N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   2   3   4   5   6   7   8   9   ...   58

T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
A M E A - n ı n   A K A D E M İ K L Ə R İ  
 
 
 
CAHİD KAZIMOV 
 
AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU  
 
 
Akad.  Məmmədağa  Şirəli  oğlu  Şirəliyev 
1909-cu  il  sentyabrın  13-də  Şamaxı  şəhərində 
doğulmuşdur.  Böyük  Vətən  müharibəsi  başla-
nanda o, alimlik dərəcəsi almaq üçün disserta-
siya  müdafiə  etmiş,  əsərin  yüksək  elmi  dəyəri 
nəzərə alınmış, Azərbaycan Dövlət Universite-
tinin (hazırda Bakı Dövlət Universiteti adlanır) 
Elmi və Müdafiə Şurası ona birbaşa filologiya 
elmləri doktoru alimlik dərəcəsini vermişdir. 
Böyük alimin dialektologiya elminin, tür-
koloji dilçiliyin inkişafında, Azərbaycan dilçili-
yinin  formalaşmasında, türk dünyasında  Azər-
baycan  elmi-mədəni  təfəkkürünün  tanınma-
sında xüsusi xidmətləri olmuş, M.Şirəliyev bü-
töv  dilçilik  məktəbi  yaratmışdır.  Xeyli  sayda 
ümumtürkoloji  məsələlərin  çözülməsi,  bir  çox 
dilçilik  konfrans  və  müşavirələrinin  təşkili  və 
keçirilməsi onun adı ilə bağlıdır. 
1950-ci ildən etibarən artıq M.Şirəliyev ta-
nınmış  dialektoloq-türkoloq  idi.  Onu  xarici  ölkə-
lərə dəvət edirdilər. 1953-cü ildə M.Şirəliyev Bol-
qarıstana Sofiya Universitetinə dəvət alır və orada 
bir il türk filologiyası kafedrasına rəhbərlik edir. 
O, uzun müddət (1969–1987) «Sovetska-
ya  türkologiya»  jurnalının  baş  redaktoru  vəzi-
fəsini icra etmişdir.  
Onun  elmi  fəaliyyətinin  əsas  sahələri, 
əsasən  bunlardan  ibarət  olmuşdur:  ümumtür-
koloji  problemlər,  dialektoloji  araşdırmalar, 
müasir  türk  dillərinin  nəzəri  problemləri,  türk 
dillərinin tarixi; «Sovetskaya türkologiya» jur-
nalının  yaradılması  və  onun  elmi  səviyyəsinin 
qaldırılması, nitq mədəniyyəti məsələləri və s. 
M.Şirəliyevin  çoxcəhətli  elmi-pedaqoji 
fəaliyyətində  dialektoloji,  türkoloji  araşdırma-
lar  mühüm  yer  tutur.  Bu  fəaliyyət  görkəmli 
türkoloqlardan  A.Axundovun,  Y.Seyidovun, 
Q.Kazımovun,  R.Məhərrəmovanın,  K.Abdul-
layevin,  İ.Məmmədovun  və  başqalarının  diq-
qətini xüsusi olaraq cəlb etmişdir. 
Böyük  alim-dialektoloq,  türkoloq  dünya 
türkologiyasında görülən  çox  böyük  işləri  əla-
qələndirmək  üçün  «Sovetskaya  türkologiya» 
kimi ümumittifaq jurnalın çapını faydalı sayır-
dı.  Türkologiyanın  ən  vacib  problemləri  türk 
xalqları  yaşayan  respublikalardan  və  xarici 
ölkələrdən göndərilən dərin məzmunlu əsərlər-
də  öz  əksini  tapırdı.  M.Şirəliyev  həmin  elmi 
məqalələri  «Türk  dillərinin  müqayisəli  tədqi-
qi»  şöbəsində  də  əməkdaşlarla  birgə  müzakirə 
edirdi.  O  vaxtlar  türkdilli  respublikalarda  tür-
kologiya  sahəsində çox güclü,  yüksək  ixtisaslı 
kadrlar  yetişmişdi.  M.Şirəliyevin  rəhbərlik  et-
diyi  şöbədə  də  akad.  K.Abdullayev,  prof. 
M.Yusifov,  fil.e.d.  K.Ramazanov,  f.e.d. Ə.Ca-
vadov,  prof.  H.Quliyev,  prof.  M.Musaoğlu, 


AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU 
 
13 
prof.  İ.Məmmədov,  prof.  İ.Kazımov,  fil.e.d. 
M.Mirzəliyeva,  fil.e.n.,  dos.  Ə.Quliyev  və  di-
gər  dilçi  kadrlar  yetişmişdi  ki,  onlara  akad. 
M.Şirəliyev  bilavasitə  rəhbərlik  etmiş,  nəti-
cədə  oğuz  qrupu  türk  dillərinin  fonetikası, 
morfologiyası,  leksikası  və  sintaksisinin  müx-
təlif  problemlərinə  dair  namizədlik  və  doktor-
luq  dissertasiyaları  müdafiə  olunmuş,  kitablar 
nəşr  edilmişdir.  M.Ş.Şirəliyev  yaradıcılıq  fəa-
liyyəti  dövründə  dilçiliyin  müxtəlif  sahələri 
üzrə beynəlxalq və ümumittifaq konfranslarda, 
müşavirə  və  simpoziumlarda  yorulmadan 
Azərbaycan türkologiyasını təmsil etmişdir. 
M.Şirəliyevin  redaktorluğu  ilə  çıxan  «So-
vetskaya türkologiya» jurnalı nəşr olunduğu illər 
ərzində  türkologiyanın  aktual  problemlərinə  aid 
maraqlı, dəyərli  materiallar çap edilməklə  yana-
şı, türkoloqlar arasında elmi əlaqələrin yaranma-
sında da böyük işlər görülmüşdür. 
Türk  dillərinin  dilçilik  çoğrafiyası  üsulu 
ilə öyrənilməsi, dialektoloji atlasların tərtibi də 
müasir  dilçiliyin  qarşısında  duran  ən  vacib 
problemlərdən  biri  sayılır.  Türk  dilçiləri  ara-
sında bu işə ilk dəfə olaraq 1950-ci illərin son-
larında  M.Şirəliyevin  təşəbbüsü  və  rəhbərliyi 
altında  Azərbaycan  EA-nın  Nəsimi  adına  Dil-
çilik İnstitutunun dialektoloqları başlamışlar. 
 «M.Şirəliyev  Azərbaycan  dilçiliyi  hü-
dudlarını  yarıb  beynəlxalq  aləmə  çıxdı,  elmi 
türkologiyanın  əngin üfüqlərində öz  işıqlı  yeri 
olan  ilk  Azərbaycan  dilçisidir.  Bolqarıstanda 
Sofiya  Universitetində  türk  dili  kafedrasının 
müdiri  olub,  dərs  deyib.  Varşava  Universite-
tində  mühazirələr  oxuyub.  Türkiyənin  İstam-
bul  və  Ankara,  yaxın  xaricin  Moskva,  Lenin-
qrad,  Almatı,  Qazan,  Kişinyov,  Bişkek,  Daş-
kənd,  Aşqabad  və  s.  şəhərlərində  keçirilən 
beynəlxalq  və  ümumittifaq  konqres  və  simpo-
ziumlarda  dəyərli  elmi  məruzələrlə  çıxış  edib. 
Türkoloji  aləm  akad.  M.Şirəliyevi  həmişə  bö-
yük  hörmət  və  məhəbbətlə  qarşılayıb,  onun 
elmi  fəaliyyətinə  yüksək  qiymət  verib.  Türk 
Dil Qurumunun Azərbaycandan ilk müxbir üz-
vü də o olub» [1]. 
Akad.  T.Hacıyev  «Dilçiliyimizin  bayra-
mı» adlı  məqaləsində  M.Şirəliyevin türkologi-
ya sahəsində olan xidmətlərinə, türkoloq dilçi-
lər  hazırlanması  sahəsində  fədakar  əməyinə 
görkəmli  türkoloqlar  –  SSRİ  EA-nın  müxbir 
üzvü  Q.İ.Avanesov,  F.R.Filip,  B.N.Serebren-
nikov,  S.Q.Barxudarov,  A.N.Kononov,  Gür-
cüstan  EA-nın  vitse-prezidenti  Q.V.Sereteli, 
akad.  S.S.Cikiya,  Türkmənistan  EA-nın  prezi-
denti akad. R.Əzimov, Özbəkistan EA-nın müx-
bir  üzvü  Ş.Şaabdurakmanov,  prof.  K.M.Musa-
yev  və  digərləri  tərəfindən  çox  yüksək  qiymət 
verildiyini göstərmişdir [2]. 
M.Şirəliyev  dialektologiya  elmi  ilə  daha 
çox  məşğul olsa da, o, «Türk  dillərinin  müqa-
yisəli  tədqiqi»  (hazırda  Türk  dilləri)  şöbəsinə 
rəhbərlik  etdiyi  vaxtlarda  da  dilimizin  oğuz 
xüsusiyyətlərini  aydınlaşdırmış,  Azərbaycan 
dilində  qıpçaq  elementlərinin  mövcudluğunu 
ayrı-ayrı  məqalələrində  və  dialektologiyaya 
dair yazdığı kitablarda əsaslandırmışdır. O, bu 
məqalələrində  türkologiya  elminin  perspektiv-
ləri ilə bağlı bir sıra mühüm problemlərə toxu-
nurdu. Həmin problemlər şöbədə də geniş mü-
zakirə  olunur  və  tədqiqat  obyektinə  çevrilirdi. 
Qeyd  olunan  türkoloji  problemləri  aşağıdakı 
kimi qruplaşdırmaq olar: 
I.  Türkologiyada  «tərkib  və  budaq  cüm-
lə»  məsələsi.  O,  «Azərbaycan  dilində  tabeli 
mürəkkəb  cümlə»  [3]  və  «Tabeli  mürəkkəb 
cümlə  problemləri»  [4]  adlı  məqalələrində 
məntiqi və qrammatik kateqoriyaları eyniləşdi-
rənlərə  sübut  etmişdir  ki,  Azərbaycan  dili  və 
eləcə də digər türk dillərinin daxili  inkişaf qa-
nunlarını  əsas  tutsaq,  feili  sifət  və  feili  bağla-
ma tərkibləri heç vaxt budaq cümlə ola bilməz, 
çünki  bu  tərkiblərin  xəbərlik  kateqoriyasına 
məxsus  qrammatik  əlaməti  yoxdur  və  bu  tər-
kiblər  mübtəda  ilə  uzlaşma  əlaqəsinə  girə 
bilmir. 
II.  Türk  dillərinin  dialektoloji  atlasının 
hazırlanması  məsələsi.  Akad.  M.Şirəliyevin 
bilavasitə  iştirakı  və  rəhbərliyi  ilə  hazırlanmış 
«Azərbaycan  dilinin  dialektoloji  atlası»  adlı 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə