N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə4/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   2   3   4   5   6   7   8   9   ...   194

 

12

qədərki dövr. 



II. Əski türk dili – e.ə. V əsrdən XI-XII əsrlərə qədərki 

dövr. 


III Türki – XI-XII əsrlərdən XVI-XVII əsrlərə qədərki 

dövr. 


IV. Milli türk ədəbi dilləri – XVI-XVII əsrlərdən bu 

günə qədərki dövr. 

Qədim türk dili barədə təsəvvürümüz natamamdır 

(eləcə də həmin natamamlıq “qədim Azərbaycan dili” 

anlayışına aiddir) onun əsas nümunələri şifahi formadadır, 

yazılı nümunələrinə, demək olar ki, təsadüf olunmur, yaxud 

da sonrakı dövrlərdə yazıya alındığı uçun müəyyən 

dərəcədə dəyişməyə məruz qalmışdır. Əski türk dili isə 

müəyyən qədər zəngin yazılı mənbələrlə təmsil olunur ki

əslində, Türki ədəbi dilinin əsasında da məhz həmin dil 

təzahürü dayanır. 

Türk dilinin ən qədim zamanlardan mövcud olduğu 

geniş ərazidə (o cümlədən Azərbaycanda) müxtəlif qeyri-

türk mənşəli etnoslar da yaşamışlar. Heç şübhəsiz, ayrı-ayrı 

türk etnik-mədəni regionlarının formalaşmasında həmin 

regionlarda mövcud olan etnolinqvistik əlaqə 

özünəməxsusluqları müəyyən rol oynamışdır. Qafqaz-Kiçik 

Asiya regionunda gedən mürəkkəb ictimai-tarixi və etnik 

proseslərdən kənarda Azərbaycan xalqının, Azərbaycan 

dilinin və Azərbaycan ədəbi dilinin mənşəyini araşdırmaq 

mümkün olmadığı kimi, həmin araşdırmanı ümumi 

türkoloji kontekstdən çıxarmaq da mümkün deyil. Təəssüf 

ki, sovet tarixşünaslığında belə bir “ənənə” formalaşmışdır 

ki, guya türklər (maraqlıdır ki, onları türk yox, məhz 

türkdilli etnoslar adlandırırlar) Azərbaycan ərazisinə 

sonralar, yəni III-IV əsrlərdən IX-XI əsrlərə qədərki dövrdə 




 

13

müxtəlif mərhələlərlə gəlmişlər



1

. Belə mülahizələr 

Azərbaycan xalqının və dilinin tarixini tamamilə təhrif edir 

Sovet dövründə, xüsusilə 30-cu illərdən etibarən Qafqaz 

bütünlüklə türklərdən “alınıb” qeyri-türklərə (Qafqaz 

dillilərə, Hind-Avropalılara və ümumiyyətlə kimliyi 

bilinməyən, “qeyri-türk” dillilərə) verildi. Qeyri-türk 

mənbələrində (şübhəsiz, V əsrdən sonra) tapılan türk 

sözləri türklərin Qafqazdakı yeganə “iz”ləri elan olundu. 

Məsələnin mürəkkəbliyi bundan ibarət idi ki, eyni zamanda 

bütün dünyada, xüsusilə sovet tarixşünaslığında türklərin 

“sıxışdırılması” prosesi gedirdi. 

“Qədim Şərq və xüsusilə Azərbaycan tarixini 

işıqlandıran kitab yığınlarını araşdırarkən istər-istəməz belə 

nəticəyə gəlirsən ki, tarixçilər xüsusilə XX əsr tarixçiləri 

Şərq tarixinin binasını faktlardan yox, o zaman onların 

üzərində hakim olan adamlardan qururdular… Avrasiyanın 

geniş sahələrinin keçmişi haqqında süni əfsanələrin xüsusi 

bir diqqətlə saxlanılması və yayılmasında sovet tarixçiləri 

xüsusi səy göstərirdilər; Qərbi avropalı həmkarlarına 

nisbətən “keçmişi siyasətləşdirmə” onları daha çox 

bürümüşdü”

2

. Türk, o cümlədən Azərbaycan xalqının 



keçmiş tarixini saxtalaşdıranlar barədə bu sözləri yazan 

V.Rzayev davam edir: “Canfəşanlıqla öz üstünlüklərini 

qeyd edən hindşünaslar, iranistlər və samişünasların səyi ilə 

türklərin tarixi indiki nəslə qaralanmış şəkildə gəlib 

çatmışdır… Həmin dövrdə (30-cu illər nəzərdə tutulur. – 

N.X.) türk şifahi xalq yaradıcılığı və türk dastanı türk 

xalqlarının tarixindən silinib atılmışdı

3



                                                           

1

 Məsələn, Bax: 



А

.

С



.

Сумбатзаде

Азербайджанцы



 – 

этногенез

 

и

 



формирование

 

народа



Баку


, 1990, 

стр


. 11 

2

 Məsələn, Bax: 



Валех

 

Рзаев



Из

 



Шумера

 

в



 

Азербайджан

. – 

Панорама


 

Азербайджана

, N 37, 17-23 

октября


 1991 

г



3

 Yenə orada, səh.5. 




 

14

Azərbaycan dilçiliyinin görkəmli nümayəndələri uzun 



zaman Azərbaycan ədəbi dilinin (ümumiyyətlə Azərbaycan 

dilinin) mənşəyi məsələsini araşdırmaqdan çəkinmiş, 

hakim ideologiyanın göstərişlərini qəbul etməklə 

kifayətlənmişlər. Ən yaxşı halda isə türk sistemli 

Azərbaycan dilində yerli (aborigen) dilin “ünsür”lərini 

axtarıb tapmağa, bununla da həmin dilin etnoslarının 

təsəvvür edildiyindən daha mürəkkəb (köhnə terminologiya 

ilə desək “çarpazlaşmış”) etnik quruluşa malik olduğunu 

göstərməyə çalışmışlar. Bu mövqe 30-cu illərdən 50-ci 

illərə qədər möhkəm olmuş və sonrakı dövrdə də, xüsusilə 

tarixşünaslıqda davam etmişdir. 

Azərbaycanda türk etnosunun ən qədim dövrlərdən 

etibarən məskunlaşması barədə faktlar, müşahidələr 

mövcuddur. Azərbaycan xalqının etnogenezi problemi ilə 

ardıcıl məşğul olan prof. Y.Yusifov yazır: “E.ə. I minilliyin 

əvvəllərində Azərbaycan ərazisində, daha çox onun 

Cənubunda yeni İran etnolinqvistik elementləri meydana 

çıxdı, ancaq onlar da yerli aborigen etnolinqvistik massivdə 

heç bir dəyişiklik edə bilmədi. Azərbaycan əhalisinin 

gələcək dil, eləcə də etnik simasını başqa etnoslar müəyyən 

etdilər. Yazılı mənbələrin şəhadətinə görə, həmin etnoslar 

Azərbaycanla e.ə. I minilliyin birinci yarısından etibarən 

məskun idilər… Onlar türkdilli tayfalar idilər… Məhz 

türkdilli tayfalar yerli qədim etnik massivlə qarışaraq 

Azərbaycan əhalisinin dil simasını dəyişdilər və 

Azərbaycan xalqının və dilinin yaranmasının əsasını 

qoydular”

1

. Y.Yusifov belə bir nəticəyə gəlir ki, 



“ümumxalq Azərbaycan dilinin formalaşması III-VII 

                                                           

1

 «

Ю



.

Б

.



Юсифов

К



 

этногенезу

 

азербайджанцев



. – 

Фольклор


литература

 

и

 



история

 

Востока



  (

материалы

 III 

Всесоюзной



 

Тюркологической

 

конференции



). 

Ташкент


, 1984, 

стр


. 332-333. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə