N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

MİRBABAYEV MİRYUSİF MİRABBAS OĞLU 
 
49 
Çapa təqdim edən 
Tofiq Hacıyev – 
«Türkologiya» jurnalının 
baş redaktoru, 
İsmayıl Məmmədli – 
«Türkologiya» jurnalının 
sahə redaktoru  
 
 
Məqalənin redaksiyaya  
daxil olma tarixi  
 
 
15.VII.2015 
Təkrar işlənməyə  
göndərilmə tarixi  
 
 
18. IX.2015 
Çapa göndərilmə tarixi 
19.X.2015 
 
 
________ 
 
 
 
4 «Türkologiya», № 3 


T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
 
A M E A - n ı n   M Ü X B İ R   Ü Z V L Ə R İ  
 
 
 
İSMAYIL MƏMMƏDLİ 
 
MÜXBİR ÜZV ORUCOV ƏLİHEYDƏR ƏLABBAS OĞLU  
 
 
Soltan Məcid Qənizadə, Vəli Xuluflu, Ru-
hulla  Axundov,  Heydər  Hüseynov  kimi  məşhur 
Azərbaycan lüğətçiləri nəslinin gözəl ənənələrini 
yaradıcılıqla  davam  etdirən  parlaq  şəxsiyyət-
lərdən  biri  də  SSRİ  Dövlət  mükafatı  laureatı, 
əməkdar  elm  xadimi,  Azərbaycan  EA-nın  müx-
bir  üzvü,  filologiya  elmləri  doktoru,  mərhum 
professor  Əliheydər  Əlabbas  oğlu  Orucovdur. 
Bu  il  Ə.Orucovun  anadan  olmasının  110  ili  ta-
mam olur. 
Ə.Ə.Orucov 1905-ci il noyabr ayının 25-də 
Quba  şəhərində  anadan  olmuşdur.  İlk  təhsilini 
Qubada almış, 1922-ci ildə Bakıya gəlmiş və bu-
rada əmək fəaliyyətinə başlamış, 1923–1926-cı il-
lərdə «Gənc işçi» qəzetinin redaksiyasında məsul 
katib  vəzifəsində  çalışmış  və  eyni  zamanda 
ADU-nun filologiya fakültəsində təhsilini davam 
etdirmişdir. 1926-cı ildə oranı bitirmişdir.  
Ə.Ə.Orucov  1926-cı  ildə  Azərbaycan 
Dövlət Nəşriyyatının Gənclər ədəbiyyatı şöbə-
sinin  müdiri  təyin  olunmuş,  1931-ci  ilə  qədər 
bu  vəzifədə  çalışmışdır.  1931–1933-cü  illərdə 
o, Moskva şəhərində Redaksiya-Nəşriyyat İns-
titutunda  təhsil  almış,  1934–1937-ci  illərdə 
Bakıda  müxtəlif  redaksiya  və  nəşriyyatlarda 
ədəbi  işçi,  tərcüməçi  işləmişdir.  Yaradıcılığı-
nın  ilk  dövründə  Ə.Orucov  jurnalist,  redaktor 
və tərcüməçi kimi tanınır. 
Lakin  o,  elm  tariximizə  görkəmli  bir  lü-
ğətçi  kimi  daxil  olmuşdur.  Təsadüfi  deyil  ki, 
mərhum  akad.  H.Hüseynov,  mərhum  lüğətçi-
alim,  o  dövrdə  Dil  İnstitutunun  direktoru  olmuş 
Y.Mirbabayevlə (1948–1951) birlikdə dördcildlik 
«Rusca-azərbaycanca  lüğət»in  (1940–1946-cı  il-
lər) əsas tərtibçilərindən biri kimi Əliheydər Oru-
cov  1948-ci  ildə  SSRİ  Dövlət  mükafatına  layiq 
görülmüşdür. 
1940-cı ildən Ə.Orucovun elmi-əməli fə-
aliyyəti birdəfəlik lüğətçiliklə bağlanmışdır. O, 
ömrünün sonuna qədər 48 il lüğətçilik sənətinə 
sədaqətlə xidmət etmişdir. 
1944-cü ilin may ayında Ə.Orucov Lüğət 
şöbəsinə  müdir  təyin  olunmuş  və  bu  vəzifədə 
1987-ci ilə qədər çalışmış, lüğətçilik işinə rəh-
bərlik etmişdir. 
Ə.Orucov  bircildlik (1942)  «Rusca-azər-
baycanca lüğət»dən başqa «Rusca-azərbaycan-
ca lüğət»in (1951), «Azərbaycanca-rusca lüğə-
t»in (1962) və bir sıra müxtəlif lüğətlərin tərti-
bində  və  redaktəsində  yaxından  iştirak  etmiş-
dir. Ə.Orucovun lüğətçilik sahəsindəki  müvəf-
fəqiyyətini hələ o dövrdə akad. İ.İ.Meşşaninov 
dördcildlik  «Rusca-azərbaycanca  lüğət»ə  yaz-
dığı  rəyində  bu  cür  qiymətləndirirdi:  «Lüğət 
başqa  rus-milli  lüğətləri  öz  həcminə  görə  ge-
ridə qoymuşdur. Belə ki, bu  lüğət öz əhatəlili-


MÜXBİR ÜZV ORUCOV ƏLİHEYDƏR ƏLABBAS OĞLU 
 
 
51 
yi etibarı ilə kəskin surətdə seçilir. Onun tərti-
bi  işinə  misilsiz  böyük  zəhmət  və  səbr  tələb 
edən əmək sərf edilmişdir. Öz əhatəliliyinə gö-
rə  nəhəng  bu  iş  keyfiyyəti  aşağı  salınmadan 
çox  qısa  bir  vaxtda  yerinə  yetirilmişdir.  Belə 
bir  əsərə  yüksək  qiymət  verilməsi  tamamilə 
təqdirəlayiqdir». Qeyd edək ki, vaxtilə keçmiş 
SSRİ-də  birinci  ikidilli  mükəmməl  lüğət  sayı-
lan həmin dördcildlik lüğəti ictimaiyyətimiz də 
böyük ruh yüksəkliyi ilə qarşıladı, mütəxəssis-
lər  də  onu  yüksək  qiymətləndirdilər.  Sonralar 
həmin  lüğət  təkmilləşdirilərək  əvvəlcə  1956–
1959-cu illərdə ikicildlik, sonra 1971–1977-ci il-
lərdə  üçcildlik,  1990-cı  ildə  üçcildlik,  daha 
sonra  2005-ci  ildə  yenə  də  üçcilddə  yenidən  
nəşr olundu. 
Son  35–40  ildə  akademiyanın  nəşr  edil-
miş  olduğu  bütün  lüğətlərimizin  əsas  tərtibçi-
lərindən  və  redaktorlarından  biri  olan  Ə.Oru-
cov  zəngin  təcrübəli,  mahir  bir  lüğətçi  kimi 
tanınmışdır.  
Onun  lüğətçilik  fəaliyyətində  Azərbay-
can dilinin izahlı lüğəti xüsusi bir mərhələ təş-
kil edir. Ana dilimizin ilk izahlı lüğətinin yaradı-
cısı olan prof. Ə.Orucov bu lüğətin təkcə I cildi-
nin  tərtibi  üzərində  nə  az  nə  çoz  düz  14  il  iş-
ləmişdir,  həmin  cildin  tərtibçisi  o  özü  olmuş, 
bu  cild  1966-cı  ildə  çapdan  çıxmışdır.  II  cild 
1980-ci ildə, III cild 1983-cü ildə, ən nəhayət, 
1V  cild  isə  1987-ci  ildə  nəşr  olunmuş,  böyük 
lüğətçiyə  bütünlükdə  bu  ağır,  şərəfli,  nəhəng 
bir işin nəşrini görmək xoşbəxtliyi də nəsib ol-
du.  Onun  işləyib  hazırladığı  elmi-nəzəri  prin-
siplər əsasında çap olunmuş cildlər bu gün hər 
bir azərbaycanlının masaüstü kitabıdır. 
Ə.Ə.Orucov  həmçinin  uzun  illər  Azər-
baycan  Terminologiya  Komitəsinin  də  sədri 
olmuşdur.  Bəllidir  ki,  terminologiya  məsələləri 
lüğətçilik,  leksikologiya,  orfoqrafiya,  söz  yara-
dıcılığı, Azərbaycan ədəbi dilinin normaları ilə, 
xüsusən  də  ana  dilimizin  təmizliyi  kimi  prob-
lemlərlə sıx şəkildə əlaqədardır. Prof. Ə.Orucov 
da  dövrünün  görkəmli  dilçiləri  M.Ş.Şirəliyev, 
M.Hüseynzadə, Ə.Dəmirçizadə kimi şəxsiyyət-
lərlə bərabər ana dilinin təmizliyi məsələlərinin 
qızğın tərəfdarı, ardıcıl müdafiəçisi, təbliğatçısı 
kimi  tanınırdı.  Ə.Orucov  ərəb  və  fars  mənşəli 
terminlərin  dilimizin  lüğət  tərkibinə  ehtiyac 
olmadan,  əsassız  surətdə  gətirilməsinə  qarşı 
çıxış  edirdi.  Görkəmli  dilçi  ana  dilimizin  ter-
minologiyasını  xalq  dili  hesabına  (xüsusən  də 
kənd  təsərrüfatı,  heyvandarlıq,  xalq  təbabəti, 
bitkiçilik  və  b.  sahələrə  aid  xalq  danışıq  dili 
sözləri  hesabına)  zənginləşdirilməsini  daha 
önəmli,  faydalı  hesab  edirdi.  O,  Azərbaycan 
dilinin  qrammatik  qayda-qanunlarına  uyğun-
laşdırılmış  alınma  söz  və  terminlərin  işlənmə-
sini də son  dərəcə gərəkli  dilçilik  məsələsi ki-
mi  dəyərləndirirdi,  əməli  işdə  buna  üstünlük 
verirdi.  Tanınmış  leksikoqraf  eyni  zamanda 
ayrı-ayrı nitq hissələrindən terminlərin yaradıl-
masına,  bəzi  sözlərin  isimləşməsi  nəticəsində 
termin  səciyyəsində  müxtəlif  növlü  lüğətlərin 
sözlüyünə  daxil  edilməsinə  də  xüsusi  diqqət 
yetirirdi. 
Bəllidir  ki,  M.Kaşğari  zamanından  ta  bu 
günümüzə qədər Azərbaycan dilinin tarixini ən 
çox  lüğətçiliklə  əlaqələndirmək  olar.  Azərbay-
can  nəzəri  dilçiliyi  XX  əsrdən  götürülürsə  də, 
milli leksikoqrafiyamızın tarixinin yeni dövrü – 
XX  əsr  mərhələsi  Əliheydər  Orucovun  adı  ilə 
bağlıdır.  
1940-cı  ildən  başlayaraq  böyük  lüğətçinin 
Milli  Elmlər  Akademiyasındakı  fəaliyyətinin  48 
ili  Nəsimi  adına  Dilçilik  İnstitutunda  keçmişdir. 
Yalnız  onu  demək  kifayətdir  ki,  14  illik  bir  za-
manda «Azərbaycan dilinin izahlı lüğəti»nin I cil-
di üzərində çalışmış və bu kitabın I cildi 1966-cı il-
də nəşr olunmuşdur. 
Görkəmli  Azərbaycan  lüğətçisi  Ə.Ə.Oru-
cov həyatının böyük hissəsini lüğətlərin tərtibinə 
həsr etmişdir. O, 43 il  institutun Lüğət şöbəsinə 
rəhbərlik  etmişdir.  Qocaman  lüğətçi  izahlı,  iki-
dilli, frazeoloji və orfoqrafiya lüğətlərinin tərtib-
çisi  və  redaktoru  olmuşdur.  Bütövlükdə  60-dan 
artıq ciddi, fundamental elmi əsəri, monoqrafiya 
və kitabları elmimizi zənginləşdirir. Bunların sı-
rasında «İlk Azərbaycan qəzeti “Əkinçi”nin dili» 
4* 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə