N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
  1   2   3   4   5   6   7   8   9   ...   34


 
 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
_________ 
 
N Ə S İ M İ   a d ı n a   D İ L Ç İ L İ K   İ N S T İ T U T U  
 
 
 
 
TÜRKOLOGİYA 
 
 
 
B E Y N Ə L X A L Q   E L M İ   J U R N A L  
 
 
1970-ci İLDƏN NƏŞR OLUNUR 
 
 
 
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında  
Ali Attestasiya Komissiyası tərəfindən rəsmi  
qeydiyyata alınmışdır (Filologiya elmləei bölməsi, №18) 
 
Azərbaycan Respublikası  Ədliyyə Nazirliyi Mətbu nəşrlərin  
reyestrinə daxil edilmişdir. Reyestr № 3378 
 
 
 
İldə 4 dəfə çıxır 
 
№ 2 
 
 
 
Bakı – 2013 


 
 

BAŞ REDAKTOR 
 
AĞAMUSA AXUNDOV – AMEA-nın həqiqi üzvü, fil. ü. e. d., prof. 
 
REDAKSİYA HEYƏTİ 
 
KAMAL ABDULLAYEV, GÖVHƏR BAXŞƏLİYEVA, NİZAMİ CƏFƏROV, TOFİQ 
HACIYEV,  NİZAMİ  XUDİYEV,  MUXTAR  İMANOV,  TEYMUR  KƏRİMLİ, 
ƏBÜLFƏZ  QULİYEV,  AZAD  MƏMMƏDOV,  SOLMAZ  SÜLEYMANOVA  (baş 
redaktorun müavini), FƏXRƏDDİN VEYSƏLLİ  
 
BEYNƏLXALQ MƏSLƏHƏTÇİLƏR 
 
ŞÜKRÜ  HALUK  AKALIN  (Türkiyə),  ƏHMƏD  BICAN  ƏRCILASUN  (Türkiyə), 
ÇONQ  JİN  OH  (Cənubi  Koreya),  HAYASİ  TOORU  (Yaponiya),  KADIRALİ 
KONAKBAYEV  (Qırğızıstan),  İQOR  KORMUŞİN  (Rusiya),  FUAT  QƏNİYEV 
(Rusiya),  VALENTİNA  QƏRƏNFİL  (Moldova),  TOFİK  MƏLİKOV  (Rusiya), 
MEHMAN MUSAOĞLU (Türkiyə), MURADGELDİ SOYEQOV (Türkmənistan) 
 
 
SAHƏ REDAKTORLARI 
 
Azərbaycan dili, terminologiya üzrə – SAYALI SADIQOVA, BULUDXAN XƏLİLOV; 
qədim dillər üzrə –  İLHAMI CƏFƏRSOY, ÇİNGİZ QARAŞARLI; abidələrin dili üzrə 
–    ƏZİZXAN  TANRIVERDİYEV,  VAHİD  ZAHİDOĞLU;  türk  dilləri  üzrə  –  
MƏMMƏDƏLİ  QIPÇAQ,  MƏHƏBBƏT  MİRZƏLİYEVA;  dil  nəzəriyyəsi  üzrə  – 
AFƏT  ABBASOVA,  MƏSUD  MAHMUDOV;  tipoloji-müqayisəli  dilçilik  üzrə  – 
TEYYUB QULİYEV, HƏBİB ZƏRBƏLİYEV; şərq dilləri üzrə – ŞƏFƏQ ƏLİBƏYLİ, 
KAMANDAR ŞƏRİFOV; ədəbiyyat, folklor üzrə – MƏHƏRRƏM QASIMLI 
 
Türk mətninin elmi redaktoru fil. ü. f. d., dos. K. Quliyeva 
 
JURNALIN TƏSİSÇİSİ 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ  
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUDUR 
 
 
Ünvan:  Az-1143,  Bakı-143,  Hüseyn  Cavid  prospekti,  31.  AMEA-nın  Nəsimi  adına 
Dilçilik İnstitutu. «Türkologiya». Tel.: (+99412) 5372083, 5372081. 
e-mail: 
turkologiya2010@mail.ru
 
sayt: www.turkologiya.org 
 
Адрес:  Аз-1143.  Баку-143,  пр.  Гусейна  Джавида,  31.  Институт  языкознания 
им.Насими НАНА. «Тюркология». Тел.: (+99412) 5372083, 5372081. 
e-mail: 
turkologiya2010@mail.ru
 
сайт: www.turkologiya.org 
 
Address:  Az-1143,  Baku-143,  Hussein  Javid  avenue,  31.  Azerbaijan    National  
Academy    of    Sciences  Nasimi    Institute    of    Linguistics.  «Turkologiya».  Tel.: 
(+99412) 5372083, 5372081. 
e-mail: 
turkologiya2010@mail.ru
 
sayt: 
www.turkologiya.org
 


 
 

 
M Ü N D Ə R İ C A T  
 
 
DİLİN STRUKTURU VƏ TARİXİ 
 
Mayıl Əsgərov (Bakı). Psixolinqvistika ilə bağlı yeni  
                            nəzəriyyə.............................................................................. 

Kifayət İmamquliyeva (Bakı). Quşçuluq terminlərinin  
                            tarixi-dialektoloji aspektdə fonosemantik təhlili ................ 
16 
 
FOLKLOR. ƏDƏBİYYAT. MƏDƏNİYYƏT 
 
Mehman Musaoğlu, Fatih Kirişçioğlu (Türkiye). Türk  
Cümhüriyetlerinin Milli Marşları: Açıklamalar,  
Metinler, Aktarmalar ve Tercümeler (Birinci    
                           Makale)  ...............................................................................  28 
 
DİSKUSSİYALAR VƏ MÜZAKİRƏLƏR 
 
Çingiz Qaraşarlı (Bakı). Etrusk  yazıları qədim türkcədir..............................  51 
İlhami Cəfərsoy (Bakı). Şota Rustaveli «Bars dərisi geymiş  
                            Koma» poemasının əsli və tərcümələri ...............................  69 
 
MATERİALLAR VƏ MƏRUZƏLƏR 
 
А. В. Шеймович (Москва). К 85-летию Галины Федоровны  
                            Благовой: научные итоги десятилетия ........................... 
82 
 
RESENZİYALAR 
 
Cahid İsmayıloğli, İsmayıl Kazımov (Bakı). Məsud Mahmudov. 
                            Kompüter dilçiliyi ............................................................. 
93 
 
 
 
 
 
 
_________ 


 
 

DİLİN STRUKTURU VƏ TARİ Xİ 
 
 
 
 
MAYIL ƏSGƏROV 
 
PSİXOLİNQVİSTİKA İLƏ BAĞLI YENİ NƏZƏRİYYƏ 
 
X ü l a s ə .  Məqalədə  müəllif  tərəfindən  işlənib  hazırlanmış  «Psi-
xolinqvistik  konneksiya  nəzəriyyəsi»,  onun  prinsipləri,  psixoloji  əsası, 
minimal vahidləri haqqında məlumat verilir. Bu nəzəriyyə əsasında dərk-
etmə  və  təfəkkür  proseslərinin  reallaşması  prinsipi,  eləcə  də  sözün  və 
nitqin yaranma və mənimsənilmə mexanizmi izah olur. 
 
Açar  sözlər:  gerçəklik  elementi,  intellekt  obrazı,  intellekt  kodu,  dil 
struktur vahidi, dərketmə 
 
Dilçilik  tarixinin  ilkin  analizi  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir 
ki,  sözün,  nitqin  və  dilin  yaranması,  onların  insanlar  tərəfindən  mə-
nimsənilməsi  məsələsi  hər  zaman  maraq  doğurmuşdur.  Belə  ki,  Yunan 
dilçilik  məktəbinin, demək olar ki,  bütün araşdırmaları  məhz  «şeylər  və 
onlara  verilən  ad  məsələsi»  ilə  bağlı  olmuşdur  [1.  S.  9–12].  Fəlsəfi 
dilçilik (dil ayrı-ayrı  fərdlərin təfəkkürüdür – V. Humboldt) məktəbi [1. 
S. 23], eləcə də natural dilçilik (dildə bütün bəşəriyyətin və hər bir xalqın 
ruhu  görünür...  amma  bu  görünmə  özündəşey  kimi  öz-özündə  deyil... 
özündənkənar görünmədir – A. Şleyxer) məktəbi [2. S. 39] özlərinə məx-
sus  olan  əsas  istiqamətlərlə  yanaşı,  dilin  və  nitqin  yaranması  və 
mənimsənilməsi  məsələsinin  psixoloji  köklərini  də  izah  etməyə  cəhd 
göstərmişdir.  Gəldiyi  son  nəticə  qənaətbəxş  olmasa  belə  (dil  daima  və 
eyni qaydada insan ruhundan yaranır – H. Şteyntal; dil təfəkkürün ifadə 
vasitəsi  yox,  yaranma vasitəsidir – A. Potebnya), psixoloji dilçilik  mək-
təbinin [1. S. 29–30], demək olar ki, bütün araşdırmaları məhz nitqin və 
dilin yaranması məsələsinə həsr edilmişdi.  
1950-ci  illərdə  müstəqil  elmi  istiqamət  kimi  formalaşan  psixolinq-
vistikanın  əsas  və  yeganə  məqsədi  psixoloji  və  linqvistik  bazis  əsasında 
nitqin yaranma və mənimsənilmə mexanizmini izah etmək olmuşdur. İstər 
S – R sxeminə əsaslanan «biheviorizm»,  istər S – D – R sxeminə əsasla-
nan  «neobiheviorizm»,  istər  psixoloji  fəaliyyət  nəzəriyyəsinə  əsaslanan 
«nitq  fəaliyyəti  nəzəriyyəsi»,  istərsə  də  fəlsəfə,  məntiq,  psixologiya  və 
linqvistikaya əsaslandığı iddia edilən, amma prinsipləri, elmi əsası və mi-
nimal  vahidləri  ümumiyyətlə  izah  edilməyən,  bəzi  mənbələrdə  «koqniti-
vologiya elmi»,  bəzən  isə  «koqnitiv psixolinqvistika» adı  ilə təqdim edi-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə