N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   2   3   4   5   6   7   8   9   ...   58

TOFİQ HACIYEV 
 
 

elm  ocağı  kimi,  dilçilik  İnstitutumuzun,  indi 
ədəbi  dilimizin  tarixində  Füzuliyə  qədərki 
dövrün  bayraqdarı  Nəsiminin  adını  daşıyan 
elm mərkəzimizin xüsusi tarixi xidməti var.  
1920-ci illərdə Azərbaycan elminin müx-
təlif  sahələri  ilə  bərabər,  «Tədqiq  və  tətəbbö» 
elmi  təşkilatının  tərkibində  dil  tədqiqatları 
mühüm  yer  tuturdu.  1930-cu  illərdə  dilçilik 
müstəqil  İnstitut  kimi  yox,  incəsənətlə  yanaşı, 
İnstitut  tipində  elmi  təsisatın  bir  şöbəsi  kimi 
fəaliyyət göstərmişdir.  
1932-ci ildə Azərbaycan Dövlət Elmi Təd-
qiqat  İnstitutunun  bazasında  müstəqil  Dil,  Ədə-
biyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləş-
miş  Ədəbiyyat  və  Dil  İnstitutu  yaradılmışdır. 
Azərbaycan  Respublikasında  dilçilik  sahəsində 
bizim  bu  gün  gördüyümüz  quruluşda  Dilçilik 
İnstitutu Azərbaycan Elmlər Akademiyası ilə bir 
gündə  – 1945-ci  il  martın  27-də  yaradılmış,  hə-
min  il  mayın  21-də  təsdiq  edilmiş  və  İctimai 
Elmlər  Bölməsində  yaradılmış  dörd  elmi  tədqi-
qat  İnstitutundan  biri  olmuşdur.  1973-cü  ildə 
İnstituta İmadəddin Nəsiminin adı verilmişdir.  
Fəaliyyətə başladığı zaman dörd şöbədən 
ibarət olmuşdur: Müasir Azərbaycan dili, Azər-
baycan  dili  tarixi,  Azərbaycan  dialektologiyası 
və  Lüğətçilik.  İnstitutun  ilk  direktoru  akad. 
Məmmədağa  Şirəliyev  olmuşdur.  1949-cu  ilin 
sonlarında  İnstituta  SSRİ  Dövlət  mükafatı 
laureatı  M.Mirbabayev  direktor  təyin  edilmiş-
dir.  1950-ci  ildə  Dilçilik  İnstitutu  Ədəbiyyat 
İnstitutu  ilə  birləşmiş,  ona  əvvəl  akad.  Mirzə 
İbrahimov,  sonra  prof.  Mirzəağa  Quluzadə 
başçılıq etmişlər. 1960-cı ildə İnstitutun direk-
toru yenidən akad. M.Ş.Şirəliyev olmuşdur.  
1969-cu ildə Dilçilik İnstitutu Ədəbiyyat 
İnstitutundan  ayrılaraq  müstəqil  fəaliyyətə 
başlamış  və  həmin  ildən  1987-ci  ilədək  İnsti-
tuta akad. M.Ş.Şirəliyev rəhbərlik etmişdir. 
1988-ci  ildən  2015-ci  ilə  qədər  EA-nın 
müxbir  üzvü  Zərifə  Budaqova  (1987–1989), 
akad. Ağamusa Axundov (1990–2012) və prof. 
Fəxrəddin  Veysəlli  (2012–2014)  İnstitutun  di-
rektoru  vəzifəsində  çalışmışlar.  2014-cü  ildən 
İnstituta EA-nın akad. Tofiq Hacıyev rəhbərlik 
edir. 
 
İnstitutda bu şöbələr fəaliyyət göstərmişdir: 
 
Müasir Azərbaycan dili şöbəsi. 1945-ci il-
dən fəaliyyətə başlamışdır. Şöbədə müasir Azər-
baycan dilinin ən mühüm problemləri, funksio-
nal  qrammatika  və  üslubları,  nitq  mədəniyyəti 
məsələləri öyrənilmişdir.  
Yarandığı  ilk  dövrlərdə  şöbəyə  prof.  Mux-
tar Hüseynzadə başçılıq etmişdir. 1955–1989-cu il-
lərdə  Müasir  Azərbaycan  dili  şöbəsinə  prof. 
Z.Budaqova  rəhbərlik  etmişdir.  1992-ci  ildən 
2008-ci ilədək prof. Müseyib Məmmədov şöbə 
müdiri  olmuş,  sonrakı  illərdə  Sitarə  Əliyeva, 
Məhəbbət  Mirzəliyeva  başçılıq  etmiş,  hazırda 
prof. İsmayıl Kazımov şöbə müdiridir. 
  
Azərbaycan dilinin tarixi  şöbəsi. Şöbə-
nin  ilk  müdiri  AMEA-nın  müxbir üzvü Əbdü-
ləzəl  Dəmirçizadə  olmuşdur.  Sonralar  Cəlal 
Əfəndiyev,  Mirzə  Rəhimov,  prof.  Rəhilə  Mə-
hərrəmova,  prof.  Vaqif  Aslanov,  Vahid  Adi-
lov,  Fazil  Əhmədov,  prof.  Sevil  Mehdiyeva 
müdir  olmuşlar.  Hazırda  Teyyub  Quliyev  şö-
bəyə başçılıq edir.  
 
Azərbaycan  dialektologiyası  şöbəsi. 
Şöbənin  ilk  müdiri  akad.  Məmmədağa  Şirəli-
yev  olmuşdur.  Sonrakı  illərdə  Rəsul  Rüstə-
mov,  Musa İslamov,  Fikrət Xalıqov, Qəzənfər 
Kazımov  müdir  olmuşdur.  2013-cü  ildə  Dil 
tarixi şöbəsi ilə birləşmişdir. 
 
Lüğətçilik  şöbəsi.  1945-ci  ildən  sovet-
lərdə  görkəmli  leksikoqraf  kimi  tanınan  prof. 
Əliheydər  Orucov  şöbənin  rəhbəri  olmuşdur 
(1945–1987). 2013-cü ildən yeni struktura gö-
rə  Tətbiqi  dilçilik  adlanır.  1989-cu  ildən  şö-
bənin müdiri prof. İ.Məmmədlidir. 
 
Ümumi  və  tarixi-tipoloji  dilçilik  şö-
bəsi.  1984-cü  ildə  təşkil  olunmuşdur.  Şöbəyə 


DİLÇİLİYİMİZ VƏ DİLÇİLİK İNSTİTUTUMUZ 
 
 

istedadlı  filoloq  Aydın  Məmmədov  rəhbərlik 
etmişdir.  İnstitutda  aparılan  struktur  dəyişik-
likləri  ilə  bağlı  1992–1997-ci  illərdə  Ümumi 
dilçilik  və  dil  əlaqələri  adı  ilə  fəaliyyət  göstə-
rən şöbənin əsasında, Nəzəri və tətbiqi dilçilik 
şöbəsi yaradılmışdır.  
 
Onomastika şöbəsi. Şöbə 1989–2013-cü il-
lərdə prof. Qara Məşədiyevin rəhbərliyi ilə fəa-
liyyət göstərmişdir. 2013-cü ildə Müasir Azər-
baycan dili şöbəsinə birləşdirilmişdir. 
 
Terminologiya  şöbəsi.  Azərbaycan  dili-
nin  sabit terminologiyasının  yaradılmasını qay-
daya  salmaq,  bu  sahədəki  vəziyyəti  nizamla-
maq,  respublikanın  elmi-tədqiqat  müəssisələ-
rində  və  ali  məktəblərdə  aparılan  terminoloji 
işlərə  rəhbərlik  etmək  məqsədilə  1952-ci  ildə 
Terminologiya  Komitəsi  haqqında  «Əsasna-
mə»  təsdiq  edilmiş,  elmin,  texnikanın,  iqtisa-
diyyat  və  mədəniyyətin  ayrı-ayrı  sahələri  üzrə 
termin  yaradılması  üçün  konkret  elmi  prinsip-
lər  müəyyənləşdirilmiş,  terminoloji  lüğətlərin 
tərtibi metodikası işlənilmişdir.  
1969-cu  ildə  Terminologiya  bölməsinin 
müdiri  Məmməd  Qasımov  olmuşdur.  1979-cu 
ildə Dilçilik İnstitutunda Terminologiya şöbəsi 
yaradılmış və Terminologiya Komitəsinin işlə-
ri  ona  həvalə  edilmişdir.  1992–2000-ci  illərdə 
Lüğət  və  Terminologiya  şöbələri  birgə  olmuş 
və  onun  müdiri  prof.  İsmayıl  Məmmədli  ol-
muşdur. Hazırda şöbəyə prof. Sayalı Sadıqova 
rəhbərlik edir.  
 
Türk  dilləri  şöbəsi.  1972-ci  ildə  «Türk 
dillərinin  müqayisəli  tədqiqi»  adı  ilə  yaradılmış 
bu şöbənin ilk müdiri Vaqif Aslanov olmuşdur.  
Sonralar  şöbəyə  Əbdürrəhman  Cavadov, 
Həsən  Quliyev  rəhbərlik  etmişlər.  Hazırda 
şöbənin müdiri Məhəbbət Mirzəliyevadır. 
 
Sosiolinqvistika  və  dil  siyasəti  şöbəsi. 
«Dil  əlaqələri»  adı  ilə  fəaliyyət  göstərmiş, 
1992–1997-ci  illərdə  Ümumi  dilçilik  şöbəsinə 
birləşdirilərək  Ümumi  dilçilik  və  Dil  əlaqələri 
şöbəsi  adlandırılmışdır.  1998-ci  ildən  Dil  əla-
qələri  müstəqil  şöbə  olaraq  yenidən  bərpa 
olunmuş, Roza Eyvazova şöbə müdiri işləmiş-
dir. Hazırda Mayıl Əsgərov şöbənin müdiridir. 
 
Hind-Avropa  dilləri  şöbəsi.  2001-ci  il-
də təşkil edilmiş German-roman dilləri şöbəsi-
nin  əsasında  2013-cü  ilin  noyabrında  yaradıl-
mışdır. Şöbə müdiri prof. Oruc Musayevdir. 
Azərbaycan  Respublikasının  Prezidenti 
İlham Əliyevin «Azərbaycan dilinin qloballaş-
ma şəraitində istifadəsi və ölkəmizdə dilçiliyin 
inkişafı»  haqqındakı  məlum  sərəncamlarından 
sonra Nəsimi adına Dilçilik İnstitutunun quru-
luşunda  dəyişiklik  aparılmışdır.  Üç  yeni  şöbə 
yaradılmışdır:  Qədim  dillər  və  mədəniyyət-
lər, Kompüter dilçiliyiMonitorinq şöbələri
Bu şöbələr ölkə prezidentinin sərəncamlarında 
nəzərdə  tutulduğu  kimi  Azərbaycan  dilçiliyini 
müasir dünya dilçilik elminin səviyyəsinə qal-
dırmaq,  müvafiq  sahələr  üzrə  yüksək  ixtisaslı 
mütəxəssislər  hazırlamaq  məqsədini  daşıyır. 
Bilindiyi  kimi,  Azərbaycan  dilinin  və  mədəniy-
yətinin tarixini tədqiq etmək üçün  həmişə qədim 
dillərin  öyrənilməsinə  ehtiyac  olmuşdur.  Yaradı-
lan yeni şöbə həmin ehtiyacın ödənməsinə xidmət 
edir. Şöbənin müdiri İlhami Cəfərsoydur.  
 
Kompüter dilçiliyi. Müdiri filologiya elm-
ləri  doktoru  Kamilə  Vəliyevadır.  Qarşısında 
Azərbaycan dilinin riyazi-statistik metodlarla və 
kompüter vasitəsilə öyrənilməsinin, maşın tərcü-
məsi  problemlərinin,  statistik  və  elektron  lüğət-
lərin  tərtibi  məsələlərinin,  klassiklərin  və  abi-
dələrin  dilinin  statistik  metodlarla  tədqiqinin, 
yeni  təhlil  və  sintez  proqramları  ilə  tədqiqatlar 
aparılmasının,  Azərbaycan  dilinin  öyrənilməsi 
üçün elektron dərsliklərin və Azərbaycan dilinin 
milli  korpusunun  yaradılmasının,  Azərbaycan 
dilinin  internet  məkanında  geniş  istifadəsinin 
təmin  edilməsi  məqsədilə  müxtəlif  linqvistik-
tətbiqi  texnologiyalar  hazırlanmasının  həyata 
keçirilməsi kimi vəzifələr durur. 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə