N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

 
 
21 
ibarətdir:    +  k,  yəni  hərəkət  +  feldən  ad  düzəldən  şəkilçi. 
Nağıllarımızda  da  tükünü  tütüzdürmək  ifadəsi  (tükünü  yandırmaq) 
müşahidə  olunur:  Məlikməmməd  tükü  tütüzdürdü,  Zümrüd  quşu  o  saat 
yanında hazır oldu
 
Lümbüz sözü də Lənkəran şivələrində ‘tükü tökülmüş’, ‘tüksüz’ mə-
nasında işlənir. Əslində eyni sözün müxtəlif fonetik variantları olan lüm-
büz və tümbül sözləri söz əvvəlində çox az müşahidə olunan t → l və söz 
sonundakı  l  →  z  səs  dəyişmələri  nəticəsində  formalaşmışdır:  Qırmızı 
xoruz  lümbüzdü.  Bu  isə  onu  göstərir  ki,  lüt  (‘çılpaq’  mənasında)  və  tül 
(‘tüksüz’ mənasında) eyni kök-əsaslı sözlərdir. 
 
Sümüh sözü Göyçay şivələrində ‘tüksüz, tükü tökülmüş toyuq’, süt-
boğaz  sözü  Yevlax  şivələrində  ‘boğazı  tüksüz  toyuq,  xoruz’,  qak'u  sözü 
isə Quba dialektində ‘boynu tüksüz toyuq’ mənasında işlənir: Bizim qak'u 
cinsindən to:ğlarımız var.  
Sümüh  sözü  sümeg  /  lüməg  /  tümiğ  sözləri  ilə  fonetik  variantlılıq 
təşkil  edir.  Belə  ki  süməgləməg  (Bakı,  Şamaxı)  feli  lüməg  sözündən  ya-
ranmışdır,  mənası  ‘toyuq  və  ya  xoruzun  quyruğunu  yolmaq’  deməkdir: 
Bu toyuğu tanımağ üçün lüməgləməg lazımdır (Şamaxı). 
 
Sütboğaz  sözü  isə  quruluşca  mürəkkəbdir.  Sözün  birinci  tərəfi  se-
mantik  məna  genişlənməsinə  uğramış  süt  morfemidir  və  lüt  sözünün  fo-
netik variantı hesab olunur. 
 
Ağdam şivələrində xoruzun bir növünü bildirən düdəmə sözü işlənir. 
Bu söz əlamətlə bağlı olub qədim türk mənşəli dü- / tü-, düdə- / tülə- / tülü- 
sözlərinin əsasında formalaşmış, ‘oğru’, ‘hiyləgər’, ‘yalançı’, ‘zirək’ və s. 
mənaları ifadə edə bilən söz ailəsinin üzvüdür. Azərbaycan dilinin dialekt 
və  şivələrində  də  bu  ailəyə  məxsus  xeyli  söz  müşahidə  olunmuşdur: 
düdüg (Kürdəmir, Qarakilsə, Şamaxı) ‘yalan, hiylə’, düdüx'çü (Naxçıvan) 
‘yalançı,  fırıldaqçı’,  düdəmə  (Zəhgibasar)  ‘səfeh,  gic’,  düəldi  (Şəmkir) 
‘dava, savaş, qalmaqal’, düyələx' gəlməx' (Naxçıvan) ‘kələk gəlmək’, tülü 
(Ağbaba,  Çənbərək,  Naxçıvan,  Oğuz,  Ordubad,  Şəki,  Şərur)  /  tülüngü 
(Böyük  Qarakilsə,  Gəncə,  Qazax)  /  tülüntü  (Gədəbəy)  ‘oğru’  və  s. 
Həmçinin heyvan adı bildirən, eləcə də ‘hiyləgər’ mənasında işlənən tülkü 
sözü də bu söz ailəsinə daxildir. 
-  /  -  kök  morfemlərindən  törəyən,  ‘zirək’,  ‘diribaş’  mənasını 
bildirən sözlər də az deyil. «Kitabi-Dədə Qorqud» dastanında Salur Qazan 
Tülü  quşun  yavrusu  kimi  təqdim  olunur  [1.  S.  48].  S.  Əlizadənin  müəl-
lifliyi  ilə  hazırlanan  nəşrlərdə  (1988,  1999)  tülü quş  ifadəsi  ‘tüklü  quş  – 
quzğunun bir növü’ kimi izah olunur. İ. Cəfərsoylu isə yazır: «…tülü quş 
1 yaşa çatanda çaynağını dəyişir, uşaq 6 yaşa çatanda dişini dəyişir» [13. 


 
 
22 
S.  238].  Həmçinin  «Kitabi-Dədə  Qorqud»  dastanının  1988-ci  il 
nəşrində  yazılır:  «Tülü.  Ha-da  ‘Tulu’,  Er-də  ‘Tülü’.  İkinci  variant 
Azərbaycan  dilində  “tülək”  (alıcı  quşun  adı,  tülək  tərlan)  ilə  səsləşdiyi 
üçün inandırıcı görünür» [2. S. 231].  «Kitabi-Dədə  Qorqud»  dastanında 
da tülü sözü ‘zirək’,  ‘diribaş’  mənasında  işlənmişdir: Bir gün Ulaş oğlu, 
Tülü quşun yavrısı... Salur Qazan yerindən turmuşdu [1. S. 48]. 
 
Susar  sözü  Oğuz  şivələrində  ‘qırqovulaoxşar  toyuq  cinsi’  məna-
sında  işlənir.  Həmin  sözün  sisar  fonetik  variantı  İsmayıllı  şivəsində  də 
müşahidə edilmişdir. Quruluşca  mürəkkəb  söz olan sisar / susar sözləri 
si  +  sar  /  su  +  sar  kök  morfemləri  əsasında  formalaşmışdır.  Bunu  oğuz 
elementləri hesab etmək olar. Si- / sü- ‘zirək’, ‘diribaş’ mənasında işlənən 
tü-  sözünün  fonetik  variantı,  sar  isə  semantik  məna  genişlənməsi  ilə  sar 
quşunun  adından  götürülmüşdür:  Bu  yumurta  sisar  yumurtasidi,  başqa 
yumurtalar  buni  sındıra  bilməz.  Susar  bir  dəyqə  sakit  durmur,  səhərə 
qədər çapbıldıyır. 
S.  Vurğunun  «Vaqif»  dramında  Aldıq  məktubunu  Məhəmməd  Qa-
car, Tərlan oylağında sar ola bilməz misralarında da bu yırtıcı quşun adı 
çəkilir. Tarixən sar- sözünün ‘qızmaq’, ‘qəzəblənmək’, ‘sərtləşmək’, ‘sərt 
söz demək’ mənaları da işlənmişdir [3. IV. S. 437]. 
Şərur şivələrində ‘bərk yumurta’ mənasında səzbaran sözü işlənir: 
Səzbaran  yumurta  hələm-hələm  olmur.  Səz-  yuxarıda  izahı  verilən  sar, 
ba + r ‘yığılmaq’, ‘əmələ gəlmək’ mənasını bildirən arxaik fel, -an isə şə-
kilçi  morfemdir  (feli  sifət);  ‘sar  quşundan  əmələ  gələn’  mənasına  uyğun 
gəlir,  lakin  semantik  məna  genişlənməsi  bu  sözün  yaranmasında  rol 
oynamışdır. 
Azərbaycan dilində bar sözü ‘meyvə’, ‘məhsul’, ‘qıf, çən, çörək və 
başqa əşyalarda əmələ gələn ağ rəngli, çox xırda göbələklər’ [15. S. 50], 
‘ağızın, dodaqların kənarında əmələ gələn ərp’ mənasında da işlənir. 
 
Şərur  şivələrində  müşahidə  olunan  sədbarı  sözü  ‘xırda  yumurta’ 
mənasında  işlənmişdir.  Sədbarı  sözü  səzbaran  sözünün  fonetik  variantı 
olsa da, semantik  məna genişlənməsi  bu  sözün  mənasını  bir qədər uzaq-
laşdırmışdır:  Sədbarı  yumurta  xırda  olur.  İlk  baxışda  səd-  fars  dilindəki 
‘yüz  rəqəmi’  mənasına  uyğun  gəlir,  lakin  digər  fonetik  nümunələrlə 
müqayisə göstərir ki, «yüz rəqəmi»nin bu sözə heç aidiyyəti yoxdur. 
a  →  ə,  r  →  z  →  d  səs  axarı  sar-  /  səz-  /  səd-  morfemlərinin 
yaranmasına gətirib çıxarmışdır. z → d səs axarı isə daha çox ذ (zal) hərfi və 
onun ifadə etdiyi z, d (fars dilində z, ərəb dilində d) səsləri ilə bağlı olmuşdur. 
Bunun səbəbi uzun illər ərəb qrafikalı əlifbadan istifadə olunmasıdır. 
 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə