N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə5/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   2   3   4   5   6   7   8   9   ...   194

 

15

əsrlərdə o türk dillərinin dialektləri əsasında baş vermişdir 



ki, həmin dillərdə danışanlar artıq Azərbaycanın və 

Zaqafqaziyanın ərazisini bütövlükdə mənimsəmişdilər. 

Odur ki, Azərbaycan dilinin bir sıra fonetik xüsusiyyətləri, 

digər türk dillərindən fərqli olaraq, eramızın III-VII 

əsrlərində müəyyənləşmişdir. İlk orta əsrlərdə Azərbaycan 

ərazisində qohum türk dilləri arasında qarşılıqlı təsir baş 

vermiş və oğuz əsaslı qədim Azərbaycan dili 

formalaşmışdır… belə bir nəticə çıxarmaq olar ki, 

Azərbaycan dilinin yaranması eramızın VII-VIII əsrlərinə 

aiddir”


1

Azərbaycanda qədim etnolinqvistik proseslərdən və 



türk mənşəli Azərbaycan dilinin təşəkkülündən bəhs edən 

tədqiqatçıların (o cümlədən də prof. Y.Yusifovun) 

məsələyə baxışında, metodoloji olaraq, iki tərəf (mərhələ) 

diqqəti cəlb edir: bunlardan birincisi Azərbaycan ərazisində 

türk etnosunun tarixi mövqeyi, ikincisi isə Azərbaycan 

xalqının və ümumxalq Azərbaycan dilinin meydana 

gəlməsi prosesi ilə əlaqədardır. Əslində, məsələnin bu cür 

“üzvlənməsi” daha çox onun tarixinin mürəkkəbliyindən 

irəli gəlir… Uzun zaman belə təsəvvür olmuşdur ki, türk 

etnosu Azərbaycan ərazisində ancaq IX-XI əsrlərdən sonra 

üstünlük qazanmış XI-XII əsrlərdə türk mənşəli ümumxalq 

Azərbaycan dili formalaşmışdır

2

. Lakin sonrakı tədqiqatlar 



(əslində, qismən əvvəlki tədqiqatlar da) göstərdi ki, türklər 

ən qədim zamanlardan bu ərazidə mövcud olmuşlar. 

Azərbaycanda türk etnosunun tarixi mövqeyini 

müəyyənləşdirən məsələlər içərisində, görünür, birincisi və 

ən mübahisəlisi şumer-türk etnolinqvistik əlaqələri 

məsələsidir. Tədqiqatçılar belə güman edirlər ki, şumer 

                                                           

1

 Yenə orada, səh.337. 



2

 Azərbaycan tarixi, I c, Bakı, 1961, səh. 186-187. 




 

16

mədəniyyətinin təşəkkülündə türk etnosu ya bilavasitə, ya 



da dolayısı ilə iştirak etmişdir

1



Şumer dili ilə türk mənşəli Azərbaycan dili arasında 

ünsiyyətdən danışmaq mümkündür; “türk dilləri ilə qədim 

Ön Asiyanın yazılı mənbələri, o cümlədən də şumer dili 

arasında mövcud olan çoxsaylı müştərəkliklər əyani surətdə 

göstərir ki, türktipli dil sisteminin və onun Zaqafqaziya 

ərazisində təcəssüm etdirən Azərbaycan dilinin qədim 

layları mövcud baxışların qəbul etdiyi kimi, eramızın ilk 

əsrlərinə deyil, daha qabaqlara – ən azı üç-dörd min il 

bundan əvvəllərə aiddir”

2

. Azərbaycan dilinin materiallarını 



ilk dəfə şumer dili materialı ilə sistemli şəkildə müqayisə 

edən prof. T.Hacıyev və yuxarıdakı mülahizənin müəllifi 

A.Məmmədov bir sıra misallar vermişlər ki, onların 

müəyyən qismini nəzərdən keçirək (əvvəl şumer dilinə 

məxsus söz, sonra mötərizədə tərcüməsi, daha sonra onun 

azərbaycanca ekvivalenti – bərabəri verilir): uzun (uzun) – 

uzun, uzaq; ud (günəş, od, gün) – od; dinqir (allah, göy) – 

tanrı; tu (doğmaq) – doğ; tir (həyat) – diri, dirilik; sipa 

(çoban) – çoban; uş (üç) – üç; en (ali, yüksək) – ən (ədat) 

və s.


3

; ub (sahə, məntəqə, yaşayış yeri) – oba; izi (od, atəş) 

– isti; kaş (qaçmaq) – qaç; e(ev) – ev; u-ma (arzu, istək) – 

ummaq; duru (təmiz, qatışıqsız) – duru; pağ (demək, 

oxumaq, danışmaq) – bağırmaq; haş (sürünmək, silmək, 

ovmaq, dağıtmaq, sındırmaq) – qaşımaq; qal (yerləşmək, 

peyda olmaq, mövcud olmaq) – qal (maq); de (danışmaq, 

çağırmaq, müraciət etmək) – de (mək); te, tek (dəymək, 

toxunmaq, yaxınlaşmaq) – dəy (mək); be (cənab, hökmdar, 

                                                           

1

 Bax: Azərbaycan filologiyası məsələləri. Bakı, 1989, səh.56. 



2

 A.Məmmədov. Azərbaycan dilinin erkən tarixinə dair materiallar. – 

Azərbaycan filologiyası məsələləri, Bakı. 1989, səh. 5. 

3

 T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, səh. 22-23. 




 

17

hakim) – bəy; ka (qapı) – qapı; qum (qum, çınqıl, 



xırdalamaq, əzmək) – qum; pu (bulaq, çeşmə) – bulaq və 

s.

1



. “Hər halda bütün bu faktlar ən azı onu təsdiq edir ki

şumer dövründə və onun mədəni, iqtisadi əlaqə saxlamaq 

imkanı verən yaxın qonşuluğunda (Midiya torpağı 

şumerlərin birbaşa sərhədidir) türkdilli etnoslar 

yaşamışlar”

2



Bir sıra tədqiqatçılar türk leksikası ilə şumer (və 

ümumiyyətlə qədim – Ön Asiya dilləri) leksikasının 

müqayisəsini tamamilə, yaxud bu və ya digər dərəcədə 

“mənasız iş” sayırlar. Əlbəttə, bu cür düşünmək qeyri-

elmidir və görkəmli türkoloq K.Musayevin qeyd etdiyi 

kimi, türk dillərinin qədim vəziyyəti barədə türklərin və 

onların qədim qonşularının dillərindəki ümumi qlossaların 

müqayisəli tədqiqi çox maraqlı məlumat verə bilər. Həmin 

qlossaların tədqiqi axtarış xüsusiyyəti daşıyır, hər halda, 

hətta mənfi nəticə belə nailiyyətdir. Dünya xalqlarının ən 

qədim yazılı abidələrinin leksikasında türk elementlərinin 

müəyyənləşdirilməsi problemi də bu baxımdan diqqəti cəlb 

edir

3



Prof. Y.Yusifov həmin məsələ ilə bağlı olaraq 

tamamilə aydın metodoloji mövqedən çıxış edərək göstərir 

ki, Hind-Avropa və türk, geniş mənada Altay sistemli 

dillərin birgə yayıldıqları ərazilərə Ön Asiya, Qafqaz və 

Orta Asiya da daxildir – ehtimal ki, çox qədim zamanlardan 

həmin etnik birləşmələrin (lokal və geniş) yerdəyişmələri 

baş verir

4

. Eyni zamanda müəllif qeyd edir ki, ən qədim 



dövrdə prototürklərin Ön Asiyanın Hind-Avropa və başqa 

                                                           

1

 A.Məmmədov. Azərbaycan dilinin erkən tarixinə dair materiallar, səh. 5-6. 



2

 T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, səh.24. 

3

 

К



.

М

.



Мусаев

Лексикология



 

тюркских


 

языков


М

., 1984, 



стр

. 10-11. 

4

 

Ю



.

Б

.



Юсифов

Об



 

актуальных

 

проблемах



 

этнической

 

истории


 

Азербайджана

ст

. 17. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə