N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   2   3   4   5   6   7   8   9   10   ...   58

CAHİD KAZIMOV 
 
16 
3.  Širaliev  M.  Вопросy  jaзыкознаниja. 
1956. № 1. 
4.  Yenə  onun.  Vопросy  gрамматики 
тjuркскиh jaзyков. Алма-Ата, 1958. 
5. Yenə onun. Кyпčакские ёлементy в азер-
баjдžанском jaзyке // Iсследованиja по gрамма-
тике и лексике тjuркскиh jaзyков. Таšкент, 1965. 
6. Širaliev M. Sovetskaja tjurkskaja filo-
logija  i  zadači  žurnala  «Sovetskaja  tjurkolo-
gija» // Sov. tjurkologija. 1970. № 1. 
7.  Yenə  onun.  По  вопросу  диалектолоgии 
тjuркскиh  jaзyков  //  Вопr.  jaзyкознаниja. 
1956. № 1. 
 
 
 
CAHID KAZIMOV 
 
ACADEMICIAN SHIRALIYEV MAMMADAGA SHIRALI OGHLU 
 
S u m m a r y 
 
In  the  article  the  actual  member  of  Academy  of  the  Azerbaijanian  National  Sciences 
M.Sh.Shiraliyev is characterized as an outstanding representative of Soviet turkology. 
Judgments  of  outstanding  Soviet  and  European  scientists  of  different  times,  Azerbaijani 
researchers  about  scientific  activity  of  M.Shiraliyev  and  his  role  in  the  development  of  soviet 
turkology  were  also  being  analyzed  here.  It  becomes  apparent  that  he  was  constantly  searching, 
responsible and strict to himself as a hardworking scientist, careful teacher, untiringly conductive 
to the scientific growth of youth. 
 
Key words: M.Shiraliyev, turkology, article, Academy, actual member, researchers 
 
 
 
ДЖАХИД КЯЗИМОВ 
 
АКАДЕМИК ШИРАЛИЕВ МАМЕДАГА ШИРАЛИ ОГЛУ 
 
Р е з ю м е 
 
В  статье  действительный  член  Академии  наук  Азербайджанской  ССР  М.Ширалиев 
характеризуется как выдающийся представитель советской тюркологии. Автором анализи-
руются  высказывания  известных  советских,  европейских  и  азербайджанских  исследовате-
лей  постсоветского  периода  относительно  его  научной  деятельности  и  роли  в  развитии 
тюркологической  науки.  Подчёркивается,  что  М.Ширалиев,  будучи  требовательным  педа-
гогом, в немалой степени способствовал подготовке молодых научных кадров. 
 
Ключевые  слова:  М.Ширалиев,  тюркология,  статья,  академия,  действительный 
член, исследователь 


AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU 
 
17 
Ünvan:  AZ1143. Bakı-143, Hüseyn  Cavid  pr., 115.  AMEA-nın  Nəsimi  adına Dilçilik İnstitutu – 
böyük elmi işçi, fil.ü.f.d. 
 
e-mail: cahid@ismayiloglu.com 
 
 
 
Çapa təqdim edən 
Tofiq Hacıyev – 
«Türkologiya» jurnalının  
baş redaktoru,  
Solmaz Süleymanova – 
«Türkologiya» jurnalının  
baş redaktorun müavini 
 
 
Məqalənin redaksiyaya  
daxil olma tarixi  
 
 
15.VII.2015 
Təkrar işlənməyə  
göndərilmə tarixi  
 
 
18.IX.2015 
Çapa göndərilmə tarixi 
19.X.2015 
 
 
________ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2 «Türkologiya», № 3 


T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
 
 
 
NADİR MƏMMƏDLİ 
 
AKADEMİK AXUNDOV AĞAMUSA AĞASI OĞLU  
 
 
Ağamusa  Axundov  elə  alimlərdəndir  ki, 
özündə  yüksək  elmi  səviyyə,  pedaqoji  ustalıq, 
idarəçilik,  humanistlik,  tələbkarlıq,  qayğıkeşlik 
kimi qabiliyyət və keyfiyyətləri məharətlə cəm-
ləşdirə  bilmiş, qüdrətli  elmi  yaradıcılığı  ilə dil-
çilik tarixinə adını böyük hərflərlə yazmağı ba-
carmışdır.  Akademik,  filologiya  elmləri  dokto-
ru,  professor  A.Axundov  dilçiliyin  bütün  sahə-
lərinə öz layiqlı töhfələrini vermişdir. 
Ağamusa  Axundov  2  fevral  1932-ci  ildə 
dünyaya gəlib. Özünün dediyinə görə, əsil-nə-
cabəti  Cənubi  Azərbaycanın Savalan  və  Qara-
dağ  mahallarındandır.  Doğulduğu  məkanın  – 
Kürdəmir  rayonunun  Karrar  kəndindəki  mə-
həllənin  –  savalanlılar  adlanması  da,  görünür, 
elə bununla bağlıdır.  
1940-cı  ildə  Kürdəmir  şəhərindəki  bey-
nəlmiləl orta  məktəbə  daxil olmuş, 1950-ci  il-
də oranı medalla, eyni vaxtda axşam dəmiryo-
lu  Fəhlə-gənclər  rus  natamam  orta  məktəbini 
əla qiymətlərlə bitirmişdir. 
A.Axndovun ilk qələm təcrübəsi də mək-
təb  illərində  işıq  üzü  görüb,  «Məktəbimiz  ya-
şıllaşır» adlı ilk yazısı 1944-cü ildə «Azərbay-
can pioneri» qəzetində dərc olunub. 
1950-ci ildə Azərbaycan Dövlət Darülfü-
nunun (indiki Bakı Dövlət Universiteti) Filolo-
giya  fakültəsinin  Azərbaycan  dili  və  ədəbiy-
yatı şöbəsinə daxil olmuş və 1955-ci ildə oranı 
bitirmişdir.  
XX əsrin 50–60-cı illəri universitet həya-
tının  ən  qaynar  çağı  olub.  Həmin  dönəmdə 
Filologiya fakültəsində dərs demiş akad. Həmid 
Araslı, professorlardan  Məmmədcəfər Cəfərov, 
Məmmədhüseyn Təhmasib, Cəfər Xəndan, Mi-
kayıl  Rəfili,  Əli  Sultanlı,  Mir  Cəlal  Paşayev, 
Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə ki-
mi elm  və təhsil fədailəri bu gün də hörmət və 
minnətdarlıqla yad edilirlər. Ağamusa Axundo-
vun tələbə  yoldaşı X.Məmmədov «Qoy rəhmət 
oxusun  bizə  nəsillər»  sərlövhəli  məqaləsində 
(«Ədalət» qəzeti. 2011. 5 oktyabr)  həmin  illəri 
belə xatırlayır: 
Bəli, Ağamusa Axundov belə korifeylər-
dən  dərs  almış,  elmin  əlifbasını  onlardan  öy-
rənmişdir.  Təsadüfi  deyildir  ki,  elə  birinci 
kursdan müəllimlərinin diqqətini cəlb etmişdir. 
Muxtar Hüseynzadə hələ o vaxt universitet qə-
zetində  sevimli  tələbəsi  haqqında  məqalə  yaz-
mış,  onun  gələcəyinə  inandığını  bildirmişdi. 
A.Axundov tələbəlik  illərində  ADU-nun Tələ-
bə  Elmi  Cəmiyyətinin  sədri  olmuş,  konfrans-
ların  birində  «Kür»  sözünün  mənşəyi  ilə  bağlı 
etdiyi çıxış alimlərin marağına səbəb olmuşdu.  
Universiteti  bitirən  kimi  aspiranturaya 
qəbul olunan gənc araşdırıcı qısa bir müddətdə 
«Feilin  zaman  kateqoriyası  (Azərbaycan  dili 
materialları əsasında)»  mövzusunda dissertasi-
yanı  müdafiə edərək (1958) filologiya elmləri 
namizədi  alimlik  dərəcəsi  alır  və  çox  keçmir 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə