N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   10   11   12   13   14   15   16   17   ...   107

52 
 
mış turşuların olması və miqdarı müəyyən edilir. Yod ədədi 100 q 
yağın  tərkibindəki  doymamış  yağ  turşularında  olan  ikiqat 
rabitələri doydurmaq üçün sərf edilən yodun qramlarla miqdarına 
deyilir. 
 
CH
3
(CH
2
)
7
CH═CH(CH
2
)
7
COOH+J

→ 
                             Olein turşusu 
→ CH
2
(CH
2
)
7
─CH─CH(CH
2
)
7
COOH 
                                        │      │ 
                                        J        J 
 
Doymamış turşuların müxtəlifliyindən asılı olaraq yod az və 
çox sərf olunur.  
     Cədvəl 6. 
Yağların xassələrini ifadə edən bəzi kəmiyyətlər 
 
 
Yağ 
Sabunlaşma 
ədədi 
Turşu ədədi 
Yod ədədi 
Reyxer-
Meyssel 
ədədi 
Qaramal yağı 
190-200 
0,1-0,6 
32-47 
24-34 
Qoyun -‖- 
192-198 
0,1-0,2 
31-46,5 
0.4-0,6 
Donuz -‖- 
193-203 
0,3-0,9 
46-66 
0,2-0,6 
Pambıq   -‖- 
189-199 
0,2-14 
101-116 
0,1-0,3 
Qarğıdalı  -‖- 
186-193 
0,4-5,0 
111-133 
0,2-0,4 
Günəbaxan  -‖- 
186-194 
0,4-6,0 
119-144 
0,3-0,4 
Zeytun -‖- 
189-195 
0,3-7,0 
130-163 
0,3-0,4 
Treska 
191-197 
0,4-6,5 
125-150 
0,2 
 
 
 
2.3 Mumlar.İrimolekullu yağ turşuları palmitin, stearin, olein 
turşuları  və  s.  ilə  ali  spirtlərin  (seril  spirti,  mirisil  spirti  və  s.) 
mürəkkəb  efirləridir.  Mumlar  əsasən  aşağıdakı  turşulardan  və 
spirtlərdən əmələ gəlir: 
Serotin turşusu: C
26
H
53
COOH 
Karnaub turşusu: C
23
H
47
COOH 


53 
 
Seril spirti: C
26
H
53
OH 
Mirisil spirti: C
31
H
63
OH 
Ali  alifatik  spirtlər  mumların  tərkibinə  daxil  olduğundan 
onlara mum spirtləri də deyilir. Bunlar iysiz, ağ kristallik maddə-
lərdir, suda həll olmur, asetonda və efirdə isə həll olur.  
Təbii mumlara yun yağı (lanolin), spermaset, arı mumu və s. 
aiddir. Təbii mumlarda göstərilən mürəkkəb efirlərlə yanaşı spirt-
lər,  sərbəst  turşular  və  parafin  karbohidrogenləri  də  olur.  Qoyun 
yununun  yağı,  yunun  5-10%-ni  təşkil  edir.  Bir  qoyun  dərisinin 
yun örtüyündən 500 q kimi yun yağı ayırmaq olur.  
Yun  yağının  kimyəvi  tərkibi  çox mürəkkəbdir  və  tam  öyrə-
nilməmişdir.  Onun  əsas  tərkib  hissəsi  ali  alifatik  və  siklik  spirt-
lərin  irimolekullu  yağ  turşuları  ilə  əmələ  gətirdikləri  mürəkkəb 
efirlərin  qarışığından  ibarətdir.  Siklik  spirtlər  (xolesterin,  izoxo-
lesterin, oksixolesterin, metaxolesterin və s.) yun yağındakı spirt-
lərin  çox  hissəsini  (50-70%)  təşkil  edir,  qalanı  isə  setil,  seril, 
karnaubil spirtlərindən və başqalarından ibarətdir.  
Təmizlənmiş  lanolin  qiymətli  məhsul  olub,  təbabətdə  və 
kosmetikada işlənir. O dəridən yaxşı sorulur, dəriyə yumşaqlıq və 
elastiklik verir.  
Spermaset  setil  spirti  ilə  palmitin  turşusunun  mürəkkəb 
efiridir. 
C
16
H
33
OH + C
15
H
31
COOH → H
2
O + C
16
H
33
OCOC
15
H
31
 
Setil spirti    Palmitin turşusu                      Spermaset 
Spermaset  balinanın  kəllə  boşluğunda  və  başqa  hissəsində 
olur. 
Mum  arıların  mum  vəzilərində  istehsal  olunur.  Onun  tərki-
bində  spirtlərdən  çoxluğu  (38-40%)  mirisil  spirti,  turşulardan  isə 
palmitin turşusu təşkil edir.  
Arı mumunun əsas hissəsi mirisilpalmitatdan 
(C
15
H
31
OCOC
30
H
61
)  
 


54 
 
ibarətdir. 
Mumlar güman edildiyinə görə mühafizə funksyasını yerinə 
yetirir.  
Onlar  heyvanlarda  dərini  suyun  daimi  təsirindən,  bəzi 
hallarda isə həddindən artıq buxarlanmadan qoruyur.  
2.4  Steridlər.
  Sadə lipidlərin  bir  qrupunu  da  steridlər  təşkil edir. 
Steridlərin  insan  və  heyvanlarda  olan  nümayəndələrinə  zoosteridlər 
deyilir.  
Zoosteridlər  irimolekullu  yağ  turşularının  sterollar  adlanan  spirt-
lərlə əmələ gətirdikləri mürəkkəb efirlərdir.  
Sterinlər-
siklopentanoperhidrofenantrenin (və ya steran) törə-
mələridir.  Onların  tərkibində  hidroksil  qrupu  olduğuna  görə 
sterollar da adlanır.  
Sterinlərin xarakterik nümayəndələrindən biri xolesterindir.  
 
 
 
Xolesterin doymamış biratomlu ikili siklik spirtdir. İnsan və  


55 
 
heyvan orqanizmində maddələr mübadiləsində sterid hormonların, 
öd  turşularının,  D-vitamininin  biosintezində  mühüm  bioloji  rol 
oynayır,  eritrositləri  hemolizdən  qoruyur.  Xolesterinə  bütün 
hüceyrələrdə membranın tərkib hissəsi kimi təsadüf edilir. Xoles-
terin  və  onun efirləri (xüsusən doymamış turşularla) qan plazma-
sında,  beyində  və  s.  toxumalarda  da  çox  olur.  Öd  daşları  əsasən 
xolesterin törəmələridir.  
2.5  Fosfatidlər-mürəkkəb  lipidlərə  aid  olub,  yağabənzər 
maddələrdir.  Yağabənzər  maddələrin  tərkibində  də  triqliseridlər 
vardır. Lakin yağlardan fərqli olaraq bunlarda əlavə fosfat turşusu 
və s. maddələr də (xolin, kolamin, serin, inozit və s.) olur. 
Fosfatidlər  yağ  həlledicilərinin  çoxunda  (benzol,  efir,  xloro-
form) həll olur, lakin asetonun təsirindən çöküntü verir və hiqros-
kopikdir. Suda şişərək kolloid məhlul əmələ gətirir. Bunlar optik 
aktiv olub, polyarizasiya müstəvisini sağa fırlayır (d-izomer). 
Fosfatidlər insanların və heyvanların hüceyrələrində və toxu- 
 malarında  (sinir  toxumasında,  qaraciyərdə,  böyrəklərdə,  ağciyər-
də,  ürəkdə  və  s.)  olmaqla  eyni  miqdarda  paylanmır.  Fosfatidlərə 
mitoxondriyalarda, mikrosomlarda da təsadüf edilir. Onlara orqa-
nizmin  bütün  orqan  və  toxumalarında  rast  gəlmək  olar.  Beyin 
toxuması, ürək, qaraciyər, yumurta sarısı və balıq kürüsü fosfatid-
lərlə daha zəngindir. Fosfatidlər zülallarla birlikdə biokomplekslər 
əmələ gətirərək hüceyrə orqanoidlərinin (nüvə, endoplazmatik tor, 
ribosom,  mitoxondrilər)  əsasını  təşkil  edir.  Müxtəlif  maddələrin 
bir  toxumadan  digərinə  daşınmasını  təmin  edir.  Tərkibində  olan 
spirtin  növünə  görə  fosfatidlər  aşağıdakı  yarımqruplara  bölü-
nürlər: 
Xolinfosfatidlər  (lesitinlər),  kolaminfosfatidlər  (kefalinlər), 
asetilfosfatidlər  (plazmogenlər),  serinfosfatidlər,  inozitfosfatidlər 
və sfinqofosfatidlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə