N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   2   3   4   5   6   7   8   9   ...   38

 

Cahanşah Həqiqi Həqqi Kəbeyi-həq bildi vəchin ol yarın; // Çü əmri-



üscudu həqdən xitabi-vəhdətmiş misrasında yarın simasını Kəbeyi-həq hesab 

etməklə  onu  əslinin,  kökünün  həqdən  gələn  allahın  birliyini  xitab  edən  bir 

həqiqətdə, haqda görür. Bir rübaisində: Arizin dövründədir mahi-siyam; // Ey 

dodağın kövsəri-yohyıl izam; // Kəbeyi-həqdir cəmalın vəssəlam Kəbeyi-həq 

təşbihi ilə yenə insanın simasında – onun mənəviyyatında Kəbeyi-həq görür, 

insanı  da  müqəddəsləşdirir.  Başqa  bir  qəzəlində  Həqiqi  Kəbənin,  Mərva  və 

Səfanin  adlarını  çəkməklə  bu  yerlərə  olan  münasibətini  ifadə  edir:  Qıldı 



Həqiqi  Kəbeyi-vəslin  təvafını;  //  Həqdən  müyəssər  oldu  ona  Mərvəvü  Səfa 

[10. S. 11]. 

Həbibinin  bir  qəzəlindəki  təşbih  diqqəti  cəlb  edir:  Yığmagil  ğəm 

ləşgəriylə, billah, ey sultani-can; // Görəli can Kəbəsində çün o vəchi-əhsəni 

[5.  S.  26].  Burada  Xətainin  «Dəhnamə»sindən  bir  beyti  xatırlamaq  yerinə 

düşər:  Pəh-pəh  ki,  mənəm  əzizi  Kəbə;  //  Hənnanə  irişdi,  buldu  Mənnan             

[11. S. 310]. 

İki antonim mənaları bildirən: hənnan ‘başqa kişiyə meyil edən qadın’, 

Mənnan  ‘mərhəmətli,  səxavətli  qadın’.  Misradan  göründüyü  kimi,  Kəbə  ilə 

müqayisə, bənzətmədə mütləq xeyirli, müsbət, xeyirxah əməllər olmalıdır. 



 

Kəbəteyn – Kəbə və Qüdsdəki ibadətgahların birgə adı: Canını şükranə 

ver,  başun  ilə  çox  oynagil;  //  Ta  yenüb  nəfsini  çalgil  Kəbəteynin  taşinə         

[8. S. 161]. 



 

Beytullah  ‘Allahın  evi’,  Kəbə  və  Məkkəyə  verilən  ad:  Girdim  Adəm 

cisminə,  kimsənə  bilməz  sirrimi;  //  Mən  bu  Beytullah  içində  ta  əzəldən  var 

idim [9. S. 256]. 

 

Bütün bu nümunələrdə oxucu müqəddəs Kəbəyə böyük  məhəbbəti və 



dinimizə olan ali  münasibəti hiss edir, o hisslərlə  yaşayır. Xətai qoşmasında 

Mədinə  və  Tur  müqəddəs  məkanlarından  məharətlə  istifadə  etmişdir: 

Könlünə gətirmə şəkk ilə güman; // Seyid Nəsimiyə de ol oldu şan; // Tanrı ilə 

min  bir  kəlam  söyləşən;  //  Əli  Mədinədə,  Musa  Turdadır  [8.  S.  315].  Dini 

rəvayətlərə  görə,  Musa  Sahibi-Tur  sifətilə  yad  edilir.  O  güya  Tur  dağinda 

allahla danışırmış. 

 

 



Xətai  müqəddəs  məkan  Xorasan,  Kərbəla  toponimlərini  də  tez-tez 

işlədir:  Həsən  ilə  Hüseyni  Kərbəladə;  //  Yəzid  əlilə  qurban  eyləyən  şah               

[8. S. 160]; Xorasan pirləri nitqi həqiçün... Hacət qəbul olan dərgah həqiçün

// Sucum bağişla şahi-Kərbəlayə [11. S. 393]; Xorasan pirləri nitqi həqiçün;  




 

10 


// Nihan dərvişlərin sirri həqiçün [8. S. 218]. KərbəlaMəkkəMədinə kimi 

müqəddəs  adlar  «Kitabi-Dədə  Qorqud»  dastanlarında  da  işlənmişdir              

[14. S. 29]. 

 

Kənan. Bu şəhərin müqəddəsliyi Yaqub peyğəmbər və həzrəti Yusiflə 

bağlıdır. Odur ki, onların adları Kənan toponimi  ilə yanaşı çəkilir: Gözlərim 



Yəqub  tək  kor  olsun,  ey  İsanəfəs;  //  Kim,  sən  olan  yerdə  yad  Yusifi-Kənan 

qılay [6. S. 114]; Bu Nəsimi sübhdür kim, rövşən etdi çeşmimi; // Yoxsa buyi-

Yusifi-Misri ki, Kənandan gəlür [6. S. 18]; Çün sənin hüsnün misalı Yusifi-

Kənandir;  //  Yüzini  hərkim  ki,  görməz,  yoxdurur  iman  ona  [9.  S.  31];  Hər 

zaman zari qılur miskin Xətai yar üçün; // Eylə kim, Yusif üçün Yəqubi-Kənan 

ağladı  [9.  S.  384].  Son  iki  nümunədəki  toponim  ad  birləşmələrindən 

müqayisə kimi istifadə edilmişdir. 



 

Nəcəf – Əlinin qəbri olan müsəlmanların müqəddəs şəhərlərindən biri: 

Dürrü-Nəcəf    həvadən  asılmış  qulağinə;  //  Çox  danə-danə  nəsnə  tökülmüş 

ayağinə;  //  Hey-hey,  bu  nə  əqiqi  Yəməndır?  –  dedim,  dedi:  Gözdən  axan 

cigərdəki  qanındürür  sənin  [5.  S.  51];  Şah  eşiginə  səcdə  qılıbdur  bu  Xətai;        

// Bəhri-Nəcəfə irdimü şəhvarə yoluxdum [9. S. 264]. 

 

Şəhər adlarının da əksəriyyəti Şərqlə bağlıdır: 



 

Bağdad  –  bədii  ədəbiyyatda  daha  çox  gözəllik  simvolu  kimi  işlənir: 

Yetdikcə tükənür ərəbin kuyü məskəni; // Bağdad içində hər necə kim türkman 

qopar [9. S. 154]; Bağdad məhi mənəm, ləbim xəmr; // Axsun vətənimdə şətti-

Bağdad [11. S. 277). 

 

Bədəxşan – Pamirdə olan vilayət, öz ləli ilə məşhurdur. Odur ki, şairlər 

bu  toponimdən  müqayisə  məqsədilə  çox  istifadə  etmişlər:  Saçun tək  nafeyi-



pürçin Xütəndən çıxmaya hərgiz; // Ləbündən ləli-canpərvər-Bədəxşanda ola 

bilməz [6. S. 31]; Badeyi-gülgün içində ləblərin hər birisi; // Qiymətin bir lələ 

bənzər  kim,  Bədəxşandan  gəlür  [6.  S.  19];  Bədəxşan  ləli  kimdür  kim,  ola 

həmsöhbəti  anun;  //  Dəri-guşuna  kim,  boldu  düri-şəhyari-lalası  [6.  S.  124]. 

Bu  sətirlərdə  mübaliğə  daha  güclüdür.  Kişvəri  yer  adından  çox  məharətlə 

müqayisə  kimi  də  bəhrələnə  bilmişdir:  Yüzi  bədrim,  sözi  şəhdim, gözü  ahu, 

saçı cadu; // Qədi ərər, təni mərmər, ləbi ləli-Bədəxşanım [6. S. 127]. 

Belə  müqayisələrlə  Xətai  şeirində  tez-tez  rastlaşırıq:  Necə  qəvvas 



olmayım,  yaşımda  kim,  ol  dilbərin;  //  Ləbləri  ləli-Bədəxşan,  dişləri 

dürdanədir [9. S. 124]. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə