N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   2   3   4   5   6   7   8   9   ...   107


 
I FƏSİL 
 
 I. CANLI  ORQANİZMİN  KİMYƏVİ  TƏRKİBİ 
 
Canlı  orqanizmin  müxtəlif  növlərinin  orqan  və  toxuma-
larında məlum olan kimyəvi elementlərin çoxusuna təsadüf edilir. 
Onlardan  20  elementə  bütün  canlıların  orqan  və  toxumalarında 
rast gəlinir. Bunlar C, N, H, O, S, P, K, Na, Ca, Mg, Mn, Zn, Fe, 
Cu, Co az miqdarda Mo, B, CI, I, Se olur.  
Bunlar  insan  və  heyvan  orqanizmində  yayılma  miqdarına 
görə 2 qrupa ayrılır: makroelementlərə (miqdarı 0,001%-dən artıq 
olanlar)  C,  N,  H,  O,  S,  P,  K,  Na,  Ca,  mikroelementlərə  (miqdarı 
0,001%-dən az olanlar) B, Mn, Zn, Cu, Mo, Co, B, Se, Ba, I, Sr və 
s. aiddir.  
Cədvəl 1. 
Orqanizmdə kimyəvi elementlərin miqdarı 
 
Element 
Miqdarı %-lə 
Element 
Miqdarı %-lə 

62,48 
Mo 
0,027 

21,15 

0,014 

9,86 

0,009 

3,10 
Fe 
0,005 
Ca 
1,90 
Zn 
0,003 

0,95 
Br 
0,002 

0,23 
Al 
0,001 

0,08 
Si 
0,001 
CI 
0,08 
Cu 
0,00015 
Na 
0,08 
Se 
0,00001 
 
Orqanizmin  ümumi  kütləsinin  96%-dən  çoxunu,  hüceyrə-
nin  99%-ni  əsas  4  element  O,  C,  H  və  N  təşkil  edir.  Onlar  canlı 
orqanizmin əsasını təşkil edən əsas üzvi maddələrin (zülalların,  



 
lipidlərin,  karbohidratların)    və   suyun tərkibinə  daxildir. Bunlar 
orqanogen elementlər adlanırlar.  
Canlı orqanizmin 70%-dən çoxunu su təşkil edir. Su orqa-
nizmdə  az  da  olsa  dissosiasiya  edir  H
+
və  OH
-
  ionlarına.  Su 
orqanizmdə  bütün  toxuma  və  orqanlarda  olur.  Az  bir  hisəsi 
hüceyrədə  birləşmiş  haldadır.  Suda  bütün  mineral  və  üzvi  mad-
dələr  ion  və  ya  hidrat  halında  olur.  Canlı  orqanizmin  10%-ə 
qədərini  mineral  maddələr  təşkil  edir.  Orqanizmin  əsas  hissəsini 
zülallar  (40-50%),  karbohidratlar,  nuklein  turşuları,  lipidlər  və  s. 
50-60% təşkil edir.  
Cədvəl 2

 
Bəzi orqan və toxumaların kimyəvi tərkibi, %-lə  
(S. M. Rappoportun göstəricilərinə görə) 
 
Orqan və 
toxuma 
Su 
Zülal 
Lipid 
Mineral 
maddə 
Dəri 
58 
27 
14 
0,6 
Sümük 
28 
20 
25 
27,0 
Əzələ 
70 
22 

1,0 
Yağlı 
toxuma 
23 

71 
0,2 
Qaraciyər 
71 
22 

1,4 
Beyin 
75 
11 
12 
1,4 
 
Hüceyrə  canlıları  cansızlardan  fərqləndirən  əsas  xüsusiy-
yətlərə  malikdir.  Hüceyrə  canlıların  əsas  quruluş  və  funksional 
vahididir.  Ayrı-ayrı  orqan  və  toxumaların  hər  birinin  özünə 
məxsus  hüceyrə  quruluşu  vardır.  Hüceyrənin  tərkibində  üzvi  və 
qeyri-üzvi birləşmələr müxtəlif miqdardadır.  
2-ci cədvəldən göründüyü kimi orqanizmin əsas kütləsini 


10 
 
su  təşkil  edir.  Belə  ki,  dərinin  58%,  əzələnin  70%,  qaraciyərin 
71%,  beynin  isə  75%-ni  su  təşkil  edir.  Həmçinin  zülal,  lipid, 
karbohidratlar və mineral maddələr bütün orqan və toxumalarda 
müxtəlif miqdarda yayılmışdır.  
 
Cədvəl 3. 
Hüceyrənin kimyəvi tərkibi 
( A. Hezenin göstəricilərinə görə) 
 
Maddə 
Hüceyrə 
kütləsində 
qatılığı %-lə 
Orta molekul 
kütləsi 
Molekul sayının 
DNT molekulla-
rına nisbəti 
Su 
85 
18 
1,2
 10

Zülallar 
10 
36
 10

700 
DNT 
0,4 
10

1,0 
RNT 
0,7 
4
 10

44 
Lipidlər 

700 
7
 10

Digər üzvi 
birləşmələr 
0,4 
250 
4
 10

Mineral 
maddələr 
1,5 
55 
6,8
 10

 
Hüceyrənin  kimyəvi  tərkibi  onun  növündən,  funksional 
vəziyyətindən, canlı orqanizmin növündən, yaşından və s. faktor-
lardan asılıdır.  
 
 
 


11 
 
1. KARBOHİDRATLAR 
 
Bitki və heyvan orqanizmlərində olan üzvi birləşmələrdən 
bir  qrupu  da  karbohidratlardır.  Bunlara  sulu  karbonlar  və  ya  
qlüsidlər də deyilir.  
Karbohidratlar  heyvanlarda  az  (quru  maddənin  2%-i 
qədər),  bitkilərdə  isə  çox  (quru  maddnin  80%-i  qədər)  olur. 
Karbohidratlar əsas üç elementdən: karbon, oksigen və hidrogen-
dən  ibarətdir.  Bu  elementlər  molekullrda  1:2:1  nisbətində,  yəni 
hər bir karbon atomu iki hidrogen və  bir oksigen atomu 
)
(
2
O
CH
 
ilə  birləşir. Bu formuladan belə güman etmək olar ki,  hər karbon 
atomuna  bir  su  molekulu  uyğun  gəlir.  Odur  ki,  triozalar  C
3
H
6
O
3
  
və  ya  C
3
(H
2
O)
3
,  tetrozalar  C
4
H
8
O
4
  yaxud  C
4
(H
2
O)
4
  şəklində  də 
yazıla bilər. Ona görə də bu qrup birləşmələrə sulu karbonlar adı 
verilimişdir.  Bu  ad  isə  tam  düzgün  deyil.  Çünki  başqa  üzvi 
birləşmələr də vardır ki, onların molekul tərkibləri yuxarıda göstə-
rilən  qydaya  uyğun  gəlir,  amma  karbohidrat  deyildir.  Bunlara 
misal 
sirkə 
turşusunu 
(CH
3
COOH), 
süd 
turşusunu 
(CH
3
CHOHCOOH)  və  s.-ni  göstərmək  olar.  Ancaq  sulu  karbon 
adı elmdə çoxdan işlədildiyindən ondan hazırda da istifadə edilir.  
Karbohidratların  tərkibindəki  karbon  atomlarının  sayının 
axırına “oza” şəkilçisi əlavə etməklə onların adı düzəldilir. Məsə-
lən, maddənin tərkibində iki karbon atomu olduqda “bioza”, üçdə 
trioza,  dörddə  tetroza,  beşdə  pentoza,  altıda  heksoza,  çox  sayda 
isə polioza adlanır.  
Karbohidratlar  təbiətdə  ən  çox  yayılmış  üzvi  birləşmə-
lərdir. Bunların mürəkkəb formalarına daha çox rast  gəlinir. Yal-
nız sellüloza təbiətdə olan bütün üzvi maddələrin yarıdan çoxunu 
təşkil  edir.  Mürəkkəb  karbohidratlar  (sellüloza,  nişasta,  qlikogen, 
inulin, pentozanlar və s.) monosaxaridlərin bioloji polimerləridir.    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə