N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   2   3   4   5   6   7   8   9   ...   31

 

5

az‐çox bələd olan hər bir şəxs bu kitabdan özü üçün maraqlı 



informasiya əldə edə biləcək. 

Təqdim 


olunan 

dərs 


vəsaitində 

oxucular 

kitabxanaların  avtomatlaşdırılmasının  əsas  prinsipləri,  bir 

sıra  Avtomatlaşmış‐Kitabxana  İnformasiya  Sistemlərinin 

başlıca  funksiyaları,  iş  prinsipləri,  korporativ  kompüter 

kitabxana‐informasiya    şəbəkəsi  ilə  tanış  olacaqlar.  Dərs 

vəsaitində  Azərbaycan  dilində  ilk  dəfə  olaraq  maşınla 

oxunan  formatlar  haqqında  məlumat  verilmiş  və  kitablar 

üçün  UNIMARC[3]  və    USMARC[6]  formatında  elektron 

biblioqrafik  yazıların  yaradılması  şərh  olunmuşdur. 

Müəlliflərin  fikrincə  UNIMARC,    USMARC  və  digər 

maşınla  oxunan  biblioqrafik  formatlar  ayrıca  fənn  kimi 

kataloqlaşdırma 

və 


biblioqrafiya 

sahəsində 

çalışan 

mütəxəsiss‐alimlər  tərəfindən  ayrıca  fənn  kimi  tədris 

olunmalıdır  və  ümid  edirlər  ki,  onların  yazacaqları  

kitablarda  bu  formatlar  daha  geniş  və  əsaslı  şəkildə    şərh 

olunacaqdır.  

Müəlliflər  dərs  vəsaitinin  nəşrə  hazırlanmasında 

kitabın 

elmi 


redaktorunun‐BDU‐nun 

«Hesablama 

riyaziyyatı»  kafedrasının  dosenti  İsabala  Qurbanovun  

əvəsiz xidmətləri olduğunu bildirməyi özlərinə borc bilirlər. 

Məhz  onun    məsləhətləri,  göstərişləri,  tələbkarlığı  və  kitab 

üzərində müəlliflərlə birgə yaradıcılıq işi sayəsində qısa bir 

müddətdə    bu  dərs  vəsaitini  hazırlamaq  mümkün 

olmuşdur.  Müəlliflər  həmçinin,  kitabın  nəşr  olunmasında 

kömək 

etmiş 


şəxslərə: 

BDU‐nun 


«Kitabxanaların 

kompüterləşdirilməsi» ETL‐nın işçisi Aynur Quliyevaya və 

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Elçin 

Məmmədova  və  Atiq  Əliyevə  öz  minnətdarlıqlarını 

bildirirlər.  

 



1.KITABXANALARIN AVTOMATLAŞDIRILMASININ 

NƏZƏRI ƏSASLARI. 

1.1 Kitabxananın avtomatlaşdırılmasının məqsədi və 

əhəmiyyəti

 

Dünya 



təcrübəsi 

göstərir 

ki, 

kitabxanaların 



avtomatlaşdırılması  –  yüksək  ixtisaslı  kitabxanaçıların, 

linqivistlərin  və  proqramlaşdırıcıların  birgə  əməyini  tələb 

edən  informasiya  texnologiyası  sahəsində  vacib  və 

mürəkkəb  məsələlərdən  biridir.  Kitabxana  proseslərinin 

kompleks  şəkildə  avtomatlaşdırılması    Avtomatlaşdırılmış 

Kitabxana 

Informasiya 

Idarəetmə 

Sistemlərinin 

yaradılmasını nəzərdə tutur.  Avtomatlaşdırılmış Kitabxana 

Informasiya  Idarəetmə  Sistemlərinin  yaradılmasının  əsas 

məqsədlərindən  biri  informasiya  selinin  sürətlə  artdığı  və 

yeniləşdiyi  müasir  şəraitdə,  şəbəkə  texnologiyası  əsasında 

coğrafi  məsafədən  asılı  olmayaraq  kitabxanalar  arasında 

informasiya  mübadiləsini  genişləndirmək  və  oxucu 

sorğusunu  operativ  yerinə  yetirməkdir.  Sistemin  tətbiqi 

aşağıdakıları təmin edir: 

1.

 



Ağır,  yorucu  və  əlaqəli  kitabxanaçı  əməyinin 

avtomatlaşdırılmasını;. 

2.

 

Vaxta və insan ehtiyatlarına qənaəti; 



3.

 

Müxtəlif 



əlamətlərinə 

görə 


ədəbiyyatın 

çoxaspektli axtarışını; 

4.

 

Operativ  və  az  xərclə  ən  yeni  informasiya 



mübadiləsini; 

5.

 



Oxuculara  yüksək  elektron  xidmət,  oxucu 

sorğusunun ON‐Line yerinə yetirilməsini; 

6.

 

İnformasiyanın  köhnəlməsi  ilə  əlaqədar  olaraq 



kitabxana fondunun operativ yeniləşməsi, oxucu 

tələbatına uyğun komplektləşdirilməsini; 




 

7

7.



 

Oxuculara  xidmət  də  daxil  olmaqla  bütün 

proseslərin statistikasını və  real uçotunu; 

8.

 



Ədəbiyyatın  qaytarılma  müddətinə  elektron 

nəzarət; 

9.

 

Kitabxana 



fondunun 

elektron 

formada 

hazırlanması 

ilə 

çox 


nüsxəli 

kitabların 

alınmasına  olan  ehtiyac  aradan  qaldırmasını, 

kitabların bərpası, xidmət xərclərinin minimuma 

endirilməsini,  böyük  kitabxana  sahəsindən  

imtina etməyi; 



10.

 

Ayrı‐ayrı  kitabxanalarda  görülən  işlərin  təkrar 

yerinə 

yetirilməsinin 



qarşısını 

alacaq 


və 

ədəbiyyat  axtarışı  və  sifarişinin  effektivliyini 

təmin  edəcək  korporativ  kitabxana‐informasiya 

şəbəkəsinin

1

 yaradılmasını və s.  



 

 

1.2 Kitabxananın avtomatlaşdırılmasının əsas prinsipləri. 



 

Kitabxananın  avtomatlaşdırılması  cəmiyyətin  dəqiq 

və  operativ  informasiyaya  böyük  təlabatı  olduğu  müasir 

dövrümüzdə  vacib  və  çoxaspektli  məsələlərdən  biridir. 

Avtomatlaşdırmanın  uğurlu  nəticələnməsi  ilk  növbədə, 

görüləcək işlərin düzgün təşkilindən çox asılıdır. Hələ 1971‐

ci  ildə  kitabxana‐informasiya  sahəsində  dünyada  aparıcı 

mütəxəsislərdən  hesab  olunan  X.X.Bernşteyn  kitabxananın  

avtomatlaşdırılması    üçün  aşağıdakı  prinsipləri  irəli 

sürmüşdür: 

1.

 

Kitabxananın  avtomatlaşdırılmasının Texniki sənədinin 



hazırlanması.  Bu  sənəddə  kitabxana  haqqında  tam 

                                                           

1

 

Bax: III fəsil 



 

 



məlumat:  strukturu,  idarə  olunması,  kadr  potensialı, 

fondu,  oxucu  kontingenti,  xidmət  növləri,  texniki  və 

informasiya 

təchizatı, 

maliyyə 

mənbələri, 

kitabxanalararası  və  beynəlxalq  kitabxana  təşkilatları  ilə 

əlaqələri,  statistik  göstəriciləri,  avtomatlaşdırmanın 

məqsədi 

və 


əhəmiyyəti, 

kitabxananın 

texniki‐

informasiya 

təlabatı 

əksini 


tapmalıdır. 

Sənəd 


hazırlanarkən,  dərin  analiz  aparılmalı,  kitabxanaların 

avtomatlaşdırma  təcrübəsi,  kitabxana  ‐  informasiya 

texnologiyası  sahəsində  qabaqcıl  nəzəri  və  praktiki 

biliklər  öyrənilməli,  kitabxanın  heç  olmasa  gələcək  10 

illik inkişaf prespektivləri, və s.  nəzərə alınmalıdır.  

2.

 



Texniki 

sənəd 


əsasında 

Kitabxananın 

Avtomatlaşdırılması 

 

Layihəsi 



hazırlanmalıdır

2



Kitabxananın    Avtomatlaşdırılması  layihəsi  kompüter‐

informasiya  texnologiyası  mütəxəsissləri  tərəfindən 

hazırlanır və 3 vacib bölmədən ibarət olur: 

 



Texniki  təminat.  Bu  bölmədə    kitabxananın 

avtomatlaşdırılması  üçün  zəruri  olan  texniki  qurğular  və 

vasitələrə:  kompüter,  perferiya,  şəbəkə‐kommunikasiya, 

elektrik,  mühafizə  və  s.  avadanlıqlarına,  rabitə  xətləri  və 

kanallarına təlabat  şərh olunmalı və əsaslandırılmalıdır. Bu 

bölmədə  həmçinin  quraşdırılacaq  avadanlıqların,  rabitə 

vasitələrinin  texniki  göstəriciləri,  onları  satan  ən  azı  üç 

firmanın  qiymətlər  siyahısı,  yerləşmə  və  quraşdırma 

sxemləri öz əksini tapmalıdır. 

 



Proqram təminatı. Layihənin bu bölməsində istifadə 

olunacaq proqram təminatı, onun funksiyaları şərh olunur.  

Proqram təminatının seçilməsi  üçün kompüter‐informasiya 

texnologiyası  bazarında  mövcud  proqram  təminatı  analiz 

                                                           

2

 



Layihənin rəhbəri və yerinə yetirilməsinə məsul şəxs kitabxana 

direktrordur. 




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə