N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə2/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   2   3   4   5   6   7   8   9   ...   194

 

5

nəzərdə tutulmuş proqramında



1

 Azərbaycan ədəbi dilinin 

tarixi o zamana qədərki ənənələr əsasında dövrləşdirilmişdi 

(xüsusilə, prof. Ə.Dəmirçizadənin dövrləşməsinə istinad 

olunmuşdu). Bu kitabda isə əvvəlkindən fərqli olaraq 

müəllifin uzun zaman davam edən tədqiqatlarının məhsulu 

kimi, yeni dövrləşdirmə təqdim olunur: 

I. Azərbaycan ədəbi dilinin təşəkkülü dövrü (qədim 

dövrlərdən XIII əsrə qədər). 

II. Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında 

formalaşması və inkişafı dövrü (XIII əsrdən XVII əsrə 

qədər). 


III. Azərbaycan ədəbi dilinin milli dil əsasında 

formalaşması və inkişafı dövrü (XVII əsrdən bu günə 

qədər). 

Azərbaycan ədəbi dilinin təşəkkülü dedikdə həm 

diferensiasiya (Azərbaycan türkcəsinin ümumi türkcədən 

“ayrılması”), həm də inteqrasiya (“yerli” qıpçaq və “gəlmə” 

oğuz tayfa dillərinin “birləşməsi”) prosesi, daha doğrusu

həmin proseslərin qarşılıqlı əlaqəsi nəzərdə tutulur. 

Azərbaycan, türk dünyasından təcrid olunmuş bir 

məmləkət, Azərbaycan xalqı türk xalqlarından təcrid 

olunmuş bir xalq deyildir, ona görə də Azərbaycan 

türkcəsinin tarixi, ümumən türkcənin tarixinin tərkib 

hissəsidir və məsələnin məhz bu cür qoyuluşu onun düzgün 

metodologiya ilə öyrənilməsi üçün şərt ola bilər. 

Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında 

formalaşması və inkişafı dövrü öz növbəsində aşağıdakı 

mərhələlərdən ibarətdir: 

1.

 XIII-XIV əsrlər. 



2.

 XV-XVI əsrlər. 

Azərbaycan ədəbi dili tarixinin, xüsusilə ikinci dövrü 

                                                           

1

 Pedaqoji institutlar üçün proqram, Bakı, 1990, səh.14. 




 

6

ümumi türk dilində gedən proseslərlə daha sıx bağlıdır – 



müxtəlif türk etnoslarının, xalqlarının yerdəyişmələri 

(birinci növbədə oğuzların Şərqdən Qərbə yürüşü), 

mədəniyyət mərkəzlərinin çox zaman etnik coğrafiyanı 

“nəzərə almaması” (məsələn, Məmlüklər dövründə yazı-

pozu əhlinin Türküstandan, Ural-Volqaboyundan, Qafqaz-

Kiçik Asiyadan Misirə yığışması) və s. bu və ya digər türk 

ədəbi dilinin, o cümlədən Azərbaycan ədəbi dilinin ümumi 

türkcədən (türkidən) fərqlənməsi prosesini ləngidir. Lakin 

bu cür “ləngimə” XVI əsrə qədər gedir, bundan sonra isə 

Azərbaycan ədəbi dilinin (və eləcə də ümumən türk ədəbi 

dillərinin) tarixində yeni dövr başlayır. 

Azərbaycan ədəbi dilinin milli dil əsasında 

formalaşması və inkişafı dövrü aşağıdakı mərhələlərdən 

keçir: 


1.

 XVII-XVIII əsrlər. 

2.

 XIX əsr. 



3.

 XX əsrin əvvəlləri. 

4.

 XX əsrin 20-30-cu illərindən sonrakı mərhələ. 



XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi dili milli dil 

əsasında təşkil olunur, XIX-XX əsrlərdə isə həmin proses 

davam edir və bu günə qədər gəlir. Ümumiyyətlə, 

Azərbaycan milli ədəbi dilinin formalaşması (yaxud milli 

ədəbi dilin təşəkkülü

1

) milli mədəniyyətin və bütövlükdə 



millətin formalaşması (təşəkkülü) ilə müşayiət olunur. 

XIX əsrdə və xüsusilə XX əsrin əvvəllərində, 

Azərbaycan xalqının ictimai-siyasi həyatında baş verən 

mürəkkəb hadisələr – Azərbaycanın Şərq və Qərb arasında 

mübahisə obyektinə çevrilməsi milli ədəbi dilin taleyinə də 

müəyyən təsir göstərir və eyni zamanda, məhz XIX əsrin 

                                                           

1

 Bax: M.Cahangirov. Azərbaycan milli ədəbi dilinin təşəkkülü, I hissə, Bakı, 



1978; II h., Bakı, 1990. 


 

7

sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili müxtəlif 



siyasi-nəzəri mülahizələrin predmeti olur. Bununla belə, 

əsrimizin 30-cu illərindən etibarən milli ədəbi dilin 

demokratikləşməsi və normativləşməsi diqqəti cəlb edir – 

bir növ, həmin illərdən başlayaraq, “müasir Azərbaycan 

ədəbi dili”nin funksional tipologiyası müəyyənləşir. 

Azərbaycan ədəbi dilinin inkişafı, onun ictimai 

təsirinin çoxalması baxımından keçmiş sovet dövrü, ədəbi 

dilin mərhələləri içərisində xüsusi əhəmiyyətə malikdir. 

Uzun əsrlər boyu zəngin ənənələr qazanmış ədəbi-bədii 

üslubla yanaşı, ədəbi dilin publisistik, elmi və epistolyar 

üslubları cəmiyyətin inkişafı ilə əlaqədar bu dövrdə daha da 

aparıcı mövqeyə çıxmağa başlamışdır. 

Ədəbi dilimizin bu dövrünün əsaslı tədqiqi ona görə 

dilçilərin qarşısında həmişə aktual bir mənbə kimi qalır ki, 

tədqiqatın bu istiqamətdə aparılması prosesində 

Azərbaycan ədəbi dilinin sonrakı inkişaf yolları 

aydınlaşdırılır, müxtəlif dil faktlarını ümumiləşdirməklə 

mütərəqqi meyar aşkara çıxarılır, müəyyən elmi nəticələr 

əldə etməyə imkan verir

1



Güman edirik ki, Azərbaycan ədəbi dili tarixinin 

sistemli şərhinə həsr olunmuş bu əsər mütəxəssislərin 

diqqətini cəlb edəcəkdir. Müəllif ən müxtəlif məsələlərlə 

bağlı olaraq oxucuların fikir və mülahizələrini eşitməyə 

həmişə hazırdır və inanırıq ki, həmin fikirlər, mülahizələr 

müəllifin gələcək tədqiqatları və bu kitabın təkmilləşməsi 

üçün faydalı olacaqdır. 

 

 



 

 

                                                           



1

 Bax: Azərbaycan ədəbi dili tarixi, səh. 10 




 

8

I FƏSİL 



 

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN  

TƏŞƏKKÜLÜ DÖVRÜ 

(Qədim dövrlərdən XIII əsrə qədər) 

 

AZƏRBAYCAN DİLİNİN QƏDİM TARİXİNƏ DAİR 



 

Azərbaycan ədəbi dili Azərbaycan ümumxalq dili 

əsasında və kifayət qədər mürəkkəb etnolinqvistik 

proseslərin nəticəsi kimi təşəkkül tapmışdır. Bu barədə bir-

birini çox hallarda istisna edən mülahizələr mövcuddur. 

Lakin 80-ci illərin ortalarından etibarən Azərbaycan 

xalqının, Azərbaycan dilinin (o cümlədən ədəbi dilin) 

mənşəyi ilə əlaqədar müəyyən ümumi qənaətlər 

formalaşmaqda və milli tarixi-filoloji təfəkkürün əsaslarını 

təşkil etməkdədir. 

Azərbaycan dili, məlum olduğu kimi, ən qədim 

zamanlardan Avrasiyada (Sakit okeandan Şərqi Avropaya 

qədər) geniş yayılmış türk dilləri qrupuna daxildir. Heç 

şübhəsiz, Azərbaycan dilinin yaranması, inkişafı və milli 

əsaslar üzərində yenidən təşəkkülü türk dillərinin ümumi 

tarixinin tərkib hissəsini təşkil edir, istər Azərbaycan 

dilinin, istərsə də türk dillərindən hər hansı birinin tarixi 

türk dillərinin ümumi soy-kökü tarixini heç bir dövrdə, 

mərhələdə inkar etmir. 

Azərbaycan dili aqqlütinativ

1

 quruluşa malik olan türk 



dilləri qrupuna daxildir. Qərbdə Balkan yarımadasından və 

Egey dənizindən tutmuş şərqdə Çinə kimi geniş bir ərazidə 

türk dillərində danışan xalqlar yaşayırlar. Vaxtilə türk 

                                                           

1

 Aqqlütinasiya – (lat. «yapışdırmaq») söz kökü dəyişmədən



  şəkilçilər 

vasitəsilə qrammatik formaların yaranması üsulu. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə