N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə9/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   5   6   7   8   9   10   11   12   ...   194

 

27

qarşı mənfi münasibətilə təsdiq olunur. Mannalılar üsyan 



qaldırıb Axşerini öldürmüşdülər. İranzu – ir “kişi, ər, 

cəsur” türk sözü, an şəkilçi və zu(n) “adam” söz 

birləşmələrindən olub “Cəsur ər” mənasını daşıyır. Onun 

dövründə Manna dövlətinin qüdrəti artmışdı. Ualli, yaxud 

Valli – prototürk, val ümumi-türk bal “bal, şirin” və -li 

şəkilçisi vasitəsilə Ballı adının erkən formasıdır. Metatti – 

Hind-Avropa met “bal” və -tti (-li) türk şəkilçisi vasitəsilə 

“Ballı” mənasını daşıyır. Digər Manna canişini Baqdatti 

adında baqda, boqda türk-altay sözü və -tti şəkilçisi iştirak 

edir: Y.B.Yusifov prototürk (protoazərbaycan) yozumlarını 

əsas götürərək belə nəticəyə gəlir ki, “əgər türk dillərində 

danışan sakinlər e.ə. III-I minilliklərdə Azərbaycanın 

ərazisində yaşayırdılarsa, deməli, təbiidir ki, onlar Orta 

Asiya, Qafqaz, indiki dövrdə məskunlaşdıqları ərazidə və 

başqa regionlarda təmsil olunmuşdular”

1



Q.A.Qeybullayev hesab edir ki, Midiyada 

matay/maday etnonimini daşıyan etnoslar türkdilli 

olmuşlar

2

. Midiya toponimlərindən Karşibuta türk 



dillərindən qala (Karşi) və yaşayış yeri (bat) kimi, Uraş – 

qala, xüsusi ad Enqur – cəsur, qoçaq, (kür), Danu dağı 

ton/don – “tə-pə” türk sözü əsasında, Ursi adı (türk ur, 

“oğul, oğlan” və -çi şəkilçisi), Tatoy adı (türk Dada), Zati 

(monq. Satı, türk Saday “məşhur, yaxın qohum”) zariş 

(türk. Saruq, “sarı”), Amaxar (türk. amax “diribaş, istiqanlı 

və ar “kişi, ər cəsur”) Qanus (türk, tanq “adlı-sanlı, 

qiyamət”) və bir sıra digər adlar öz izahını tapmışdı

3



E.ə. III-I minilliklərdə türk etnosları Azərbaycanın, 



                                                           

1

 



Ю

.

Б



.

Юсифов


Историческая

 

антропонимия



 

Азербайджана

 – 

Ономастика



 

Узбекистана

Ташкент


, 1989, 

стр


. 146-147. 

2

 



Г

.

А



.

Гейбуллаев

К

 



этногенезу

 

азербайджанцев



стр


. 251. 

3

 Yenə orada, səh. 248-275. 




 

28

qonşu Midiyanın və yəqin ki, başqa ərazilərin sakinləri 



idilər. Bu yeni müddəalar Azərbaycan xalqının etnik tarixi 

barədə mövcud olan əvvəlki müddəaları təkzib edir. 

Azərbaycan ərazisində Arattadan sonra məlum olan ən 

qədim dövlət Mannadır. Q.A.Melikişvili göstərir ki, ola 

bilsin, Manna dövlətinin tərkibinə bəzən bu və ya digər 

tayfalar düşmüşlər, ancaq hər halda VIII-VII əsrlərdə 

Mannanın “azian” əhalisi, xüsusilə cənub və şərq tərəfdən 

İran tayfaları ilə əhatə olunmuşdu. Manna ölkəsinin əhalisi 

heç şübhəsiz, həmin bu qonşu İran tayfaları ilə intensiv 

əlaqədə idi; ehtimal ki, onların arasında tez-tez hərbi 

toqquşmalar da olurdu ki, bu da gah o tərəfi, gah da bu 

tərəfi siyasi asılılığa gətirib çıxarırdı. Beləliklə, müxtəlif 

yollarla təkcə qarşılıqlı təsirlər üçün deyil, etnik qarışma 

üçün də şərait yaranırdı

1

. Həmin tədqiqatçı yazır: “tez-tez 



belə bir fikirlə rastlaşırıq ki, Manna-İran tayfasıdır, 

mannalılar midiyalılarla qohumdur və s. Bu səhv baxış 

Mannaya dəxli olan bir neçə şəxs adına dayanır”

2



Ümumiyyətlə, tədqiqatçılar Manna əhalisinin müxtəlif 

etnoslardan təşkil olunduğunu göstərirlər

3

. İ.Əliyev qeyd 



edir ki, Manna-kuti-lullubi tayfa birliyinin (həmin tayfalar 

e.ə. III-II minilliklərdən burada yaşayırdılar) bilavasitə 

varisi idi və hətta o, burada etnik özünüdərkin təzahüründə 

ifadə olunan etnik birliyin əlamətlərini görür

4



Şübhəsiz, məsələnin bu şəkildə qoyuluşu şərtidir, ona 



görə ki, Mannada ancaq təsərrüfat-siyasi vəhdət ola bilərdi 

– bu isə öz növbəsində etnoslar arasında müəyyən 

                                                           

1

  «



Г

.

А



.

Меликишливи

Вопросы


 

истории


 

Маннейского

 

царства


. – 

Вестник


 

древней


 

истории


, 1949, N 1, 

стр


. 60-61. 

2

 Yenə orada. 



3

 

А



.

С

.



Сумбатзаде

Азербайджанцы



 – 

этногенез

 

и

 



формирование

 

народа



стр


. 31-34. 

4

 



И

.

Г



.

Алиев


История


 

Мидии


Баку


, 1961, 

стр


. 176, 202. 


 

29

anlaşmanın mövcudluğuna (əlbəttə, birinci növbədə ümum-



mədəni planda) gətirib çıxarmalı idi. 

Midiyalılar, ilk tədqiqatçıların göstərdiyinə görə, 

farslarla qohum olan irandilli tayfalar idilər və Əhəmənilər 

imperiyasında farslardan sonra ikinci nüfuza malik idilər. 

Ancaq bu, keçmiş Manna-Kiçik Midiya əhalisinə və 

ərazisinə aid deyil, çünki Manna-Kiçik Midiya-Atropaten 

həm coğrafi, həm də əsasları qədimlərdən gələn kuti-lullubi 

(manna) etnosu (yaxud etnik ittifaqı) təşkil etməkdə idi

1



K.H.Əliyev “Azərbaycan ərazisində dillər məsələsinə 



dair” məqaləsində məsələni vaxtilə bu cür şərh edirdi: 

Midiyalılar kassi, lullubi, elam tayfaları ilə birlikdə Yaxın 

Şərqin avtoxton

2

 əhalisindən olmuşlar. İranlaşma 



prosesindən əvvəl Midiya tayfalarının yalnız özlərinə 

məxsus dilləri mövcud idi, hələ Midiya dövlətinin 

süqutundan əvvəl burada Hind-Avropa tayfalarının danışıq 

dilləri yayılmağa başlamışdı. Midiya dövlətinin süqutundan 

sonrakı dövrdə Midiya ərazisində əhalinin əksəriyyəti 

Midiya dillərində danışmağa başlamışdı. Bu dillər yerli və 

avtoxton tayfa dillərindən əsaslı surətdə fərqlənirdi… Türk 

dialektlərinin Azərbaycan ərazisinə daxil olması 

nəticəsində Midiya dilinin qalıqları aradan qalxır, oğuzların 

türk dialektləri yavaş-yavaş geniş miqyasda yayılır. Ona 

görə də müasir Azərbaycan dilinin qədim Midiya 

dillərindən törəməsi fikri əsassızdır – Azərbaycan 

xalqının… tarixini Azərbaycan dilinin tarixi ilə qarışdırmaq 

tarixi faktlara səthi yanaşmaqdır

3



Azərbaycan ərazisində ən qədim zamanlarda 



                                                           

1

 



А

.

С



.

Сумбатзаде

Азербайджанцы



 – 

этногенез

 

и

 



формирование

 

народа



стр


. 35. 

2

 Avtoxton – yerli əhali 



3

 

К



.

Г

.



Алиев

К



 

вопросу


 o 

языках


 

на

 



территории

 

Азербайджана



. – 

Труды


 

Инст


истории


 

АН

 



Азерб

ССР



т

. XIV, 



стр

. 95-96. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə