N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 

Gerçəklik  elementi.  Gerçəklik  tamamilə  insan  tərəfindən  idrak 
edilə bilməz. Onu təşkil edən vahidlər də tamamilə qəbul edilib dərk olu-
na  bilmir.  Hər  bir  gerçəklik  vahidinin  yalnız  ən  üzdə  olan  və  ya  diqqəti 
cəlb edən ən qabarıq xüsusiyyətləri qəbul edilir və belə bir qənaətə gəlinir 
ki,  həmin  gerçəklik  vahidi  «dərk  edildi».  Əslində  əsas  yaddaşa  qeyd 
edilənlər  gerçəklik  vahidinin  bütün  xüsusiyyətləri  deyil,  onun  ən  üzdə 
olan  və  ya diqqəti cəlb edən  xüsusiyyətləri  ilə  bağlı  informasiyadır,  yəni 
dərk olunan ən kiçik  vahidlərdir  və  biz onlara gerçəklik elementi deyirik 
[18. S. 61]. 
 
İntellekt obrazı. Gerçəklik elementini əks etdirən informasiyanın insanın 
yaddaşına  maqnit  dalğası,  ruh,  bioenerji,  sinir  dalğaları  və  ya  bunlara  bənzər 
digər  vasitələrlə  qeyd  edilməsi  haqqında  müxtəlif  fikirlər  mövcuddur.  Amma 
qəbul  edilmiş  informasiyanın  davamlı  olaraq  yaddaşda  saxlanılmasını,  lazım 
gəldikdə əsas yaddaşda olan milyardlarla bənzər məlumatlar arasından seçilərək 
xatırlanmasını təmin edən vahidlərlə bağlı mülahizələrə və bu mülahizələrin el-
mi şəkildə açıqlanmasına rast gəlinmir. Əslində gerçəklik elementini əks etdirən 
informasiyanın insanın yaddaşına qeyd edilməsi və daima yadda saxlanılmasını, 
lazım gəldikdə xatırlanmasını və müxtəlif psixoloji fəaliyyətlərin həyata keçiril-
məsini təmin edən vahidlər dərketmə və düşünmə prosesinin reallaşmasını təmin 
edən ən kiçik vahidlərdir və biz onlara intellekt obrazı deyirik [18. S. 62–63]. 
 
Dərketmə  prosesi.  İnsanın  dərketmə  (qəbul  etmə)  və  idrak  (düşünmə) 
fəaliyyəti  arxa  arxaya  cərəyan  edən  aktlarla  reallaşır  və  hər  akt  dörd  fazadan 
əmələ gəlir. Bu  aktların  birincisi  insanın doğulması  ilə  başlayır, sonuncusu  isə 
onun  ölümü  ilə  bitir.  İnsanın  yaşadığı  müddət  ərzində  bu  dərketmə  aktları  bir 
zəncir kimi uzanıb gedir. Həmin aktların hər biri bir əvvəlki aktın davamı və bir 
sonrakı aktın başlanğıcı xüsusiyyətinə  malikdir. Dərk və idrak etmə prosesinin 
hər bir aktı aşağıdakı fazalardan ibarətdir [18. S. 70–82]: 
 
Faza 1. Gerçəklik elementi  ilə təmas – aktiv  yaddaşımız duyğu or-
qanları vasitəsilə gerçəklik elementi ilə təmas (connection) anında onunla 
bağlı informasiyanı (məlumatı) alır. 
Faza  2.  Kodlama  və  qeyd  –  beyin  aktivliyi  nəticəsində  gerçəklik 
elementinə  ekvivalent  olan  və  onun  yaddaşımızda  qalmasını  təmin  edən 
intellekt obrazı yaranır və bu obraz əsas yaddaşımıza yazır. 
Faza  3.  Xatırlama  və  kodun  açılması  –  hər  hansı  bir  səbəblə  (ək-
sərən xaricdən gələn bir təsir nəticəsində) əsas yaddaşda olan və gerçəklik 
elementlərindən  birinə  ekvivalent  olan  intellekt  obrazı  əsas  yaddaşdan 
aktiv yaddaşa daşınır və tam olaraq açılır. Yəni bu gerçəklik elementi ilə 
bağlı qəbul etmiş olduğumuz bütün informasiya xatırlanır. 
Faza 4. Praktik istifadə və ya modulyasiya – aktiv yaddaşa gətirilən 
intellekt  obrazında  olan  və  gerçəklik  elementini  əks  etdirən  informasiya 


 
 

qəbul  edildiyi  şəkildə  və  ya  başqa  bir  şəkildə  modullaşaraq  bir  sonrakı 
dərketmə aktının məqsədinə uyğun şəkildə istifadə edilir. 
 
İki  elementli intellekt  kodu. Bu  şəkildə dərk  edilmiş olan gerçək-
lik  elementləri  ilə  bağlı  yaddaşımızda  iki  tərkib  hissədən  ibarət  olan 
intellekt  kodu  formalaşır:  birinci  hissə  –  birinci  sıra  gerçəklik  elementi; 
ikinci  hissə  –  birinci  sıra  intellekt  obrazı.  Bu  şəkildə  dərk  edilmiş  olan 
gerçəklik  elementləri  ilə  bağlı  hər  cür  düşünmə  prosesi  bu  kodlar  vasi-
təsilə reallaşır. 
 
Sözün  meydana  gəlməsi  və  ya  adın  verilməsi.  Sözün  meydana 
gəlməsinin  və  ya adın  verilsinməsinin  iki  başlıca  şərti  vardır: 1) ad  veri-
ləcək gerçəklik vahidinin dərk edilmiş olması; 2) gerçəklik vahidi ilə bağ-
lı informasiya verməyə ehtiyac duyulması. 
Bu şərtlər ödəndiyi halda söz sinktual (düşünərək) dərketmə yolu ilə 
meydana gəlir [18. S. 82–105]. Sinktual dərketmə prosesi, bu dərketməyə 
hazırlıq mərhələsindən sonra reallaşır. Hazırlıq mərhələsində ad veriləcək 
gerçəklik elementi ilə bağlı intellekt obrazı əsas yaddaşdan aktiv yaddaşa 
daşınır (faza 3) və tam olaraq mətn şəklində modullaşır (faza 4). 
Sinktual  dərketmənin  birinci  fazasında  gerçəklik  elementinə  ad 
verilir. Bu ad ümumiyyətlə gerçəklik elementinin mahiyyətinə uyğun olur 
və  ya  belə  olması  daha  doğru  olardı  (məs.:  silgi,  soyuducu  və  s.  kimi). 
Amma bəzən bu adlar təsadüfi də verilə (məs.: MarsYupiterVenera ki-
mi). İstənilən halda verilən bu ad ikinci sıra gerçəklik elementi mahiyyəti 
qazanır. 
Sinktual dərketmənin  ikinci  fazasında  ikinci sıra  da olsa, hər  halda 
gerçəklik elementi mahiyyəti qazanan bu ad, eynilə birinci sıra gerçəklik 
elementlərində  olduğu  kimi,  duyğu  orqanları  vasitəsilə  qəbul  edilir  və 
beyin aktivliyi nəticəsində ona ekvivalent olan ikinci sıra intellekt obrazı 
yaranır.  Həmin  intellekt  obrazı  əsas  yaddaşda  eyni  gerçəklik  elementinə 
ekvivalent olan  birinci sıra  intellekt obrazı  ilə  birləşir  və  bu  yolla da  hə-
min adın yaddaşımızda qalmasını təmin edir. Bu faza ilə sinktual dərket-
mənin aktiv hissəsi başa çatır. 
Bu  aktın  üçüncü  və  dördüncü  fazaları  eynilə  digər  dərketmə  üsul-
larında olduğu kimi reallaşır: yəni, faza 3 – xatırlama, faza 4 – praktik is-
tifadə və ya modulyasiya. 
 
Dörd elementli intellekt kodu. Hər hansı bir gerçəklik elementinin 
özü  də,  ona  verilən  ad  da  dərk  olundusa,  artıq  əsas  yaddaşımızda  ona 
ekvivalent olan intellekt kodu artıq iki elementdən deyil, dörd elementdən 
ibarət  olur:  birinci  sıra  gerçəklik  elementi;  ona  ekvivalent  olan  (yəni, 
onun yadda qalmasını təmin edən) birinci sıra intellekt obrazı, ikinci sıra 
gerçəklik elementi (yəni birinci sıra gerçəklik elementinin adı); ikinci sıra 
(yəni, adın yadda qalmasını təmin edən) intellekt obrazı. Bu cür gerçəklik 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə