N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   2   3   4   5   6   7   8   9   ...   38

 

11 


Ərdəbil:  Səfər  qıl,  dur,  oturma,  ey  Xətai;  //  Ki,  şəhri-Ərdəbildə 

xanədan var [9. S. 168]. 

 

İsfəhan:  Düz  ey  mütrib,  rübabü  cəngini  rast;  //  İraqü  İsfəhan  ilə 

Nəvadə [5. S. 21].  

 

Xötən  //  Xütən  –  Çində  bir  vilayətin  adı  (bura  öz  ahuları  ilə 

məşhurdur):  Xətay  ilən  Xötən  mülki  şaha  fəth  oldu  Çin  belə;  //  Ki,  məclis 



nafeyi-müşkin  sərasər  müşki-ənbərdir  [8.  S.  89];  Nafeyi-müşki-Xütən  gərçi 

müəttərdir, vəli; // Ey sənəm, ol xali-ənbərbarın ondan yaxşıdır [9. S. 133); Ol 

ahayi-Xütən  gedəli  xəlqi  dalaram;  //  Məndən  həzər  ki,  bir  səki-divanəyəm 

yenə [6. S. 95]. 

 

Göründüyü kimi, coğrafi ad ona məxsus keyfiyyətlə bağlı (müşk) təyini 



söz birləşməsi tərkibində müqayisə məqsədilə işlənmişdir. 

 

Kəşmir  –  Hindistanda  vilayət:  Vətəndən,  ey  diriğa  kim,  məni  avarə 

qıldılar; // Siyəh çeşmani-Kəşmiri güləndamani-Qıpçaqi [6. S. 112]. Kişvəri 

də  Kəşmir  toponimindən  birləşmə  tərkibində  müqayisə  məqamında  istifadə 

etmişdir. 

 

Qərən  –  Yəmən  ölkəsinin  kəndi:  Şah  Xətayim  İmam  Cəfər  müxbiri;         

// Haqqın yaranıdır Veysül-Qərəni [8. S. 310); Sinəmi qarşu tutaram, kuyinə 



ol dilbərin; // Sağınuram dəmbədəm Veysi-Qərindən bu gəlür [9. S. 86]. 

 

Nəcəf – İraqda Fərat çayının sağ sahil  hissəsindədir, Əlinin qəbri olan 

yer, adı «Məşhəd Əli», müsəlmanların müqəddəs şəhərlərindən biri və ziyarət 

yeridir. Xətai bir qəzəlində bu şəhərin adını ali məkan kimi çəkir: Şah eşiqinə 

səcdə qılıbdır bu Xətai; // Bəhri-Nəcəfə irdimü şəhvarə yoluxdum [9. S. 264]. 

Həbibi isə imam Əlinin məscid məqbərəsinin bəzəklərində kaşı (parlaq naxış) 

və  zərdən  istifadə  olunduğu  üçün  şeirində  dürri-Nəcəf  təşbihini  işlətmişdir: 

Dürri-Nəcəf həvadən asılmış qulağına [5. S. 51]. 

 

SəmərqəndXosrovi-Təbrizdən çün bolmadı kamım rəva; // Eyb imas 

gər meyli-türkani-Səmərqənd eyləyim [6. S. 64]. 

 

Şam – orta əsrlər şərq ədəbiyyatında Dəməşq şəhərinin adı: Çindən ya-

zılıb Xətayə namə; // Gəh Rumdən elçi getdi Şamə [11. S. 233]; Çün sərvəri – 

Çin irişdi Şamə; // Xətmində mükəmməl oldu namə [11. S. 354]. 



 

12 


Şiraz  –  İranın  cənubi-qərbində  şəhər.  X–XI  əsrlərdə  Büveyhilər 

dövlətinin XVIII əsrin ikinci yarısında İranın paytaxtı idi: Şiraz şəhi mənəm, 



ləbim  xəmr;  //  Bağdad  məhi  mənəm,  ləbim  səmr  [11.  S.  277];  Mərhəba  ey 

dilbəri-Şirazü şuxi-mülki Çin! // Söylədi hər kim səni gördisə: «Allah əkbəri!» 

[9. S. 356]. 



 

Şirvan – Azərbaycanın tarixi-etnoqrafik zonalarından birini təşkil edir: 

ərazisində  çoxlu  qayaüstü  təsvir  aşkar  edilmişdir:  Oxurlar  onu  ki,  bəhr  ilə 



bərdə; // Əraqü, Şamü, həm Şirvan içində [8. S. 343]; Şirvan xəlayiqi xamu 

Təbrizə daşına; // Mülki-əcəm sorar ki, qiyamət xaçan qopar [8. S. 82]. 

 

Təbriz –  qədim  Azərbaycan şəhərlərindən  biri.  Hazırda  Cənubi  Azər-

baycan şəhəridir: Təbrizdə çox sərvqəd, lalərüx, əmma; // Mən sevdügüm ol səbzxət, 



al qəbadur [6. S. 13]; Nə qonar könlüm quşuvü nə uçar Təbrizdən; // Xansı birin 

söyləyim,  ah  ancə  dərdim  var  mənim  [6.  S.  137];  Sərbəsər  bir  tareyi-muyin 

bəhasıdır sənin; // Mülki-Təbrizü Ciğatayü Xorasanü Xocənd  [9. S. 72]. 

 

Nümunələr əsasında deyə bilərik ki, toponimlərin əksəriyyəti müqayisə 



bənzətmə  (təşbih),  birləşmə  tərkibində  epitet,  metafora,  metonimiya  kimi 

işlənmişdir, üslubi-poetik funksiyaya malikdir. 



 

 

 Kosmonimlər 

 

«Bədii ədəbiyyatda xüsusi adlardan – onomastik vahidlərdən  müxtəlif 

üslubi məqsədlərlə istifadə olunur. Hələ çox qədim dövrlərdə yaranmış nağıl, das-

tan, bayatı və xalq ədəbiyyatının başqa nümunələrində şəxs, yer, planet adları və 

s. onomastik vahidlər ya real, ya da əfsanəvi planda işlənmişdir» [15. S. 198]. 

Klassik  Azərbaycan  ədəbi  dilində,  o  cümlədən  XV–XVI  əsr poeziya-

sında  kosmonimlərdən  şairlər  əsasən  poetik  məqsədlərlə  istifadə  etmişlər  və 

bu poeziya göy cismlərinin adlarını bildirən sözlər əsasında yaranmış təşbih-

lər, epitetlər, metaforalar ilə çox zəngindir. 

 

Göy – yer üzünün üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq, 

bütün  kosmonimlər  bu  fəzada  yerləşir  [16.  S.  190].  Qədim  və  orta  əsr türk 

abidələrindən  başlayaraq  bütün  yazılı  mənbələrdə  göy  və  göy  cismləri 

adlarına  təsadüf  edilir.  Klassik  dildə  göy  sözünün  asiman,  ərş,  fələk 

sinonimləri  vardır  və  bunlardan dövrün şairləri  müxtəlif üslubi  məqsədlərlə 

gen-bol  istifadə  etmişlər:  Ey  pəri  hüsnünə  insan  necə  heyran  olmasın;                  

// Gögdə sərkərdan olubdur, ol məhi-taban dəxi [9. S. 371]; Gögdəki mahin 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə