N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   29   30   31   32   33   34   35   36   ...   107

128 
 
tin adı müxtəlif terminlərlə ifadə olunur və təsir xüsusiyyətlərinə 
görə bir-birindən kəskin curətdə fərqlənən fermentlərə oxşar adlar 
verilir.  
1961-ci  ildə  cəmi  900-ə  qədər  ferment  növü  məlum  idi. 
Onların  1978-ci  ildə  tərtib  olunmuş  siyahısına  isə  2142  ferment 
növü daxil edilmişdir. Yeni kəşf edilən fermentlərin sayı ildən-ilə 
artır. Buna görə də fermentlərin öyrənilməsini asanlaşdırmaq üçün 
onların  əlverişli  nomenklatura  və  təsnifatının  tərtib  edilməsi 
zəruridir. Fermentlərin müasir təsnifatı və nomehklaturası 1961-ci 
ildə  biokimyaçıların  Moskvada  keçirilən  beynəlxalq  konqresində 
bəyənilmiş və qəbul edilmişdir. 
Bu təsnifata əsasən, fermentlər kataliz etdikləri reaksiyaların 
növlərinə  görə  altı  sinfə  bölünür:  1)  oksireduktazalar,  2)  transfe-
razalar,  3)  hidrolazalar,  4)  liazalar,  5)  izomerazalar,  6)  liqazalar 
(sintetazalar). 
Bu  siniflərin  hər  biri  müəyyən  sayda  yarımsiniflərə,  onlar 
isə qruplara bölünür. Yarımsiniflər çox zaman fermentin təsiri ilə 
dəyişikliyə  uğrayan  kimyəvi  radikalı  səciyyələndirir.  Təsnifata 
daxil  olan  hər  bir  fermentin  özünəməxsus  şifri  vardır.  Ferment-
lərin şifri bir-birindən nöqtələrlə ayrılmış dörd rəqəmdən ibarətdir. 
Bu  rəqəmlərdən  birincisi  fermentin  daxil  olduğu  sinfi,  ikinci 
yarımsinifi, üçüncü qrupu təmsil edir, dördüncü rəqəm isə fermen-
tin qrupdakı sıra nömrəsini göstərir. Məsələn, laktatdehidrogenaza 
1.1.1.27  şifri  ilə  ifadə  olunur.  Deməli,  bu  ferment  birinci  sinfin, 
birinci  yarımsinfinin,  1-ci  qrupunda  yerləşir,  onun  sıra  nömrəsi 
27-dir.  Yeni  kəşf  edilən  fermentlərin  şifrini  yalnız  Beynəlxalq 
biokimya  cəmiyyətinin  fermentlər  üzrə  komissiyası  təyin  edir. 
Fermentlər üçün iki cür nomenklatura qəbul edilmişdir: sistematik 
və adi (işçi) nomenklaturalar. 
Katalitik təsiri tamamilə aydın olan fermentləri  sistematik  


129 
 
nomenklatur üzrə adlandırırlar.  Fermentlərin sistematik  adları  iki 
hissədən  ibarətdir:  birinci  hissə  substratın  adını  göstərir.  İkinci 
hissə ―aza‖ şəkilçisi ilə bitir və fermentin kataliz etdiyi reaksiyanı 
səciyyələndirir.  Fermentlərin  sistematik  adları  yazıldıqda  birinci 
hissə ilə ikinci hissənin arasında tire işarəsi qoyulur. 
Fermentlərin adi  adları  mümkün qədər sadə  və  qısa  olmalı-
dır. Bu məqsədlə fermentlərin əksəriyyətinin köhnə adları işlədilir. 
Təbiidir  ki,  adi  adlandırma  üsulu,  sistematik  adlandırma  qədər 
mükəmməl və dəqiq ola bilməz. Məsələn, sidik cövhərinin hidro-
liz  yolu  ilə  ammonyaka  və  karbon  qazına  parçalayan  ferment 
hidrolazalar  sinfinə  daxildir.  Onun  şifri  3.5.1.5.  sistematik  adı-
karbamidamidohidrolaza, adı adlanma ilə ureazadır. 
Aşağıda  fermentlərin  müasir  təsnifatının  müxtəlif  qrupları 
haqqında qısa məlumat verilir. 
I.  Oksi-reduktazalar.  Bu  sinfə  bioloji  oksidləşmə  proses-
lərini  kataliz  edən,  hidrogen  ionlarının  və  elektronların  daşınma-
sını həyata keçirən fermentlər daxildir. Onların spesifik koenzim-
ləri və prostetik qrupları olur. Ən mühüm oksireduktazalar aşağı-
dakılardır: 
Aerob  dehidrogenazalar-hidrogen  atomlarını  oksidləşən 
substratdan alaraq, oksigenlə birləşdirir: 
 
 
 
Anaerob  dehidrogenazalar-hidrogeni  bir  substratdan  digə-
rinə  kecirir.  Bu  cəhətə  görə  anaerob  dehidrogenazalar  aerob 
dehidrogenazalardan fərqlənir. Lakin onların kataliz etdiyi reaksi-
yalarda oksigen istirak etmir: 
 



+ O

→ R + H
2
O



130 
 
 
 
Sitoxromlar-bioloji  oksidləşmədə  elektron  daşıyıcı  kimi 
iştirak edən fermentlərdir (məsələn, sitoxromoksidaza). 
Peroksidaza və katalaza-ya hidrogen atomlarını substratdan 
hidrogenperoksid  molekuluna  keçirir  (peroksidaza),  ya  da  hidro-
genperoksidi suya və molekulyar oksigenə parçalayır (katalaza): 
 
 
 
II. Transferazalar. Transferazalar-müxtəlif kimyəvi qrupla-
rın bir molekuldan digərinə keçirilməsi ilə nəticələnən reaksiyaları 
kataliz edən fermentlərdir. Bu sinfə daxil olan fermentlər daşınan 
kimyəvi radikalın növünə görə bri-birindən fərqlənir. 
Fosfotransferazalar─fosfat turşusu qalıqlarını nukleozidfos-
fatlardan  başqa  maddələrin  molekullarına  daşıyan  fermentlərdir. 
Bu  qrupun  ən  geniş  yayılmış  nümayəndələrindən  biri  fosfat 
turşusu qalığına ATF-in  tərkibindən heksoza  molekuluna keçirən 
heksokinaza fermentidir.  
 
 
 
 
Qlikoziltransferazalar  -  sadə  şəkər  qalıqlarını  daşıyan 
fermentlərdir. 
     OH                                         OH 
     │                                            │ 
R─P─OH + R
!
─H↔R─H + R
!
─P═O 
     ║                                             │ 
     O                                             OH 



+ H
2
O

→ R + 2H
2
O və 2H
2
O
2
 → 2H
2
O + O

R






+ R
1
 ↔ R + 
       
 


131 
 
 
 
Amintransferazalar - amin qrupunu aminturşulsrından keto-
turşulara daşıyan fermentlərdir. 
 
 
  
 
Metultransferazalar-metilləşmə reasiyalarını kataliz edir. 
 
 
Asiltransferazalar-asil qalıqlarını daşıyan fermentlərdir. 
 
 
 
III.  Hidrolazalar.  Hidrolazalar-molekuldaxili  rabitələrin 
hidrolitik (su molekulunun birləşməsi ilə müşahidə olunan) parça-
lanma reaksiyalarını kataliz edən fermentlərdir. Onların ümumi tə- 
sir sxemi belə ifadə olunur. 
 
 
 
Hidrolazalar  adı  altında  fermentlərin  çox  böyük  bir  qrupu 
birləşir. Bu qrupa daxil olan fermentlər hidroliz etdikləri birləşmə-
lərin təbiətindən asılı olaraq bir neçə yarımqrupa ayrılır. 
1.  Esterazalar-mürəkkəb  fermentlərin  hidrolitik  parçalnma-
sını sürətləndirən fermentlərdir. Bu yarımqrupa aşağıdakı ferment- 
lər daxildir: 
a) Fosfatazalar-fosfat turşusunu mürəkkəb efirlərini hidroliz 
edirlər: 
 
R─R
!
+H
2
O ↔ R─H + R
!
─OH
 
R─C─
 
R
!
 
+ R
!!
─H ↔ R─C
─ 
R
!!
 
+ R
!
─H 
       ║                                   ║                                        
      O                                O         
R─CH
3
 + R
!
H ↔ R─H + R
!
─CH

R-qlikozil + R
!
─OH ↔ R─OH + R
!
-qlükozil.
 
R─CH─NH
2
 + R
!
─C═O ↔ R─C═O + R
!
─CH─NH
2
 
       │                      │                 │                │ 
       COOH              COOH        COOH        COOH 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə