N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

 

65 


Bununla yanaşı, türkmən dilində də bu şəkilçinin əşya, vasitə, alət 

adı  bildirmə  xüsusiyyəti  mövcuddur:  anlatma  ‘ifadə’,  süyüşme 

‘sürüşdürücü’,  denleme  ‘tənlik’,  tizleme  ‘təcil’,  qoranma  ‘mühafizə’, 

artma ‘artım’, bölmeölçeme ‘ölçü’. 

 

Oğuz  qrupu  türk  dillərindən  biri  olan  qaqauz  dilində  də    -ma



2

 

şəkilçisi həm isim, həm də sifət düzəldici xüsusiyyətə malikdir. Bu qrupa 



daxil olan digər dillərlə eyni məna çalarları ifadə edən -ma

2

 şəkilçisi fel 

köklərindən  hərəkət,  proses  və  əşya  adı  bildirən  yeni  sözlər  yaradır: 

kazma  ‘bel’,  dolama  ‘dolama’,  kıvırma    yemək  adı,  qözleme    yemək 

adı, yarmadokumaasmaörməkapma. «Yeni  yaranan  sözlər əksərən 

omonim  xarakterlidir  ki,  bu  da  -ma,  -mə  /  -me  şəkilçinin  sifət  yaratma 

xüsusiyyəti ilə bağlıdır» [6. S. 96]. 

 

Türk  dilində  həm  də    məsdər  şəkilçisi  funksiyası  olan  -ış



4

 

şəkilçisi  mücərrəd  mənalı  isimlər  yaratma  xüsusiyyətinə  malikdir: 



kapanış,  açılış,  buluş,  veriş,  alış,  çıkış,  anlayış.  Bütün  fellərə  artırılan 

bilən bu şəkilçinin yaratdığı isimlər heç bir vaxt atributivlik daşımır, yəni 

sifət  və  ya  təyin  ola  bilmir.  Fellərdən  isim  yaradan  işlək  şəkilçilərdən 

olan  -ış



4 

türk  dilində  müxtəlif  məna  çalarları  yaratma  xüsusiyyətinə 

malikdir. Türkoloqlar türk dillərinin əksəriyyətində işlənən bu şəkilçinin 

işin və ya icra üsulunu ifadə etdiyi qənaətindədirlər.  R. Rüstəmov isə bu 

məna çalarlarını aşağıdakı kimi qruplaşdırmışdır: 

 

1 hal-vəziyyət bildirən isimlər: yarışbakışkoşuş və s.; 



2  tərz bildirən isimlər: okuyuşsöyleyiş və s. [4. S. 24]. 

 

Türk  dilində  eyni  zamanda  nevi  məsdərin  şəkilçisi  olan  -ış



4  

şəkilçisi əşya adı deyil, hərəkət adı ifadə edir. Ancaq bəzən qəlibləşərək 

əşya adı da ifadə edir: atışgülüşbuluşbakış və s.  

Müasir  dildə  feldən  isim  yaradan  ən  işlək  şəkilçilərdən  biri  olan           



-ış

4

 

 



tarixən ş variantında mövcud olmuşdur: alkışkargış,

 

tanış sözlərin-

də bu variant hələ də yaşamaqdadır.  

Bu şəkilçisi türk dilinin özləşmə hərəkatı zamanı da dilin yabancı 

ünsürlərdən  təmizlənməsində  fəal  olan    -ış

4   

şəkilçisi  vasitəsilə  yaranan 

sözlərdən ərəb  və  fars  məsdərlərinin dildə qarşılığının tapılmasında  isti-

fadə olunmuşdur: azimet – gidişhalâs – kurtuluşavdet – dönüşintibah – 



uyanış,  muvaselet  –  varış,  icat  –  buluş,  medhal  –  giriş,  tezayut  –  artış    

və s. 


5 «Тцрколоэийа», № 2 


 

66 


Dil  inqilabının  bir  parçası  olan  türkcə  terminyaratma  prosesində 

də bu şəkilçi tez-tez müraciət olunan vasitələrdəndir. -ma



2  

şəkilçisi qədər 

olmasa da -ış

4 

şəkilçisi terminologiyada hərəkət və prosesləri ifadə edən 

adların-terminlərin  yaranmasında  aktivdir.  Osmanlıcada  mövcud  olan 

telekki,  zihniyat,  tevekkun,  maruzat  kimi  sözlər  -ış

4 

  vasitəsilə    yaranan  



kavrayış,  anlayış,  oluş,  sunuş  kimi  türk  mənşəli  isimlərlə  əvəz 

olunmuşdu. 

 

Azərbaycan  dilində  də  bu  şəkilçi  fellərə  qoşularaq  müxtəlif 



semantikalı  isimlər  yaratmağa  xidmət  edir.  Omonim  şəkilçi  olan  -ış

4 

qarşılıq  növün  əlaməti  olmaqla  yanaşı  hərəkət  və  proseslə  bağlı  olan, 

mücərrədlik  ifadə  edən  sözlər  yaradır.  -ış

4   

şəkilçisinin  Azərbaycan 

dilində  qoşulduğu  sözlərdə  yaratdığı  məna  çalarlarını  aşağıdakı  kimi 

qruplaşdırmaq  olar:  a)  hərəkətin  adını  bildirən  isimlər  (yürüş,  yeriş



vuruş,  döyüş);  b)  proses  və  hərəkətin  nəticəsini  bildirən  isimlər  (yığış

uduşyüksəlişdönüş); c) hal-vəziyyət ifadə edən isimlər (titrəyişgəliş

duruş); d) konkret isim bildirən adlar (arayışgöstərişçıxarışdüzəliş). 

Termin yaradıcılığında işlək olan bu şəkilçi «ən çox milli mənşəli 

sözlərə  artırılaraq  müxtəlif  modelli  terminlər  yaradır.  Bu  xüsusiyyət  isə 

həmin  şəkilçinin  mənşəyi  ilə,  yəni,  fellə  əlaqədar  olması  ilə  bağlıdır»              

[5. S. 59]. 

 

Qaqauz  dilində  də  mövcud  olan  bu  şəkilçi  adətən  felin  qarşılıq-



birgəlik  növü  ilə  üst-üstə  düşməklə  yanaşı  aşağıdakı  funksiyaları  da 

həyata keçirir:  

 

1  hərəkət adı bildirən isimlərin yaranması da müşahidə olunur: 



açılış ‘açılış’, ‘açma’, dolaş ‘dolanma’, ‘ötmə’, alış ‘alma’, ‘satınalma’, 

atış  ‘tullama’,  ‘atma’,  ‘atış’,  aalayış,  çaarış  /  çıırış,  aldanış 

‘özünüaldatma’, ‘özünə vurğunluq’, örüüş ‘yeriş’; 

2  proses adını bildirən isimlər yaranmasında iştirak edir: bozuş 

‘mübahisə’, diiş ‘mübadilə’, ‘növbə’, konuş ‘qonaqlıq’, oturuş ‘toplantı’, 



ayırış ‘boşanma’, düüş ‘döyüş’, görüş ‘görüş’; 

3    müxtəlif  mənalı  konkret  və  mücərrəd  isimlər  əmələ  gətirir: 



soruş  ‘sual’, baalaşık ‘müttəfiq’, söleyiş ‘atalar sözü’, danış ‘məsləhət’, 

çıxış ‘nəticə’. 

 

 



Fellərin  sonuna  artırılan  -ıcı

4

  şəkilçisi  isə  çoxluq,  artıqlıq, 

davamiyyət,  atributivlik  ifadə  edən  isimlərlə  yanaşı,  alət,  dəzgah  adı 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə