N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

 

112


 

Tapılmış  kitabların  siyahısı  (müəllif,  sərlövhə, 

nəşriyyat, həcmi ünsürləri) işçi sahənin aşağı hissəsində cari 

kitabın  biblioqrafik  təsviri  isə  sol  yuxarı  paneldə  əks 

olunur(şək.45).  

 

 



Şək.45 

 

Tapılmış  bu  və  ya  digər  kitabı  sifariş  vermək  üçün  onu 



sifariş  üçün  seçmək  lazımdır.  Bunun  üçün  ilk  növbədə 

Sənəd)  menyusunun  Cari  sənədi  qeyd  etmək  (Отметить 

текущий  документ),  Sənədləri  qeyd  etmək  (Отметить 

документы)  əmrlərindən  birini  yerinə  yetirməklə  qeyd 

etmək  lazımdır.  Sənədləri  qeyd  etmək  əmrini  yerinə 

yetirdikdə  açılan  dialoq  pəncərəsinin  (şək.46)  müvafiq 

parametrlərini  seçməklə  bütün  tapılmış  sənədləri  və  ya 

konkret saylı sənədi qeyd etmək olar. 

 

113 



 

 

Şək.46 



 

 Qeyd  etmədən  imtina  etmək  üçün  Qeyd  etmədən  imtina 

(Снять  все  отметки)  əmrini  yerinə  yetirmək  kifayətdir. 

Qeyd  etdikdən  sonra    alətlər  panelinin  “Kitabı  secmək” 

(Отобрать  книгу)  düyməsini  sıxmaqla  qeyd  olunmuş 

sənədləri  sifariş  üçün  seçirik.  Onların  siyahısı  işçi  sahənin 

sağ yuxarı panelində əks olunacaq.  

 

Sifariş”(Заказать  книгу)  düyməsini  sıxdıqdan 



sonra  açılan  pəncərədə  oxucu  biletinin  nömrəsini  və 

soyadını  daxil  etməklə  seçilmiş  kitablar  sifariş  olunur. 

Sifarişin yerinə yetirilməsi Abonoment AİY ilə təmin edilir. 

 

Axtarış  AİY  konkret  oxucuya  verilmiş  kitabların, 



konkret oxucunun sifarişinin siyahısını, axtarışın nəticəsini, 

sifariş  üçün  seçilmiş  kitabların  siyahısını  hesabat  şəklində 

çap  etməyi  təmin  edir.  Bunun  üçün  Hesabat  (Отчеты) 

menyusunun müvafiq olaraq Verilmiş ədəbiyyatin siyahısı 

(Список 

выданной 

литературы), 

Sifariş 

edilmiş 

ədəbiyyatin (Список заказанной литературы), Hesabatlar 

(Отчеты) əmrlərindən birini yerinə yetirmək lazımdır. 

 

 

 



On-line ахтарыш 

 



 

114


«MARC‐SQL‐1.5» 

Avtomatlaşmış 

Kitabxana 

İnformasiya İdarəetmə Sistemi kitabxanalara öz elektron və 

biblioqrafik 

informasiya 

ehtiyatlarını 

INTERNET/INTRANET 

şəbəkələri 

vasitəsilə 

ümümi 

istifadəyə 



verilməsini 

təmin 


edir. 

Oxucular 

uzaq 

məsafədən‐“On‐line” 



olaraq 

kitabxananın 

elektron 

kataloqunda  axtarış  apara  bilər,  elektron  nəşrləri    əldə  edə 

bilərlər.  Uzaq  məsafədən  axtarış  aparmaq    üçün  Internet 

Explorer  brauzerini  [4‐5]  yükləmək,    brauzerin  ünvan 

sətrində  müvafiq  ünvanı  yazmaqala  axtarış  formasınının 

Web‐səhifəsini (şək.47) çağırmaq lazımdır.  

 

 

 



Şək.47 

 

Daha  sonra  oxucu  Web‐səhifənin  interfeys  elementləri 



vasitəsilə    öz  sorğusunu  formalaşmdıraı  və  yerinə 

 

115 



yetirilməsi  üçün  informasiya  mənbəyinə‐Web  serverə 

göndərə  bilər.  Bunun  üçün  oxucu  ilk  növbədə  Verilənlər 



bazasının  seçilməsi  (Выбор  БД)    elementi  vasitəsi  ilə  axtarış 

aprarılacaq 

informasiya 

bazasının, 

müvafiq 

axtarış 


sahələrini:  Müəlliflər(Авторы),  Sərlövhə(Заглавие),  Açar 

sözlər(Ключевые  слова)  sahələrindən  birini  və  ya  bir 

neçəsinin,  «və»,  «və  ya»məntiqi  operatorundan  müvafiq 

olanını  seçib  axtarış  terminini  daxil  etməlidir.  Yazının 

tipi(Тип  записи)  və  Biblioqrafik  səviyyə  (Библ.  Уровень) 

elementləri  oxuculara  axtarılan  materialların  tipini:  not, 

xəritə,qrafika,  fayl,  musiqi‐səs  yazıları,  monoqrafiya, 

məqalə,  dövrü  mətbuat  və  s.    seçilməsinin  təmin  edir. 

Axtarışın  nəticəsinin  QOST,  UNIMARC  və  ya  USMARC 

formatında olması və hər bir Web səhifədə neçə biblioqrafik 

yazınını əks olunması müvafiq olaraq Nəticənin forması (Вид 

ответа)  elementləri  ilə  tənzimlənir.  Oxucu  öz  sorğusunu 

formallaşdırdıqdan  sonra  Axtarmaq  (Найти)  düyməsini 

sıxmaqla  yerinə  yetirilməsi  üçün  Web  serverə  göndərir.  

Axtarışın  nəticəsi    növbəti  açılan    Web  səhifədə  oxucunun 

müəyyənləşdirdiyi formatda əks oluncaqdır(şək.48).  Oxucu 

tələb  olunan  ədəbiyyatı  tapılan  ədəbiyyat  siyahısından 

seçib,  oxucu  biletinin  nömrəsinin  daxil  etdikdən  sonra 



Sifariş  (Заказ)  düyməsinin  sıxmaqla  sifariş  verə  bilər, 

ədəbiyyatın  elektron  variantı  olduqda  isə  onu  əldə  edə 

bilər. 

 

 



 

 

 




 

116


 

 

Şək.48 



 

Komplektləşdirici Avtomatlaşmış İşçi Yeri 

 

Komplektləşdirici  AİY  altsistemi  yeni  ədəbiyyatın 



sifarişini,  sifrişin  yerinə  yetirməsinə  nəzarəti,    kitabxanaya 

daxil  olan  ədəbiyyatın  uçotunu,  bir  sıra  mühasibat 

sənədlərinin  hazıranmasını    təmin  edir.    Kitabxanaya  yeni 

ədəbiyytın  sifarişi,  mübadilə  yolu  ilə  nəşriyyat  və  ya  digər 

kitabxanalardan    əldə  edilmiş  biblioqrafik  yazılar  əsasında 

aparılır.  Belə  ki,  kitabxananın  kompletləşdirmə  şöbəsinin 

işçisi  ilk  növbədə  Komplektləşdirici  AİY  altsisteminin 

Sənəd  menyusunun  Axtarmaq,  Hamısını  axtarmaq  və 

Lüğətlə  axtarmaq

14

  əmrlərinin  vasitəsilə    sifariş  verəcəyi 



                                                           

14

 Bu əmrlərlə Axtarış AİY, Kataloqlaşdırıcı AİY altsistemlərinin 



izahı zamanı tanış olmuşuq. 

 

117 



ədəbiyyatın  biblioqrafik  təsvirini  proqram    pəncərəsininn 

yuxarı yarım hissəinə –sifariş panelinə çağırır(şək.49).  

 

Şək.49 


 

 

Sonra  o,  Servis  menyusunun  Sifariş  (Заказ)  əmrini 



yerinə  yetirməli    və  ya  alətlər  menyusunun  Sifariş  (Заказ) 

düyməsini 

sıxmalıdır. 

Bu 


zaman 

açılan 


dialoq 

pəncərəsində(şək.50) ədəbiyyatın nəşr olunduğu nəşriyyatı, 

daxil  olma  mənbəyini,  sifarişin  nüsxəsini,  bir  nüsxənin 

qiymətini, sifarişin tarixinin və müddətini müəyyən edərək 



Əlavə etmək (Добавить) düyməsi sıxılmalıdır. Sifariş olunan 

ədəbiyyatın  adı  proqram  pəncərəsinin  aşağı  yarım 

hissəsində‐sifarişlərin siyahısı panelində əks olunacaqdır. 

Şək.50 



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə