N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

12 



2. İNTERNETİN XİDMƏTLƏRİ 

 

2.1. Ümumdünya hörümçək toru 



 

Ümumdünya hörümçək torunun yaranma tarixi. 

 Ser  Timoti  Con  Berners-Li  (ing.  Sir  Timothy  John  "Tim" 

Berners-Lee;  d.  8  iyun  1955)  -  Böyük  Britaniyalı  mühəndis,  

kompyuter  mütəxəssisi  və  MIT  professorudur. 

World  Wide  Web-in  yaradıcısı  hesab  olunur. 

O, internetin inkişafını müşahidə və ona nəza-

rət edir. Oksford universitetində oxuduğu illər-

də  Berners-Li  öz  dostları  ilə  birlikdə  hakerlik 

ilə  məşğul  olur  və  buna  görə  tutulurlar,  həm-

çinin  universitetin  kompüterlərindən  istifadə  etmək  hüququndan 

məhrum edililər.  O,  ümumdünya  hörümçək  torunun  yaradılması 

üçün  Enquire  sisteminin  əsasını  təşkil  edən  ideyadan  istifadə 

edib.  Tim  Berners-Lee  1989  'da  HTML  işarələmə  dilini  inkişaf 

etdirərək  Dünya  Səviyyəsində  Şəbəkə  (WWW)  olaraq  da  təyin 

olunan  məlumat  paylaşma  sistemini  qurmuş  olan  kompüter 

profesorudur. İlk veb sayt  

http://info.cern.ch 

adlanır və 1991-ci 

il avqust ayının 6-da yaradılıb. Sayt WWW (World Wide Web), 

səyyahlar  və  server  sazlamaları  haqqında  izahedici  informasiya-

dan ibarət idi. Sayt, həmçinin ilk veb kataloq sayılır. 1994-cü ildə 

Tim  Berners-Li  Massaçusets  Texnologiya  universitetində  World 

Wide Web Konsorsiumunun (W3C) əsasını qoyub. 

Bu  xidmət  növü  qısaca  olaraq  WEB  adlanır,  internetin  ən 

vacib  və  geniş  yayılmış  xidmət  növlərindəndir.  Bu  xidmət  növü 

hipermətn  texnoloqiyasına  əsaslanır.  Bu  xidmət  vasitəsilə  adi 

mətnlərin, hipermətnlərin, qrafık və multimedia tipli informasiya-

nın, proqram kodlarının və s.  şəbəkədə yerləşdirilməsini, axtarı-

şını, ötürülməsini və baxılmasını təmin etmək mümkündür. WEB 

xidmətindən istifadə etmək çox asan və rahatdır. 

WEB resursları WEB-saytlar və WEB-səhifələr şəklində təs-

vir olunurlar. Bir saytdan digərinə və  ya  bir saytin bir  səhifədən 

digər  səhifəsinə,  o  cümlədən,  saytın  konkret  elementlərinə  keç-



 

 

13 



mək  üçün  «keçid»  (link)  adlanan  mexanizmdən  istifadə  edilir. 

WEB-sənədlərini tərtib etmək və onlann axtarışını asanlaşdırmaq 

üçün  HTML(Hyper  Text  Markup  Lanquage)  adlı  xüsusi  dil  is-

tifadə  olunur.    HTML  –  HyperText  Markup  Language.  Hiper-

mətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi 

ilə  göstərilir.  HTML  Internetin  fundamental  baza  texnologiyası-

dır.  Çox  sadə  bir  dil  sayılır.  Brauzerin  oxuya  biləcəyi  hər  hansı 

sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. 

HTML veb-səhifənin növünü və funksiyasını təyin edən des-

kriptorlar  əsasında  yaradılmış  dildir.  Deskriptor  (teq)  –  kodlaş-

dırılmanın əsas elementi kimi HTML standartında qəbul olunmuş 

işarələrdir. 

Bütün  Web  qovşaqlarda  toplanmış  və  Internetə  qoşulmuş 

kompyuterlərin ekranlarında göstərilən sənədlər HTML proqram 

kodunda  yazılırlar.  HTML  –  səhifələrdə  mətn  bloklarının,  təs-

virlərin  yerləşdirilməsinə,  cədvəllərin  qurulmasına,  sənədin  və 

sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya element-

lərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər 

arasında əlaqələrin yaradılmasına imkan verir. 

 HTML dilinin köməyilə yaradılan səhifələr və onlann tərkib 

hissələri  olan  «keçidlər»  (liriklər)  İNTERNET-dəki  bütöv  infor-

masiya  toplusunu  təşkil  edir.  «Keçidlər»  səhifədə  adətən  başqa 

rənqlə (məsələn, göy rənglə) seçilir və altından xətt çəkilir. Keçid 

əməliyyatı  «keçidin»  üzərində  mausun  düyməsini  bir  dəfə 

basmaqla yerinə yetirilir. 

HTML  dili  vasitəsilə  hazırlanmış  WEB-səhifələr  «WEB-

browser» (WEB-brouzer, yəni WEB-ə baxış) və ya «İNTERNET 

Explorer»  (İNTERNET  bələdçisi)  adlanan  proqramların  kö-

məyilə oxunurlar. Brauzer (ing. Browser), daha dəqiq desək Veb 

brauzer  -  istifadəçilərin  veb-serverlər  üzərindəki  HTML  səhifə-

lərini  açmasına  imkan  verən  proqram  təminatıdır.  Bu  proqram 

təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. 

Web  browser  -  internet  saytlarını  seyr  etmək  üçün  lazım  olan 

proqram  təminatıdır.  Dünyada  çoxlu  brauzer  proqramları  möv-

cuddur.  Hər bir proqramın da  özünəməxsus özəllikləri var. Win-



 

 

14 



dows  əməliyyat  sistemi  olan  hər  bir  kompüterdə  İnternet  Exp-

lorer  proqramı  olur.  Bununla  yanaşı  digərlər  proqramlardan  da 

istifadə  etmək  olar  Şəkildə  ən  çox  istifadə  edilən  doqquz 

brauzerin təsviri verilir.   

 

 

Sək.2.1. Ən cox istifadə edilən brouzerlər 



 

Bu  proqramlar  WEB-səhifələrlə  HTTP  (ing.-  Hyper  Text 



Transfer 

Protocol-Hipermətnlərin 

ötürülməsi  Protokolu

adlanan  xüsusi  protokol  vasitəsilə  əlaqə  yaradırlar.  HTTP– 

İnternet  şəbəkəsində  istifadə  olunan  protokoldur.  HTTP  veb-

səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir

1



HTTP-nin əsasını URL ünvanı təşkil edir.  



URL  (ing.  Uniform  Resource  Locator)  —  faylın  və  ya 

resursun  Web-də  yerləşdiyi  ünvanı  və  ya  yeri  göstərir.  URL 

İnternetdə  yerləşən  bütün  verilənlərlə  əlaqə  saxlamağa  imkan 

verir,  yəni  İnternetdə  yerləşən  hər  bir  fayl  və  ya  resurs 

                                            

1

 http://az.wikipedia.org/wiki/HTTP 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə