıca  bir  şeir,  əsər  yazmamışdır,  lakin 

onun bu dildə yazdığı əsərləri və bu dildən  istifadə üsulları, ona ədəbi səlahiyyət verməsi, ondan 

gen-bol  istifadə etməsi göstərir  ki,  Nəsimi  ana  dilini  modern (dəbdə olan)  ədəbi  bədii-fəlsəfi  dil 

səviyyəsinə yüksəltməyi özünün şüurlu ömrünün məqsədi hesab etmiş, özünün təkrarsız poeziyası 

ilə məqsədinə nail olmuşdur. Nəsimi ana dili uğrunda mücadilənin ən böyük mübarizi olmuşdur. 



 

 

15 



Həllac  Mənsur  kimi  dünya  şöhrətli  alimlərin  ədəbi-bədii  nailiyyətlərindən  faydalanmalar 

əsasında  istedadlı  bir  gənc  kimi  tərbiyələnmişdir.  Şairin  sufi  mütəfəkkirlərindən  Həllac  Mənsura 

daha  çox  hüsni-rəğbəti  olmuş,  onun  zəmanəsinin  ən  cəsur,  ən  məğrur,  ən  fədakar  alim  olması  ilə 

fəxr  etmişdir.  Gənc  şair  Həllac  Mənsuru  əqidəsi,  məsləki  uğrunda  sabitliyinə  görə  ona  pərəstiş 

etmiş,  onun  «Ənəlhəqq!»  ideyasına  dəstək  olmuş,  cəhalətə,  nadanlığa,  xurafata,  fanatizmə  qarşı 

apardığı ardıcıl mübarizəsini ürəkdən sevmişdir [4. S.202]. 

Bütün  sufilər kimi  Nəsimi  də  şeirlərində sufilərin  «vəhdəti-vücud»  fəlsəfəsini tərənnüm  və 

təbliğ  etmişdir.  Bu  fəlsəfəyə  görə  insan-aşiq  (çox  hallarda  bu,  şairin  özüdür!)  ən  uca  varlıqdır, 

insan həyatın, dünyanın yaraşığı, ziynətidir.  

Şairin öz əsərləri də təsdiq edir ki, o, xüsusilə fəlsəfə, məntiq, fiqh (islami huquq), riyaziyyat, 

nücum,  tarix,  təbiət,  əruz  elmlərini  yaxşı  mənimsəmiş,  şərqin  məşhur  alimləri,  söz  sahibləri, 

filosofları  Zərdüşt,  Farabi,  İbn  Rüşd,  İbn  Sina,  Eynəlqüzat  Miyanəçi,  Ömər  Xəyyam,  eləcə  də 

Ərəstun, Sokrat, Əflatun və başqa yunan filosoflarının əsərləri ilə tanış olmuşdur.  

Nəsimi öz yaradıcılığı ilə Azərbaycan klassik şeirinin inkişaf tarixinə yeni bir istiqamət verdi. 

O,  öz  şeir  xəzinəsinin  böyük  bir  qismini  doğma  ana  dilində  yaratdı.  Nəsiminin  parlaq  istedadı, 

qüdrətli  sənətkarlığı  Azərbaycan  dilinin,  ərəb  və  fars  dillərilə  yanaşı,  Yaxın  Şərq  ölkələrinə  də 

yayılmasına şərait yaratmışdır. 

Tarixi  mənbələrin  verdiyi  məlumatlara  görə  XIII–XIV  yüzillərdə  Çingiz  xanın  işğalçı 

ordusunun  basqınlarına  məruz  qalan  Azərbaycan  xalqı  1370-ci  ildən  daha  istilaçı  soyğunçu-

luqlara, ölkə daxilində  ardı-arası  kəsilməyən  daxili  düşmənçiliklərə,  məruz qalmış,  feodal  çəkiş-

mələri xalqın içərisində geniş etiraz çıxışlarına səbəb olmuş, xalqı öz malı, hüququ, öz torpaqları 

uğrunda mübarizəyə sövq etmişdir. 

Belə  bir  ictimai-tarixi  şərait  Azərbaycanda  sufizm  ideyalarının  genişlənməsinə  səbəb 

olmuşdur.  Nəsiminin  gənclik  illərində  Azərbaycanda  sufi  təriqətinin  təbliğatçıları  «Həllaciyyə» 

adlandırılır və bu şərqdə öz qorxmazlığı, cəsarəti ilə məşhur olmuş sufi şairi Hüseyin ibn Mənsur 

Həllacın  (858–922)  adı  ilə  bağlı  olmuşdur.  Sufilik  islam  əsasında  yaranmış  dini-fəlsəfi  cərəyan 

olmuşdur. XIV əsrin ortalarında bu cərəyanla yanaşı, bir başqa cərəyan da meydana gəlmişdir ki, 

bu da hürufi təriqəti idi. Hürufilərə görə allahın adı insanın üzündə əks olunmuşdur.  

Tədqiqatçıların fikrincə, həm sufizm, həm hürufizm panteizmə əsaslanır, lakin sufilərdə pan-

teizm  sırf  fəlsəfi,  seyrçi,  passiv  mahiyyət  daşıyır,  hürufilikdə  isə  panteizm  fəaldır,  ictimai-siyasi 

məqsəd güdür [5. S.82]. 

Hürufilərin fikrincə, allah sözü – kəlam şəklində təcəlli edir (aşkar olur, görünür), sözlər isə 

ərəb  (28)  və  fars  (32)  dili  hərfləri  ilə  ifadə  olunur.  Bununla  da  28  və  32  rəqəmləri  müqəd-

dəsləşdirilir [6. S.72].  

Sufilikdə və hürufilikdə eşq ən müqəddəs, ən yüksək anlayışdır. Eşq Nəsimi dünyasında elə 

hürufiliyin  özüdür.  Bu  mənada  aşiq  olan  mərd,  iradəli,  öz  məsləki  (hürufilik)  yolunda  hər  cür 

əzab-əziyyətə dözməli, məsləkinə sadiq, möhkəm olmalıdır. Əks halda o eşqin sirlərinə sahib ola 

bilməz.  Hürufilər,  sufilər  kimi,  eşq  yolunda  fəda  olmağı  və  bu  yolla  da  son  məqsədə  çatmağı 

səadət hesab edirdilər. 

Nəsimi  hürufizmin Azərbaycanda və Orta Şərqdə ən fəal təbliğatçılarından biri idi. Nəsimi 

tapındığı ideologiyanı cəsarətlə, üsyankarcasına təbliğ edirdi. Bu mənada Nəsiminin «dili, həqiqə-

tən də, inqilabi dildir» [7. S.176], çünki Nəsiminin dilində milli sözlə alınma söz sanki mübarizə 

edir, milli fəallaşır, alınma məhdudlaşır. 

Nəsimi  sufizmin  ideyalarını,  xüsusən  Həllac  Mənsurun,  müəllimi  Fəzlullah  Nəyiminin 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə