N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.

səhifə1/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   107



 
N. M. YUSİFOV, K. Ş. DAŞDƏMİROV
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BİOLOJİ KİMYA 
 
 
 
 
 
 
 
 
Bakı  2012 



 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL 
NAZİRLİYİ 
AZƏRBAYCAN  RESPUBLİKASI  KƏND 
TƏSƏRRÜFATI  NAZİRLİYİ 
 
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 
 
 
Nazim Yusifov 
Kamandar Daşdəmirov  
 
 
 
 
BİOLOJİ  KİMYA 
(Ali məktəblər üçün dərslik) 
 
 
 
 
 
 
 
 
 
BAKI 2012 



 
Müəlliflər: Yusifov Nazim Məhəmməd oğlu 
 
          kənd təsərrüfatı elmləri doktoru, professor
 
         ADAU-nun kimya kaferasının müdiri 
 
           
 
 
Daşdəmirov Kamandar Şükür oğlu 
 
 
biologiya elmləri namizədi, dosent,    
 
 
ADAU-nun  kimya kaferasının dosenti 
 
        
Rəyçilər:    Əliyev Fuad Yusif oğlu 
 
 
kimya elmləri doktoru, professor, Gəncə  
 
 
Elm Mərkəzinin direktoru, AMEA-nın   
         
müxbir üzvi  
                   
                  Mövsümov Elman Məhəmməd oğlu 
                  Kimya elmləri doktoru, professor, ADAU- 
                  nun Aqrotexnologiya fakültəsinin dekanı 
 
 
 
Nəbiyev Əhəd Əli oğlu 
 
 
biologiya elmləri doktoru, professor,  
 
 
ATU-nun İaşə məhsullarının texnologiyası  
                   və turizm kafedrasının müdiri 
 
N. M. Yusifov, K. Ş. Daşdəmirov. Bioloji kimya  
Ali məktəblər üçün dərslik. Bakı 2012 
 
Dərslikdə  biokimyanın  müasir  aktual  nəzəri  əsas-ları  öz 
əksini  tapır.  Kitabdan  zootexniklər,  baytar  həkim-lər,  əczaçılar, 
qida mühəndisləri həmçinin bu ixtisaslar  
üzrə təhsil alan magistr və doktorantlar da istifadə edə 
bilər.  
Kitab  ali  məktəblərin  kimya  və  biologiya  fakültə-lərinin, 
bioloji  təmayüllü  ixtisaslarının  bakalavr  pilləli  tələbələri  üçün 
vacib mövzuları əhatə edir.  
 
 



 
MÜQƏDDİMƏ 
 
Bioloji  kimya  (biokimya)  -  canlı  materiyanın  kimyəvi 
tərkibini, insan, heyvan, bitki və mikroorqanizmlərin həyat fəaliy-
yətini  təşkil  edən  kimyəvi  çevrilmələri  və  bu  çevrilmələr  zamanı 
orqanizmdə baş verən dəyşiriklikləri öyrənən elmdir.  
Bioloji  kimya  müstəqil  elm  kimi  XIX  əsrin  ortalarında 
yaranmışdır. Onun bir elm kimi formalaşmasında üzvi kimyanın, 
fiziologiyanın və anatomiyanın böyük rolu olmuşdur. Lakin onun 
sürətlə inkişafı XX əsrdən başlayır. XX əsrin başlanğıcında bioloji 
kimyanın  kimyəvi  əsasları  yaranmşdır.  Bu  dövrdə  canlı 
materiyanın  tərkibinə  daxil  olan  birləşmələrin  əsas  tipləri  ayırd 
edilmişdir.  XX  əsrin  ortalarından  sonra  bioloji  kimya  sürətlə 
inkişaf  etdi.  Molekulyar  biologiya,  gen  mühəndisliyi,  biotex-
nologiya,  bioqeyri-üzvi  və  bioüzvi  kimya  kimi  elm  sahələrinin 
yaranması  və  inkişafı  bioloji  kimyanın  sürətli  inkişafına  stimul 
yaratdı.  
Biokimyəvi  proseslər  termodinamikanın  (termokimyanın) 
qanunları  ilə  sıx  bağlıdır.  Biokimyəvi  reaksiyalar  ani  vaxtda 
millisaniyə (ml. san), mikrosaniyə (mk. san.) ərzində sulu mühitdə 
başa çatır.  
Su  molekulasında  olan  hidrogen  rabitəsi  biomolekullarda 
əmələ  gələn  hidrogen  hidrofob  rabitələrinin  yaranmasına  bir 
stimul verir.  
Biomolekullar  əsasən  kovalent  rabitə  hesabına  əmələ  gəl-
mişlər.  İon  rabitəsi  ilə  əmələ  gələn  birləşmələr  əsasən  bioüzvi 
birləşmələrin quruluşunun saxlanmasında və biokimyəvi reaksiya-
ların getməsində mühüm rol oynayır.  
Təqdim  etdiyimiz  dərslikdə  statik  biokimyanın  əsas 
bölmələri-canlı  materiyanın  kimyəvi  tərkibini,  karbohidratların, 



 
lipidlərin,  zülalların,  nuklein  turşularının,  fermentlərin,  vitamin-
lərin,  hormonların  quruluşu,  xassələri  və  onların  müxtəlif  bioloji 
obyektlərdə  yayılması  miqdarını  öyrənir.  Dinamik  biokimya 
maddələr mübadiləsi və enerji mübadiləsi, karbohidratların, lipid-
lərin, zülalların mübadiləsi, mineral maddələr mübadiləsi, maddə-
lər mübadiləinin əlaqəsi və vəhdəti öyrənilir. 
Bioloji  kimyadan  Azərbaycan  dilində  latın  qrafikası  ilə 
yazılmış  dərsliyin  az  olması  bu  sahədə  fənnin  ali  məktəblərin 
tələbələri tərəfindən öyrədilməsini olduqca çətinləşdirir. Məhz bu 
çətinliyi aradan qaldırmaq üçün bu dərslik yazılmışdır.  
Kitabın  yazılmasına  əsas  səbəblərdən  biri  də  mövcud 
ədəbiyyatların köhnəlməsi və biokimyanın sürətlə inkişaf etməsi-
dir.  Belə  ki,  biomolekulların-elektron  mikroskopiya,  rentgeno-
spektroskopiya, nüvə maqnit rezonansı (N. M. R.), xromatoqrafi-
ya  və  elektroforezin  yeni  üsulları  ilə  tədqiqi  bu  kitabda  nəzərə 
alınmışdır.  
Kitabda  müəyyən  nöqsanları  da  gələcəkdə  aradan  qaldır-
maq  üçün  öz  məsləhətləri  ilə  kömək  edən  oxuculara  müəlliflər 
əvvəlcədən səmimi təşəkkürünü bildirir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   107


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə