N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

 

 

35 



Rusiyada  bu  məqsədlə  iri  miqyaslı  «Molotok»  (ünvanı: 

www.molotok.ru

)  auksionu  təşkil  edilmişdir.  Auksionda  axtarış 

aparmaq  üçün  xüsusi  axtarış  sistemləri  də  hazırlanmışdır( 

məsələn,  «Auctions  Portal»  sistemi: 

www.auctions-portal.com

). 

Elektron-mağazalarda  və  auksionlarda  axtarış  aparmaq  üçün 



yuxarıda adlan çəkilən proqramlardan başqa digər proqramlar da 

mövcuddur.  Təəssüflər  ki,  bunu  digər  növ  elektron  elanlar  löv-

hələri haqqıında demək olmaz . Bu cür proqramların sayı azdır.  

 

2.7. TELNET xidməti 

Telnet  (uzaq  məsafəyə  müraciət)  –  ciddi  mətn  sistemidir. 

Onun  köməyi  ilə  şəbəkəyə  birləşdirilmiş  istənilən  kompüterə 

daxil  olmaq  olar.  Telnet  e-mail,  FTP,  Usenetə  nisbətən  çox  da 

tanınmayıb və geniş yayılmayıb. 

Telnet  xidmət  növü  internetə  qoşulmuş  ixtiyari  kompüterə 

uzaq  məsafədən  qoşulmanı  təmin  edir.  Bu  cür  qoşulma  uzaq 

məsafədə  yerləşən  kompüterin  informasiya  bazasından  istifadə 

etməyə imkan verir. Bu xidmət növündən kompüterləşmiş kitab-

xanaların  biblioqrafik  verilənlər  bazasından  birgə  istifadə  etmək 

üçün,  uzaq  məsafədə  yerləşən  müxtəlif  adamların  eyni  layihə 

üzərində işləməsini təmin etmək üçün istifadə edirlər. 

 

  



Şək. 2.10. telnet

1

 

                                            



1

 http://shebekeler.blogspot.com/2013/03/telnet.html 




 

 

36 



Telekonfranslara  göndərilən  məlumatlar  xəbərlər  serverinə 

daxil olur və qısa müddətdə geniş yayılır. Belə ki, hər hansı tele-

konfrans  serveri  digər  telekonfrans  serveri  ilə,  o  isə  öz  növbə-

sində  bir  neçəsilə  əlaqəli  olur.  İstifadəçinin  göndərdiyi  bütün 

məlumatlar avtomatik olaraq telekonfrans serveri ilə əlaqəli olan 

digər  serverlərə  ötürülür  və  beləliklə,  İnternetin  bütün  istifa-

dəçiləri  üçün  onların  oxunması  mümkün  olurlar.  Serverlər  ara-

sında  məlumatların  yayılması  xüsusi  şəbəkə  protokolu-NNTP 

protokolu üzrə (Net News Transport Protocol) həyata keçirilir.  

Terminalın  emilyasiya  protokolu  olan  Telnet  uzaq  məsafəli 

terminalın  İNTERNET-ə  qoşulmasını  təmin  edir.  Telnet  istifa-

dəçiyə uzaq məsafəli qovşağın əməliyyat sistemi və ya verilənlər 

bazası  ilə  əlaqə  yaratmağa  imkan  verir.  Uzaq  məsafəli  kompü-

terdə (qovşaqda) yerləşən proqramlan çağırıb  istifadə  etmək  də  

olar.    Uzaq    məsafəli    kopüterlə    əlaqə  İNTERNET  vasitəsilə 

yaradılır.  Bunun  üçün  həmin  kompüterdə  «uçot  resursu» 

(account) olmalıdır. Bəzi qovşaqlar istifadəçiləri əlverişli servislə 

təmin  edirlər.  Məsələn,  ABŞ  konqresinin  kitabxanasının 

«locis.loc.gov»  qovşağına  Telnet  protokolu  ilə  müraciət  etmək 

uçun uçot resursları tələb edilmir. Bu halda sistemə giriş zamam 

istifadəçi  identifıkasiya  üçün  «qonaq»  kodunu  daxil  etməlidir.   

Telnet      protokolu      İNTERNET-in      STD8      (İnternet  Offıcial   

Protocol   Standarts-İnternetin   Rəsmi   Protokollarmın Standart-

ları)  və  RFC  854(Request  For  Comments)  sənədlərində  təyin 

edilmişdir. RFC-nin bir çox sənədləri Telnet protokolunun müx-

təlif genişləndirilmiş imkanlarını təklif edirlər. 

Telnet  xidmətlərindən  əsas  etibarilə  WEB-ə  daxil  olmayan 

lakin  qiymətli  və  faydalı  məlumatlarm  (məsələn,  elektron 

kataloqları,  müxtəlif  mövzu  sahələri  üzrə  verilənlər  bazaları  və 

s.)və proqramlarm əldə edilməsi üçün istifadə edilir. 

 

2.8. Gopher - informasiya-axtarış xidməti 

 

«Gopher»  adlı  xüsusi  protokolla  yerinə  yetirilən  bu  xidmət 



bütöv  İNTERNET  şəbəkəsində  verilənlər  bazalarına  (əsasən 


 

 

37 



mətn  tipli  informasi-yaya)  müraciəti  təmin  edir  və  bir  növ 

İNTERNET  resurslarına  bələdçi  rolunu  oynayır.  Güclü  axtarış 

imkanlarına  malik  olan  bu  sistem  uzaq  məsafəli  digər  axtarış 

sistemlərinə  avtomatik  qoşula  bilər.  «Gopher»  istənilən  server-

lərdən informasiyanı asanlıqla əldə etmək üçün sadə və əlverişli 

istifadəçi  interfeysinə  malikdir  yə  istifadəçiyə  ayrıca  Gopher 

informasiya  fəzası  təqdim  edir.  İnformasiya  müxtəlif  Gopher-

serverlərdən  alınan  iç-içə  menyular  sistemi  şəklində  təsvir  olu-

nur.  Menyunun  lazımi  bəndinin  seçilməsi  çox  vaxt  apara  bilər. 

Bu  problemin  həlli  üçün  «Veronica»  adlı  axtarış  sistemi 

yaradılmışdır.  Gopher  sistemi  ABŞ-m  Minnisota  ştatıın  univer-

sitetində hazırlanmışdır. 

Demək  olar  ki,  hazırda  Gopher  sisteminin  bütün  resursları 

WEB-ə 


köçürülmüşdür.  İNTERNET  şəbəkəsində  əksər 

«Gopher» 

resurslanın 

özündə 


toplayan 

əsas 


server 

«gopher://gopher2.tc.umn.edu» ünvanlı serverdir. 

 

2.9. İP-telefoniya 

 

IP-telefoniya  (tələffüz:  ay-pi  telefoniya)  –  danışıq  siqnalla-



rının  ötürülməsi  üçün  İnternetdən  istifadə  edilən  texnologiyadır. 

Diskret  paket  ötürülməsi  üsulu  ilə  səs  (danışıq)  məlumatlarının 

ötürülməsi  mümkündür.  Danışığın  (səsin)  internet  protokolları 

(paketləri) vasitəsi ilə ötürülməsi "İP-telefon" və ya İP telefoniya 

adını almışdır. 

İnternet  şəbəkəsində  xüsusi  İnternet  protokolları  (İnternet 

Protokol  –  İP)  əsasında  hazırlanmış  yeni  texnologiyalar  tətbiq 

edilir.  İP-protokolu  təkcə  İnternet  şəbəkəsində  deyil,  digər 

şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə olunur. 

Bu  şəbəkələrdə  informasiyalar  müxtəlif  şəkildə  (qrafik,  mətn, 

musiqi,  rəqəm  və  s.)  ötürülür.  Beləliklə:  Danışıq  zamanı  səs 

siqnalları  (ifadə  etdiyimiz  sözlər)  sıxılmış  verilənlər  paketinə 

çevrilir  və  bu  verilənlər  paketi  İnternet  vasitəsilə  adresanta 

göndərilir.  Ünvanına  çatan  verilənlər  paketi  yenidən  orijinal  səs 

siqnalına dekodlaşır. İP-telefoniya üc cür işləyir: 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə