N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 
11 
ları gerçəklik elementlərini aktivləşdirir və bunun nəticəsi olaraq cümlə 
tam şəkildə dərk edilmiş və ya qavranılmış olur. 
Əgər analiz zamanı yaddaşımızda hər hansı bir sözə aid ikinci və ya 
birinci sıra intellekt obrazının olmadığı aşkar edilərsə, bu vəziyyətdə cüm-
lənin tam şəkildə başa düşülməsi və ya qavranılması qeyri-mümkün olur. 
Çünki ikinci sıra intellekt obrazının yoxluğu, onun aid olduğu sözü bu ana 
qədər bilməməyimizin göstəricisidir. Birinci  sıra  intellekt obrazının  yox-
luğu isə, bu sözü eşitməyimizə baxmayaraq, onun hansı gerçəklik elemen-
ti  ilə  bağlı  olduğunu,  yəni  hansı  mənanı  ifadə  etdiyini  və  ya  nə  demək 
olduğunu bilmədiyimizdən xəbər verir. Tərkibində bu sözün iştirak etdiyi 
cümləni  tam  olaraq  anlaya  bilməyimiz  üçün,  daha  əvvəldən  həm  sözün 
özünü,  həm  də  onun  mənasını  mütləq  şəkildə  bilmiş  olmalıyıq.  Cümləni 
eşitdiyimiz  an  həmin  sözün  mənası  da  bizə  anladılarsa,  o  halda  cümləni 
tam  olaraq  anlaya  bilərik.  Çünki  sözün  mənasını  izah  etmək,  əslində, 
onun birinci sıra gerçəklik elementi ilə əlaqə qurmaq və bu yolla da sözün 
birinci sıra intellekt obrazını yaratmaq deməkdir. 
Faza 2. Kodlama  və qeyd – anlaşılmış  və  ya qavranılmış cümlənin 
məna  yükü,  ifadə  etdiyi  məna,  fikrin  aid  olduğu  əsas  anlayışın  (və  ya 
anlayışların) ikinci sıra intellekt obrazının tutumunu genişləndirir və onun 
birinci sıra intellekt obrazı ilə birləşərək onun ətrafında fon sektoru təşkil 
edir. Məsələn, Siçan kompüterin əməliyyat seçmə alətidir cümləsinin qav-
ranılması,  eyni  anda  həm  kompüter,  həm  də  siçan  sözlərinin  ikinci  sıra 
intellekt  obrazının  əhatəsini  genişləndirir  və  onların  birinci  sıra  intellekt 
obrazı  ətrafında  fon  sektoru  əmələ  gətirir.  Daha  sonralar,  hər  hansı  bir 
səbəblə kompüterin və ya siçanın xatırlanması, onlarla eyni anda, bu cüm-
lənin ifadə etdiyi fikrin də xatırlanmasına səbəb olur. Burada nəzərdə tu-
tulan  əsas  fikir  cümlənin  tam  olaraq,  sözbəsöz  xatırlanması  deyil,  cüm-
lənin  ifadə etdiyi əsas  fikrin  xatırlanmasıdır. Yəni cümlənin  xatırlanması 
deyərkən nəzərə almaq lazımdır ki, eyni cümlə ilkin qəbul edildiyi şəkildə 
xatırlana  biləcəyi kimi,  bir qədər dəyişmiş şəkildə,  məsələn, Kompüterin 
əməliyyat seçmə aləti  siçandırKompüterdə  əməliyyatlar siçan vasitəsilə 
seçilir və başqa şəkillərdə də ola bilər. 
Çox vaxt başa düşülmüş və qavranılmış cümlələrin ya da böyük bir 
mətnin  məna  yükü,  ifadə  etdiyi  məna  bir  ad  və  ya  hadisə  ətrafında  fon 
sektoru  meydana  gətirə  bilir.  Məsələn,  bir  yoldaşımızdan  eşitdiyimiz  bir 
lətifə onu danışmış həmin şəxsin, ya da bir yazıçının oxumuş olduğumuz 
böyük  bir  hekayəsi,  povesti,  romanı  bu  müəllifin  adı  ətrafında  və  ya  bu 
mətnlərin içində cərəyan edən bir hadisənin ətrafında da fon sektoru mey-
dana  gətirə  bilir.  Mətn  böyük  olduqca,  onun  müəyyən  hissələri  zaman 
keçdikcə unudula bilir. Məsələn, 20–30 il əvvəl oxuduğumuz bir hekayə-
dən, romandan xatırladıqlarımız, bəzən bir neçə hadisə və ya ad ola bilir. 
 


 
 
12 
Söyləmin  qurulması  və  qavranılması  zənciri.  Dialoq  zamanı 
dərketmə  prosesləri  danışan  və  dinləyən  şəxslərin  beynində  arxa  arxaya 
cərəyan  edən  aktlar  şəklində  müşahidə  olunur.  Məsələn,  müəllim  dərs 
izah edir (üçüncü – dördüncü faza), tələbə bu dərsi dinləyir (birinci – ikin-
ci  faza); tələbə anlaya  bilmədiyi  bir şeyi  soruşur (üçüncü – dördüncü  fa-
za), müəllim sualı dinləyir (birinci – ikinci faza); müəllim tələbənin sualı-
na cavab verir (üçüncü – dördüncü faza), tələbə müəllimin verdiyi cavabı 
dinləyir (birinci – ikinci faza) və s. Dialoqun davam etdiyi bütün müddət 
ərzində  eynilə  bir  zəncirin  halqalarıymış  kimi  bu  aktların  biri  digərinə 
bağlanaraq və ya qoşularaq uzanıb gedir. 
Dialoq  zamanı  bir  şey  izah  etməsinə  və  ya  sual  verməsinə  bax-
mayaraq,  danışan  şəxsin  beynində  daima  dərk  və  idrak  etmə  prosesinin 
yalnız üçüncü və dördüncü fazaları (xatırlama və praktik olaraq istifadə), 
dinləyən  şəxsin  beynində  isə  birinci  və  ikinci  fazaları  (məlumat  alma  və 
kodlaşdıraraq  yaddaşa  qeyd  etmə)  reallaşır.  Danışan  şəxs  üçün  söyləmin 
və  ya  cümlənin  çıxışı  dördüncü  fazanın  sonudur,  amma  eyni  cümlənin 
çıxışı dinləyən şəxs üçün birinci fazanın başlanğıcıdır. 
 
Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Bu məqalədə dilçi-
lik elmi ilə bağlı olan «Psixolinqvistik konneksiya nəzəriyyəsi» adlı yeni 
bir nəzəriyyə təqdim edilir. Bu nəzəriyyənin tətbiqi konkret olaraq psixo-
linqvistika  sahəsində,  eləcə  də  dilçilik  elmində  yeni  bir  mərhələnin  baş-
lanğıcını qoyacaqdır. Bu nəzəriyyədə təqdim olunan sxemlər istər nitqin, 
istərsə də sözün və digər dil vahidlərinin yaranma və mənimsənilmə pro-
sesinin  şərhi  ilə  bağlı  bu günə qədər psixolinqvistikada  mövcud olan  bir 
sıra problemin həllinə imkan yaradacaqdır.  
 
 
Q E Y D L Ə R  
 
1
 Axundov A. Ümumi dilçilik. Bakı: Maarif, 1979.
 
2
 Хрестоматиya  по  истории  yaзыкознаниya  XIX–XX  веков.  М., 
1973.
 
3
 Sədiyеva G. A. Afaziya: nеyrolinqvistik tədqiqat. Bakı: Elm, 1999.
 
4
 Eminli H. Nitqin  yaranması  və  inkişafı prosesinin neyrolinqvistik 
təhlili: Fil. ü. f. d-ru... dis. Bakı, 2008.
 
5
 Abdullayev  K.  Dilçiliyə  səyahət:  Dilçi  olmayanlar  üçün  dilçilik. 
Bakı: Mütərcim, 2010.
 
6
 Veysəlli F. Y. Diskurs təhlilinə giriş. Bakı: Təhsil, 2010.
 
7
 Məmmədov A., Məmmədov M. Diskurs təhlilinin koqnitiv perspek-
tivləri. Bakı: Çaşıoğlu, 2010.
 
8
  Hacıyeva  A.  Erkən  türk  dönəminə  aid  metatezik  sözyaradıcılığı 
prosesinin psixolinqvistik aspektdən təhlili haqqında // АMEA-nın Xəbər-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə