N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 

lən  bu  məktəb  və  ya  istiqamətlər  hələ  ki,  nitqin  yaranma  və  mənimsə-
nilmə mexanizmini izah edə bilməmişdir. 
Məhz  bu  səbəbdəndir  ki,  son  dövrlərdə  istər  psixolinqvistikanın 
nəzəri  məsələlərindən  bəhs  edən  monoqrafik  araşdırmalarda,  istərsə  də 
konkret  mövzular  və  mətnlər  əsasında  yazılan  məqalələrdə  bu  araşdır-
maların elmi nəzəri bazası, psixoloji, linqvistik əsasları, minimal vahidləri 
haqqında  ümumiyyətlə  danışılmır.  Hətta  həmin  tədqiqatın  hansı  psixo-
linqvistik məktəbə və ya istiqamətə aid olduğu belə qeyd edilmir. Bunun 
əsas  və  yeganə  səbəbi  odur  ki,  bu  günə  qədər  mövcud  olan  və  yuxarıda 
adları  qeyd  edilən  psixolinqvistik  məktəb  və  ya  istiqamətlər  aparılan 
araşdırmaların  tədqiqat  obyektini,  yəni  ümumilikdə  nitqi  və  onu  əmələ 
gətirən dil struktur vahidlərini tam şəkildə açıb şərh etməyə qadir deyildir.  
Azərbaycan dilçiliyində müstəqil psixolinqvistik araşdırmaların ilki 
və  ya  birincisi  olan  G.  Sədiyevanın  neyrolinqvistika  ilə  bağlı  tədqiqatı 
(daha  ətraflı  bax  [3])  müəyyən  cəhətləri  ilə  biheviorizmə,  müəyyən 
cəhətləri  ilə  koqnitiv  psixolinqvistikaya  aid  edilə  bilə  bilər.  Eyni  sözləri 
həmin  xətti  davam  etdirən  H.  Eminlinin  tədqiqatı  (daha  ətraflı  bax  [4]) 
haqqında da deyə bilərik. K. Abdullayevin «Dilçiliyə səyahət» adlı əsərin-
də  həm  neobiheviorizmin,  həm  də  koqnitiv  psixolinqvistikanın  müddəa-
ları  yer  almaqdadır,  daxili  nitq  və  onun  xarici  nitqə  çevrilməsi  məsələsi 
isə  nitq  fəaliyyəti  nəzəriyyəsi  bazasında  izah edilmişdir (daha ətraflı  bax 
[5]).  F.  Veysəllinin  «Diskurs  təhlilinə  giriş»  (daha  ətraflı  bax  [6]),  eləcə 
də A. Məmmədov və M. Məmmədovun «Diskurs təhlilinin koqnitiv pers-
pektivləri» (daha ətraflı  bax [7]) adlı tədqiqat əsərləri  neobiheviorizm  və 
koqnitiv psixolinqvistikaya meyillidir. A. Hacıyevanın «Erkən türk dönə-
minə  aid  metatezik  sözyaradıcılığı  prosesinin  psixolinqvistik  aspektdən 
təhlili  haqqında»  adlı  məqaləsi  əsasən  koqnitiv  psixolinqvistika  əsasında 
yazılmış  olsa  da,  orada  həm  neobiheviorizmin,  həm  də  nitq  fəaliyyəti 
nəzəriyyəsinin  təsiri  hiss  olunmaqdadır  (daha  ətraflı  bax  [8]).  A.  A.  Za-
levskayanın  «Canlı,  yarımkodlaşmış  hipermətnin  daxili  bitkin  məzmunu 
və  metaforası»  adlı  məqaləsi  (daha  ətraflı  bax  [9])  əsasən  nitq  fəaliyyəti 
nəzəriyyəsi  bazasında  işlənmişdir,  amma  hipermətnlərin  modelləşdiril-
məsi  məsələsində  koqnitiv  psixolinqvistikanın  təsiri  də  açıq  şəkildə  hiss 
olunur.  Eyni  sözləri  Y.  Y.  Myaqkovanın  «Formal  və  daxili  qrammatika 
haqqında» adlı məqaləsi (daha ətraflı bax [10]) ilə bağlı da demək olar. 
Artıq  qeyd  etdiyimiz  kimi,  bütün  bunların  əsas  və  yeganə  səbəbi 
odur ki,  yuxarıda adları qeyd edilən psixolinqvistik  məktəb  və  ya  istiqa-
mətlərdən heç biri ayrılıqda və ya müstəqil şəkildə aparılan araşdırmaların 
tədqiqat obyektini tam şəkildə açmağa qadir deyildir.  
Bu  səbəbdən  də  təqdim  edilən  məqalədə  sözün,  nitqin  və  digər  dil 
struktur  vahidlərinin  həm  yaranma,  həm  də  mənimsənilmə  mexanizmini 
izah etməyə qadir olan «Psixolinqvistik konneksiya nəzəriyyəsi» adlı yeni 
psixolinqvistik  istiqamətin  əsas  müddəalarını  elmi  ictimaiyyətin  müzaki-


 
 

rəsinə  çıxarırıq.  Məqalədə  tərəfimizdən  işlənib  hazırlanmış  olan  bu  nə-
zəriyyənin  əsasları,  minimal  vahidləri  haqqında  məlumat  verilir.  Eyni 
zamanda  bu  nəzəriyyə  əsasında  dərketmə  və  təfəkkür  proseslərinin  real-
laşması prinsipi, eləcə də sözün və nitqin yaranma və mənimsənilmə me-
xanizmi izah edilir. 
 
Nəzəriyyənin prinsipi, əsası və vahidləri. İstənilən informasiyanın 
kompüterin  yaddaşına  maqnit  dalğalarıyla  yazıldığı  və  bu  zaman  fərqli 
kodlaşdırma proqramlarından (məsələn, 0 və 1 rəqəmlərindən ibarət kod-
laşdırmadan)  istifadə  olunduğu  elmi  şəkildə  sübut  edilmişdir.  Amma 
gerçəklik,  onu  əmələ  gətirən  vahidlər  və  ya  gerçəklik  elementi  ilə  bağlı 
informasiyanın  insanın  yaddaşına  hansı  vahidlərdən  istifadə  yolu  ilə 
yazılması  məsələsi,  hələ  ki,  müəyyən  edilə  bilməmişdir.  Bu  mövzuda 
müxtəlif  fərziyyə  və  mülahizələrin,  məsələn,  kinokem  [11.  S.  96],  şüur 
vahidi, söz [12. S. 469] və s. olmasına baxmayaraq bu günə qədər «dərk 
olunan  ən  kiçik  vahid»,  eləcə  də  «dərketmə  və  təfəkkür  prosesinin  real-
laşmasını təmin edən ən kiçik vahid» məsələsi ilə bağlı mübahisələr hələ 
də  davam  edir.  Bizcə,  bu  nəzəriyyə  gerçəklik  vahidini  əks  etdirən  infor-
masiyanın  insanın  yaddaşında  mühafizə  olunması  və  həmin  gerçəklik 
elementi  ilə  bağlı  təfəkkür  proseslərinin  reallaşma  mexanizmini  şərh  et-
məyə qadirdir. 
 
Əsas  prinsip.  Konneksiya  sözü  ingilis  dilinə  aid  olan  connection 
sözündən əmələ gəlmişdir və ‘təmas, əlaqə, birləşmə, qoşulma’ mənasın-
dadır.  Psixolinqvistik  konneksiya  nəzəriyyəsinin  əsas  prinsipi  belədir: 
insan təmasda olduğu gerçəklik elementi ilə bağlı məlumatı birbaşa təmas 
anında mənimsəyib yaddaşına qeyd etməklə onu dərk edir. 
 
Psixoloji əsas. Bu nəzəriyyəni  irəli sürərkən «Dərketmə S + K + F = D 
sxemi  əsasında  reallaşır»  fikrindən  çıxış  edirik.  Biheviorizm  nəzəriyyəsi 
dərketmənin  S  –  R  sxemi  (daha  ətraflı  bax  [13]),  neobiheviorizm 
nəzəriyyəsi  S  –  D  –  R  sxemi  (daha  ətraflı  bax  [14]),  nitq  fəaliyyəti 
nəzəriyyəsi  isə  psixoloji  fəaliyyət  mexanizmi  əsasında  reallaşması 
mülahizəsinə əsaslanır.
 
Burada S – stimul və ya təsir, K – iki və ya dörd elementdən ibarət 
olan  intellekt  kodu,  F  –  psixoloji  fəaliyyət  və  ya  beyin  fəaliyyəti,  D  – 
dərketmə (qəbul etmə) və ya düşünmə fəaliyyəti mənasındadır. 
Burada verdiyimiz S +  K +  F = D  sxemi İ. M. Seçenov tərəfindən 
irəli sürülən üç pilləli (1 – təsir, 2 – bu təsir nəticəsində yaranan hisslər, 3 – 
fəaliyyət) dərketmə (daha ətraflı bax [15–16]) prosesinin L. S. Vıgotski tə-
rəfindən  təqdim  edilən  psixoloji  fəaliyyət  nəzəriyyəsi  (daha  ətraflı  bax 
[12; 17]) ilə birləşdirilməsi nəticəsində əldə edilmişdir [18. S. 106–107]. 
 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə