N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə3/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   2   3   4   5   6   7   8   9   ...   194

 

9

dillərini Ural-Altay (yaxud fin-uqor və türk-monqol) dil 



ailəsinə mənsub edirdilər

1

. Bu dil ailələri arasında 



qohumluğu qəbul edənlər türk dillərinin (monqol, tunqus, 

mancur, Koreya və yapon dilləri ilə birlikdə) müstəqil 

Altay dil ailəsinə mənsub olduğunu söyləmiş və müvafiq 

müqayisəli-tarixi araşdırmalar aparmışlar

2

. Lakin türk 



dillərinin Altay dil ailəsinə mənsubiyyətinə şübhə ilə 

yanaşanlar da vardır

3

. Bununla əlaqədar F.A.Cəlilov yazır 



ki, “pratürkdən sonrakı dövrdə türkdilli etnoslar iki əsas 

qola ayrılmış, bunlardan biri Ön Asiyanın müxtəlif 

yerlərinə səpələnmişdir, digər (şərq) qolu isə Şərqə 

çəkilərək oradakı qalıqlarla (pramonqol, pratunqus-mancur, 

prakoreya və s.) uzun müddət kontaktda olmuşdur ki, 

həmin kontakt nəticəsində ortaya çıxan paralelləri Altay 

nəzəriyyəsi qohumluq kimi təqdim etmişdir. Düzdür, 

həmin paralellərin toplanması və şərhi türkologiya elminin 

inkişafına kömək etmişdir və bu baxımdan Altay 

nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Lakin bu 

nəzəriyyə türk dillərinin daha qədim dövrünə enməyə mane 

olur, ona görə ki, altayşünaslıqda türk dili problemi 

“genetik qohumluq” termini ilə deyil, “qədim paralellər” 

termini ilə, yəni qədim kontakt ilə izah olunsa, hər şey öz 

yerini tutacaqdır. Eyni sözləri qədim Ön Asiya dilləri ilə 

olan əlaqə barədə də deməliyik, çünki türk dillərinin şərq 

qolu Altay dilləri ilə kontakta girdiyi kimi, qərb qolu da 

Qafqaz və Ön Asiya dilləri ilə kontaktda olmuşdur”

4

. Türk 


                                                           

1

 Bax: 



М

.

Рясянен



Материалы

 

по

 



исторической

 

фонетике



 

тюркских


 

языков


М

., 1955, 



стр

 3-4; 


Н

.

А



.

Баскаков


Тюркские


 

языки


М

., 1960, 



стр

10. 



2

 

Вах



Г

.



И

.

Рамстедт



Введение


 

в

 



Алтайское

 

языкознание



М

., 1957. 



3

 

Вах



А

.



М

.

Щербак



Сравнительная

 

фонетика


 

тюркских


 

языков


Ленинград

, 1970, 

стр


. 9-12. 

4

 F.A.Cəlilov. Azərbaycan dilinin morfologiyası. Bakı, 1988, səh. 132 




 

10

dillərinin kök dili – praformaları qədim dövrlərdə mövcud 



olmuşdur. Prof. Y.B.Yusifov bununla əlaqədar qeyd 

etmişdir ki, “türk dillərinin kök dildən ayrılıb 

parçalanmasını eradan əvvəl IV və III minilliyin 

əvvəllərinə aid etmək mümkündür. Bu dövr pratürk dilinin 

mövcud olduğu çağdır”

1



Ədəbi dil tarixi ilə eyni dövrə təsadüf etmir, o, dilin 

müəyyən inkişaf mərhələsində özünü təzahür etdirir. Türk 

(eləcə də başqa dillərin) dilinin meydana gəlməsi və 

yayılması etnik proseslər ilə sıx bağlıdır, çünki dil müəyyən 

bir etnosun və yaxud müxtəlif qohum etnosların 

“yaradıcılıq” təcrübəsini əks etdirir. Pratürk dilindən 

ayrılandan sonra türk dillərinin, əslində, əvvəlcə ləhcələri, 

müxtəlif regionlara yayılmış, ümumtürk mərhələsini 

keçdikdən sonra ayrı-ayrı qohum dillərin yaranmasının 

başlanğıcını qoymuşdu. Tədqiqatçılar ümumtürk dil 

mərhələsini, yaxud ondan sonrakı mərhələni də prototürk 

dili dövrü adlandırırlar. 

Yadelli qaynaqların, o cümlədən mixi yazıların 

Azərbaycan ərazisi barədə məlumatlarının öyrənilməsi bir 

sıra yer və şəxs adlarının ayrı-ayrı sözlərin prototürk, yaxud 

protoazərbaycan dilinə mənsub olduğunu müəyyən 

etmişdir

2

. Həmin dil materiallarının Azərbaycanın ərazisi 



ilə əlaqədar araşdırılması dilimizin inkişaf mərhələsini 

aşağıdakı kimi müəyyənləşdirməyə imkan vermişdir: 

Protoazərbaycan (prototürk) dili dövrü (e.ə. III-I 

minilliklər); Qədim Azərbaycan (türk) dili dövrü (e.ə. V-

                                                           

1

 Y.B.Yusifov. Dilin tarixi qatları. «Ədəbiyyat və incəsənət» qəzeti, 8 



sentyabr, 1989, N 36. 

2

 Bax: 



Ю

.

Б



.

Юсифов


Об

 



актуальных

 

проблемах



 

этнической

 

истории


 

Азербайджана

. Azərbaycan tarixi üzrə qaynaqların öyrənilmə problemləri, 

Bakı, 1988, səh. 17-38; 

Г

.

А



.

Гейбуллаев

К

 



этногенезу

 

азербайджанцев



Баку


, 1991. səh. 246-345 və s. 


 

11

eramızın X əsri); Orta Azərbaycan (türk) dili dövrü (XI-



XVII əsrlər); Yeni (XVIII-XX əsrin əvvəlləri) və ən yeni 

(sovet dövrü) Azərbaycan (türk) dili dövrü

1

. F.A.Cəlilov 



müqayisəli-tarixi üsulu tətbiq edərək bir çox Azərbaycan-

türk sözlərinin praformalarını bərpa etmişdir

2

. Bunlar 



protoazərbaycan-prototürk formaları ilə uzlaşır. 

Dil (eyni zamanda ədəbi dil) prosesləri ictimai 

mahiyyəti etibarilə etnik proseslərlə sıx bağlıdır. Bu isə o 

deməkdir ki, türk etnosunun dil (eyni zamanda ədəbi dil) 

“yaradıcılığı” müxtəlif regionlarda eyni tipologiyaya 

malikdir, çünki onu eyni etnosun “yaradıcılıq” təcrübəsi 

müəyyən edir. 

Ümumi türk dili tarixinə həsr olunmuş tədqiqatlar, 

xüsusilə prof. Əhməd Cəfəroğlunun tədqiqatı

3

 göstərir ki, 



müxtəlif türk etnik-mədəni regionlarında meydana çıxan 

türk ədəbi dillərinin tarixi ümumi türk dili tarixi anlayışını 

istisna etmir, əksinə, tamamlayır və belə qənaəti 

möhkəmləndirir ki, müstəqil türk ədəbi dilləri ümumi bir 

türk ədəbi dili mühitinin məhsulu olub, məhz həmin 

mühitin əks olunduğu coğrafi arealda formalaşır, etnik-

mədəni ehtiyacı ödəyir, sonra isə məhv olub gedir, yaxud 

dəyişikliyə uğrayır, yerinə yeni ədəbi forma gəlir. Lakin hər 

bir yeni forma mütləq özündən əvvəlki normativ formanın 

təcrübəsinə və ümumi türk ədəbi dili ünsürlərinin inkişafına 

əsaslanır. 

Ümumi türk ədəbi dili tarixi, əsasən, aşağıdakı 

keyfiyyət mərhələlərinə malik olmuşdur: 

I. Qədim türk dili – ən qədim zamanlardan e.ə. V əsrə 

                                                           

1

 



Вах

: Y.B.Yusifov, S.K.Kərimov. Toponimikanın əsasları. Bakı, 1987, səh. 

166-167. 

2

 F.A.Cəlilov. Azərbaycan dilinin morfologiyası, səh. 139-153 və davamı. 



3

 Prof. Dr. Ahmet Caferoglu. Türk dili tarihi; İstanbul, 1984. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə