N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



siya yönümlü cəmiyyətin” yaranması mərhələsinə keçildiyini de-

məyə əsas verdi. 

İnsanlar  hər  gün  telefon  şəbəkəsindən  istifadə  edir,  dünyanın 

müxtəlif  nöqtələri  ilə  informasiya  mübadiləsi  edir.  Kompüter 

şəbəkələri də bu mənada bir texnoloji inkişafdır.  



 

 



1. İNTERNETİN QISA TARİXİ 

 

İlk atom bombasının sınağı,  yerin birinci (ilk) və ikinci sünii 



peyklərinin buraxılması ABŞ-nı elmi texniki tədqiqatların güclın-

dirilməsini  stimullaşdırdı.  Buna  əsas  səbəblərdən  biri  keçmiş 

SSRI  dövlətinin  başçısı,  SSRİ  Kommunist  Partiyasının  birinci 

katibi  N.Xruşşovun  BMT  tribunasından  dünyanı,  xüsusilə  də 

ABŞ-ı  atom  silahı  ilə  təhdid  etməsi  oldu.  1957-ci  ildə  ABŞ 

müdafiə nazirliyi  yeni strukturlu bölmə  -  Layihələrin Perspektiv 

Tədqiqatı  Agentliyi  (Advanced  Research  Projects  Agency  – 

ARPA)  yaratdı.  ARPA-nın  əsas  vəzifəsi  mərkəzi  idarəetmə 

olmadan kompüterlərin bir birinə qoşulması metodlraını işləmək 

idi. Bu isə şəbəkənin bir hissəsi sıradan çıxdıqda digər hissəsinin 

müstəqil  işləməsini  təmin  etməli  idi.  Dünyada  ilk  kompüter 

şəbəkəsi olan ARPANET bu agentlik tərəfindən quruldu.   

  

Şək.1.1. ARPANET şəbəkəsinin strukturu 

 

Kompüterdən kompüterə informasiya ötürülməsinin ilk seansı 



1969-cu  ildə  oktyabr  ayında  həyata  keçirildi.  Kompüterlərdən 

biri Los-Ancelesdə Koliforniya universitetində,  ikincisi isə Sten-

dford  Tədqiqatlar  institunda    (520  km  məsafədə)  yerləşdiril-



 

 



mişdir.    İlk  ARPANET  şəbəkəsini  yaradıcıları  Con  Postel,  Stiv 

Kroker, Vint Serf  olmuşlar.  

ARPANET layihəsinin məqsədi:  

• tədqiqat müəssisələrini birləşdirmək, əlaqələndirmək (infor-

masiya təminatı baxımından);  

•  kompüter  kommunikasiyası  sahəsində  eksperimentlər  apar-

maq;  

• nüvə hücumu şəraitində əlaqələrin yaradılması və saxlanması 



metodlərını öyrənmək. 

ARPANET  layihəsi  çərçivəsində  iş  paketlərin  kommutasiyası 

ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə növündə infor-

masiya (məsələn xəbər) böyük olmayan paketlərə bölünür, həmin 

paketlər təyin olunmuş yerə çatana qədər səmərəli marşrut seçə-

rək  bir-birindən  asılı  olmayaraq  müxtəlif  şəbəkələrdə  yerini  də-

yişir.  Sonda  bütün  paketlər  final  nöqtəsinə  çataraq  yenidən  bir-

ləşərək  ilkin  formanı  alır.  Bütün  kompüterlərin  eyni  hüquqlu 

olması informasiyanın konkret bir kompüterdən asılılığını aradan 

qaldırır.  Bu  texnologiya  hətta  müharibə  vaxtı  belə  kommunika-

sıyaların işinin kəsilməsinə təminat verirdi. Əgər kommunikasiya 

xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər 

işləyən xətlərə ötürülə bilər. 

  ARPANET sistemi uzaq məsafədə olan kompüter mərkəzləri 

ilə əlaqələri yaradırdı. Bu sistem  elektron poçtunun göndərilməsi 

və informasiya mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf 

edərək, 1983-cü ildə iki şəbəkəyə, ARPANET və MİLNET şəbə-

kələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET 

şəbəkəsi isə elmi tədqiqatlar məqsədi üçün nəzərdə tutulurdu. İki 

şəbəkə  arasında  informasiya  mübadiləsi  imkanı  yaranır  və  bu 

birləşmə Internet adı ilə tanınır. 

 1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn, BITNET 

(Because  It’s  Time  Network),  CSNET  (Computer  Science  Net-

work)  şəbəkəsi  hesablama  texnikası  və  proqramlaşdırma  üzrə 

tədqiqatçıları  birləşdirirdi.  Sonralar  bu  şəbəkələr  Internetə  daxil 

oldu. 



 

 

10 



  İnternet  qlobal  şəbəkədə  birləşmiş  milyonlarala  kompüter-

ləri,  proqramları,  verilənlər  bazalarını,  fayl  və  insanları  birləş 

dirən şəbəkələrdən ibarət şəbəkədir. 

 

 



Şək.1.2. İnternetin strukturu 

 

80-ci  illərin  sonu  90-cı  illərin  əvvəli  bu  tip  kommunikаsiyа-



lаrın  hərbi  məqsədləri  öz  аktuаllığını  itirməyə  bаşlаdı  və  onun 

yerini  fаntаstik  sürətlə  inkişаf  etməyə  bаşlаyаn  аçıq  dünyəvi 

şəbəkə -  Internet tutdu. Indi аrtıq kompüter şəbəkələri vаsitəsilə 

informаsiyа  mübаdiləsi  üsulu  dünyаnın  hər  bir  yerində  yаşаyаn 

insаnlаrın əsаs informаsiyа mənbəyi və mübаdilə vаsitəsinə çev-

rilməkdədir. Informаsiyа məkаnı qlobаllаşdıqcа yeni tip «mühа-

ribələrə»  -  informаsiyа  mühаribələrinə  (bu  tip  mühаribələr, 

hələlik lokаl şəkildə indi də gedir və аrtıq informаsiyа məkаnının 

özünün terrorçulаrı, mаfiyаlаrı və s. vаrdır) də gətirə bilər.  

Аzərbаycаndа  bu  teхnologiyаlаrın  tətbiqi,  tədqiqi  və  inkişаf 

etdirilməsi sаhəsində son illərdə çoхlu işlər görülür. 2002-ci ildə 



 

 

11 



Аzərbаycаn Hökuməti və BMT-nin Inkişаf Proqrаmlаrı аrаsındа-

kı  bаşlаnmış  işbirliyi  respublikаmızdа  Informаsiyа-kommunikа-

siyа  teхnologiyаlаrının  inkişаfınа  diqqətı  аrtırmışdır.  Bu,  аrtıq 

həyаtа keçirilən "Informаsiyа-kommunikаsiyа teхnologiyаlаrının 

və onlаrın birinci mərhələdə tətbiqi üzrə milli strаtegiyа" lаyihə-

sində özünü biruzə verir.   Görülən işlərin nəticəsi kimi аşаğıdа-

kılаrı  göstərmək  olаr:  Respublikа  təhsil  sistemi  üçün  Internet 

sаytı  yаrаdılmışdır,    Veb-səhifələrin  pulsuz  yerləşdirilməsi  üçün 

server yаrаdılmış, Respublikа Internet məkаnı üçün böyük ахtаrış 

prosessoru yаrаdılmış və s. Əlbəttə, bunlar fаntаstik "E-məkаnın" 

kiçik bir zərrəsidir. Yахın gələcəkdə dünyəvi informаsiyа məkа-

nının hər bir soydаşımız üçün də əlçаtаn olаcаğınа şübhə yoхdur.  



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə