N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

87 



 

 



 

 

88 



ƏLAVƏ 3. 

” @ “ işarəsinin tarixi

 

 



"@"  (ət)  işarəsi  elektron  poçt  simvoludur.  "@"  işarəsi  xüsusi  işarə 

olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompyuter və internet 

istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. 

 

 



 

 

 



Çində  "@"  heroqlifi  «ay  ta»  kimi  oxunur  və  mənası  «onu  sev» 

deməkdir. 

 "@"  işarəsinin  məlum  olan  ilk  istifadəsinə  4  may  1536-cı  ilə 

Francesco  Lapi  adlı  florensiyalı  tacirin  yazdığı  bir  məktubda  rast 

gəlinib.  Lapi  yazdığı  məktubunda  İspaniyadakı  şərab  qiymətlərindən 

bəhs edərkən "@" işarəsini istifadə etmişdi. O zamanlarda bir çəlləyin 

1/13  hissəsinə  uyğun  gələn,  ticarət  ölçü  vahidi  olaraq  istifadə  edilən 

"@",  daha  sonra  texnologiyalara  da  daxil  oldu.  Zamanla  istifadəsi 

dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini 

ifadə  etmək  üçün  istifadə  edilməyə  başlandı.  Yəni  insanlar  artıq 

«dənəsi 5 manatdan 10 məhsul» kimi bir tərif istifadə etmək yerinə «10 

məhsul  @  5  manat»  deməyə  başladılar.  Lakin  burada  da  müxtəlif 

fikirlər var. Bəzi dilçilər deyirlər  ki, ilk olaraq orta əsrlərin başlarında 

əlyazmaları  üzərində  işləyən  keşişlər  tərəfindən  bu  işarə  istifadə 

edilmişdir.  Keşişlər  "@"  işarəsini  içində,  tərəfinə  doğru,  yanında 

mənalarını  verən  latınca  sözü  kimi  istifadə  edirdilər.  Dilçilərin  böyük 

bir  əksəriyyəti  "@"  işarəsinin  daha  yaxın  bir  tarixə,  18-ci  əsrə  aid 

olduğunu  deyirlər.  Mütəxəssislərə  görə,  "@"  həmin  tarixdə  ticari  bir 

simvol  idi.  Ancaq  italyan  bir  araşdırmaçı  14-cü  əsrə  aid  bəzi  ticari 

Venedik sənədlərində diqqəti cəlb edən şəkildə "@” işarəsinin istifadə 

edildiyini  ortaya  çıxartdı.  Bu  sənədlərdə  işarə  anfora,  ya  da  kubu 

simvollaşdıran  bir  miqdar  ölçüsü  olaraq  göstərilmişdir.  Giorgio  Stabil 

adlı  araşdırmaçı  bundan  başqa  1492-ci  il  tarixli  bir  ispanca  lüğətdə 

anforanın  bir  ağırlıq  ölçüsü  olan  arrobaya  çevrildiyini  kəşf  etdi. 

Bunların  nəticəsində  „@“  işarəsi  ticari  olaraq  1885-də  yazı 

maşınlarının ilk nümunəsi olan „Andəvud“un klaviaturasında yer aldı. 

O, tarixdən təxminən 85 il sonra da kompyuter klaviaturalarına e-mail 

işarəsi olaraq keçdi. 

 

Bəs bu işarə ilk dəfə kompyuterə necə yol tapdı? Keçən əsrin 70-ci 



illərində  kompyuter  rabitəsi  təzəcə  formalaşdığı  bir  vaxtda  alimlər 


 

 

89 



əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə 

edə  bilirdilər,  şəxsi  mesaj  və  ya  məktub  göndərmək  isə  mümkün 

olmurdu.  Bu  problemi  vaxtı  ilə  ARPA  (Advanced  Research  Projects 

Agency  —  Perspektiv  Tədqiqat  Layihələri  Agentliyi)  şəbəkəsinin 

yaradılmasında  iştirak  etmiş  BBN  (Bolt,  Beranek  və  Newman) 

texnologiyalar  kompaniyasının  əməkdaşı  Rey  Tomnilson  adlı  gənc 

mütəxəssis  1971-ci  ildə  həll  etdi.  Tomnilson  bir  növ  hakerlik  edərək, 

ARPANET-də  istifadəçini  kompyuterdən  ünvan  vasitəsi  ilə  ayırmaq 

metodunu  tapır.  Proqramçı  şəbəkədə  şəxsin  və  onun  istifadə  etdiyi 

kompyuterin  adlarını  “@”  işarəsi  ilə  ayırmaqla  yeni  ünvan  yaradır. 

Misal  üçün  user@computer  göstərir  ki,  “user”  adlı  istifadəçi  filan 

kompyuterdədir. Burada niyə məhz “@”simvolundan istifadə edildiyini 

Rey  belə  izah  edir  ki,  belə  addım  şəbəkədə  dolaşıqlıq  yaranmaması 

üçün atılıb. Bir adı digərinin yanında göstərmək üçün ona ingiliscə “at” 

(yanında, üstündə) önlüyü üçün çox nadir hallarda işlədilən və heç bir 

adda rast gəlinməyən işarə gərək olub. Məhz “@” işarəsi həmin tələbə 

uyğun gəldiyindən Rey  həmin  simvolu seçib. Maraq üçün bildirək  ki, 

Rey  Tomnilsonun  ilk  göndərdiyi  mesaj  klaviatura  hərflərinin  birinci 

cərgəsində 

duran 


klavişlərin 

ardıcıl 


basılmasından 

alınan 


“QWERTYUİOP”  sözü,  ilk  şəbəkə  adresi  isə  tomlinson@bbn-tenexa 

olub. 


Keçən  əsrin  70-ci  illərində  kompyuter  rabitəsi  təzəcə  formalaşdığı 

bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən 

faylları  mübadilə  edə  bilirdilər,  şəxsi  mesaj  və  ya  məktub  göndərmək 

isə  mümkün  olmurdu.  Bu  problemi  vaxtı  ilə  ARPA  (Advanced 

Research  Projects  Agency  —  Perspektiv  Tədqiqat  Layihələri 

Agentliyi)  şəbəkəsinin  yaradılmasında  iştirak  etmiş  BBN  (Bolt, 

Beranek  və  Newman)  texnologiyalar  kompaniyasının  əməkdaşı  Rey 

Tomnilson  adlı  gənc  mütəxəssis  1971-ci  ildə  həll  etdi.  Tomnilson  bir 

növ  hakerlik  edərək  ARPANET-də  istifadəçini  kompyuterdən  ünvan 

vasitəsi  ilə  ayırmaq  metodunu  tapır.  Proqramçı  şəbəkədə  şəxsin  və 

onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni 

ünvan  yaradır.  Misal  üçün  user@computer  göstərir  ki,  “user”  adlı 

istifadəçi  filan  kompyuterdədir.  Burada  niyə  məhz  “@”simvolundan 

istifadə edildiyini Rey belə izah edir ki, belə addım şəbəkədə dolaşıqlıq 

yaranmaması üçün atılıb. Bir adı digərinin yanında göstərmək üçün ona 

ingiliscə  “at”  (yanında,  üstündə)  önlüyü  üçün  çox  nadir  hallarda 

işlədilən və heç bir adda rast gəlinməyən işarə gərək olub. Məhz “@” 



 

 

90 



işarəsi  həmin  tələbə  uyğun  gəldiyindən  Rey  həmin  simvolu  seçib. 

Maraq  üçün  bildirək  ki,  Rey  Tomnilsonun  ilk  göndərdiyi  mesaj 

klaviatura  hərflərinin  birinci  cərgəsində  duran  klavişlərin  ardıcıl 

basılmasından  alınan  “QWERTYUİOP”  sözü,  ilk  şəbəkə  adresi  isə 

tomlinson@bbn-tenexa  olub.  Tenex  BBN  firmasının  işlətdiyi  köhnə 

əməliyyat  sistemi  idi.  O  zamanlar  .com,  .net  kimi  domen  adları  hələ 

yaradılmamışdı. Domen adlar sistemi (DNS — Domain Name System) 

1980-ci illərdə meydana çıxdı. 

Göründüyü kimi Rey Tomnilsonun kəşfi həm elektron poçtun mey-

dana  çıxmasında,  həm  də  “@”  işarəsinin  internet  simvoluna 

çevrilməsində  əsas  rol  oynayıb.  İstedadlı  proqramçı  internetin  ink-

işafındakı xidmətinə görə 2000-ci ildə Amerika Kompyuterlər Muzeyi 

tərəfindən  Corc  Stibis  (ikili  hesablama  sistemində  işləyən  cəmləyici 

elektromaşın  ixtira  etmişdir)  kompyuter  erasının  pioneri  mükafatına 

layiq  görülmüşdür. Deyilənlərə görə  hazırda  Tomnilson  yenə də BBN 

texnologiyalar  kompaniyasında  çalışır  və  o,  öz  kəşfini  son  dərəcə 

təvazökarlıq edərək elə də böyük bir qəhrəmanlıq saymır və qeyd edir 

ki,  mənim  heç  ağlıma  da  gəlməzdi  ki,  bu  ixtira  alimlər  arasında  rahat 

ünsiyyət  forması  yaratmaqdan  başqa  nə  isə  daha  əhəmiyyətli  olacaq. 

Xatırladaq ki, ilk əvvəl e-poçtdan alimlər yalnız öz aralarında operativ 

informasiya mübadiləsi etmək üçün istifadə edirdilər. E-poçtla ötürülən 

informasiya  isə  ancaq  mətn  halında  olurdu.  Artıq  bu  gün  e-poçtla 

göndərdiyin  mətnə  istənilən  faylı  qoşmaq,  şəkil,  səs,  gif-animasiya, 

flash-obyektlər əlavə etmək olar. Yeri gəlmişkən qeyd edək ki, axırıncı 

üsuldan  reklam  məqsədilə  istifadə  edənlər  qanunsuz  olaraq  bizim 

poçtlarımızı  spamlarla,  müxtəlif  elektron  tullantılarla  doldururlar. 

 

 

 



 

 

 



 

 

Məlumat üçün bildirək ki, “@” simvolu klaviş kimi ilk dəfə 1885-ci 



ildə  yazı  makinasının  klaviaturasında  özünə  yer  tapmış,  1963-cü  ildə 

isə  ASCII  (American  Standart  Code  for  Information  Interchange  — 

İnformasiya Mübadiləsi üçün Amerika Standart Kodları) kod cədvəlinə 

daxil edilmişdir. ASCII klaviaturanın kompyuterə ötürdüyü hər simvo-

lu başa düşmək üçün yaradılmış kodlar sistemidir. “@” klavişi elektron 

poçt  kəşf  edilməmişdən  qabaq  kompyuterdə  hansı  proqramın 

işləməsindən  asılı  olaraq  silmə,  hərəkətə  gətirmək  və  digər 

əməliyyatları  aparmaq  üçün  istifadə  olunub.  1980-ci  ildə  “@”  işarəsi 

beynəlxalq standart kimi təsdiqlənir. 



 

 

91 



Tədqiqatçılar  deyir  ki,  əslində,  “@”  işarəsinin  yaranma  tarixi  orta 

əsrlərə təsadüf edir. Araşdırmalara görə həmin dövrlərdə rahiblər latın 

dilində  olan  elmi  əsərlərin  üzünü  köçürərkən  vaxta  qənaət  etmək 

məqsədilə  tez-tez  işlədilən  bəzi  sözləri  ixtisarla  yazırmışlar.  Onlardan 

biri də, kontekstdən asılı olaraq “yanına”, “üzərinə” və s. önlüklər kimi 

tərcümə  edilən “ad”  sözü olub. Yazarlar bu sözün hərflərini bir-birinə 

birləşdirərək,  bir  qədər  uzun  quyruqlu  “a”  hərfi  yaradırlar.  Zaman 

keçdikcə  a-nın  quyruğu  uzadılaraq  dəyirmi  hala  salınmışdır.  Başqa 

araşdırmalar  nəticəsində  Roma  Universitetində  çalışan,  dil  tarixi  üzrə 

mütəxəssis  Corcio  Steybail  1500  il  yaşı  olan  Venetsiya  ticarət 

sənədlərində  “@”  nişanına  rast  gəlmişdir.  Bu  nişan  amfora  (qədim 

yunanlarda:  içki  və  s.  tökmək  üçün  ikiqulplu,  boğazı  dar  qab)  həcm 

ölçüsü  kimi  işlədilmişdi.  Steybail,  həmçinin  1492-ci  ilin  latın-ispan 

lüğətini  tapmış  və  orada  “amfora”  sözünün  “arroba”  —  12,5  kq  çəki 

ölçüsü kimi tərcümə edildiyini aşkar etmişdir. Digər ehtimallara əsasən 

“@”  simvolu  XVIII  əsrdə  bir  malın  qiymətini  ifadə  etmək  üçün 

yaradılıb “4 alma @ 10 dinar”. Bunlardan əlavə “@” işarəsi mühasiblər 

tərəfindən də işlədilib və ona kommersiya alfası da deyirmişlər. 

 Maraqlıdır  ki,  “@”  işarəsini  ruslar,  ukraynalılar,  moldavanlar  “so-

baçka” (balaca it), koreyalılar “ilbiz”, türklər “qızılgül”, finlandiyalılar 

“yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası”, isveçlilər “dar-

çınlı  bulka”  və  s.  adlandırırlar.  Bizdə  isə  internet  rəmzi  üçün  hamı 

tərəfindən  qəbul  edilmiş  bir  milli  ad  hələ  seçilməyib.  “@”  işarəsinin 

əgər  oxşarlığını  əsas  götürsək  onda  onu  qoğala,  çömçəquyruğa  və  ya 

qıvrılmış  gürzə  ilana  da  bənzətmək  olar.  Ancaq  hələlik  internet  sim-

voluna “sobaçka” ya da ki, “ət” işarəsi deyirik, bəziləri də zarafata salıb 

ona  “it  balası”  da  deyir.  Bu  yerdə  bir  incə  məqam  var  ki,  elektron 

ünvanını çox adam öz adına götürdüyü üçün addan sonra “sobaçka” və 

ya  başqa  bir  heyvan  adı  çəkmək  yaxşı  səslənmir.  Ona  görə  də  @ 

işarəsini  ifadə  etmək  üçün  yaxşı  bir  milli  ad  fikirləşib  tapmaq  yaxşı 

olardı.  Məncə  ona  elə  “ünvan”  demək  daha  münasibdir.  Məsələn, 

elesger@box.az. Ələsgər ünvanı box.az.  

 

 

Rusların “@”  simvoluna  “sobaçka” deməsinin tarixçəsinə gəldikdə 



isə bu barədə internetdə müxtəlif fərziyyələr var. Guya buna səbəb “@” 

işarəsinin həqiqətən də quyruğunu bulayan itə oxşaması və ya bu sim-

volun  ingiliscə  “ət”  kimi  tələffüzünün  balaca  it  hürüşünü  xatırlat-

masıdır. Başqa bir ehtimala görə ilk kompyuterlər çıxanda, displeylərdə 

yalnız  mətn  üçün  olanda  “Adventure”  (“Macəra”)  adlı  populyar 



 

 

92 



kompyuter oyunu  varmış. Oyunun mahiyyəti onda imiş  ki, xəzinə  ax-

tarmaq  üçün  oyunçu  labirintlərdən  keçməklə  ziyanverici  və  yeraltı 

həşəratlarla  vuruşmalı imiş. Labirint  ekranda «!», «+», «-», simvolları 

ilə çəkilirmiş, oyunçu, xəzinə və düşmən monstrlar isə müxtəlif hərf və 

işarələrlə  ifadə  olunurmuş.  Süjetə  görə  oyunçunun  sadiq  köməkçisi, 

eyni zamanda kəşfiyyat aparan bir iti də olubmuş. Məhz həmin it klavi-

aturanın  “@”  klavişi  ilə  hərəkətə  gəldiyi  üçün  ruslar  həmin  simvolu 

“sobaçka” adlandırıblar.  

Virtual aləmin simvolu bu gün artıq hamı tərəfindən tam təbii qəbul 

edilir.  Hətta  internetdə  gedən  məlumatlara  görə  bir  Çin  sakini  təzəcə 

anadan olmuş oğlunu “@” heroqlif adı altında qeydiyyatdan keçirməyə 

cəhd  edib,  ancaq  ona  bu  işdə  mane  olublar.  Hazırda  bu  nişan,  demək 

olar  ki,  əsil  brendə  çevrilib.  İnternetlə  bağlı  bütün  reklamlarda  “@” 

nişanına  rast  gəlmək  olar.  2004-cü  ildə  Beynəlxalq  Elektrik  Əlaqələr 

Birliyi  e-poçt  ünvanının  teleqrafla  rahat  ötürülməsi  məqsədilə  “@” 

simvolu üçün Morze əlifbasına xüsusi kod daxil etmişdir (• — - • — •). 

A və C latın hərflərini birləşdirən bu kod həmin hərflərin birgə qrafik 

yazılışını əks etdirir. Sonda isə bildirək ki, 2010-cu ildə internet simvo-

lu  Nyu-York  Müasir  İncəsənət  Muzeyinin  kolleksiyasına  daxil  edilib 

və  hazırda  “@”  nişanı  bu  kolleksiyada  bazar  dəyəri  olmayan  yeganə 

eksponatdır. 

 

Yazılış  qaydası:abonent@ünvan  -  @  ("at"  və  ya  "doq")  işarəsi 

kompyuterə  məktubun  göndərildiyi  server  ünvanı  ilə  abonentin  adını 

ayırmağa kömək edir. Burada abonent dedikdə həmin serverin məktubu 

köçürəcəyi  şəxsi  kataloq  nəzərdə  tutulur.  Bu  kataloq  serverdə 

istifadəçinin  ora  daxil  olana  və  ya  saxlama  müddəti  qurtarana  qədər 

qalır.  Abonentin  adını  istifadəçi  özü  seçir.  Sonra  o  poçt  ünvanının 

qeydiyyatını  keçirir  və  proqram  təminatını  nizamlayır.  Bütün  bu 

əməliyyatlardan sonra elektron ünvanla işləmək olar. Müasir dövrdə ən 

geniş  yayılmış  poçt  hostinq  serverləri  kimi  Gmail.com,  Yahoo!, 

Hotmail  tanınır.  MDB  məkanında  isə  Yandex,  Mail.ru,  Rambler  kimi 

poçt servisləri məşhurdur. 

Mənbə: referat.ilkaddimlar.com/embed/d_word_refe_infor_1604.docx 

Ümumdünya Poçt Günü 

Oktyabr  ayının  9-da  bütün  dünyada  poçt  sahəsi  işçilərinin  peşə 

bayramı  -  Ümumdünya  poçt  günüdür.  Ümumdünya  Poçt  İttifaqının 



 

 

93 



(ÜPİ) XIV konqresinin qərarı ilə Ümumdünya poçt günü 1874-cü ildə 

ittifaqın yaranması günü qeyd olunur. Bu münasibətlə “Azərpoçt” DM-

si  tərəfindən  bir  sıra  tədbirlər  həyata  keçirilməkdədir.  Ümumdünya 

Poçt Gününün qeyd olunması münasibəti ilə oktyabr ayının 5-də bütün 

poçt müəssisələrinin inzibatı binalarında, PŞ-lərdə  və  ətrafında səliqə-

səhman,  abadlıq  işləri  görülmüşdür.  Hər  bir  poçt  şöbələrində 

Ümumdünya  poçt  gününü  xatırladan  plakatlar  asılmışdır.Bayramla 

əlaqədar  zonalar  üzrə  vətəndaşların  irad  və  təkliflərini  dinləmək  üçün 

Qusar rayonunda “Qaynar xətt” keçirilmişdir. O cümlədən “Azərpoçt” 

DM-nin  Gənclər  Təşkilatının  heyəti  bütün  zonalar  üzrə  gənclərlə 

görüşlər keçirmiş və poçt haqqında geniş müzakirələr aparmışdır. 

"Azərpoçt"  Dövlət  Müəssisəsinin  bütün  şöbə  və  idarələrində 

toplantılar  keçirilmiş,  məruzələr  dinlənilmişdir.  “Azərpoçt”  DM-nin 

rəhbərliyi  tədbirlər  planına  əsasən  orta  məktəb  şagirdləri  ilə  görüşlər 

keçirmiş,  onlara  poçtun  yaranma  tarixi,  poçt  xidmətləri  və  poçtun 

müasir zamanda rolu barədə məlumat vermişdir.  

Tədbirlər  çərçivəsində  Ümumdünya  Poçt  İttifaqının  yaranmasının 

134-cü il dönümü münasibəti ilə xüsusi təqvim ştempelləri hazırlanmış, 

1  saylı  PF-nin  MPŞ-də  poçt  markalarından  ibarət  sərgi  təşkil  edilmiş, 

“Azərpoçt”  DM-də  və  Poçt  müəssisələrində  Veteran  Poçt  işçiləri  ilə 

görüşlər keçirilmişdir. 

09.10.2008-ci il tarixdə Bayram ilə əlaqədar 3 Poçt Şöbəsinin açılışı 

olmuş, 5 Poçt Şöbəsi istifadəyə verilmişdir. ÜPİ-nin yaranmasının 134-

cü  il  dönümü  münasibətilə  Mərkəzi  poçt  şöbəsində  toplantı  keçirildi. 

Toplantını  giriş  sözü  ilə  “Azərpoçt”DM-in  baş  direktoru  Qənbər 

Bəybalayev  açdı.  O  ilk  olaraq  Rabitə  və  İnformasiya  Texnologiyaları 

naziri,  akademik Əli  Abbasovun Ümumdünya poçt günü münasibətilə 

təbriki  poçt  işçilərinə  çatdırdı.  Baş  direktor  daha  sonra  Azərbaycan 

poçtunun  yaranma  və  inkişaf  tarixi  haqqında  danışdı.  Tədbirdə 

həmçini,  RİTN-nin  DMŞ-nin  müdir  müavini  N.Məmmədov  və 

“Azərpoçt”DM-nin KNŞ-nin müdiri N.Qalayev poçtun keçmişi, ÜPİ –

na  daxil  olmasının  tarixi  və  poçtun  hazırda  əldə  etdiyi  nailiyyətləri 

barədə  çıxış  etdilər.  Ölkə  başçısı  İlham  Əliyevin  tapşırıq  və 

tövsiyələrinə  uyğun  olaraq  Rabitə  və  İnformasiya  Texnologiyaları 

naziri,  akademik  Əli  Abbasovun  rəhbərliyi  altında  Rabitə  və 

İnformasiya  Texnologiyaları,  o  cümlədən  poçt  rabitəsinin  ən  yüksək 

səviyyədə  modernləşdirildiyinin  qeyd  edən  Baş  direktor  Dünya  Bankı 

ilə  Azərbaycan  hökuməti  arasında  imzalanan  bank  və  maliyyə 




 

 

94 



xidmətlərinin  inkişafı  layihəsinə  uyğun  olaraq  ölkəmizdə  poçt 

rabitəsinə  bu  xidmətlərin  tətbiqindən  sonra  bu  sektorun  daha 

mükəmməl şəkildə inkişaf edəcəyini bildirdi. 

Tədbir  zamanı  əmək  fəaliyyətində  fərqlənən  bir  qrup  poçt  işçisi 

“Azərpoçt”  DM-nin  “Fəxri  Fərman”ı  və  qiymətli  hədiyyələri  ilə 

mükafatlandırıldı. 

 

 

Mənbə: referat.ilkaddimlar.com/embed/d_word_refe_infor_1604.docx 



 

 


 

 

95 



ƏDƏBİYYAT 

 

1.



 

A.Ş.Süleymanov,  Ç.C.Abidov,    V.İ.Bədəlov,    R.H.Həşimov. 

İnternetə giriş (dərs vəsaiti). Bakı – 2006  

2.

 



A.Ş.Süleymanov,  Ç.C.Abidov,    V.İ.Bədəlov,    R.H.Həşimov 

«İnternetə  giriş»    fənnindən  laboratoriya  işlərinin  yerinə  yetirilməsinə  aid 

metodiki göstəriş. Bakı – 2006 

3.

 



Qonçarov A. Samouçitel HTML, Piter., 2001. 

4.

 



Qasanov  R.A.,  Suleymanov  A.Ş.,  Mustafaev  R.T.,  Kulieva  T.D. 

Vvedenie v İnternet. Uçebnik, Baku, 2003. 

5.

 

Xolüşlaq, Molli G. İspolğzovanie HTML 4,6-e izdanie. 



6.

 

Matrosov  A.V.,  Serqeev  A.O.,  Çaunin  M.P.  HTML  4.0.  –  BXV-



Peterburq, 2000. 

7.

 



 S.V. Simonoviç. İnformatika. Bazovıy kurs. S-P. Piter. 2000 q. 

8.

 



Yorqe  Şteffen.  INTERNET:  sotni  poleznıx  reüeptov.  Per.  s 

nemeükoqo – K.: BHV, 1996.  

 

 

 



 


 

 

96 



 

MÜNDƏRİCAT 

 

GİRİŞ


 ................................................................................. 6 

1. İNTERNETİN QISA TARİXİ

 ........................................... 8 

2. İNTERNETİN XİDMƏTLƏRİ

 ........................................ 12 

2.1. Ümumdünya hörümçək toru

 ....................................... 12 

2.2. Elektron poçt

............................................................ 18 

2.3. Faylların ötürülməsi protokolu

 ................................... 26 

2.3.1. FileZilla 

 FTP klent ........................................ 27 



2.3.2.FlashFXP 4.2.5 Build 1810 Final ...................... 29 

2.4. USENET xidməti

 ..................................................... 30 

2.5. İRC xidməti

 ............................................................. 31 

2.6. Elektron elanlar lövhələri

 ........................................... 34 

2.7. TELNET xidməti

 ...................................................... 35 

2.8. Gopher - informasiya-axtarış xidməti

 .......................... 36 

2.9. İP-telefoniya

 ............................................................ 37 

2.10. Netmetting. .......................................................... 39 

2.11. İCQ xidməti

. ......................................................... 40 

3. İNFORMASİYA AXTARIŞ SİSTEMLƏRİ

 ...................... 41 

4. İNTERNETƏ QOŞULMA

 ............................................. 65 

5. WEB BRAUZERLƏR

 ................................................... 70 

ƏLAVƏLƏR

 ................................................................. 80 

ƏDƏBİYYAT

 ................................................................ 95 



 

 

 


 

 

97 



Mahil İsa oğlu MƏMMƏDOV –texnika üzrə fəlsəfə doktoru; 

Vüqar Tofiq oğlu AĞAYEV 

–texnika üzrə fəlsəfə doktoru; 

Nuridə Məhəmmədəli qızı BAYRAMOVA – müəllim 

 

İNTERNET XİDMƏTLƏRİ 

 

(Dərs vəsaiti). 

ADAU nəşr 

 

 



© 

“Araz

-M poliqrafiya

” 

MMC 

 

 



 

Yığılmağa verilmişdir 07.

10.2014 

–cü il,


 

Çapa imzalanmışdır 

19.12.2014-

cü il, 


 

kağız formatı (210x297) 1

\4, 

 

kağız №1, uçot çap vərəqi 13.6 ç.v.



 

Sifariş № 

044, tiraj 250 

 

 



“Araz” poliqrafiya müəssisəsi

 

Gəncə, Ş.Badəddin, 59

 

 


 

 

98 



 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə