N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə4/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   2   3   4   5   6   7   8   9   ...   58

TOFİQ HACIYEV 
 
 
10 
Monitorinq  şöbəsi.  Azərbaycan  dilinin 
dövlət  dili  kimi  inkişafı  və  dilin  təmizliyinin 
qorunması, eləcə də ədəbi dil normalarının pozul-
masının  qarşısının  alınması  üçün  təkliflər  hazır-
lanması,  reklamlarda,  ictimai-iaşə  obyektlərində, 
yazılı  və  elektron  kütləvi  informasiya  vasitələ-
rində  Azərbaycan  dilinin  fonetik  və  qrammatik 
normalarına  riayət  olunmasının  təmin  edilməsi, 
Azərbaycan dilinin normalarına əməl edilməsi sə-
viyyəsinin müəyyənləşdirmək məqsədilə monito-
rinqlərin keçirilməsi, nəticələrin analitik təhlili və 
buna  uyğun  olaraq  treninqlər  keçirilməsi  məsə-
lələrinin  həlli  ilə  məşğul  olacaqdır.  Şöbənin  ilk 
müdiri prof. Həbib Zərbəliyev olmuşdur. Hazırda 
şöbəyə prof. Qulu Məhərrəmli başçılıq edir. 
 
İnstitutun  struktur  dəyişikliyi  sırasında 
Azərbaycan  dilinin  tarixi  və  dialektologiyası 
şöbələri  birləşdirilmiş,  yeni  şöbənin  nəzdində 
dialektoloji  atlas  bölməsi  yaradılmışdır.  Lü-
ğətçilik  şöbəsi  də  daha  geniş  profilli  tətbiqi 
dilçilik adı ilə fəaliyyət göstərir. 
Dilçilik İnstitutunun tədqiqatları içərisin-
də,  təbii  ki,  müasir  Azərbaycan  ədəbi  dilinin 
elmi-nəzəri  baxımdan  öyrənilməsi  ön  planda-
dır.  Bu  sırada  «Azərbaycan  dilinə  aid  tədqiq-
lər» toplusu (1947-ci il) xüsusi yer tutur. Məhz 
bu toplu ilə Azərbaycan dilçiliyi dərslik məlu-
matları  çərçivəsindən  çıxıb  akademik  elmi 
araşdırma  yoluna  düşür.  Bu  topluda  M.Şirəli-
yev,  Ə.Dəmirçizadə,  M.Hüseynzadə,  C.Əfən-
diyev,  R.Rüstəmov  və  başqa  görkəmli  Azər-
baycan  dilçiləri  ilə  yanaşı,  istedadlı  rus  türko-
loqu  N.K.Dmitriyevin  «Azərbaycan  dilində 
ismin  ümumi  qrammatik  kateqoriyaları»  adlı 
dəyərli tədqiqatı da çap olunmuşdur.  
«Azərbaycan  dilinin  dialektoloji  lüğə-
ti»nin  iki  cildi  həm  də  Türkiyədə  nəşr  edil-
mişdir.  Dilçilik  İnstitutu  Dialektologiya  şöbə-
sinin  çap  etdirdiyi  çox  dəyərli  «Azərbaycan 
dilinin dialektoloji atlası» türk dillərində yega-
nə atlas nümunəsidir. 
Dilçilik  İnstitutunda  Azərbaycan  dili  ta-
rixinin  istedadlı  nümayəndələri  çalışmışlar  və 
bu gün də orta və gənc nəsildən olan tədqiqat-
çılar  bu  işi  uğurla  davam  etdirirlər.  M.Cahan-
girov, R.Məhərrəmova, M.Rəhimov, V.Aslanov, 
Ə.Sadıqov,  A.Əlizadə,  S.Mehdiyeva,  V.Adilov 
və  başqalarının tarixi  qrammatika  və  ədəbi  dil 
tarixi  ilə  bağlı  tədqiqatları  həm  Azərbaycan 
dilçiliyi,  həm  də  ümumtürkoloji  baxımdan 
əhəmiyyətlidir.  S.Mehdiyevanın  müəllifliyi  və 
redaktorluğu  ilə  nəşr  olunmuş  dörd  cilddə 
«Azərbaycan  ədəbi dil tarixi»  və çap olunmaq 
ərəfəsində  olan  «Azərbaycan  dilinin  tarixi  lü-
ğəti»  öz  dəyəri  ilə  seçilən  elmi  yaradıcılıq 
işlərindəndir.  
1950-ci  illərin  sonlarında  fəaliyyətə 
başlayan «Türk dillərinin dialektologiya məsə-
lələri  adlı»  iki  ildən  bir  keçirilən  vaxtaşırı 
ümumittifaq  konfransının  ilk  iki  yığıncağı 
məhz  Bakıda  keçirildi.  1966-cı  ildə  Birinci 
Türkoloji  qurultayın  40  illiyi  münasibətilə 
dünyanın  görkəmli  türkoloqlarının  yığışdığı 
elmi məclis möhtəşəm bir qurultay səviyyəsin-
də  keçirildi  və  bu  qurultayın  hər  dəfə  bir  türk 
respublikasında olmaqla dörd ildən bir keçiril-
məsi qərar alındı. 1969-cu ildə ümumittifaq və 
beynəlmiləl hüquqlu mötəbər «Sovetskaya tür-
koloqiya»  jurnalı  akad.  M.Şirəliyevin  baş  re-
daktorluğu ilə Azərbaycana həvalə olundu. İn-
di həmin jurnal «Türkologiya» adı ilə yenə Ba-
kıda Nəsimi adına Dilçilik İnstitutunda öz nəş-
rini davam etdirir.  
Bu gün Azərbaycan Milli Elmlər Akade-
miyasında  elmin  inkişafı  üçün  münbit  şərait 
var. Əlbəttə, sovetlər dövründə dünya elmində 
əmələ  gələn  yeniləşmələrə  Azərbaycan  da  qo-
şulurdu və ölkəmizdə müxtəlif elm sahələrində 
inkişaf  görünürdü.  Ancaq  bu,  dünya  elminə 
qoşulma  və dünya  elmindən  faydalanma  Mos-
kva  vasitəsilə  həyata  keçirilirdi.  Və  bizdə  elm 
ancaq  Moskvanın  müəyyən  etdiyi,  barmağını 
tutduğu səviyyəyə qədər qalxa bilərdi. Bu gün 
müstəqillik  şəraitində  Azərbaycan  elmi,  necə 
deyərlər, elmli ölkələrin hər biri ilə birbaşa ün-
siyyətdədir. Akademiyada innovasiya (yeniləş-
mə) qurumu  yaradılıb. Rəyasət Heyətində dis-


DİLÇİLİYİMİZ VƏ DİLÇİLİK İNSTİTUTUMUZ 
 
 
11 
sertasiya  mövzularına  xüsusi  diqqət  yetirilir. 
Akademiyanın  tədqiqatları  dünyanın  yüksək 
tədqiqatları  kontekstinə  uyğunlaşdırılır.  Yeni 
elm  sahələri  ilə  bağlı  gənc  alimlər  hazırlamaq 
üçün dünyanın müxtəlif elm ocaqlarına dokto-
rantlar,  fəlsəfə  doktorları  göndərmədə  akad. 
Akif Əlizadə bütün institutlara istənilən səviy-
yədə  maliyyə  köməyi  göstərir.  Bu  imkandan 
Nəsimi adına Dilçilik İnstitutu da bəhrələnir.  
Akademiyada  elmin  inkişafı  üçün  yara-
dılmış şərait Nəsimi adına Dilçilik İnstitutunda 
xüsusi  hiss  olunur.  Ona  görə  xüsusi  deyirəm 
ki, respublika prezidenti cənab İlham Əliyevin 
Azərbaycan dilinin qloballaşma şəraitində isti-
fadəsi  və  inkişafı  haqqında  sərəncamı  akade-
miyadakı  bu  əlverişli  mühitdə  daha  rahatlıqla 
həyata keçirilir. Akad. R.Mehdiyevin dilimizin 
inkişafı  və təmizliyi  ilə  bağlı  məqalə  və çıxış-
ları da bizim işlərimizə öz istiqamətverici təsi-
rini  göstərir.  Prezidentin  sərəncamı  ilə  dil 
proqramının  hazırlanmasında  sözün  geniş  mə-
nasında  bütöv  respublika  ictimaiyyəti  iştirak 
etsə  də,  ağırlıq  mərkəzi  Nəsimi  adına  Dilçilik 
İnstitutu  sayılırdı.  Və  bu  gün  də  həmin  dil 
proqramının  həyata keçirilməsində  əsas  məsu-
liyyət  Dilçilik İnstitutunun üzərinə düşür. İndi 
İnstitut Naxçıvan şivələrinin dialektoloji atlasını 
hazırlamışdır.  Qarabağın  dialektoloji  atlası  üzə-
rində iş başlanmışdır. Növbəti beş ildə Dərbənd-
dəki, Gürcüstandakı azərbaycanlıların şivələri və 
Güney  Azərbaycan  şivələri  əsasında  üç  cilddə 
dialektoloji atlas üçün proqram-layihə hazırlanıb 
Rəyasət Heyətinə təqdim edilmişdir. 
İnstitutda  yaradılmış  kompüter  dilçiliyi, 
qədim  dillər  və  mədəniyyətlər,  monitorinq  şö-
bələrinin  yeni  məzmunlu  fəaliyyəti  ilə  yanaşı, 
dilçilərimiz klassiklərimizin dilinə aid lüğətlər, 
orfoqrafiya,  orfoepiya  lüğətləri,  dilin  müxtəlif 
nəzəri  məsələləri  üzərində  işlərini  davam  et-
dirirlər. Bu gün müstəqillik dövründə, dövlətin 
dövlət  dili  haqqında  hər  cür  qayğı  göstərdiyi 
bir  zamanda  ana  dilimizin  öyrənilməsi,  zən-
ginləşdirilməsi,  təmizliyinin  qorunub  saxlan-
ması  üçün  dilçilərimiz,  Dilçilik  İnstitutumuz 
lazım olan işləri vicdanla, səmimiyyətlə yerinə 
yetirəcəklər,  millətin  qarşısında  başlarını  uca 
tutacaqlar.  Bunun  üçün  bizə  şərait  yaradılıb, 
biz buna borcluyuq. 
 
TOFİQ HACIYEV 
_______ 
 
 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə