N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u


Dövlət, qitə, respublika adları bildirən xoronimlə



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   2   3   4   5   6   7   8   9   ...   38

 



Dövlət, qitə, respublika adları bildirən xoronimlə

 

Tədqiq  etdiyimiz  dövrün  ədəbi  dilində  işlənmiş  xoronimlərin  çoxusu 



Şərqin  bir  sıra  məşhur  şəhərlərinin  adlarından  ibarətdir,  əksərən  poetik 

məqsədlərlə istifadə olunmuşdur.  



 

Babil  (Babilistan).  Babil  sözünün  hərfi  mənası  ‘Allahın  qapısı’. 

Mesopotamiyanın şimalında Fərat çayı sahilində qədim ölkə: Göz gördügüncə 



könlüm olur hüsnü maili; // Eylər dəli bu şivə ilə neçə aqılı; // Sehr eyləmiş 

yüzündə cahi-Babili; // Bənd etmiş anda bir neçə sahibnəzər dili [5. S. 52]. 

Cahi-Babil  dini  əsatirə  görə,  Babildə  Harut  və  Marut  adlı  iki  mələkin  həbs 

olunduğu  quyu.  Həbibi  də  cahi-Babili  yada  salmaqla  gözəlin  işvəsinin, 

nazının ən ağıllı insanı da dəli etməsinə işarə etmiş, hətta mələklər də insanın 

gözəlliyi qarşısında aciz olub Babildə bir quyuda qiyamətə kimi ayaqlarından 

asılı  qalmalı  olmuşlar.  Kişvəri  də  bu  addan  təxminən  eyni  məqsədlə  təşbih 

kimi istifadə etmişdir: Xəstə canlar dopdoludur hicr ilə pabənd olub; // Cahi-

simini zənəxdanın cəhi-Babil kimi [6. S. 112]. Şair gözəlin ağ, saf zənəxdanını 

(çənəsini) cəhi-Babilə bənzətmişdir. 



 

Çin,  Çinü  Maçin.  Bu  onomastik  vahid  tək  və  birləşmə  şəklində, 

Rumi  xoronimi  ilə  yanaşı  müxtəlif  üslubi  rənglərdə  işlənmişdir. 

Ümumiyyətlə  klassiklərimizin  dilində  saç,  zülflə  bağlı  Çin,  gözün,  qaşın, 

saçın  qaralığı,  xal  təsvir  olunarkən  hindu  sözündən  çox  istifadə  olunur. 

Çünki  çinlilər  saçları,  hindular  isə  xalları  ilə  məşhurdurlar.  Füzulinin 

sənətkarlığından bəhs edən Mir Cəlal Paşayev yazır: «Klassik ədəbiyyatda 

çinlilər saçları ilə, hindlilər isə xalları ilə məşhur  olduğundan şair həmişə 

zülf  ilə  çin,  xal  ilə  hindu  sözünü  birgə  işlədir:  Bir  pəri  zülfün  tutub 

xalından  alsan  kami-dil;  //  Tut  ki,  Çin  mülkünü  tutdun,  hinddən  aldın 

xərac» [7. S. 107]; Şəha, ol zülfi-müşkinin nə ziba çini-pürçindir; // Ki, hər 

bir tari ol zülfin bəhayi-Çinü-Maçindir           [8. S. 54]; Bir pəri peykərin 

gördüm,  can  fəda  qıldım  ona;  //  Eylə  nazikdir  ki,  qılmış  Çinü  Maçin 

üstünə [9. S. 341]; Çin elindən çin səhər çün şol büti-ziba gəlür; // K  ayü 

gündən ruxlarının pərtövi-ziba gəlür [5. S. 45]; Neçələr talib olubdur bu 

hüma kölgəsinə; // Çin elindən seyr edərkən bulduq ol humayi biz [9. S. 

195];  Çin  cərisi  sanasan  kim,  dutdu  Rum  iqlimini;  //  Ta  yüzün  girdinə 



düşdü  zülfi-müşki-ənbəri  [8.  S.  176];  Ey  Xətai,  zülfi  tək  arındı  yüzdən 

Zəngbar; // Dilbəri-Çinü Xötən, xubi-Xəta qaldı mana [9. S. 32]; Ənbəri-

sara saçından oldu xak; // Nafeyi-Çin neçəsi bula rəvac [5. S. 49]; Xuşə-

xuşə sünbüli-səhrayi-Çindür saçları; // Dəstə-dəstə laleyi-cənnət üzaridür 


 



anun   [6. S. 44]; Sünbüli-səhrayi-naz aşuftə saçınğa fəda; // Nafeyi-ahuyi-



Çin çeşmi-ğəzalın sədqəsi [6. S. 114]. 

Nümunələrdən göründüyü kimi, Çin toponimi olan misralarda saçzülf



kakılnafəyi-Çinmüşk sözləri müxtəlif üslubi rənglərdə, təşbihlər kimi geniş 

işlənmişdir.  Saçı  sünbül  salxımına  bənzədən  Kişvəri  onu  da  səhrayi-Çinlə 

bağlayır.  Böyük,  qədim  Çin  ölkəsi  ətri,  ipəyi,  təsviri  sənəti  ilə  məşhurdur. 

Odur ki, klassiklərimiz Çin toponiminə poetik məqsədlər üçün çox müraciət 

etmişlər və gözəl təşbihlər yaratmışlar. Cahanşah Həqiqi gözəlin surətinə ilahi 

tərəfindən  çəkilmiş  gözəlliyi  Çin  naqqaşlarının  belə  çəkə  bilmədiyini 

mübaliğə  ilə  çox  gözəl  ifadə  edə  bilmişdir:  Əvvəl  qələm  ki,  qudrəti  çəkmiş 

cəmalına; // Nəqqaşi-Çində böylə müsəvvər nə yerdə var? [10. S. 20]. 

 

İraq – ölkə adı. Xətainin bir qəzəlində rast gəlinir, həm də bu qəzəldə 

bir neçə ölkə və şəhər adları sadalanmışdır: Xətavu Misr ilən Çinü Xorasan;  

// İraqü Fərs, həm Kirman anundır [8. S. 65]. 

 

Başqa  ölkə  adlarına  nisbətən  İran  xoronimi  az  işlənmişdir:  Çün  hüsn 



iləyəm şəhi-Xorasan; // Həm Xosrovi-mülkü təxti-İran [11. S. 277]. 

Xətai  İran  ölkəsinin  adını  etnonimlə  (fars)  də  ifadə  etmişdir:  Xətavü 



Misr  ilən  Çinü  Xorasan;  //  Əraqü  Fars  həm  Kirman  onundur  [9.  S.  115]. 

Başqa bir qəzəlində İran toponimi əvəzinə mülki-Əcəm işlədir: Şirvan xəlayiqi 



xamu Təbrizə daşına; // Mülki Əcəm sorar ki, qiyamət xaçan qopar? [8. S. 82]. 

Kişvəri isə İran ölkəsini bildirmək üçün Key antroponimindən istifadə 

edir: Kişvəri eşqində öldisə, nə ğəmşahi-Key; // Yox əcəb Fərhad əgər can versə 

Şirin üstünə [6. S. 93]; Məskənim meyxanəvü başımdadur cami-şərab;  // Sahibi-

taci-Keyü  təxti-Firidunəm  yenə  [6.  S.  97].  Key  sözü  Kəyan  hökmdarlarının 

adlarının əvvəlinə artırılan ‘kahin’, ‘padşah’, ‘hökmdar’ mənasındadır. Keyqubad 

İranın yarım əfsanəvi hökmdarı, Kəyanilər sülaləsinin banisi [2. S. 314].   

 

Hindistan:  Səri-zülfi-ləlini  gördüm;  //  Təmami  Türk,  Hindistan 

onundur [9. S. 115]. Xətai Hindistan əvəzinə Hind elihindu etnonimindən də 

istifadə etmişdir: Bu Xətai yüzüni ta gördü ey xubi-Xötən; // Ol Xətavü Hind 



elində  padşah  olmuşdurur  [8.  S.  63]; Sərvəri  Hindudur  ol  kim,  düşdü  Rum 

iqliminə; // Ol siyəh xalın ki, düşmüş ruyi-xəndan üstünə [9. S. 323]. 

 

 

Misr.  Şairlərin  tez-tez  müraciət  etdikləri  Misr  əsasən  Yusiflə  bağlı 

müqəddəs  bir  məkan  kimi  qələmə  alınmışdır:  Gər  Əzizi-Misri-eşq  olmaq 



dilərsən, ey könül; // Yusifi-Misri kimi zindanə xoş gəlmək gərək [9. S. 203]; 

Çıxaran Yusifi cahi-bəladən; // Misir təxtində sultan eyləyən şah [8. S. 160]; 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə