N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

 

17 


Azərbaycan  dilinə  məxsus  təyini  söz  birləşmələrində  türk  mənşəli  ay 

sözü daha fəaldır. Xətainin yalnız bir qəzəlində məh sözünə təsadüf edilir: Ta 



ki, düşdüm ol nigarın məh yüzü hicranına; // Dərd ilən, səyyarə tək, hər gecə 

bidar olmuşam [9. S. 233]. 

Nümunələr göstərir ki, aya aid misralarda mütləq digər göy cismləri də 

işlənir:  Günəş  kimi  tulu  edə  bürcündən;  //  Ay  ilə  gün  doğub  onda  doluna          

[18. S. 27]; Gögdəki mahin liqası dust didarındadır; // Afitabın yüzü ol xurşid 



ruxsarındadır [18. S. 85];  Ta sənin xurşidi-rüxsarını gördüm, çeşminə; // Bir 

bulud oldu qəmərşol mahi-taban olmadı [18. S. 221]. 

 

 



Planet adları 

 

Şairlər  göy  cismlərindən  olan  planetlərin  adlarından  da  eyni  üslubi 

məqsədlərlə  bəhrələnmişlər.  Bu  adlara  Orxon-Yenisey  abidələrindən 

başlayaraq  orta  əsr  türk  abidələrində  «Qutadğu  bilig»,  Mahmud  Kaşğari 

divanında,  Oğuznamələrdə,  şifahi  xalq  yaradıcılığı  nümunələrində  təsadüf 

olunur.  Göy  cismlərinin  adları  görkəmli  türkoloqların  da  diqqət  mərkəzində 

olmuş, bu dil vahidləri haqqında maraqlı fikirlər söyləmişlər. «Türk dillərində 

teonim  və  etnonimlər»  adlı  kitabın  müəllifi,  L.  N.  Qumilyovun  fikrini  çox 

yerində  xatırladır  ki,  etnoslar  ancaq  yerin  deyil,  ümumilikdə  biosferin 

övladlarıdır. Yeraltı proseslər, təbiət hadisələri, Günəş, Ay, ulduzlar etnosların 

fəaliyyətinə təsir göstərir. Müəllif Şərqi Türküstanın Turfan vadisindən tapılan 

VII  əsrə  aid  yazılarda  ulularımızın  daşlarda  səma  cismlərinin  –  planetlərin 

əlamətlərini  (mavi  rəngli  daşda  Tahirin  –  Merkuri,  açıq  rəngli  daşda  Hör-

müzdün – Yupiter, sarı daşda Zöhrənin – Veneranın, qara daşda Kivanın  – 

Saturnun,  qırmızı  daşda  –  Ayın)  görmələrini  çox  maraqlı  nümunə  əsasında 

göstərir [19. S. 88]. 

Burada  «Nəsimi  əsərlərinin  dilində  onomastik  vahidlər»  mövzusunda 

tədqiqat  aparmış  müəllifin  fikirləri  də  maraq  doğurur.  Müəllif  Nəsiminin 

əsərlərində  işlənmiş  kosmonimləri  –  göy  cismlərini  (Çovza,  Əqrəb,  Günəş

HəməlHütŞəmsÜtaridZühəlZöhrəMərrixMüştəri və s.) sadaladıqdan 

sonra  yazır:  «Təhlillər  göstərir  ki,  astronomiya  və  astrologiya  elminə 

mükəmməl  yiyələnmiş  Nəsimi  kosmonimlərin  ərəb,  fars  adlarından 

bəhrələnmiş  “Töhfəyəm,  pakizə  cövhər  laməkanın  xasiyam”  misrası  ilə 

başlayan  şeirdə,  yaxud  “Gəlir” rədifli qəsidədə bürclərin  mürəkkəblikləri  ilə 

insanda  təcəlli  tapması,  eyni  zamanda  planetlərin  hərəkətinin  əsasında  tanrı 

iradəsinin  dayanması  ideyasını  irəli  sürmüşdür.  Həmçinin  “Əla,  ey  dürri-

bəhri-laməkanım”  misrası  ilə  başlayan  qəsidədə  bütün  kainatla  insanı 

eyniləşdirən  şair  bəşər  övladının  cismində  zodiak  bürclərinin  tam  şəkildə 

2 «Тцрколоэийа», № 2 




 

18 


mövcudluğu  fikrindədir» [13. S. 16]. Biz Nəsiminin adı çəkilən qəsidəsində 

planet  adlarının  hansı  üslubi  məqamda  olduğunu  nümunə  əsasında  veririk: 



Büruc  içrə  əyaq,  hutü  həməl  –  baş;  //  Qəmər  həm  öfgədir,  bürcü  zəbanım;            

//  Ütarid  təbimiz,  böyrək  bu  Zöhrə;  //  Ürəkdir  şəmsü  xurşidi-tabanım;                   

// Dalaq oldu ZühəlMərrux həm öd; // Bağırsaq Müştəri, göbək Mizanım 

[20. S. 635–636]. 

XV–XVI  əsrin  əvvəllərində  yazıb-yaratmış  şairlərin  poeziyasından 

topladığımız nümunələr əsasında qeyd etmək olar ki, bu dövrün klassikləri də 

astronomiyanı  –  ulduzlar  aləmini  çox  gözəl  bilmişlər,  onlardan  elmi-fəlsəfi 

istiqamətdə obrazlı  istifadə etməyi  bacarmışlar. Fikrimizi təsdiq etmək üçün 

ulduzların  adlarından  istifadə  etməklə  yaranmış  məcazları  –  təşbihləri, 

epitetləri, metaforaları nəzərdən keçirək. 



 

Keyvan  –  Zühəl,  Saturn.  Orxon-Yenisey  abidələrində  Kivan  fonetik 

variantında işlənmişdir [21. S. 363, 378]. Günəş sisteminin planeti, Günəşdən 

məsafəsinə görə altıncıdır,  işıqlı  və tutqun zolaqlı.  Məcazi  mənası  yüksəklik 

[22]:  Anca  kövkəb  kimi  yaş  tökdi  ğəmindən  gözlərim;  //  Yer  ilə,  gög  ilə 



Keyvan baxa qaldı mana [9. S. 32]; Səadət bürcünün dilxahi oldur; // Yer ilə 

göyü həm Keyvan onundur [9. S. 115]. 

 

Mərrix – Mars. Günəşdən məsafəsinə görə Günəş sisteminin dördüncü 

planeti. Məcazi mənada qırmızı görünən planet, qədim zamanlarda ‘müharibə 

ilahisi’  mənasında  işlənmişdir.  Qədim  romalıların  və  başqa  italik  xalqların 

mifologiyasında müharibə allahı Mars Romanın əfsanəvi baniləri olan Romul 

və Remin atası hesab olunurdu. Qədim Roma təqviminin ilk ayı – martın adı 

Marsdan  götürülmüşdür.  Nümunə:  Can  gözün,  Mərrix  qəmzən  seyfi  çün 



ənbər olur; // Tiri-Zöhrə, Mahi-Mehri-asimanın, neyləyim [5. S. 35]. 

Qeyd  edək  ki,  Mars  planet  adından  bu  dövrün  şairləri  çox  az  istifadə 

etmişlər. Görünür, bu da qədim mifologiyada Marsın, ‘müharibə ilahisi’ kimi 

verilməsi ilə bağlıdır. 



 

Müştəri  –  Yupiter.  Günəş  sisteminin  ən  böyük  planeti,  15  peyki  var: 

Yüzünə Zöhrə, Müştəri, Mehr ilə Mah ögünməsin; // Ki, ol günəşin bir zərrəsi 

min  mahtab  olur  şəha  [5.  S.  20];  Yüzüdür  nisbəti-xurşidi-taban;  //  Fələkdə 

mah  onunçün  Müştəridir  [9.  S.  98];  Çin  ləşgərini  dağıtdı  zülmət;  //  İslam 

çərisini  etdi  dəvət;  //  Hər  Müştəri  boldu  ana  Zöhrə;  //  Rəqs  etdi  bu  bəzmə 

çərxi-möhrə  [11.  S.  344].  Bu  planet  adını  Mahmud  Kaşğari  «Divan»ında 

vermişdir. 



 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə