N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə14/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

ELXAN ƏZİZOV 
 
 
32 
 
Çapa təqdim edən 
Solmaz Süleymanova – 
«Türkologiya» jurnalının 
baş redaktorun müavini 
Məqalənin redaksiyaya 
daxil olma tarixi 
 
 
2.VIII.2015 
 
Təkrar işlənməyə 
göndərilmə tarixi 
 
 
4.X.2015 
 
Çapa göndərilmə tarixi 
19.X.2015 
 
 
_________ 


T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
 
 
 
MƏHƏRRƏM MƏMMƏDLİ 
 
AKADEMİK HACIYEV TOFİQ İSMAYIL OĞLU 
 
 
Türk dünyasının görkəmli alimi, filologi-
ya  üzrə  elmlər  doktoru,  professor,  əməkdar 
elm  xadimi,  «Şöhrət»  ordenli,  Türkiyə  Cüm-
huriyyəti  Atatürk  Dil,  Tarix  və  Kültür  Quru-
munun  fəxri  üzvü,  AMEA  Dilçilik  İnstitutu-
nun  direktoru,  akademik  Hacıyev  Tofiq  İsma-
yıl  oğlu  1936-cı  ildə  Cəbrayıl  rayonunun  Sol-
tanlı kəndində anadan olmuş, orta təhsili həmin 
kənd  məktəbində  aldıqdan  sonra  1953-cü  ildə 
ali  təhsil  üçün  Azərbaycan  Dövlət  Universiteti-
nin  (indi  Bakı  Dövlət  Universiteti)  Filologiya 
fakültəsini seçmişdir. Təhsil illərində istedadı ilə 
həmyaşıdlarından seçilən T.Hacıyev 1958-ci ildə 
Filologiya  fakültəsini  fərqlənmə  diplomu  ilə 
bitirmiş,  aspiranturada  saxlanmışdır.  Bundan 
sonrakı ömrünü elmə həsr etmiş, dilçiliyin dia-
lektologiya,  dil  tarixi,  ədəbi  dil,  türkologiya, 
üslubiyyat,  nitq  mədəniyyəti  və  ədəbi  tənqid 
sahələrinə  dair  bir-birindən  dəyərli  əsərlər  ya-
zaraq türk dilçiliyini zənginləşdirmişdir.  
Alim  elmi  yaradıcılığa  dilçiliyin  dialek-
tologiya  sahəsi  ilə  başlamışdır.  1962-ci  ildə 
«Azərbaycan  dilinin  Cəbrayıl  şivəsi»  mövzu-
sunda  namizədlik  dissertasiyası  müdafiə  et-
mişdir. Gənc alim  ilk tədqiqatında dialektoloji 
terminlərin  sırasına  keçid  şivəni  də  əlavə  et-
miş,  onun  mahiyyətini  açıqlamış  və  Cəbrayıl 
şivəsinin  keçid  xarakterli  olmasını  müəyyən-
ləşdirmişdir. Onun qənaətinə görə, qərb və cə-
nub  ləhcələrinin  sərhədləri  bu  şivədə  başa  ça-
tır,  buna  görə  də  Cəbrayıl  şivəsində  hər  iki 
ləhcənin xüsusiyyətləri işlənməkdədir. Bu fikri 
görkəmli  dialektoloq,  akad.  M.Şirəliyev  və 
digər mütəxəssislər elmi yenilik kimi qəbul et-
dilər.  Bundan  sonra dialektologiyada keçid  şi-
vələr  anlayışı  geniş  şəkildə  işlənməyə  və  təd-
qiq olunmağa başlandı. 
T.Hacıyev 1962–1967-ci illərdə M.F.Axun-
dov  adına  Pedaqoji  Dillər  İnstitutunda  əvvəlcə 
müəllim,  sonra  dosent  (1965-ci  ildən)  işləmiş, 
1968-ci  ildən  pedaqoji  fəaliyyətini  Azərbaycan 
Dövlət  Universitetində  davam  etdirmişdir. 
1969-cu  ildə  «XX  əsrin  əvvəllərində  Azərbay-
can ədəbi dili» mövzusunda doktorluq disserta-
siyasını  müvəffəqiyyətlə  müdafiə  etmişdir. 
1971-ci  ildə  professor  elmi  adına  layiq  görül-
müş, 1984-cü  ildən  isə Türkologiya  kafedrası-
nın müdiri vəzifəsində çalışır. Bu illərdə türko-
logiyanın  tədrisində,  milli  kadrların  hazırlan-
masında mühüm əməyi olmuşdur. Eyni zamanda 
30-a  qədər  dərslik,  monoqrafiya,  500-dən  artıq 
elmi və publisistik məqalə yazmışdır. 
Alim  elmi  yaradıcılığa  dilçi-dialektoloq 
kimi başlasa da daha çox dil tarixi və ədəbi dil 
məsələlərini  tədqiq  edir.  1976-cı  ildə  «Azər-
baycan  ədəbi  dili  tarixi»  kitabı  çap  olundu. 
Kitabda öncə xalqımızın və dilimizin tarixi ilə 
bağlı  mövcud  saxta,  qondarma  fikirlər  təkzib 
olunur,  tarixi  mənbələr  və  faktlar  əsasında 
Azərbaycan  ərazisində  ən  qədim  dövrlərdən 
3 «Türkologiya», № 3 


MƏHƏRRƏM MƏMMƏDLİ 
 
 
34 
türk  tayfalarının  yaşaması  sübuta  yetirilir.      
II  minilliyin  əvvəllərində  oğuz-səlcuqların 
regiona yürüşü isə yerli əhalinin mövqeyi güc-
ləndirmişdir.  Bəzi  alimlər  buna  etiraz  etsələr 
də,  alimin tutarlı  faktları  qarşısında  arqument-
lərinin  zəif  olmasını  görüb  susdular.  Bundan 
əlavə,  ədəbi  dillə  bağlı  «XX  əsrin  əvvəllərində 
Azərbaycan ədəbi dili» (1977), «Azərbaycan dili 
tarixi»  (1983  –  K.Vəliyevlə  şərikli),  «Azər-
baycan  ədəbi  dili  tarixi»  (II  hissə  –  1987), 
«Azərbaycan  dili»  (1993  –  Z.Budaqova  ilə  şə-
rikli), «Azərbaycan ədəbi dili tarixi» (1991 – şə-
rikli) kimi monoqrafiya və dərs vəsaitlərinin mü-
əllifidir.  2012-ci  ildə  «Azərbaycan  ədəbi  dilinin 
tarixi» dərsliyi təkmilləşdirilmiş şəkildə iki cilddə 
nəşr olundu.  Alim əvvəlki  fikirlərini  daha da də-
rinləşdirərək, yazıya qədərki dil faktlarından çıxış 
edərək, Azərbaycan-türk xalq dilinin e.ə. II minil-
likdən formalaşmaya başlaması fikrini irəli sürdü. 
Hazırda bu fikirlər elmi  ictimaiyyət tərəfindən 
müdafiə  olunur,  tədqiqatlar  bu  istiqamətdə 
aparılır. 
Klassiklərimizin  dili-üslubu  ilə  bağlı 
«Satira  dili»  (1975),  «Yazıçı  dili  və  ideya-
bədii  təhlil»  (1979),  «Molla  Nəsrəddinin  dili 
və  üslubu»  (1983),  «Füzuli:  dil  sənətkarlığı» 
(1994) kitabları və onlarla məqalələri tarixi üs-
lubiyyat sahəsində ən qiymətli örnəklərdir.  
Müstəqillik  illərində  T.Hacıyev  ümum-
təhsil məktəbləri üçün proqram və dərsliklərin 
hazırlanmasında təşkilatçı və müəllif kimi işti-
rak  edir.  Onun  rəhbərliyi  ilə  yeniləşdirilmiş 
«Orta ümumtəhsil  məktəblərinin V–XI siniflə-
ri  üçün  türk  dili  proqramı»  (1993)  çap  olun-
muşdur.  İlk  dəfə  orta  məktəblər  üçün  «Türk 
dili» IX sinif üçün (1994 – şərikli), «Türk dili» 
X–XI  siniflər  üçün    (şərikli)  dərslikləri  nəşr 
edilmişdir.  Bu  dərsliklər  1997–1998,  2000, 
2004, 2005, 2009-cu illərdə «Azərbaycan dili» 
adı  ilə  təkrar  çap  olunmuş,  hazırda  orta 
məktəblərdə dərslik kimi istifadə olunur. 
T.Hacıyev təkcə dilçiliklə deyil, eyni za-
manda  ədəbiyyat  məsələləri  ilə  məşğul  olur. 
Onun  «Sabir:  qaynaqlar  və  sələflər»  (1980), 
«Şeirimiz,  nəsrimiz,  ədəbi  dilimiz,  düşüncələ-
rimiz» (1999),  «Üzeyir Hacıbəylinin bədii di-
li» (2014)  kitabları, «Türk dünyası ədəbiyyatı 
tarixi»  (30  cilddə  –  Ankara),  «Üzeyir  Hacı-
bəyov  ensiklopediyası»  (1996),  «Azərbaycan 
ədəbiyyatı  tarixi»  (6  cilddə  –  2004)  kitabla-
rında  həmmüəllifliyi,  kollektiv  tərəfindən  ali 
məktəblər  üçün  hazırlanmış  «Azərbaycan  so-
vet  ədəbiyyatı»  (1998)  dərsliyində  müəllif  ki-
mi  iştirakı onun ümumi  filoloji  yaradıcılığının 
nəticəsidir. 
«Dədə Qorqud kitabı» abidəsinin, alimin 
öz  təbiri  ilə  desək,  «Ana  kitabımız»ın  nəşri, 
tədqiqi  və  təbliği  onu  daim  düşündürür.  Son 
dövrlərdə  respublikamızda  abidəyə  marağın 
artması,  «Dədə  Qorqud»un  1300  illik  yubile-
yinin,  kollokviumların,  konfransların  və  Dədə 
Qorqud  günlərinin  təntənəli  keçirilməsi  Tofiq 
Hacıyevin  bu  sahədəki  elmi  fəaliyyəti  və  tür-
kologiyada nüfuzu ilə bağlıdır. «Dədə Qorqud: 
dilimiz,  düşüncələrimiz»  (1999)  və  «Dədə 
Qorqud  kitabı:  tariximizin  ilk  yazılı  dərsliyi» 
(2014)  monoqrafiyalarında,  «Dədə  Qorqud 
kitabı»  (ensiklopedik  lüğət  –  2004),  «Dədə 
Qorqud dünyası» (2004), «Qorqud ədəbiyyatı» 
(2004),  «Kitabi-Dədə  Qorqud»  (əsli  və  sadə-
ləşdirilmiş mətn – 2004) kitablarında, eləcə də 
müxtəlif  illərdə  respublikamızda  və  xaricdə 
nüfuzlu  toplularda  çap  olunmuş  30-dan  artıq 
məqaləsində  abidənin  yazılma  tarixi,  coğrafi 
koordinatları,  oğuzların  mənşəyi,  dövlət  quru-
luşu,  kültürü  və  dili  ilə  bağlı  bir  çox  mü-
bahisəli  məsələlər  tam  elmi  həllini  tapmışdır. 
Bu tədqiqatlar respublikamızda «qorqudşünas-
lığın»  formalaşmasında  və  inkişafında,  abidə 
ilə bağlı araşdırmaların intensivləşməsində xü-
susi önəm daşıyır. 
T.Hacıyev  müəyyən  müddət Azərbaycan 
Respublikasının  Maarif  naziri  vəzifəsində 
(1993)  işləmiş,  1999-cu  ildə  əməkdar  elm  xa-
dimi  adına  layiq  görülmüşdür.  İstər  sovet  dö-
nəmində,  istərsə  də  müstəqillik  illərində  res-
publikamızda və xaricdə beynəlxalq konfrans və 
simpoziumlarda  dilçiliyimizi  ləyaqətlə  təmsil 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə