41
001 Yazı İdentifikatoru. Sahə yazını identikləşdirən
simvolları əks etdirir. İndikatorlara və altsahələrə malik
deyildir
.
010 Beynəlxalq Standart Kitab Nömrəsi (ISBN).
Sahə Beynəlxalq Standart Kitab Nömrəsini əks etdirir.
Birdən artıq düzgün ISBN nömrəsi yazılması tələb
olunduqda təkrarlanır. İndikatorlar təyin olunmayıb. $a
altsahəsində
ISBN
indeksi(devislə),
$z altsahəsində
sonradan ləğv olunmuş, səhv verilmiş və ya səhv çap
olunmuş ISBN nömrəsi yazılır.
Nümunə: 010_ _$a0‐11‐884094‐0$z0‐11‐884094‐X
020 Milli Biblioqrafiya Nömrəsi. Sahə milli
biblioqrafik agentlik tərəfindən sənədə verilmiş nömrəni və
agentliyin yerləşdiyi ölkənin kodunu əks etdirir. İndikatorlar
təyin olunmayıb. $a altsahəsində ölkənin kodu, $b
altsahəsində agentlik tərəfindən sənədə verilmiş nömrə, $z
altsahəsində isə yazıya verilmiş səhv nömrə yazılır.
022 Hökumət Nəşrlərinin Nömrəsi. Sahə hökumət
müəssisəsi tərəfindən və ya həmin müəssisə adından nəşr
edilmiş kitablara verilmiş nömrəni əks etdirir. İndikatorlar
təyin olunmayıb. $a altsahəsində sənədin nəşr olunduğu
ölkənin kodu, $b altsahəsində hökumət müəssisəsi
tərəfindən verilən nömrə, $z altsahəsində isə hökumət
nəşrinə verilmiş səhv nömrə yazılır.
Nümunə:022_ _$aUS$bHE17.302.W58/91
ABŞ hökümət nəşrlərinin nömrəsi
100 Ümumi İşlənmə Məlumatları. Sahə müəyyən
mövqelərdə yazılmış kodlaşdırılmış məlumatları əks
etdirir.
Biblioqrafik
yazıda
iştirakı
mütləqdir
və
təkrarlanmır.
İndikatorlar təyin olunmayıb. $a altsahəsində
ümumi işlənmə məlumatları müvafiq mövqelərdə
yazılır. Simvolların mövqeləri 0‐dan 35‐ə qədər nömrələnir.
42
•
Mövqe 0‐7‐da biblioqrafik yazının kompüterə daxil
edilməsi tarixi yazılır. Tarix 8 simvollu kod şəklində:
ilk dörd simvol ili, V və VI ‐ ayı, VII və VIII
simvollar isə yazının tərtib olunduğu günü
göstərir.
•
Mövqe 8‐də kitablar və bir təqvim ilində nəşr olunan
çoxcildli kitablar üçün –d, nəşri bir ildən artıq
davam edən çoxcildli kitablar üçün‐ g kodu yazılır.
•
Mövqe 9‐12‐də kitabın nəşr tarixi və ya nəşri bir
ildən artıq davam edən çoxcildli kitablar üçün nəşrə
başlanma tarixi yazılır.
•
Mövqe 13‐16‐də nəşri bir ildən artıq davam edən
çoxcildli kitablar üçün nəşrin bitdiyi tarix yazılır.
Kitablar üçün 4 probel qoyulur.
•
Mövqe 17‐19 ‐da kitabın məqsəd təyinatı kodu
aşağıdakı kodlar siyahısına uyğun yazılır:
a ‐ gənclər üçün, ümumi xarakterli ;
k ‐ həddi‐buluğa çatmışlar üçün, elmi;
m ‐ həddi‐buluğa çatmışlar üçün, ümumi
xarakterli;
u – məlum deyil.
Kodlar soldan sağa qoyulur. Bütün istifadə olunmayan
mövqelər probellərlə doldurulur.
•
Mövqe 20‐də kitabı nəşr edən hökumət təşkilatının
statusunu təyin edən aşağıdakı kodlardan biri
yazılır:
a ‐ federal/milli
b ‐ ştat (respublika)
f ‐ dövlətlərarası (hökümətlərarası)
y ‐ qeyri‐hökumət nəşri.
•
Mövqe 21‐də yazı modifikasiya olunmuşsa 1 əks
halda isə 0 kodu yazılır.
43
•
Mövqe 22‐24‐də kataloqlaşdırma dilinin kodu yazılır
(Bax: əlavə A).
•
Mövqe 25‐də yazıda istifadə edilmiş transliterasiya
qaydalarının tipini bildirən aşağıdakı kodlardan biri
yazılır:
a ‐ ISO transliterasiya qaydaları;
b ‐ digər qaydalar;
c ‐ qarışıq transliterasiya qaydaları: ISO və digər
qaydalar;
y ‐ transliterasiya qaydaları istifadə edilmir.
•
Mövqe 26‐29‐da biblioqrafik yazı mübadiləsi zamanı
istifadə olunan əlifba qrafikasını təyin edən
ikisimvollu kodlardan biri yazılır:
01 ‐ əsas latın ;
02 ‐ əsas kirill ;
03 ‐ genişləndirilmiş
14
latın;
04 ‐ genişləndirilmiş kirill qrafikas.
•
Mövqe 30‐33‐də əlavə simvollar yığımını təyin edən
kod yazılır. Əgər əlavə simvollar yığımı tələb
olunmursa, mövqelərdə probel qoyulur.
•
Mövqe 34‐35 –də kitabın sərlövhəsinin əlifba
qrafikasını bildirən aşağıdakı kodlardan biri yazılır:
ba‐ latın
ca‐kirill
da‐yapon‐qeyri‐müəyyən əlifba
db‐yapon‐kandji
dc‐yapon‐kana
ea‐çin
14
Genişlənmiş qrafika dedikdə latın və ya kirill əlifbasınin
hərfləri ilə birgə istifadə olunan xüsusi işarə və simvolların
yığımı başa düşülür.
44
fa‐ərəb
ga‐yunan
ha‐ivrit
ja‐koreya
zz‐digər
Nümunə:
100_ _$a19801205d1960_ _ _ _k _ _y0engy0103_ _ _ _ba
1960‐ci ildə nəşr olunmuş, ingilis dilində elmi
monoqrafiya, yazı modifikasiya olunmayıb.
101 Sənədin Dili. Sahə kataloqlaşdırılan kitabın,
onun hissələrinin və sərlövhələrinin dili, həmçinin tərcümə
olunmuş kitabın orjinal dili haqqında kodlaşdırılmış
informasiyanı əks etdirir. Dillərin 3 simvollu kodları Əlavə
A.‐da verilmişdir. Mütləqdir. 2 indikatora malikdir. Birinci
indikator tərcümə indikatorudur və əgər sənəd
orijinaldırsa 0 qiyməti, sənəd orijinaldan tərcümədirsə və ya
aralıq tərcümədirsə 1 qiyməti, kitab xülasə (rezyume)
istisna olmaqla digər dildə informasiyaya malikdirsə 2
qiyməti alır. İkinci indikator təyin olmayıb. $a altsahəsində
kitabın mətninin, $b altsahəsində aralıq tərcümənin, $c
altsahəsində orijinalın, $d altsahəsində kitabın xülasəsinin ,
$b altsahəsində isə mündəricatın dilinin kodu yazılır.
Nümunə:
1011_$aeng$brus$dger$dfre
Kitab ingilis dilindədir, rus dilindən tərcümə olunub,
alman və fransız dilində xülasəyə malikdir.
102
Nəşr
və
ya
İstehsal
Ölkəsi.
Sahə
kataloqlaşdırılan kitabın nəşr olunduğu ölkənin kodunu əks
edir. ibarətdir. İndikatorlar təyin olmayıb. $a altsahəsində nəşr
ölkəsinin kodu yazılır.
105 Kodlaşdırılmış Məlumatlar Sahəsi: Kitablar.
Sahə kitablar haqqında kodlaşdırılmış məlumatları əks
etdirir. İndikatorlar təyin olmayıb. $a altsahəsində kitab
haqqında kodlaşdırılmış məlumatlar müəyyən mövqedə