N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 

53

a)



 

70002$aAzərbaycan Respuğlikası Təhsil Nazirliyi 

$bBDU 

b)

 



71012$aİnformatika üzrə respublika elmi‐praktiki  

konfrans $d2$f2001$eBakı

 

711  Təşkilatın  Adı  ‐  Alternativ  İntellektual 

Məsulliyyət. Sahə alternativ intellektual məsulliyyətə malik 

təşkilatın adını bildirir. İndikatorlar  və altsahələr sahə 710‐

dakı kimidir. 

712  Təşkilat  Adı  ‐  İkinci  İntelektual  Məsulliyyət. 

Sahə ikinci intellektual məsulliyyətə malik təşkilat adını əks 

etdirir. İndikatorlar və altsahələr sahə 710‐dakı kimidir 

801  Yazını  Hazırlayan  Mənbə.  Sahə  biblioqrafik 

yazını  tərtib  edən,  yayan  və  modifikasiya  edən  təşkilatın 

adını  əks  etdirir.  Birinci  indikatorlar  təyin  olmayıb.  İkinci 

indikator  isə  İlk  yazını  hazırlayan  agentlik  üçün  0,  yazını 

maşinla  oxuyan  formaya  konvertə  edən  agentlk  üçün  1, 

yazınn  strukturunu  və  ya    intellektual  məzmunu 

modıfikasiya  edən  agentlik  üçün  2,  yazını  yayan  agentlik 

üçün  isə  3  qiyməti  alır.  $a  altçahəsində  Yazını  yayan 

təşkilatın  yerləşdiyi  ölkənin  kodu,  $b  altsahəsində 

agentliyin  tam  adı  və  ya  kodu,  $c  altsahəsində  yazının 

yaradılma və ya modifikasiya tarixi yazılır. 



 

54

2.AVTOMATLAŞMIŞ KİTABXANA –İNFORMASİYA 



SİSTEMLƏRİ. 

2.1   İRBIS Avtomatlaşmış Kitabxana –İnformasiya 

Sistemi. 

 

İRBIS[10] 



müasir 

Avtomatlaşmış 

Kitabxana–

İnformasiya Sistemlərinə qoyulan tələblərə tam cavab verən 

Avtomatlaşmış 

Kitabxana‐Informasiya 

Sistemidir 

və 


aşağıdakı xarakteristik xüsusiyyətlərə malikdir: 

‐Qeyri‐məhdud  sayda  işçi  yeri  olan  ixtiyari  tip  şəbəkədə 

fəaliyyət göstərir; 

‐Beynəlxalq    UNIMARC,  USMARC  və  RUSMARC 

formatları  əsasında  elektron  kataloqlaşdırmanı  və  axtarışı 

təmin edir; 

‐İxtiyari sayda informasiya bazası ilə işləyir; 

‐İstənilən təsvir elementlərinin və onların kombinasiyasının 

daha  tez  axtarışını  reallaşdıran  avtomatik  lüğətlərin 

yaradılmasını təmin edir; 

‐Avtoritet  faylların,  predmet  rubrikalarının  yaradılmasını 

və ondan istifadəni təmin edir; 

‐Ənənəvi  sənəd  formalarının  hazırlanmasını, 

«ştrix‐kod» 

texnologiyasının

1

 



tətbiqini,

  mətn,  qrafiki  və  digər  proqram 

obyektlərin idxalını təmin edir;

 

 



‐Sadə  və  digər  dillərə  tərcümə  oluna  bilən  işçi  interfeysə, 

daxiletməni  asanlaşdıran  və  avtomatik  səhvlərin  və 

təkrarlanmanın  yoxlanılmasnı  təmin  edən  vasitələrə 

malikdir və s.  

Sistem  özündə  5:  Komplektləşmə,  Kataloqlaşdırıcı, 

Oxucu,  Kitab  verilişi  və  Administrator  Avtomatlaşmış  İşçi 

Yerlərini (AİY)  birləşdirir.  

 

                                                           



1

 Kitabın  və oxucunu identifikasiyası üçün. 

 

55

OXUCUʺ_AVTOMATLAŞMIŞ_İŞÇİ_YERİ____ʺOXUCUʺ'>ʺOXUCUʺ AVTOMATLAŞMIŞ  İŞÇİ YERİ 



 

ʺOXUCUʺ  Avtomatlaşmış  İşçi  Yeri

2

  ‐  Elektron 



kataloq  istifadəçilərinin  avtomatlaşdırılmış  işçi  yeri  olub, 

lokal  kompüter  şəbəkəsində    qeyri  məhdud  sayda 

istifadəçinin, eyni vaxtda Elektron kataloqun eyni verilənlər 

bazasından  biblioqrafik  təsvirin  bütün  əsas  elementləri  və 

onların  kompleks  birləşmələri  üzrə  lazımi  ədəbiyyatın 

axtarışını, tapılmış ədəbiyyatın sifarişini təmin etmək üçün 

nəzərdə tutulub.  

ʺOXUCUʺ  Avtomatlaşmış  İşçi  Yerindən  istifadə  edən 

hər bir oxucu işə başlamazdan əvvəl sistemdə qeydiyyatdan 

keçməlidir.  Oxucu  qeydiyyatdan  keçmək  üçün  sistemə 

oxucu  biletinin nömrəsini və ya adını, soyadını və atasının 

adını  daxil  etməlidir(şək.1).  Sistemdə  qeydiyyatdan 

keçməyən  oxucu  ʺOXUCUʺ  Avtomatlaşmış  İşçi  Yerindən 

istifadə edə bilməz. 

Şək. 1. 


ʺOXUCUʺ Avtomatlaşmış İşçi Yeri sadə istifadəçi 

interfeysinə

3

 malikdir. Bu isə qısa müddətdə onun 



mənimsənilməsini təmin edir.  

ʺOXUCUʺ Avtomatlaşmış İşçi Yeri  iki əsas ‐ axtarış 

və baxış funksiyalarını yerinə yetirən AXTARIŞ (Поиск) və 

                                                           

2

 Avtomatlaşmış İşçi Yeri ‐ mütəxəssisin əməyini avtomatlaşdıran 



proqram vasitəsidir. 

3

 İnterfeys ‐ istifadəçinin proqramdan istifadəsini reallaşdıran 



vasitələrdir. 


 

56

BAXIŞ (Просмотр) işçi bölmələrindən ibarətdir (şək. 2). Bir 

bölmədən  digərinə  keçid    uyğun  bölmə  dəyişdiricisi  ilə 

həyata keçirilir. 

 

 

Şək.2. 



 

Axtarış  aparmaq  uçün  ilk  növbədə  VERİLƏNLƏR 



BAZASI (База данных)  AXTARIŞ NÖVÜ (Вид поиска) 

açılan  siyahılarından  müvafiq  olaraq  axtarış  aparacağımız  

verilənlər  bazasını  və  axtarış  parametrini‐məqsədəuyğun 

biblioqrafik təsvir elementini (açar sözlər, müəllif, sərlövhə 

və  s.)  seçirik.  Seçilmiş  axtarış  növünə  uyğun  cari  sorğu 

üçün  axtarış  terminlərinin  siyahısı  LÜĞƏT  (Словарь) 

sahəsində  əks  olunacaqdır.  LÜĞƏT  sahəsində  terminlərin 

siyahısı  əlifba  ardıcıllığı  ilə  təqdim  olunur.  LÜĞƏT 

sahəsindən  lazımi  termini  seçib  CARİ  SORĞU(Текущий 

запрос)  sahəsinə  ötürmək  üçün  Seçim  (Отбор)  düyməsini 

 

57

sıxmaq lazımdır



4

. Bu işi həmçinin kursoru seçilmiş terminin 

üzərinə qoyub siçanın sol düyməsini iki dəfə sıxmaqla və ya 

LÜĞƏT  sahəsində  kursoru  lazımi  terminin  üzərinə  qoyub 

buraxmayaraq CARİ SORĞU sahəsinə ötürməklə də yerinə 

yetirmək olar. LÜĞƏT sahəsində lazımi termini tez tapmaq 

üçün Açar (Ключь) sətrindən istifadə olunur. Əgər biz Açar 

sətrinə    ʹʹmaʹʹ  ifadəsini  daxil  etsək,  LÜĞƏT  sahəsindəki 

terminlərə  baxış  verilən  ifadəyə  uyğun  başlayacaq.  Məs: 

maşın,  marafon  və  s.    Yerinə  yetirmək  (Выполнить) 

düyməsini  sıxdıqdan  sonra  sorğunun    nəticəsi  ‐  sorğuya 

görə  tapılan  sənədlərin  sayı  YERİNƏ  YETİRİLMİŞ 

SORĞULAR  (Выполненые  запросы)  sahəsində  əks 

olunacaq.  CARİ  SORĞU  sahəsindəki  Ləğv  Etmək 

(Удалить)  və  Yeni  (Новый)  düymələri  müvafiq  olaraq  

CARİ SORĞU sahəsinə ötürülmüş axtarış terminlərini ləğv 

edir  və  ya  yeni  sorğuların  yaradılması  üçün  yeni  sahə 

təqdim edir. 

 

Misal:  Tutaq  ki,  bizə  Çaykovskinin  hər  hansı  bir 

əsəri  lazımdır.  Bu  sorğu  ilə  axtarış  aparmaq  üçün  ilk 

növbədə Verilənlər bazası açılan siyahıdan müvafiq bazanı 

(IRBIS – Тестовая библиотечная БД) seçirik. Axtarış növü 

komponentindən  isə  müvafiq  təsvir  elementini,  yəʹni  bizə 

Çaykovskinin  əsəri  lazım  olduğu  üçün  ʹʹmüəllifʹʹ  (Автор) 

təsvir  elementini  seçirik.  Bu  zaman  LÜĞƏT  sahəsində 

ʹʹmüəllifʹʹ axtarış elementinə uyğun terminlər əks olunacaq. 

Sonra terminlər siyahısından Çaykovskini qeyd edir, Seçim 

(Отбор)  düyməsini  sıxaraq  CARİ  SORĞU  sahəsinə 

ötürürük.  Növbəti  addımda,  Yerinə  yetirmək    düyməsini 

sıxırıq    və  sorğunun    nəticəsinin  YERİNƏ  YETİRİLMİŞ 

SORĞULAR sahəsində əks olunduğunu görürük. 

                                                           

4

 Axtarış terminini CARİ SORĞU sahəsinə bilavasitə 



klaviaturadan da daxil etmək olar 


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə