2
Elmi redaktor: Tofiq HACIYEV
AMEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor
Rəyçi: Ağamusa AXUNDOV
AMEA-nın həqiqi üzvü, filologiya elmləri
doktoru, professor
N.M.Xudiyev
Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik.
Bakı, “Elm və təhsil”, 2012, 686 səh.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş proqram əsasında yazılmışdır. Kitabda mənbələr əsasında
Azərbaycan ədəbi dilinin çoxəsrlik tarixi və inkişaf dövrləri şərh olunur.
Dərslik “Azərbaycan ədəbi dilinin təşəkkül dövrü” (qədim dövrlərdən XIII
əsrə qədər), “Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması
və inkişafı dövrü” (XIII əsrdən XVII əsrə qədər) və “Azərbaycan ədəbi
dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü” (XVII əsrdən bu
günə qədər) kimi üç mühüm bölümdən ibarətdir.
Dərslik universitet və institut tələbələri üçün nəzərdə tutulmuşdur.
Ondan müəllimlər, aspirantlar, elmi işçilər, eləcə də dilimizin tarixi ilə
maraqlananlar istifadə edə bilərlər.
2012
098
4602000000
−
N
грифли няшр
© «Maarif», 1995
© «Åëì âÿ òÿùñèë», 2012
3
Atam Mənaf Xudiyevin
əziz xatirəsinə
GİRİŞ
Azərbaycan ədəbi dilinin tarixi, o qədər də sistemli və
ardıcıl olmayan bir sıra təşəbbüsləri nəzərə almasaq,
əsrimizin 30-cu illərindən etibarən araşdırılmağa
başlanılmışdır. Ümumiyyətlə, müşahidələr göstərir ki,
Azərbaycan ədəbi dili tarixi sahəsində aparılmış
araşdırmalar aşağıdakı mərhələlərdən keçmişdir:
1.
30-50-ci illər;
2.
60-80-ci illər;
3.
80-ci illərdən sonra…
Birinci mərhələdə ən çox prof. Əbdüləzəl
Dəmirçizadənin araşdırmaları diqqəti cəlb edir
1
və elə buna
görə də həmin mərhələni prof. Ə.Dəmirçizadə mərhələsi
adlandırmaq mümkündür: bu zaman Azərbaycan ədəbi
dilinin tarixi ancaq ən mühüm mənbələr (“Kitabi-Dədə
Qorqud”, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif…) əsasında
öyrənilir, normanın təkamülündən çox, janr-üslub
proseslərinə diqqət yetirilir və bir növ “fundamentalizm”ə
meyil göstərilir.
İkinci mərhələdə vəziyyət kifayət qədər dəyişir –
Azərbaycan ədəbi dilinin tarixi daha geniş mənbələr
əsasında öyrənilməyə başlanılır, hər il yeni-yeni
əlyazmaları tapılıb araşdırılır və ən başlıcası prof. Tofiq
1
Prof. Ə.Dəmirçizadənin həmin illərdə nəşr olunmuş
araşdırmaları, əsasən,
aşağıdakı kitabda toplanmışdır: Ə.Dəmirçizadə, Azərbaycan ədəbi dili tarixi
xülasələri, Bakı, 1938; ümumiyyətlə dil tarixi sahəsindəki tədqiqatının
yekunu kimi sonralar «Azərbaycan ədəbi dilinin tarixi» (I hissə, Bakı, 1979)
kitabı meydana çıxdı.
4
Hacıyev ədəbi dil tarixini məhz normanın tarixi kimi
öyrənməyin ilk uğurlu təcrübələrini verir
1
. Lakin 60-80-ci
illərdə də 30-50-ci illərin “metodologiya”sı ilə aparılan
tədqiqatlar davam edir, bununla belə, mütəxəssislərin
sayının artması həmin, “metodologiya”nın çox müxtəlif
təzahür formalarının meydana çıxmasına səbəb olur.
Üçüncü mərhələdə 80-ci illərin ortalarından başlayır və
bu gün həmin mərhələnin özünəməxsus keyfiyyətləri
müəyyənləşir – bunların başlıcası, heç şübhəsiz,
Azərbaycan ədəbi dilinin tarixini ümumtürk mühitində
(kontekstində) öyrənməkdən ibarətdir ki, həmin keyfiyyəti
özündə əks etdirən artıq ilk tədqiqatlar meydana çıxmışdır
2
.
Azərbaycan ədəbi dilinin tarixindən bəhs edən bu kitab
da məhz üçüncü mərhələnin məhsulu olub, müəyyən tarixi
təkamül prosesində diferensiallaşmış bir türk ədəbi dilini
ümumi türk dil proseslərinin tarixi tərkib hissəsi kimi
təqdim edir. Müəllif bu vaxta qədərki tədqiqatları
ümumiləşdirərək yeni mərhələnin tələblərinə (birinci
növbədə, metodoloji tələblər nəzərdə tutulur) cavab verən
bir əsər yazmağı qarşısına məqsəd qoymuşdur ki, həmin
məqsədə nə dərəcədə nail olunduğunu ancaq hörmətli
oxucular müəyyənləşdirə bilərlər.
Müəllifin bir neçə il bundan əvvəl nəşr olunmuş
kitabının “Giriş”ində
3
, eləcə də pedaqoji institutlar üçün
1
Bax: T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, dok. dis.,
Bakı, 1969 (həmin əsər sonralar eyni adla nəşr olunmuşdur: XX əsrin
əvvəllərində Azərbaycan ədəbi dili, Bakı, 1977); Yenə onun, Azərbaycan
ədəbi dili tarixi (təşəkkül dövrü), Bakı, 1976.
2
Bax: N.Cəfərov. XVIII əsr Azərbaycan ədəbi dili, dok. dis., Bakı, 1991,
Azərbaycan
ədəbi dili tarixi, «Elm», Bakı, 1991. N.Xudiyev. Azərbaycan
ədəbi dilinin təşəkkülü, Bakı, 1991.
3
Bax: N.Xudiyev. Azərbaycan ədəbi dilinin sovet dövrü, Bakı, 1989, səh. 3-
7.