N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 

 

57 



gəlir. Həmin kateqoriyaya saytların qiymətləndirilməsində redak-

torlara (insanlara) kömək məqsədi ilə yaradılmış «Global Brain» 

proqramı vasitəsilə populyarlığı təyin edilmiş saytlar daxil edilir. 

Saytların  populyarlığı  onlara  edilən  istinadların  sayı  və  baxılma 

müddətlərinə  görə  müəyyənləşdirilir.  Hər  bir  müəllif  öz  saytını 

«LiveDirectory»  kateqoriyasına  daxil  edə  bilər.  SNAP  həmin 

saytları  tematik  kataloqda  göstərmir,  lakin  belə  kateqoriyanın 

mövcudluğu haqqında pəncərəyə məlumat çıxarır.  

Konkret  axtarış  aparmaq  üçün  SNAP  sistemində  sorğu 

dilindən  istifadə  edilir.  DİRECTHİT-dən  fərqli  olaraq,  SNAP 

bütöv frazalara görə axtaraş apara bilir. Bunun üçün frazanı təşkil 

edən sözlər dırnaq işarəsi arasında yazılmalıdır, məsələn, «olum 

ya ölüm». Dırnaq işarəsindən əlavə, SNAP sözün əvvəlində yazı-

lan  «+»  və  «-»  işarəsini  də  qavrayır.  «+»  işarəsi  sözün  sənəddə 

mütləq olmasını, «-» işarəsi isə mütləq olmamasını göstərir. 

 

YAHOO  (

www.yahoo.com

)  İNTERNET-də  istifadə  edilən 

ilk  axtarış  sistemlərindən  biridir.  Hazırda  YAHOO  bir  sıra 

informasiya-axtarış vasitələri istehsalçıları ilə əməkdaşlıq edir və 

onun  müxtəlif  serverlərində  müxtəlif  proqram  təminatından 

istifadə  edir.  YAHOO-ya  tematik  kataloq  kimi  də  baxmaq  olar, 

ona görə ki, onun tematik kataloqu ən böyük həcmə malikdir və 

hazırda  kataloqda  milyondan  çox  səhifənin  və  saytın  ünvanları 

toplanıb. 

Bütün  tematik  kataloqlar  kimi,  YAHOO-da  agacvari  struk-

turla  təşkil  edilmişdir.  Ən  yuxarı  səviyyədə  əsas  rubrikalar 

(məsələn,  «Mədəniyyət  və  incəsənət»,  «Biznes  və  iqtisadiyyat», 

«Kompüter və İnternet» və s.) təsvir edilir. Rubrikalar bölmələrə, 

bölmələr  altbölmələrə  və  s.  ayrılır  və  ən  aşağı  səviyyədə 

(yarpaqlarda)  saytların  təsviri  və  onlara  istinadlar  (linklər) 

saxlanır. Hər bir saytın təsviri xüsusi redaktor (insan) tərəfındən 

aparılır.  Onların  sayı  50-dən  artıqdır.  Beləliklə,  YAHOO-nun 

kataloqu  əl  üsulu  ilə  tərtib  edilir.  Odur  ki,  onun  keyfiyyəti 

yüksəkdir. 



 

 

58 



YAHOO  sisteminin  informasiya-axtarış  dili  kifayət  qədər 

sadədir.  Daxil  edilən  sözlər  boşluqla  (probellə)  ayrılır.  Onlar 

arasında  AND  və  OR  operatorlan  yazmaq  olar.  Çıxışda  sənəd-

lərin  sorğuya  uyğunluq  dərəcəsi  göstərilmir,  lakin  tapılan 

sənədlərdə  sorğuya  uyğun  sözlərin  altından  xətt  çəkilir.  Bu 

zaman  leksikanın  normallaşdırılması  və  ümumi  sözlərin  təhlili 

aparılmır.  

 

 



 

Şək. 

3.17. 

Barauzerin baş səhifəsi 

 

Çıxış  siyahısında  sənədlərin  relevantlığa  görə  nizamlanması 



tapılan  sənədlərdə  sorğunun  sözlərinin  sayına  görə  aparılır. 

YAHOO-nu  məhdud  axtarış  imkanlı  sadə  ənənəvi  sistemlər 

sinfinə aid etmək olar. SNAP sistemində olduğu kimi, burada da 

sorğuda sözün əvvəlində «+» və «-» işarələrindən istifadə etmək 

olar. YAHOO-nun fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, 

sorğuda   göstərilən   sözlər   və   ya   frazalar   tapılmadıqda,   o, 

GOOGLE sisteminin indeksinə müraciət edir və lazımi sözləri və 

ya frazaları sənədlərin özlərində axtarır. Daha məzmunlu axtarış 

üçün  sorğuda  «t:»  və  «u:»  işarələrindən  istifadə  etmək  olar. 



 

 

59 



Sözün  əvvəlində  göstərilmiş  «t:»  işarəsi  axtarışın  yalnız 

səhifəinin  və  saytın  başlığında,  «u:»  işarəsi  isə  axtarışın  yalnız 

saytların ünvanlannda apanlmasını göstərir.  

Məsələn,  «u:  eko»  sorğusuna  görə  URL  ünvamnda  «eko» 

sözü  olan  sənədlər  tapılacaq,  məsələn: 

www.business-

marketinq.az/html/eko.html

 



OİNGO  (

www.oingo.com

)  sistemi  sözü  adi  simvollar 

ardıcıllığı  kimi  qəbul  edən  bir  çox  axtarış  sistemlərindən  fərqli 

olaraq,  sözlərin  mənalarını  «başa  düşür».  İlkin  axtarışda 

sorğunun  sözlərinə  digər  sistemlərdə  olduğu  kimi,  simvollar 

ardıcıllığı  kimi  baxılır.  Axtarış  nəticələri  iki  siyahı  ilə  ekrana 

çıxarılır: tapılan WEB-saytların   siyahısı  və   kataloqun  bölmə-

lərinin   siyahısı. Uyğun düyməni basmaqla açılan üçünçü siyahı-

da isə sorğudakı sözün bütün mənaları əks etdirilir. Əgər seçilmiş 

mənaya  görə  axtarış  nəticələri  istifadəçini  qane  etmirsə,  o, 

sorğunu dəqiqləşdirən bir neçə sözdən istifadə etməklə, yenidən 

axtarış apara bilər. 

OINGO-da  sorğu  dili  demək  olar  ki,  yoxdur.  Təkcə  «+» 

işarəsindən  istifadə  etmək  olar.  Bu  halda  həmin  sözün  sənəddə 

mütləq  olması  tələb  edilir.  Əgər  OINGO  verilmiş  sorğuya  görə 

öz  kataloqunda  heç  bir  şey  tapa  bilmirsə,  o,  ALTAVİSTA 

sisteminin indeksinə müraciət edir. 

 

NORTHERNLIGHT 

(

www.northernlight.com



sistemi 


mahiyyətcə  ALTAVISTA  sistemindən  az  fərqlənir.  Burada  da 

həcmi  ALTAVISTA-dakından  az  olmayan  avtomatik  indeksdən 

istifadə  edilir.  Bəs  onda  niyə  müxtəlif  axtarış  sistemləri 

yaradılmışdır? Bəlkə bir güclü sistem yaradılaydı və hamı ondan 

istifadə edərdi? 

Təəssüf  ki,  bu  cür  güclü  və  hamını  qane  edən  edən  sistem 

yoxdur. Mövcud olan hər bir axtarış sisteminin üstünlüklərin və 

çatışmazlıqları  var.  Bundan  əlavə,  heç  bir  axtarış  sistemi 

INTERNET-lə ayaqlaşmır. INTERNET-də yerləşdirilən informa-

siya  resurslarının  həcmi  hər  ildə  azı  iki  dəfə  artır  və  hətta  ən 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə