N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

 

19 


Tir  –  Merkuri.  Günəş  sisteminin  Günəşə  yaxın  planeti,  böyük 

planetlərin  ən  kiçiyi.  Göy  üzündə  bəzən  axan  kimi  görünən  od  parçası, 

meteor, məcazi  mənada ‘igid’, ‘zirək’: Can gözün, Mərrix qəmzən seyfi çün 

ənbər olur; // Tiri-Zöhrə, Mahi-Mehri asimanın, neyləyim [5. S. 35].  

Tir planet adı Orxon-Yenisey abidələrində də işlənmişdir [21. S. 378]. 

 

Ülkər  –  Günəş  ətrafında  daim  dövr  edən,  ondan  işıq  və  istilik  alan 

səpələnmiş  Qalaktik  ulduz  topası.  Buğa  bürcündəndir.  Ən  parlaq  ulduzu 



Absionadır,  adi  gözlə  görünür:  Ülkər  kimi  yolda  qaldı  çeşmim;  //  Görsət 

yüzüney nigari-məhru [11. S. 242]. 

«Ülkər  kosmonimi  demək  olar  ki,  bütün  qədim  və  müasir  türk 

dillərində  əsasən  iki  variantda  çıxış  edir.  Ülkər    Ürker»  [24.  S.  50].  Bu 

sözün mənası haqqında türkoloqların maraqlı fikirləri vardır. Bu ulduz payız 

mövzusunda  Günəşin  yanında  olduğu  zaman  hava  soyumağa,  baharda 

Günəşin qarşısına çıxdıqda hava qızmağa başlayır. Ona görə də buna Ülker

yəni bölən deyərlər (F. Nemət). Ülker onomastik vahidinin əsl mənası ‘pusqu’ 

deməkdir (Sir Cerard Clauson). Fin alimi Uno Harva Altay xalqlarının dini və 

mifoloji  görüşləri  haqqında  yazdığı  əsərdə  göstərir  ki,  bu  xalqların 

əfsanələrinə görə, səmada Ülker ulduz topasının yerində bir deşik var və ələk 

kimi bir şey vardır. Soyuq hava və soyuq külək də bu deşikdən gəlir, Ülker 

kosmoniminin mənası da bununla izah edilməlidir [24. S. 50]. 



Ülkər onomastik vahidinin sinonim variantları daha işləkdir. 

 

Sürəyya  –  Yeddi  Qardaş,  Ülkər.  «Qutadğu  bilig»də  Yitikən  (Yeddi 

Qardaşlar) və Ülkər planetinin adına rast gəlirik: Pərtövi-hüsnin ziyasından 

sürəyyadır  xəcil;  //  Surətin  təbindən  ol  xurşidi-taban  münfəil  [9.  S.  221]. 

Burada şair gözəlin  hüsnün ziyasından,  işığından,  nurundan ən parlaq ulduz 

olan  Ülkərin  –  Sürəyyanın,  işıqsaçan,  parlaq  Günəşin  belə  xəlil,  mütəssir 

olduğunu  obrazlı  –  mübaliğə  ilə  poetik  cilddə  vermişdir.  Yenə  «Dəhnamə» 

poemasında  Xətai  məşuqənin  gəlişinin  qədəmini  təsvir  edərkən  göy 

cismlərinin  adına  müraciət  edir:  Göglər  qədəmində  rəqsə  düşdü;  //  Səyyarə 



şüayi  nəqşə  düşdü  [11.  S.  344].  Gözəlin  qədəmindən  göylər  oyuna  düşdü, 

Səyyarənin işığı, parlaqlığı isə nöqsanlı, eybli görsəndi. Şairin mübaliğəsi çox 

qüvvətli, bəlkə də şişirdilmiş kimi görünsə də, təsvir bədii, obrazlı və gözəlin 

qədəmi parlaq göy cismlərindən daha üstün, daha parlaq kimi təsvir olunur. 



 

Pərvin  –  Ülkər  (Yeddi  Qardaş):  Mənim  Pərvin  təki  çeşmim  gecələr 

uyxusuz  qaldı;  //  Səadət  asimanında  yüzün  bədri-düca  gördüm  [9.  S.  224]; 

Yaşıl çəmən üstə jalə çin-çin; // Əxzər fələk üstə rəski-Pərvin [8. S. 230]. 

2* 



 

20 


Zöhrə – Venera. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri, Günəş 

sisteminin Günəşə yaxınlığına görə ikinci planeti, Aydan sonra Yerə ən yaxın, 

Günəş  və  Aydan  sonra  ən  parlaq  göy  cismi  (Dan  ulduzu,  Karvanqıran). 

Klassik  şərq,  o  cümlədən  Azərbaycan  mifologiyasında  gözəllik  rəmzi,  eşq 

ilahəsi. Bu ulduz Orxon-Yenisey abidələrində nağıd [21. S. 370], «Qutadğu 

bilig»də Sevit [25. S. 171], Mahmud Kaşğari «Divan»ında Təmürkazuk [26. S. 

141], uyğur abidələrində Altun yulduz [24. S. 49] adları ilə verilmişdir. 

Klassik  Azərbaycan  ədəbi  dilində  bu  planetlərin  adları  ərəb,  fars 

dillərindən  alınma  terminlərdir.  Həbibidə,  Xətaidə  Zöhrə  planetinin  adı  fikri 

daha  qüvvətli  ifadə  etmək  üçün  digər  planet  adları  ilə  eyni  beytdə,  misrada 

çəkilir: Yüzünə ZöhrəMüştəri; // Mehr ilə Mah ögünməsin [5. S. 20]; Can 

gözün,  Mərrix  qəmzən  seyfi  çün  ənbər  olur;  //  Tiri-Zöhrə,  Mahi-Mehri-

asimanın, neyləyim [5. S. 35]; Hər müştəri boldu ana Zöhrə; // Rəqs etdi bu 

bəzmə çərxi-möhrə [11. S. 344]. 

Xətai  Zöhrə  planet  adının  Nahid  sinonimindən  istifadə  etmişdir:  Bir 



zərrə yüzi qatında xurşid; // Bir ləmə cəmal qatında Nahid [9. S. 78]. 

Şairlər  bürc  (göydə  Günəş  dairəsinin  bölünmüş  olduğu on  iki  qismin 

biri),  kövkəb  (göy  cismlərinin  hər  biri,  ulduz)  sözlərindən  də  poetik 

məqsədlərlə  istifadə  etmişlər:  Ənasir,  şeş  cəhatü  həft  kövkəb;  //  Bu  doqquz 



cərxi-dəvvarım xərabat [5. S. 16]; Nə kövkəbdir bu, ya rəbb kim, günəşdən 

nuri rövşəndir [5. S. 40]. 

Bürckövkəb təyini söz birləşmələrində üslubi yüklə daha çox işlənmiş, 

şeirləri  təravətləndirmişdir:  Cəm  bülbülü  kim,  ovci  fərəh  bürcündən;                     

//  Könlüm  qəfəsini  aşıyan  qıldı  yenə  [6.  S.  154];  Ey  qulağından  asılmışdur 

hidayət  kövkəbi;  //  Aşina  cəmin  səbəbsiz  dağıdıb  zülfin  şəbi  [6.  S.  143]; 

Səadət bürcünün dilxahi oldur [9. S. 115]. 

İzafət  tərkiblərində  də  bu  adlar  işlənmişdir:  Ey  afitabi-dövlət,  vey 



kövkəbi-hidayət;  //  Ey  mətləyi-təcalla,  vey  nuri-bibidayət  [5.  S.  47];  Hicrin 

şəbində  məqsud  yolunı  yad  qıldım;  //  Bir  güşədən  görüngil,  ey  kövkəbi-

hidayət [5. S. 48]; Hər kim ki, bizi anarsa bolsun; // Dər bürcü-səadət aşıyani 

[11. S. 357]; Məclisi-üşşaqi pürnur etsə ol hər şəb nola; // Kim, məlayik şəmi 



gögdə kövkəbi-rəxşandurur [9. S. 141]; Hüsnü-bürcündə sənün tək görmə-

dim bir mahi-nov; // Necə gəzdüm zərrə tək xurşidi-aləmkərd ilən [6. S. 83]. 

 

 



Onomastik  vahidlər  bədii  dildə  poetik  və  estetik  rollara  malikdir. 

Tədqiqat prosesində qədim və orta əsr abidələrindən gətirdiyimiz nümunələr 

göstərdi  ki,  bu  vahidlərin  dildə  işlənməsinin  qədim  tarixi  vardır.  Konkret 

mərhələdə şairlərin əsərlərində toponimlərin, kosmonimlərin məcaziliyə – ob-

razlılığa  yönəldilməsi, poetik  ifadə vasitəsi kimi,  bir tərəfdən, dilin ruhu, tə-



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə