N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 

 

28 



 

 

Şək. 2.8. Filezilla FTP-menecerlərinin baş pəncərəsi 

 



 



Asan istifadə  

 



Əla ruslaşdırma  

 



FTP, FTP üstündən SSL/TLS (FTPS) və SSH Protocol 

(SFTP) File Transfer dəstək 

 

IPV6 dəstək 



 

FTP-Proxy http/1.1, SOCKS5 dəstək   



 

faylların verilişinin bərpası, həmçinin böyük fayllarının 



dəstəklənməsi.  

 



Windows, Linux, * BSD, Mac OS X və digər əməliyyat 

sistemlərində işləmə  

 

Multidillilik 



 

drag & drop dəstək 



 

ötürülmə sürətinin tənzimləmə imkanı  




 

 

29 



 

şəbəkə qoşulmalarının tənzimlənməsi ustasının 



mövcudluğu 

 



Silinən faylları bərpa imkanı 

 



Silinmiş faylların axtarışı  

 



Sayt Meneceri  

 



Növbəliliyin  dəstəklənməsi  

 



Loglara yazma 

 



Kataloqların müqayisəsi 

 



Kataloqlara sinxron baxış 

 



... və bir çox başqa imkanlar...! 

 

 



2.3.2.FlashFXP 4.2.5 Build 1810 Final 

 

 

 



Şək. 2.9. FlashFXP 4.2.5 Build 1810 Final. baş pəncərəsi 

 

FlashFXP vasitəsilə sürətli və asan fayl transferi təmin etmək 



mümkündür.  Kompüterinizdən  birbaşa  olaraq  fayl  yükləyə  bilər 

ya da iki server arasında fayl transferi edə bilərsiniz. FTP Proxy, 




 

 

30 



HTTP Proxy, Socks 4 & 5 dəstəyi var. Sürü-burax dəstəyi, eyni 

anda  birdən  çox  əlaqə  qura  bilmə,  zamanlanmış  yükləmələr, 

qovluq  sinxronizasiyası  kimi  müsbət  xüsusiyyətləri  də  ehtiva 

edən bu məşhur ftp proqramını sınağınızı təklif edərik

1



 



2.4. USENET xidməti 

 

User's network`un qısaldılmış formasıdır. News 



deyə  də  xatırlanar.  1979  ilindən  bəri  istifadədə 

olan  usenet  dünyanın  ən  qədim  məşhur  və 

heterogen qrup ünsiyyət sistemlərindən biridir.  

 Şəbəkə  mədəniyyətində  FAQ  və  (ticari 

məqsədli) spam kimi anlayışların ortaya çıxdığı 

mühit olması baxımından əhəmiyyətli bir rolu olmuşdur.  

USENET  xidməti  muxtəlif  mövzulara  aid  yeni  xəbərləri 

özündə  toplayır  və  onların  yayılmasını  təşkil  edir.  Xəbərlər 

mövzuya  uyğun  qruplarla  təşkil  olunur.  Qrupa,  başqa  sözlə 

konfrans da deyilir. Hər bir qrupa unikal ad verilir və həmin adla 

o  axtarılır.  Qrupun  adı  onun  mövzusunu  və  mənşəini  təyin 

etməlidir.  Məsələn,  «alt.binaries.sounds.midi»  xəbərlər  qrupu 

vasitəsilə  «midi»  formatlı  musiqi  fayllan  yayılır.  Burada  «alt» 

nəzarətdən  və  senzuradan  azad  olan  «alternativ»  xəbərlər 

qruplannu göstərir. 

Xəbərlər  qrupları  müxtəlif  serverlərdə  yerləşdirilir.  Xəbər-

lərin alınması, baxılması və göndərilməsi üçün NNTP (Network 

News  Transfer  Protocol-  Şəbəkə  Xəbərlərinin  Göndərilməsi 

Protokolu) 

protokolundan 

istifadə 

edilir. 


İNTERNET 

EXPLORER,  NETSCAPE  NAVIGATOR  brouzerləri  serverdən 

xəbərləri  oxumaq  və  yazmaq  üçün  NNTP  protokolunun  kliyent 

hissəsini  təmin  edirlər.  Proqram  təminatının  server  hissəsi  isə 

INN (İnterNet-News) proqram paketi ilə reallaşdınlır. 

USENET sistemində qeydiyyatdan keçmiş istənilən istifadəçi 

öz  informasiyasım  konkret  mövzuya  görə  xəbərlər  qrupunda 

                                            

1

 http://windows-az.com/internet/12955-flashfxp-425-build-1810-final.html 




 

 

31 



yerləşdirə  bilər  və  həmin  informasiyanı  baxılan  qrupun  bütün 

istifadəçiləri  əldə  edə  bilərlər.  Bu  sistem  dar  sahəyə  aid 

məlumatları, xüsusi və ya qeyri-rəsmi informasiyanı toplamaq və 

yaymaq  üçün  əlverişlidir.  Hazırda  dünya  miqyasında  70  minə 

qədər müxtəlif xəbərlər qrupları mövcuddur. 

Xəbərlər qrupları ilə işləmək imkanı OUTLOOK EXPRESS, 

FREE  AGENT  proqramlarında  da  nəzərə  alınıb.  Xəbərlər 

qruplarının  serverləri  haqqında  informasiyanı  əks  etdirən 

kataloqlara  bu  ünvanlarda  baxmaq  olar:  http://newzbot.com, 

http:// groups.google.com, http://talk.ru, 

http://newsgate.ru

 



2.5. İRC xidməti 

 

Internet 



Relay 

Chat 

və  ya  IRC  (azərb. 

Retranslasiyalı  İnternet  Çat)  –  real  rejimdə  digər  insanlar 

ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. 

Sistem  1988-ci  ildə  fin  tələbə  Yarko  Oykarinen  (Jarkko 

Oikarinen)  tərəfindən  yaradılıb.  Sistem  qısa  olaraq  IRC 

adlandırılır.

 

 



Dünyada  IRC  ilk  dəfə  olaraq  Fars  körfəzindəki  müharibə 

(Səhrada  tufan)  zamanı  populyarlıq  qazanmağa  başladı.  Məhz  o 

dövrdə,  1991-ci  ildə  müharibələrin  getdiyi  dövrdə  dünyadan 

gələn  bütün  məlumatlar,  xəbərlər  bir  yerdə  yığılaraq  on-line 

rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. 

IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. 

Əgər  kanal  operatorları  və  ya  sahiblərinin  icazəsi  varsa  ora 

istənilən  istifadəçi  daxil  ola  bilər  (qoşula  bilər).  Kanal  virtual 

otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin 

istənilən  yerindən  adam  qoşula  bilər.  Kanala  yazılan  bütün 

məktubları,  otaqda  olan  bütün  istifadəçilər  görür.  Hər  kanal  öz 

adına  və  bir  qayda  olaraq  müəyyən  mövzulu  olur.  Kanala  daxil 

olduqdan sonra istifadəçi virtual otaqda bütün yazılanları görə və 

özü  məktub  yaza  bilər.  Kanalda  müzakirə  edilən  mövzu  adətən 

onun adından məlum olur (məsələn #Wikipedia-az kanalı). 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə