N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə6/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   2   3   4   5   6   7   8   9   ...   194

 

18

sakinləri ilə kontaktı (ünsiyyəti) – Hind-avropaçıların 



altayçı türkoloqların və mixi yazı mütəxəssislərinin birgə 

səyi ilə öyrənilməlidir

1



Şumer dili dünyanın bir çox dilləri ilə müqayisə 



edilmiş, lakin qohumluq əlaqəsi sistemli şəkildə 

araşdırılmamışdır

2

. Son zamanlar Azərbaycandan kənarda 



da şumer-türk dilləri ilgilərinə diqqət artırılmışdır

3

. Türk 



alimi prof. O.N.Tuna 150-dən çox şumer sözünü sistemli 

şəkildə fonetik dəyişmələri və əvəzlənmələri izləməklə türk 

leksikası ilə müqayisə etmiş və ən qədim dövrdə şumer-

türk dillərinin arasında ünsiyyət olduğunu göstərmişdir

4



Misallar: d – u, f (sıfır) əvəzlənməsi: şum. dar “dağıtmaq, 



məhv etmək” – türk. yar “yarmaq, parçalamaq”, şum. dib 

“bağlama” – türk. yip, “ip”; şum. diq “küncüt yağı” – türk. 

yağ; şum. diriq “yığmaq” – türk. irk “toplamaq” və s. 

Yaxud m/k əvəzlənməsi: şum. mal “durmaq” – türk. kal 

“qalmaq”; şum. mir “hirs” – türk. kız “hirslənmək, 

qızışmaq” (həm də r/z əvəzlənməsi); şum. mu “ad” – türk. 

kü “ün, səs”; şum. mulu “ayaq” – türk. göl “ayaq”; şum. 

muşen “quş” – türk. kuş “quş” və s. Yaxud p/y 

əvəzlənməsi: şum. nad “uzanmaq, istirahət etmək” – türk. 

yat “yatmaq”; şum. niqqiq “qadağan” – türk, yik “əngəl 

törətmək, mane olmaq” və bir çox başqa qanunauyğun 

fonetik əvəzlənmələr ilə qədim şumer-türk ilgiləri 

                                                           

1

 Yenə orada. 



2

 

М



.

М

.



Дьяконов

Языки



 

древней


 

Передней


 

Азии


М

., 1967, 



стр

. 83-84. 

3

 

О



.

Сулейманов

Аз

 



и

 

Я



Алма


-

Ата


. 1972, 

А

.



С

.

Аманжелов



Шумеро


-

тюркские


 

соответствия

 

и

 



изобразительные

 

логограммы



- Sprache, Geschichte und Kultur der Altaischen Volker, 5. 

Берлин

, 1974, 


стр

. 65-71; 

И

.

М



.

Мизиев


Шаги


 

к

 



истокам

 

этнической



 

истории


 

Центрального

 

Кавказа


Нальчик


, 1986, 

стр


. 13-34. 

4

 Prof. Dr. Osman 



Типа

, Sumer ve turk dillerinin tarihi ilgisi ile dilinin yasi 

meselesi. Ankara, 1990, s. 5-25. 



 

19

göstərilmişdir



1

. Bununla da prototürk etnoslarının şumer 

dövründə Ön Asiyada yaşaması müddəası ortaya çıxmış 

olur. 


Artıq e.ə. III minilliyin birinci yarısında Cənubi 

Azərbaycan ərazisində prototürk etnosları yaşayırdılar. 

Burada meydana gəlmiş ilk qədim dövlət olan Aratta 

Şumer ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdı

2

. Bu 


dövr Azərbaycan əhalisi barədə danışan tədqiqatçı belə bir 

nəticəyə gəlir ki, “su, turukki və lullubi adı altında məlum 

olan tayfalar Aratta ölkəsinin müxtəlif adlı sakinləri 

olmuşlar və ehtimal ki, altay dil birliyinə daxil idilər

3

. O, 


fikrinə davam edərək yazır ki, “onların (su-tayfasının) 

tərkibində altay-pratürk (Aratta-Alteye adına görə) və 

Qafqaz (-be formantına görə) dillərində danışan əhali ola 

bilərdi. Eyni sözləri yəqin ki, etnik və dil baxımından 

Aratta əhalisinin varisləri olan lullubi və turukkilər 

barəsində də demək olar və onlar Manna dövründə də öz dil 

xüsusiyyətlərini saxlayırdılar”

4



Ön Asiyanın qədim dillərində – yazılı abidələrdə bir 

sıra türk sözləri (güman ki, Azərbaycan ərazisində yaşayan 

türklərin dillərindən keçmiş) qeydə alınmışdır ki, bu, türk 

etnoslarının Azərbaycanda, ümumən Ön Asiyada (Qafqaz-

Kiçik Asiya türk etnik-mədəni regionu formalaşana qədər) 

müəyyən rol oynadıqlarını və həmin rolun ardıcıl olduğunu 

                                                           

1

 Prof. Dr. Osman Nedim 



Типа

, Sumer ve turk dillerinin tarihi ilgisi, s. 5-9 və 

davamı. 

2

 



Ю

.

Б



.

Юсифов


Ранние


 

контакты


 

Месопотамии

 

с

 



северо

-

восточными



 

странами


. -

Вестник


 

древней


 

истории


, 1987, N 1, 

стр


. 20-23; 

Ю

.



Б

.

Юсифов



Об

 



актуальных

 

проблемах



 

этнической

 

истории


 

Азербайджана

, səh. 17-18. 

3

 



Ю

.

Б



.

Юсифов


Ранние


 

контакты


 

Месопотамии

стр


. 33. 

4

 Yenə orada, səh.39. 




 

20

təsdiq edir



1

. Azərbaycan ərazisində ən qədim zamanlardan 

məskunlaşan kuti və lullubilər, məlum olduğu kimi, şumer 

və akkadlarla sıx əlaqə şəraitində yaşamış, daha doğrusu, o 

zamana qədər mövcud olan münasibətləri yeni tarixi 

şəraitlə davam etdirmişlər. 

Azərbaycan ərazisində mövcud olan mənbələrin 

şahidlik etdikləri kimi, bu ən qədim tayfaların dil 

mənsubiyyəti barədə daha hansı mülahizələr mövcuddur? 

İlk tədqiqatçılar lullubi dilini elam dilinə qohum hesab 

edirdilər. Elam dilinin ilk tədqiqatçılarından Q.Hüzinq 

lullubi, həm də kuti dilini elam dilinə, sonuncunu isə 

Qafqaz dilləri ailəsinə daxil etmişdir. Q.Kameron həmin 

dillərin elam dilinə aid olduğunu göstərmişdir. A.Şpayzer 

regionun bir sıra toponimlərinin müqayisəsinə əsaslanaraq 

kuti, lullubi və elam dillərini Zaqroş dil qrupunda 

birləşdirmişdir. Q.A.Melikişvili elam, kassi, kuti və lullubi 

dillərini qohum sayaraq Zaqr-elam dil qrupuna daxil etmiş 

və həmin qrup dillərin Qafqaz dillərinə yaxın olduğunu 

göstərmişdir. E.Hers-feld elamları, kassiləri, lullubiləri, 

kutiləri və s. eyni etnolinqvistik qrupa aid etmişdir. 

İ.M.Dyakonov kuti və lullubi dillərini əvvəllər elam dilinə 

aid etmiş və eyni zamanda kutilərin dili ilə Qafqaz 

albanlarının dili arasındakı qohumluq ehtimalından 

danışmış, sonra isə lullubi etnosunun mövcudluğunu inkar 

edib kutilərin dilinin şimal-şərqi Qafqaz qrupuna daxil 

olduğunu göstərmişdir. İ.Əliyev kuti dilinin Qafqaz, lullubi 

dilinin isə kassi və elam dillərinə yaxınlığını qeyd etmişdir 

                                                           

1

 Bu barədə bax: 



Ю

.

Б



.

Юсифов


. o 

языках


 

древнейших

 

насельников



 

Азербайджана

 (III 

тысячелетие



 

до

 



н

.

э



.). – Azərbaycan filologiyası 

məsələləri; Bakı, «Elm» nəşriyyatı, 1983; Yenə onun: 

Ранние

 

контакты



 

Месопотамии

; Ə.Hüseynov. «Avesta»da qədim Azərbaycan sözləri – 

Azərbaycan filologiyası məsələləri, Bakı, 1983 və s. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə