N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 

elementləri  ilə  bağlı  bütün  beyin  fəaliyyətləri  dörd  elementli  intellekt 
kodları vasitəsilə reallaşır. 
 
Söz və ya nitq vasitəsilə düşünmə illüziyası. Dörd elementli intel-
lekt kodları vasitəsilə reallaşan düşünmə prosesi «biz sözlərlə və ya dilin 
köməyi  düşünürük»  kimi  səhv  bir  düşüncə  tərzi  formalaşdırır.  Əslində 
düşünmə  prosesi,  daha  əvvəl  də  izah  edildiyi  kimi,  birinci  sıra  intellekt 
obrazlarıyla reallaşır. Amma birinci sıra intellekt obrazları aktiv yaddaşda 
açılarkən, onların  yanında onlarla eyni  kodlarda  olan  ikinci  sıra  intellekt 
obrazları  də  aktivləşir.  Yəni  birinci  sıra  gerçəklik  elementi  ilə  birlikdə 
ikinci  sıra  gerçəklik  elementi  mahiyyəti  qazanmış  olan  sözlər  də  aktiv 
hala gəlir. Nəticədə əsl düşünmə prosesinə paralel olaraq ikinci bir proses 
illüziyası meydana gəlir. Yəni aktiv hala gəlmiş sözlərin axını fikir əmələ 
gətirmə  prosesini  müşayiət  edir.  Bu  səbəblə  də  belə  bir  səhv  düşüncəyə 
gəlinir ki, «insan sözlərlə və ya dilin köməyi ilə düşünür». 
 
Sözün dərk olunması. Var olan bir sözün insan tərəfindən ilk dəfə 
dərk edilməsi verbal (və ya vokal) dərketmənin birinci fazasında reallaşır 
(adətən, xarici dillərə aid sözlərin dərk edilməsi də bu yolla baş verir): 
 
Faza  1.  Gerçəklik  elementi  ilə  təmas  –  aktiv  yaddaşımız  duyğu 
orqanları  vasitəsilə  ikinci  sıra  gerçəklik  elementi  olan  söz  haqqında  in-
formasiya (məlumat) alır (yəni, yazılı sözü oxuyuruq və ya bu sözü şifahi 
olaraq eşidirik). 
Faza 2. Kodlama və qeyd – beyin aktivliyi nəticəsində bu sözün yazılı 
şəklinə  (və  ya  sözün  səslənməsinə)  ekvivalent  olan  və  onun  yaddaşımızda 
qalmasını  təmin  edən  ikinci  sıra  intellekt  obrazı  əmələ  gəlir.  Bu  intellekt 
obrazı  həmin  sözün  əks  etdirdiyi  birinci  sıra  gerçəklik  elementinin  əsas 
yaddaşımızda var olan birinci intellekt obrazı ilə birləşərək eyni koda yazır. 
Sözün əks etdirdiyi (aid olduğu) birinci sıra gerçəklik elementi (yə-
ni, sözün ifadə etdiyi obyekt) o ana qədər tərəfimizdən dərk edilməyibsə, 
o halda əsas yaddaşımızda ona ekvivalent olan birinci sıra intellekt obrazı 
olmayacaq.  Bu  səbəblə  sözün  ikinci  sıra  intellekt  obrazı  «bir  boşluğa» 
yazılacaq. Yəni sözün yazılış şəkli və ya səslənmə tərzi yaddaşımızda var 
olsa belə, onun mənası bizə məlum olmayacaq. Təbii ki, belə sözlər qısa 
müddətdə  unudulmağa  məhkumdur.  Sözlərin  «köhnəlməsi»  və  «dili  tərk 
etməsi»nin  əsas  səbəbi  də,  əslində,  onların  birinci  sıra  intellekt  obraz-
larının yaddaşdan silinməsi, itməsidir. 
Faza  3.  Xatırlama  və  kodun  açılması  –  sözlərin  əks  etdirdiyi  ger-
çəklik elementi aktiv yaddaşa gələrək tam açılır və onun adının yazılış və 
söyləniş şəkli xatırlanır. 
Əslində,  burada  aktiv  hala  gələrək  xatırlanan  yalnız  birinci  sıra 
gerçəklik  elementinin  özü  və  adı  (yəni,  ikinci  sıra  gerçəklik  element) 


 
 
10 
deyil.  Onlarla  birbaşa  və  ya  dolayısı  ilə  bağlı  olan  bütün  fon  sektoru 
(gerçəklik elementləri silsiləsi) də aktiv hala gəlmiş olur. 
Faza 4. Praktik istifadə və ya modulyasiya – söz praktik olaraq söy-
ləm və ya cümlə qurma prosesində istifadə edilir. Ana dilində deyil, xarici 
dildə  söyləm  qurma  prosesində  praktik  istifadədən  əvvəl  həmin  sözdə 
mütləq şəkildə modulyasiya (çevrilmə, dəyişmə) prosesi baş verir. 
 
Söyləmin  və  ya  cümlənin  qurulması.  Deyiləcək  və  ya  yazılacaq 
cümlənin  qurulması  dərketmə  prosesinin  üçüncü  və  dördüncü  fazasında 
reallaşır: 
 
Faza  3.  Xatırlama  və  kodun  açılması  –  qurulacaq  söyləmin  və  ya 
cümlənin  əks  etdirdiyi  gerçəklik  elementlərinin  birinci  sıra  intellekt 
obrazlarının  aid  olduğu  intellekt  kodları  əsas  yaddaşdakı  digər  kodlar 
arasından  seçilərək  aktiv  yaddaşa  daşınır.  Onların  aid  olduğu  gerçəklik 
elementlərinin  yaddaşımızda  qalmasını  təmin  edən  birinci  sıra  intellekt 
obrazları aktiv yaddaşda tam açılır. 
Haqqında danışılan birinci sıra gerçəklik elementlərini dil sistemin-
də əks etdirən sözlər (fikrin yaranma prosesində heç bir rolu olmamasına 
baxmayaraq)  var  isə,  onların  yaddaşımızda  qalmasını  təmin  edən  ikinci 
sıra  intellekt  obrazları  da,  sanki  bir  müşayiətçiyimiş  kimi,  birinci  sıra 
intellekt obrazları ilə eyni anda aktivləşir. 
Faza  4.  Praktik  istifadə  və  ya  modulyasiya  –  deyilməsi  (yazılması) 
planlaşdırılan  fikri  əmələ  gətirən  gerçəklik  elementlərinin  birinci  sıra  intel-
lekt obrazları sıralanır. Birinci sıra intellekt obrazları ikinci sıra intellekt ob-
razları şəklində və bunun ardınca da sözlər şəklində modullaşır. Sözlər ara-
sında əlaqə qurma vəzifəsini yerinə yetirən qrammatik şəkilçilərin birinci və 
ikinci  sıra  intellekt  obrazları  da  aktiv  yaddaşa  gətirilərək  müvafiq  sözlərə 
əlavə olunur [19]. Deyiləcək söyləmin tonu müəyyən edilir və beləliklə, fikri 
əks etdirən ilk söyləm və ya cümlə deyilmək üçün hazır vəziyyətə gəlir. 
Söyləmin və ya cümlənin başa düşülməsi (qavranılması). Deyil-
miş və ya yazılmış cümlənin tam olaraq başa düşülməsi və ya qavranması 
dərketmə prosesinin birinci və ikinci fazasında reallaşır: 
 
Faza  1.  Gerçəklik  elementi  ilə  təmas  –  deyilmiş  və  ya  yazılmış 
cümlə duyğu orqanları vasitəsilə aktiv yaddaşımız tərəfindən qəbul edilir. 
Bu cümlənin tonu müəyyən olunur. Cümlədəki sözlər yaddaşımızda onla-
ra aid ikinci sıra intellekt obrazlarının və bunun ardınca da birinci sıra in-
tellekt  obrazlarının  olub-olmaması  baxımından  analiz  edilir.  Yaddaşı-
mızda bütün sözlərə uyğun ikinci və birinci sıra intellekt obrazları var isə, 
bu halda sözlərin, hər şeydən əvvəl ikinci sıra intellekt obrazlarına və bu-
nun ardınca da birinci sıra intellekt obrazlarına transformasiyası reallaşır. 
Sözlərin yerində sıralanan birinci sıra intellekt obrazları ekvivalent olduq-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə