374
Su mübadilə proseslərində də qida maddələrinin parçalan-
masında, yeni maddələrin biosintezində də iştirak edir. Su mexa-
niki funksya da daşıyır: oynaqları hərəkət zamanı sürtünmə ilə
zədələnmədən qoruyur. Bütün bu göstərilənlərlə əlaqədar olaraq,
insan və heyvan 20%-dən çox su itirdikdə ölür.
Mineral maddələr miqdarına görə 2 qrupa: makroelement-
lərə və mikroelementlərə bölünür.
Makroelementlərin orqanizmdə miqdarı 0,001%-ə qədər-
dir. Bu miqdardan az, yəni 10
-3
─10
-12
% arasında olan elementlərə
isə m i k r o e l e m e n t l ə r deyilir. Makroelementlərə: kalsium,
maqnezium, natrium, kalium, xlor, kükürd, fosfor və s. mikroele-
mentlərə: mis, yod, kobalt, sink, manqan, molibden və başqaları
aidddir.
Makroelementlərə orqanizmdə əsas qeyri-üzvi birləşmələr:
sulfat, fosfat, karbonat, xlorid, flüorid turşularının duzları şəklində
təsadüf olunur. Bu duzlar osmos təzyiqinin yaranmasında, buferli
məhlulların əmələ gəlməsində, turşu-qələvi müvazinətində də
iştirak edir.
Mikroelementlər əsasən üzvi birləşmələrin: zülalların,
fermentlərin, vitaminlərin və hormonların tərkibində olur. Məsə-
lən, zülallardan hemoqlobində dəmir, vitaminlərdən siankobala-
mində kobalt, fermentlərdən ksantinoksidazada molibden, karbo-
anhidrazada sink, hormonlardan tiroksində yod vardır.
13.1 Suyun mübadiləsi
Su orqanizmdə diri çəkinin yarıdan çoxunu (50–80%-ni)
təşkil edir. Bu da heyvanın növündən, yaşından, yemindən, yem-
lənməsindən və s. amillərdən asılıdır. Yaşlı heyvanlarda suyun
375
miqdarı cavanlara nisbətən azdır. Əgər yeni doğulan buzovun
bədənində suyun miqdarı 75% təşkil edirsə, yaşlı öküzdə 55%
olur. Orta köklükdə olan qoyunun bədənində 50–60%, çox kök
qoyunda isə 35–45% su vardır. Bədəndə müxtəlif orqanlarda su
eyni miqdarda paylanmır. Məsələn, bədəndəki suyun mütləq
miqdarının 48%-i əzələdə, 11%-i dəridə, 8%-i qandadır. Beləliklə,
heyvan orqanizmindəki suyun mütləq miqdarının çoxu əzələlərdə,
dəridə, bağırsaqlarda, sümüklərdə və qanda, azı isə ağciyərdə,
beyində, böyrəklərdə və dalaqda mövcuddur. Orqanizmdə və
bioloji mayelərdə də suyun miqdarı müxtəlifdir. Məsələn, qaraci-
yərdə 70%, əzələ toxumasında 75%, beyində 70–84%, böyrəklər-
də 82%, qanda 85%, tüpürcəkdə 99,4%, sümük toxumasında 16–
46% su var.
İnsanın bədənində olan suyun ⅔ hissəsi hüceyrələrdə,
qalanı isə ondan xaricdə olur.
Insan və heyvan suyu xaricdən qida ilə və içməklə qəbul
edir. İnsan sutkada 2,5-2,8 l, at 15-18 l, camış 42-91 l mənimsə-
yir. Su orqanizmin özündə də, mübadilə zamanı qida maddələrinin
oksidləşməsində də yaranır. Toxumalarda 1 kq nişasta oksidləş-
dikdə 600 ml, 1kq zülaldan 400 ml və 1 kq yağdan isə 1 l-dən çox
su əmələ gəlir. Buna görə də onun balansı həmişə mənfi olur.
Qəbul olunan sudan ifraz edilən suyun miqdarı təxminən 15%
çoxdur. Su qismən mədədən və əsas bağırsaqlardan sorulur.
Bədəndə onun əsas deposu dəri sayılır. Çünki içilən suyun 80%-i
ehtiyat halında dəridə toplanır. Suyun bədəndə saxlanmasını
natrium ionu, əksinə, ifrazını isə kalium və kalsium ionları artırır,
toxumaların dehidra-tasiyasına səbəb olur.
Su bədəndən əsasən sidiklə gedir. Bədəndən çıxan suyun
təxminən 50%-i sidiklə, 30%-i dəri və ağciyərlə, qalanı isə bağır-
saqdan nəcislə ayrılır. İnsan sidiklə sutkada 1,5 l, at 4–8 l su ifraz
376
edir.
Suyun mübadiləsində dəri və böyrəklərin də əhəmiyyəti
çoxdur. Böyrəklərin normal fəaliyyəti zamanı insan orqanizmin-
dən içilən suyun 80%-i 3–4 saata, atınkı 30–54%-i və inəyinki 33–
61%-i 4–6 saata xaric olur.
Suyun mübadiləsinə bəzi daxili sekresiya vəzilərinin (qal-
xanabənzər, hipofiz, mədəaltı vəzi və s.) hormonları da təsir gös-
tərir. Buna misal vazopressini, tiroksini və s.-ni göstərmək olar.
Tiroksin suyun ifrazatını artırır, vazopressin və insulin isə
azaldır, toxumalarda saxlanmasına şərait yaradır. Suyun mübadi-
ləsinin nizamlanmasında sinir sistemi də (beyin qabığı, ara beyin,
boz qabıq) iştirak edir.
14.2 Duzların mübadiləsi
Bütün canlıların həyatında duzların da rolu az deyildir.
Duzlar ən çox (təxminən 84%) insan və heyvanların sümüklərində
olur. Sümük toxumasının 85%-ni kalsium-fosfat, 10%-ni isə kalsi-
um-karbonat təşkil edir. Sümüklərdə 1,5% maqnezium-fosfat da
vardır. Küldə 0,3% kalsium-flüorid də olur.
Duzlar orqanizmdə buferli sistemlərin də (fosfat, karbonat
buferləri və s.) əmələ gəlməsində, osmos təzyiqinin yaranmasında
iştirak edir.
Kalsiumun orqanizmdə miqdarı 2%-ə yaxın, maqnezium
0,05%, kalium 0,3%, natrium 0,15% və flüor 0,009% olur. Orqa-
nizm duzları qida və içilən su ilə qəbul edir. İnsan və heyvanların
duzlara olan təlabatı onların yaşından, qidasından, ilin fəslindən,
fizioloji və patoloji halından və s. amillərdən asılıdır. İnsanın
sutkalıq təlabatı kalsiuma 0,7–0,8 q, fosfora 1,5–2 q, natriuma 4–8
377
q, kaliuma 2–3 q, xlora 2–4 q təşkil edir. Heyvanların diri çəkisi-
nin hər 100 kq-na sutkada inəkdə 5 q, atda 35 q, qoyunda 3–10 q
kalsium, müvafiq olaraq 2,5 q, 37 q və 1,5–5,5 q fosfor tələb edi-
lir. Bəzi duzlar (kalsium-karbonat, maqnezium-karbonat, kalsium-
fosfat, maqnezium-fosfat) suda pis həll olur. Pankreas şirəsi və öd
onların sorulmasını asanlaşdırır.
Duzların orqanlarda paylanması müxtəlifdir. Kalsium,
maqnezium və fosforun duzları ən çox sümüklərdə, xörək duzu
dəridə, dəmir qaraciyərdə toplanır. Onlar sidiklə, tərlə (natrium
xlorid) və nəcislə ifraz olunur. Civə, qurğuşun və bismut duzları
yoğun bağırsağın selik qişası ilə ifraz edilir. Kalsium-fosfatlar isə
əsas sidiklə və qismən nəcislə ayrılır.
Natrium və kalium bədəndə fosfat, karbonat, xlorid, sulfat
turşularının duzları formasındadır. Bu elementlərin müəyyən
hissəsi ionlaşmış halda, bir qismi də zülallar, nuklein turşuları və
başqa maddələrlə birləşmiş vəziyyətdədir.
Dostları ilə paylaş: |