N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə8/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   4   5   6   7   8   9   10   11   ...   194

 

24

zamanlardan bəri bu böyük ərazidə hərəkət edən və digər 



qədim xalqlar ilə ünsiyyət saxlayan türkdilli etnoların 

gəzişdiyi ərazi olmuşdur”

1



E.ə. II minillikdə Urmiyyə gölü hövzəsində (Cənubi 



Azərbaycan) turukki tayfalarının adı və siyasi hadisələrdə 

iştirakı yad edilir. Bu, “türk” adının erkən forması kimi 

qəbul edilir. “Yəqin ki, aratta “dağ” və Alateye altay (türk 

mənasında – müəllif) sözləri və həmçinin digər toponimlər 

turukki və Azərbaycan ərazisində yaşayan başqa tayfaların 

dili əsasında yaranmışdı”

2



E.ə. III-I minilliklərdə Urmiyyə gölü regionunda türk 



(protoazərbaycan) etnoslarının məskun olduğunu göstərən 

tədqiqatçı eyni zamanda mixi yazılardan bir sıra qədim 

Azərbaycan toponimiyasını aşkarlayır. Bunlardan biri 

Aratta adı ilə eyni məna kəsb edən və e.ə. VIII əsr Urartu 

qaynaqlarında “dağ, dağlıq ölkə” mənasında yad edilən 

Alateye ölkə adıdır ki, bu, Urmiyyə gölünün cənub və 

cənub-şərqini əhatə edən əvvəlki Aratta ərazisinə şamil 

edilirdi. Alateye türk dillərində işlədilən Altay, Alatau 

“dağ, dağ silsiləsi” mənasını daşıyan sözlərin erkən 

formasıdır və Aratta adından r/l fonetik əvəzlənməsilə 

fərqlənir

3

. Qədim oronimlər ara/ala “böyük, yüksək” və 



tta/ta, tu, teye

əmələ gəlmişdir. Ümumiyyətlə “türk və başqa Altay dil 

ailəsinə mənsub xalqların dilində “dağ” sözünün müasir 

leksemlərini (tau, ta, tu, too, tay, təv, da, taq/dağ”) nəzərə 

alaraq (mixi yazılardakı) ta-tu-teye formalarını altay və 

pratürk dil birliyi dövrünə aid etmək mümkündür. Hesab 

                                                           

1

 



Ю

.

Б



.

Юсифов


Об

 



актуальных

 

проблемах



 

этнической

 

истории


 

Азербайджана

, səh. 19. 

2

 



Ю

.

Б



.

Юсифов


Ранние


 

контакты


 

Месопотамии

стр


. 33. 

3

 Y.B.Yusifov, S.K.Kərimov. Toponimikanın əsasları, səh. 55. 




 

25

edirik ki, bu faktlar mixi yazılarda əks olunmuş 



toponimlərin öyrənilməsində yeni ümidlər doğurur və artıq 

e.ə. III-I minilliklərdə Urmiyyə gölü hövzəsi regionunda 

(bəlkə də daha geniş arealda) altay-pratürk etnoslarının 

olması məsələsini qoymağa imkan verir”

1



E.ə. VIII-VII əsrlərə aid mixi qaynaqlardakı bir sıra 



toponimlərin və antroponimlərin

2

 Y.B.Yusifov türk dilləri 



baxımından izahını vermişdir. Bu adlar Manna dövləti 

mövcud olan dövrdə artıq işlənirdi. Onları nəzərdən 

keçirək: mixi yazıda Uişdiş, yaxud Vişdiş – prototürk 

Bişdiş “Beş diş” (dağı); mixi yazıda Uşkaya – prototürk 

Üşkaya “Üçqaya” (mixi yazıdakı “göydən bulud kimi 

sallanan üç dağ zirvəsi” anlayışına uyğun gəlir); mixi 

yazıda İştati (şt/st//ss fonetik əvəzlənməsi əsasında) 

prototürk İsta-tti/, yaxud İssa-tti (-tti türk dillərinin 

bəzisindəki məkan və mənsubiyyət bildirən şəkilçinin 

müqabil formasıdır) “İstili/İssili”, yaxud “İsti yer, İssi yer”. 

Bu toponimin digər adı Atranu olmuş və İran ləhcələrində 

təxminən eyni mənada “Od yeri”, məcazi mənada “İsti yer” 

anlamını verir. Mixi yazıda İştaraura-prototürk-İran “İsti 

çay” (raura qədim İran ləhcələrində “çay, su” mənasını 

daşıyırdı və sonralar rurru, “çay” formasında davam 

etdirilmişdir). Orta əsrlərdə həmin regionda müvafiq çay 

farsca Gərmrud “İsti çay” adlanırdı. Mixi yazılarda 

Qizilbunda, yaxud Qizilbuda-prototürk Qızılbuda “Qırmızı 

təpə”. Mixi yazıda Qantau-prototürk Qantau “Qanlı dağ”, 

“Tutqun dağ”, (Azərbaycanda Qandağ dağ silsiləsi). Mixi 

yazıda Bara, digər adı Sanqibuti (hökmdarın qoyun 

                                                           

1

 

Ю



.

Б

.



Юсифов

Ранние



 

контакты


 

Месопотамии

стр


. 22, 

прим


. 15; Yenə 

onun: 


Об

 

актуальных



 

проблемах

 

этнической



 

истории


 

Азербайджана

, səh. 

17-18. 


2

 Antroponim – «şəxs adı» deməkdir. 




 

26

sürülərinin saxlandığı vilayətlər) – prototürk Bara “bərə-



qoyun saxlanılar yer”, prototürk Sanqibut (altayça sanqibut 

“üç ayaq”) “Üç ayaq (dağ)”. Sanqibuti qoyun və quzuları 

əlahiddə saxlamaq üçün təbii istehkam idi. Mixi yazıda 

Edir (çayı) – prototürk (r/1 fonetik əvəzlənməsi) Etil/Edil 

“çay”. Mixi yazıda Buya (çayı) – prototürk Buya, “çay, su” 

(altay dillərində bi, bu, biya şəklində “çay, su” mənasında 

işlənir). Mixi yazıda Taştami – prototürk Taştam (türk taş 

“daş”, tam “ev, yaxud divar”) “Daş divar, yaxud Daş ev”. 

Mixi yazıda Uaş-dirikku, yaxud Başdirikku – prototürk 

Başdirik “Baş darağ, yəni “Baş darağ şəkilli dağ silsiləsi”. 

Mixi yazıda Qurruspa – prototürk Quru-sup “Quru su”, 

yaxud “Quru çay”

1



Tədqiqatlar Manna dövlətinin (e.ə. IX-VII əsrlər) 



hökmdar və canişinlərinin adlarının türk mənşəli olmasını 

göstərir. Manna hökmdarı Ullusunun adı türk dilləri 

baxımından Ulusun (bəzi ləhcələrdə ullu) “Böyük adam” 

kimi mənalandırılır. -Sın, -sin, -sun, -sün türk dillərində 

mənsubiyyət bildirən şəkilçilər, lakin tarixən “adam, kişi” 

mənasını daşımışdır. Həmin şəkilçi yaxud söz Erisinni və 

Telusini adlarında da əks olunmuşdur. Erisinni – prototürk 

Erisin (qədim türk eri “kişi, ər, cəsur, şücaətli”) “Cəsur 

adam”, Telusini – prototürk Telusin (tele/tolo altay-türk 

tayfa adı) “Tele (tayfasına) mənsub”. Axşeri hökmdar adı 

eri “kişi, ər, cəsur” və axş/axs (türkcə aşek) aşağı “aşağı, 

mənfur”, yaxud axs “axsaq, yavaş tərpənən”), “mənfur, 

ləng, axsaq” türk sözlərinin birləşməsindən əmələ 

gəlmişdir. Axşeri “Mənfur kişi”, yaxud “Ləngər” mənasını 

daşıyırmış. Bu etimologiya həm də mannalıların Axşeriyə 

                                                           

1

 

Ю



.

Б

.



Юсифов

Об



 

актуальных

 

проблемах



 

этнической

 

истории


 

Азербайджана

, səh. 18; Y.B.Yusifov, S.K.Kərimov: Toponimikanın əsasları, 

səh. 55-58. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə