N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   2   3   4   5   6   7   8   9   ...   38

 

13 


liqası dust didarındadır; // Afitabın yüzi ol xurşid rüxsarındadır [9. S. 146]; 

Çün  nuri-zəminü  asimansan;  //  Məqsudü  muradi-kün-fəkansan  [11.  S.  25]; 

Mənim Pərvin təki çeşmim gecələr uyxusuz qaldısəadət asimanında yüzün 

bədri-düca  gördüm [9.  S.  224];  Üqdəsindən  bir  gireh  cözərsə ərşin  üstünə;           

//  Tutar  Ayü  Günəşin  yüzünü  yeksan  saçların  [8.  S.  39];  Mehri-rüxun  ki, 



dövri-qəmərdir  xəbər  verir;  //  Ərşi-səmadə  nuri-müəlla  deyilmidir?                    

[10.  S.  37];  Qədrin  ki,  göründü  müntahadə;  //  Ərş  oldu  çü  kürsi  üstifadə            

[11. S. 22]. 

 

Göy  sözünün  sinonimi  kimi  fələk  vahidinə  şairlər  daha  çox  müraciət 

etmişlər:  Fələkdə  bir  gecə  ol  mahi-tabı  görmək  üçün;  //  Şərər  bu  ahım 



odundan çıxar, sitarə qılur [10. S. 26]; Tən etdi fələkdə mehrü ayə; // Salmadı 

vücudi  yerə  sayə  [11.  S.  19];  Həq  gördü  nəbi  beşəkli-ərslan;  //  Yeddinci 

fələkdə  sizni  dərban  [11.  S.  28];  Sənmisən  yanımda  cana,  yoxsa  xabımdır 

mənim? // Kimfələkdən yerə enmiş mahitabımdır mənim? [9. S. 235]. 

Fələk  qədim  münəccimlərə  görə,  hər  bir  səyyarəyə  məxsus  olan  göy 

təbəqəsi [17. S. 668];  məcazi  mənası ‘tale’, ‘qismət’, ‘bəxt’, ‘ugur’. Məcazi 

mənası müasir dildə – canlı danışıqda işləkdir.  

 

Gün,  günəş  və  sinonimləri    aftab,  xurşid,  şəms,  mehr.  Planet 

sisteminin  mərkəzi  göy  cismi    Gün.  «Azərbaycan  dilinin  izahlı  lüğəti»ndə 

‘planet sisteminin göy cismi’; ‘günəşin verdiyi işıq, istilik’ mənaları ilə yanaşı 

«üçüncü  məcazi  mənada  klassik  şeirdə  və  folklorda  gözəlin  sifəti  günəşə 

bənzədilir»  [16.  S.  215]  qeydi  verilir.  Klassiklərdən,  folklor  ədəbiyyatından 

nümunələr verilir və ən çox da tərkiblərdə işləndiyi qeyd edilir [16. S. 215].  



 

Gün,  günəş  poeziyada  daha  çox  məcazi  mənada  sevgiliyə,  məşuqəyə 

müraciət  məqamında,  tərkiblərdə  isə  bədii  təyinlər  kimi  işlənir.  Məsələn, 

Kişvəri Günəşi bir göy cismi kimi götürür, onun parlaqlığını, nur saçmağını – 

göyçəkliyini təsvir edir, lakin gözəlin göyçəkliyini günəşlə müqayisədə üstün 

tutur:  Günəş  gögçəkdürür  derlər,  bəli  gögçəkdürür,  əmma;  //  Sənin 

gögçəkliyin yanında ol naçarı gögçəkdür [6. S. 16].  

Xətai  isə  həmən  fikri  başqa  şəkildə  tərənnüm  edir:  Aləmin  rövşənliyi 



gərçi günəşdəndir bəli; // Pərtövi-mehri-cəmalın aftab üstündədir [9. S. 124]; 

Gərçi  gün  xoşdur,  vəli  rüxsarın  ondan  yaxşıdır;  //  Ay  dəxi  taban  durur, 

didarın ondan yaxşıdır [9. S. 133]. 

Bəzən də sevgiliyə, gözələ günəş deyə müraciət olunur: Səadət bulur ol 



dəm nəhşi-əkbər; // Qapundaey günəşdərban olursa [5. S. 14]; Ey günəş

hüsnün  xəyalı,  ta  ki,  könlümdən  keçər;  //  Qanlu  yaşım  mən  təki  dolmuşdur 


 

14 


ondan sərbəsər [9. S. 137]; Ey günəşhüsnin sənin bir ovcə yetmişdir bu gün

// Ayağın altında torpaq kimidir, Keyvan dəxi [9. S. 371]. 



Günəş,  gün  tərkib  daxilində  də  eyni  poetik-üslubi  səciyyə  daşıyır. 

Burada həm ənənəvi, həm də fərdi birləşmələri qeyd etmək olar: Ey günəş yüzlü 



həbib, hər kim səni həq bilmədi; // Danla məhşərdə anın yuzi qəradır, ya nəbi [5. 

S.  26];  Valehü  heyran  olur,  hər  kim  görür  gün  yüzünü;  //  Sən  necə  hurü 



mələksima bəşərsən, ey şəbab [5. S. 20]; Gün yüzündən şadü xəndandır könül;            

// Saçların əbri salar qayğu bizə [5. S. 25]; Gün yüzün ayinəsinə baxduğunca hər 



nəf; // Gözümə rövşən görünür vəchi-rəhman, ey həkim [5. S. 34]. 

Kişvəri  isə  günəş  sözü  vasitəsilə  özünəməxsus  fərdi  üslubi  səciyyəli 

ifadələr işlədir: Gögçək ləbindən gər qılur yüzün bilə dəvi günəş; // Sən hiç bulma 

kərəm  ki  anın  zəvalı  çoxdurur  [6.  S.  24];  Günəş  qəndili  rövşəndir  camalın 

şəmdən, cana; // Səvadül-vəchi fiddareyi iki zülfün qərasıdır [6. S. 25]; Ey şəmi-

yüzün ovçi səadət günəşi; // Sən türki-Xətaisənü xalın həbəşi [6. S. 153]. 

Günəşin  ərəb,  fars  mənşəli  sinonimləri  klassik  ədəbi  dilimizdə  daha 

işləkdir. Afitab vahidinə həm tək, həm də birləşmə şəklində dövrün şairlərinin 

əsərlərində  tez-tez  təsadüf  edilir.  Qeyd  etməliyik  ki,  təşbihi  daha  qüvvətli, 

daha  qabarıq  vermək  üçün  şairlər  çox  vaxt  bir  beytdə  bir  neçə  sinonim 

variantlara  əl  atırlar.  Məsələn,  Kişvəri  gözəli  vəsf  edərkən  qəmər,  afitab



xurşidi-taban  göy  cismlərinin  adlarını  bir  beytdə  işlədir:  Yüz  qəmər  yüzlü 

sənəm  gər  doğsa,  sənsən  afitab;  //  Dutsa  yulduz  gög  yüzün  xurşidi-taban 

bəllüdür [6. S. 19]. 

Kişvərinin  digər  qəzəllərində  də  xurşid  tərkiblərdə  poetik  fiqur  kimi 

çıxış edir: Xətti-səbzindən nola örtülsə yüzün səfhəsi; // Gizlü qalmaz nuri çün 

xurşidi-aləmtabın [6. S. 47]; Qələndər Kişvərünün diləgi səndən budur, cana

//  Ki,  xurşidi-camalunğa  qılur  nəzzarə  əksüksız  [6.  S.  26];  Xurşidi-rüxün 



birlə irür qaşlərün; // Bir bədr kim, üstündə dogar iki hilal [6. S. 154]; Mənəm 

bir zərreyi-sərgəştə, sən xurşidi-tabansan; // Bolur varisinə mehrin, nədəndir 

kim, mana bolmaz [6. S. 28]. 

Həbibi gözəlin camalını eyni misrada günəşin sinonimi afitab və qəmər 

sözləri  ilə təşbihi  iki qat qüvvətləndirir: Pərtövi-hüsnü cəmalın aləmi rövşən 

qılır; // Sən doğaldan can gögündə, ey qəmərrüx afitab [5. S. 21]; Nə rövşən 

şəmsi-dinü mehri-cansan; // Ki, tutdu aləmi ənvarın ey dust [5. S. 49]; Yüzü ol 

şəms imiş bəzm əhli içrə; // Təala şanəhü, əhli-liqadır [9. S. 79].  

Aygünəş dildə həm də yanaşı – qoşa söz kimi işlənir. Odur ki, şeirdə 

onlar  çox  vaxt  eyni  mətndə  yanaşı  gəlir:  Nari  hicranın  duxani  zülmətini 



sürməğə; // Şəmsi-canzöhrə-cəbinmahin yüzü taqi yetər [5. S. 41]. 

 

Üslub  cəhətdən  Həbibiyə  çox  yaxın  olan  Cahanşah  Həqiqinin 



qəzəllərində  türk  mənşəli  gün,  günəş  kosmonimləri  demək  olar  ki,  yox 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə