N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə7/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   2   3   4   5   6   7   8   9   10   ...   194

 

21

və s. və i.a.



1

 

Bu cür müxtəlif mülahizələrin meydana çıxmasına əsas 



səbəb kuti dilinə aid materialın ancaq bir neçə xüsusi 

adlardan (21 ad) ibarət olmasıdır: İqeşauş, Sarlaqab, 

İarlaqab/İarlanqab… Lullubi dilinə gəldikdə isə onu da bir 

neçə xüsusi ad (Satuni, Anubanini, İmaşkun) və kiurum 

(Allah) sözü təmsil edir

2

. Əlbəttə, ancaq həmin materiallara 



əsaslanıb Azərbaycan ərazisindəki ən qədim tayfaların, 

yaxud tayfa birləşmələrinin etnolinqvistik mənsubiyyəti 

barədə danışmaq çətindir. Y.Yusifov kuti və lullubi 

dillərinin elam, hurri, kassi və digər qədim Ön Asiya dilləri 

ilə qohumluğunu əsaslandırılmamış sayır və belə güman 

edir ki, “kuti dili, əgər o, Qafqazaqədərki ərazidə mövcud 

olmuşsa, Qafqazaqədərki linqvistik təbiətə malikdir, lullubi 

dili isə Cənubi Azərbaycanın Mannayaqədərki dili 

olmuşdur

3



Şübhəsiz, Azərbaycan ərazisindəki ən qədim tayfalar 

yalnız lullubilər və kutilər deyil (məsələn, prof. Y.Yusifov 

həmin tayfalarla eyni dövrdə mövcud olmuş su və sonrakı 

turuku tayfasından bəhs edir)

4

 daha bir sıra tayfalar da 



yaşamışlar ki, sonrakı dövrlərdə Manna, Midiya, Albaniya 

dövlətlərinin etnik tərkibində onlar özünü təzahür 

etdirmişlər. Qədim Azərbaycanın cənub-qərb sərhədlərində 

mixi yazılar utu/itu və udin tayfa adlarını yad etmişlər. 

Y.B.Yusifov yazır ki, “udin etnonimini Plininin (e. II əsri) 

                                                           

1

 

Ю



.

Б

.



Юсифов

. O 


языках

 

древнейших



 

насельников

 

Азербайджана



 (III 

тысячелетие

 

до

 



н

.

э



.). səh. 64. Yenə onun: 

Ранние


 

контакты


 

Месопотамии

стр


. 34-38. 

2

 Yenə orada, səh. 65-66. 



3

 

Ю



.

Б

.



Юсифов

. O 


языках

 

древнейших



 

насельников

 

Азербайджана



 (III 

тысячелетие

 

до

 



н

.

э



.); Yenə onun: 

Ранние


 

контакты


 

Месопотамии

стр


34-38. 


4

 Yenə orada: səh. 32-34; 68-69. 




 

22

albanların qonşuluğunda yad etdiyi udin tayfasının adı ilə 



eyniləşdirmək olar. Bu etnonim Azərbaycanda yaşayan 

müasir udinlərə kənardan verilən ad kimi əks olunmuşdur: 

onların dili Qafqaz dillərinin Nax-Dağıstan qrupuna 

aiddir”. Y.B.Yusifov utu/itu adını e.ə. V əsrdən 

Azərbaycanın ərazisində adı yad edilən “uti” tayfası ilə 

eyniləşdirərək davam edir: “Utu/itu və sonrakı etnonimi 

utiqur (“uti tayfası”) türk tayfaları daşıyırdılar”

1



Mesopotamiyanın (İki çay arasının) şimalında e.ə. XII-IX 

əsrlərdə məskunlaşmış kumani tayfasının sonrakı “koman” 

türk tayfası ilə eyni olması fikri də irəli sürülmüşdür

2



Görünür, türk mənşəli tayfaların burada xüsusi yeri 

olduğunu qeyd etmədən e.ə. III-I minilliklərin əvvəllərinə 

qədər Azərbaycandakı (ümumən Ön Asiyadakı) 

etnolinqvistik proseslərin mənzərəsini müəyyənləşdirmək

sadəcə olaraq, birtərəfli olardı. Mənbələr Ön Asiyada sami, 

Qafqaz və Hind-Avropa (əsasən, İran) mənşəli etnoslarla 

yanaşı (və bir sıra hallarda daha əvvəl) türk mənşəli etnosu 

da israrla məskunlaşdırır. 

Son illərin araşdırmaları türk etnoslarının e.ə. III 

minillikdə və bəlkə də əvvəl Ön Asiyada (şumerlər ilə 

ünsiyyət) və Azərbaycan ərazisində məskun olduqlarını 

aşılayırlar. Yeni nəzəriyyəyə görə, Hind-Avropa 

tayfalarının ilk vətəni Ön Asiya (Şərqi Anadolu, Cənubi 

Zaqafqaziya və Şimali Mesopotamiya) olmuşdur. E.ə. IV-

III minilliklərdə bu tayfalar qərb, şərq və şimal 

istiqamətlərində hərəkət edib yayılmışlar. E.ə. II minillikdə 

onların bir qismi yenidən Ön Asiyaya qayıtmış, İran və 

                                                           

1

 

Ю



.

Б

.



Юсифов

. O 


некоторых

 

этнонимах



 

клинообразных

 

надписей


 

Месопотамии

 – 

Источниковедение



 

истории


 

и

 



культуры

 

народов



 

Дагестана

 

и

 



Северного

 

Кавказа



  (

тезисы


 

докладов


 

и

 



сообщений

). 


Махачкала

, 1989, 


стр

. 12. 


2

 Yenə orada, səh.13. 




 

23

Hindistan ərazisində müvafiq İran və Hind dillərinin əsasını 



qoymuşlar

1

. Pratürk və sonra da prototürk etnosları hind-



avropalılar ilə ünsiyyətdə olmuşlar və bəlkə də müəyyən 

istiqamətlərdə birgə yayılmışlar

2

. Artıq e.ə. III minilliyin 



birinci yarısında Cənubi Azərbaycanın ərazisində Aratta 

dövləti yaranmışdı. Şumer dastanlarında Aratta dağlıq ölkə 

kimi qələmə verilirdi. Məlum deyil ki, şumer dastanları 

mövzusunda Arattada da şifahi dastanlar mövcud idimi. 

Hər halda arattalılar arasında şumer hökmdarının 

göndərdiyi “məktubları” oxuya bilirdilər. 

Aratta adı yerli dillərdə “dağ” mənasını daşıyırmış, 

şumer dastanları isə həmin sözü ölkəyə şamil edirdilər. Bu 

söz Azərbaycan əhalisinin dilindən şumerlər tərəfindən 

mənimsənilmişdi. Şumer-akkad məktəb lüğətində bu sözün 

variantı arattu və aratu şəklində əks olunmuş, özünə də 

“dağ” mənası verilmişdi

3

. Aratta, arattu və aratu sözləri heç 



bir qədim dildə bu mənada işlənmir. Y.B.Yusifov bu 

faktları müəyyən etdikdən sonra həmin ölkə adını və sözləri 

türk dillərində işlənən oronimlər

4

 ilə əlaqələndirmişdir. 



Türk dillərində Alatuu, Alatoo, Alataa, Altay, Alatau, 

Aladağ və s. “dağ, dağ silsiləsi, dağlıq ərazi” mənalarında 

işlədilir. Aratta və arattu, Alataa və Alatuu adlarının erkən 

formasını təşkil etməklə ən qədim türk dillərinə mənsub 

olmuşlar

5

. “Ön Asiya, Qafqaz və Orta Asiya ən qədim 



                                                           

1

 



Вах

Т



.

В

.



Гамкрелидзе

В



.

В

.



Иванов

Индоевропейский



 

язык


 

и

 



индоевропейцы

, – 1-


Н

Тбилиси



, 1984; 

Ю

.



Б

.

Юсифов



Об

 



актуальных

 

проблемах



 

этнической

 

истории


 

Азербайджана

2

 



Вах

Ю



.

Б

.



Юсифов

. Göstərilən əsəri, səh. 16-17. 

3

 

Вах



Ю

.



Б

.

Юсифов



Ранние


 

контакты


 

Месопотамии

стр


. 21. 

4

 Oronim – toponimikada «dağ adı» mənasını bildirir. 



5

 

Ю



.

Б

.



Юсифов

Об



 

актуальных

 

проблемах



 

этнической

 

истории


Об

 



актуальных

 

проблемах



 

этнической

 

истории


 

Азербайджана

, səh. 17-18. 

Y.B.Yusifov, S.K.Kərimov. Toponimikanın əsasları, səh. 54-55. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə