30
1.2 Oliqosaxaridlər
Oliqosaxaridlər iki və daha çox (təxminən 10-a kimi)
monosaxaridlərin qalığından əmələ gəlmişdir. Bunlar tərkiblə-
rinəki monosaxaridlərin qalığının sayından asılı olaraq disaxarid-
lərə, trisaxaridlərə və s. ayrılır.
Disaxaridlər. Disaxaridlər
)
(
11
22
12
O
H
C
iki eyni və ya
müxtəlif monosaxaridin qalığından əmələ gəlmiş şəkərdir. Onlar
eyni zamanda qlikozid hesab olunur. Çünki monosaxaridlərin
rabitəsində qlikozid hidroksil də iştirak edir. İki monosaxariddən
bir molekul su çıxdıqda oksigen körpüsü vasitəsilə rabitə yaranır
və disaxarid əmələ gəlir. Reaksiya sxematik belə gedir:
Disaxaridlərə saxaroza, laktoza,
maltoza və qeyriləri aiddir
.
Saxaroza. Saxaroza və ya qamış şəkəri qlükoza (α,
D-
qlükopiranoza) ilə fruktozanın (β,
D-fruktofuranoza) birləşməsin-
dən qlükozid hidrokidlərinin qlükozid rabitəsi vasitəsilə əmələ
gəlmişdir. Onun alınması və kimyəvi tərkibi aşağıdakı kimidir:
C
6
H
12
O
6
+ C
6
H
12
O
6
→ H
2
O + C
12
H
22
O
11
Monosaxarid Monosaxarid Disaxarid
H─C─OH CH
2
OH H─C CH
2
OH
│ │ │ O │
H─C─OH HO─C H─C─OH C
│ │ │ │
HO─C─H O + HO─C─H O HO─C─H O HO─C─H O
│ │ │ │
H─C─OH H─C─OH H─C─OH H─C─OH
│ │ │ │
H─C H─C H─C H─C
│ │ │ │
CH
2
OH CH
2
OH CH
2
OH CH
2
OH
α-D-Qlükopira- β- D-frukto-
Saxaroza
noza furannoz
H
2
O
31
HO
OH
OH
H
H
H
H
O
O
O
CH
2
OH
HOCH
2
CH
2
OH
β-d-fruktkoza
α-d-qlükoza
HO
H
H
OH
Onun miqdarı şəkər çuğundurunda 27%, şəkər qamışının
gövdəsində 20%, olur. Başqa bitkilərin yarpaqlarında və meyvələ-
rində çoxlu miqdarda saxarozaya rast gəlmək olur. Saxaroza həzm
sistemində saxaraza fermentinin təsiri ilə hidrolizə uğrayıb
bərabər miqdarda qlükoza və fruktoza əmələ gətirir.
Saxarozada, reaksiyadan göründüyü kimi, qlükoza
α, D-
qlükopiranoza,
fruktoza isə β-D-fruktofuranoza kimidir. Ona görə
qamış şəkərinə 1,α, D- qlükopirannozil- 2 β, D- fruktofuranozid
də deyilir.
Qamış şəkəri (saxaroza) felinq mayesini reduksiya etmir,
reaksiya mənfi nəticə verir. Çünki onun molekulunda sərbəst alde-
hid və keton qrupu yoxdur.
Saxarozanın tərkibində asimmetrik karbon atomları oldu-
ğundan optik fəaldır.
Polyarizasiya müstəvisinin 66,5
0
sağa fırladır. Müxtəlif
amillərin (fermentlər, turşular və s.) təsirindən parçalandıqda yeni-
dən qlükoza və fruktozaya ayrılır, invertləşmiş şəkər əmələ gəlir.
Ona görə də polyarizasiya müstəvisini sağa çevirmədən sola
çevirmə daha qüvvətli olur. İnversiya fırlatma istiqaməti dəyişmiş,
çevrilmiş deməkdir. Bu termin bəzən ümumiyyətlə, disaxaridlərin,
trisaxaridlərin (poliozaların) hidroliz olunaraq monosaxaridlərə
çevrilməsini ifadə etmək üçün işlənir.