N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   2   3   4   5   6   7   8   9   10   ...   38

 

15 


dərəcəsindədir. Afitabqəmər həm tək, həm tərkibdə çox işlənmişdir: Eynimin 

nuri  cəmalın  afitabindənmidir?  [10.  S.  34];  Mirati-laməkan  ki,  rüxün 

afitabidir;  //  Arif  qatında  mənzəri-əla  deyilmidir?  [10.  S.  37];  Əsrari-künti-

kənzi bəyan eylədi ləbin; // Nəzzareyi-cahana rüxün aftabmış [10. S. 45]; Ey 

yüzün mehtabı tabı könlümün; // Vey cəmalın aftabı könlümün [10. S. 115]; 

Hər  kim  ki,  gördü  şövgi-rüxin  aftabını;  //  Əhli-bəsirə  nuri-bəsərdən  xəbər 

verür  [10.  S.  28];  Mehri-rüxun  ki,  dövri-qəmərdir  xəbər  verir;  //  Ərşi-

səmada  nuri-müəlla  deyilmidir?  [10.  S.  37].  Şair  bir  beytdə  həm  mehr 

(‘günəş’), qəmər (‘ay’), həm də ərşsəma kosmonimlərindən istifadə edir. 

Xətai də digər klassiklər kimi, kosmonimləri əsasən poetik funksiyada 

işlətmiş və ərəb, fars mənşəli vahidlərə təbii olaraq üstünlük vermişdir: Məgər 



xurşidmiş hüsnün ki, qıldı aləmi rövşən; // Kim ol rəxşəndə ənvari məhitabanə 

düşmüşdür [9.  S. 184];  Ta  sənin xurşidi-rüxsarını gördüm;  çeşmimə;  // Bir 

bulud  oldu  qəmər,  şol  mahi-taban  olmadı  [18.  S.  220];  Yüzü  ol  şəms  imiş 

bəzm  əhli  içrə;  //  Təala  şanəhü  əhli-liqadır [9. S.  79];  Xurşid önündə  zərrə 

xoşdur;  //  Göglərdə  müzəyyən  əxtər  olsa  [8.  S.  262];  Xurşidü  mahü  cümlə 

sitarə  bir  əncümən;  //  Qıldı  sücud  surətinə  ey  əzizi  mən  [9.  S.  54].  Şair  bu 

bənddə  günəşin  (‘xurşid’),  ayın  (‘mah’),  ulduzların  (‘sitarə’)  gözəlin 

qarşısında baş əydiyini mübaliğə etmişdir. 

Bəzən xurşid ayla (‘mah’)  yanaşı  verilir, surət aya,  günəşə bənzədilir: 



Eşqin  ey  dilbər,  könül  təxtində  şah  olmuşdurur;  //  Surətin  can  mülkinə 

xurşüdü mah olmuşdurur [9. S. 110].  

Birləşmələrdəki göy cismlərinin adları daha çox üslubi yük daşıyır: Zərreyi-



mehrində daim, ey camalı afitab; // Əbr yüzündən götürgil, dutmagil məndən hicab 

[9. S. 38); Ey fələk, qıldın məni dilbərdən ayru natəvan; // Mən həvadə zərrəyəm



xurşidi-tabanım mənim [9. S. 213]; Şəbi-hicranda, ey salik, hidayət şəminə yetdim

// Yüzünün afitabında yüz ənvari-ziya gördüm [9. S. 224]. 

Planet sisteminin mərkəzi göy cismi kimi Ay fars mənşəli mah // məh

ərəb  mənşəli qəmərhilal sinonim paralellər  isə klassiklərimizdə daha geniş 

yer tutur. Digər kosmik cismlər kimi, Ay və onun sinonimləri əsasən təşbih, 

epitet,  mübaliğə  kimi  çıxış  edir.  Cahanşah  Həqiqi  hətta  qəzəlində  gözəlin 

hüsnün aya təşbih edildiyini yazır: Kəmali-hüsnünü bədri-ayə qıldılar təşbih

//  Zəmanə  xubların  ol  yarə  canfəşan  dedilər  [10.  S.  38].  Xətai  gözələ  mah 

deyə təqdim edir: Mahimi gördüm ki, yüzindən niqab almış gedər; // Pərtövü 

nurindən anun afitab almış gedər [9. S. 96]; Ta yaman göz dəgməyə, ey mah

hüsnin  bağına;  //  Həq-təala  zülfini  pərri-ğürab  etmişdurur  [9.  S.  93];  Hər 

salikin  ki,  məskəni  kuyindir,  ey  qəmər;  //  Qıldı  cahanı  mehri-dirəxşanına 

tüfeyl  [10. S.  63];  Damə  saldı  can  quşun,  sədparə  qıldı  dilləri;  // Ta  qəmər 

dövrində ol zülfü pərişan eylədi [18. S. 217].  



 

16 


Ayla gün qoşa gəlir: Gər cəmalın əksini uyxuda gördü ayü gün; // Şol 

xəcalətdən qızardı, qeyrətindən xun kimi [9. S. 380]. 

Şair gözlərin simasının gözəlliyini ayın, günün hətta yuxuda gördükdə 

üzü  qıpqırmızı  qan  kimi  qızardı    deyə  fikrini  qüvvətli  formada  ifadə  edir. 

Nağıllarda, dastanlarda buna bənzər mübaliğə vardır. 



 

Ay  və  onun  sinonimləri  əsasən  bədii  təyinlər,  epitetlə  kimi  işləndiyi 

üslubi  funksiyada  çıxış  etdiyi  üçün  bunlar  daha  çox  mürəkkəb  söz  və  söz 

birləşmələri  şəklindədir.  Nümunələr:  Məhtab  //  mahtab  (‘işıqsaçan  ay’): 



Saqiyi-zöhrə cəbin gün yüzlü məhsima gəlir [5. S. 46]; Çün zərrədir Həqiqi, 

onun hüsnü aftab; // Məhtab çevrəsində nəçük kim, sitarədir [10. S. 39]; Heç 

sənin  tək  görmədim  bir  dilbəri-huri  pəri;  //  Sərv  boylu,  lalə  yüzlü  qönçələb 

məhpeykəri  [18. S. 219]; Əcəb  deyilmi  ki,  ol mahtabi  niyyərinin;  //  Camalı 

bədrə  münasib,  qaşı  hilal  oldu  [10.  S.  97].  Həqiqi  bir  beytdə  ayın 

sinonimlərindən (mahbədrhilal) istifadə etməklə gözəli daha qüvvətli, həm 

də obrazlı təsvir edir. 

 

 



Birləşmə  şəklində  olanların  əksəriyyəti  klassik  ədəbi  dilimiz  üçün  bir 

növ  norma  səviyyəsində  olan  izafət  birləşmələridir:  Gülşəni-cənnətdə  bitkən 



naz ilə nazik nihal; // Hüsn bürcündə doğub mahi-fələksima yigit [10. S. 11]; 

Məhi-ruyun fərağında şəbi-ğəm gər nəfəs çəksəm; // Salur od xirməni-xurşidə 

bu ahi-cigərsuzim [6. S. 50]; Bu kim, qəddim büküldi mahi-növ tək, ey günəş, 

sənsiz; // Anunçündür ki, əbruyi-hilalın qədri bilməzdim [6. S. 66]; Mahi-nov 

mehrab, qaşındır cəbinin qıbləsi; // Rövşəni-çeşmi-cahandır ol hilalın qüdrəti 

[10.  S.  107];  Özgələr  göyə  baxarlar  görməyə  mahi-növi;  //  Eyd  üçün  mən 



baxdığım,  qaşı-hilalındır  sənin  [18.  S.  136];  Saçın  rəngin  şəbi-qədr 

oxuyanlar; // Yüzin nurinməhi-taban demişdir [18. S. 96]; Gər fələk yüzündə 

derlər«mahi-tabandır şərəf»; // Tələtin yer üstə mahi-asman olmuş durur 

[18.  S.  105];  Saçın  ki,  sayəsi  zilli-ilah  imiş  əbədi;  //  Onun  səbində  yüzün 



mahtabi-vəhdətmiş  [10.  S.  46];  Yüzün  çu  mahi-bədrdir,  yelda  şəbi  zülfün 

sənin;  //  Aşiqləri  məst  eyləyən  ləli-ləbin  peymanədir  [18.  S.  83];  Hüsni-

rüxsarın  kim  oldu  canü  dil  heyran  ona;  //  Vədeyi-dövri-qəmərin  tapşırır 

dövran ona [18. S. 63]. 

Azərbaycan  dili  üçün  səciyyəvi  olan  birləşmələr  daha  çox  ənənəvi 

səciyyə  daşıyır:  Boldu  ölgün  kövkəbəfşan  çeşmim  ay  yüzün  görüb;  //  Kim, 

qəza memari bu taqi-zərəfşan bağladı [6. S. 113]; Ol ay üzünü görməyə yer 

göy  bəha  dedi  [18.  S.  109];  Sanma  kim,  sən  getdin,  ey  ay  yüzlü,  can  qaldı 

mana; // Can səninlə getdi, cismi-natəvan qaldı mana [18. S. 69]. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə