N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   23   24   25   26   27   28   29   30   31

 

 

132



ник) pəncərəsindən daxil etməyə, “uzun

1

” sahələri redaktə 



etməyə

2

,  cari  sahənin  təyinatı  haqqında  məlumat  almağa 



imkan yaradır. 

 

Şək.67. 



 

Yeni  (Новая)  düyməsi  yeni  yazının  daxil  olunma‐

sını,  Surətin  alınması  (Копия)  düyməsi  cari  sahənin 

surətinin  mübadilə  buferində  saxlanılmasını,  Tam  mətn 

(Полный  текст)  düyməsi  isə  856  $u  sahəsində  ünvanı 

göstərilmiş  elektron  sənədlə  tanış  olmağa  imkan  verir. 

Nüsxələnmə (Дублетность) düyməsi isə bazada yazının neçə 

nüsxə  olmasını  yoxlayır.  Binokl  şəkilli  düymə  isə  yazının 

856  $u  sahəsinə  sənədin  tam  mətninin  ünvanını 

mənimsətməyə  imkan  verir.  Eyni  qayda  ilə  sənəddə 

                                                 

1

 Çox simvollu sahə göstəriciləri. 



2

 Bu zaman müvafiq pəncərə açılır.. 

 

 

133 



mövcud biblioqrafik yazıları redaktə etmək olar. Yaradılmış 

və  redaktə  olunmuş  sənədi  yadda  saxlamaq  üçün 



KATALOQ  menyusunun  Yazını  yadda  saxlamaq  (Сохра‐

нить записи) əmrini yerinə yetirmək lazımdır.  

 

 

 



 

KİTAB VERİLİŞİ 

 

 



Oxucuya  kitab  verilişinin  qeydiyyatını  aparmaq 

üçün 


ilk 

növbədə 


oxucu 

haqqında 

informasiya 

OXUCULAR (Читатели) kataloqunda saxlanılmalııdır.  

Oxuculara kitab verilişinin qeydiyyatı ştrix‐kod üzrə 

aparılır (923$b ‐ Kitabların kodu və 863$t Nüsxənin kodu) .  

Bundan  sonra  KATALOQ    menyusundan  Kitab  verilişi 

(Выдача  книг)  əmri  yerinə  yetirilməlidir.  Açılmış 

pəncərədə  (şək.68)  Oxucu  haqqında  informasiya  (Информ‐

ция  о  читателе)  bölməsinə  oxucunun  ştrix  kodu  daxil 

edilir.  KİTABI  ALMAQ  (Принять  книгу)  və  ya  KİTABI 

VERMƏK  (Выдать  книгу  )  sahələrinə  daxil  edilmiş  kitabın 

ştrix  kodunun  parametrləri  kitabxanadan  kitabların  alın‐

masından və ya qaytarılmasından asılıdır. Vermək (Выдать) 

və  ya  Almaq  (Принять)  düymələrinin  köməyilə  reestrdə

1

 

oxucuya verilmiş kitabı qeydə almaq və oradan silmək olar. 



Verilmiş  kitablar  (Выданные  книги)  pəncərəsində  oxucuya 

verilmiş kitabların siyahısı əks olunur. 

                                                 

1

 



Reestr kitabların qeydiyyat cədvəlidir. 


 

 

134



Şək.68. 

KİTABLAR  və OXUCULAR kataloqunda qaytarılan 

kitabların  qeydə  alınması  funksiyaları  eynidir.  Təkcə 

KİTABLAR  kataloqunda  qaytarılan  kitab,  OXUCU  katalo‐

qunda  isə  kitabı  qaytaran  oxucu  qeydə  alınır.  Məsələn, 

oxucu  674359  kodlu  nüsxəli  kitabı  qaytarmaq  istəyirsə, 

bunun üçün qeydə alma KİTABLAR kataloqunda aşağıdakı 

qayda ilə aparılacaqdır: 

1.

 

KİTABLAR kataloqu seçilir; 



2.

 

Axtarış  funksiyasının  köməyi  ilə  qaytarılan  kitab 



haqqında informasiya KİTABLAR kataloqundan tapılır; 

3.

 



OXUCUYA  KİTAB  VERİLİŞİ  (Выдача  книг  читателю) 

forması açılır; 

4.

 

Kitabın  qaytarılması  burada  qeydə  alınır.  Bunun  üçün 



formada oxucunun və qaytarılan kitabın parametrlərini 

göstərmək lazımdır. Sonra Almaq (Принять) düyməsini 

 

 

135 



sıxmaq lazımdır. Parametrlər düzgün olmadıqda, sistem 

bu barədə məlumat verir. Əgər kod tapılmışdırsa, onda 



VERILƏN  KITABLAR  pəncərəsində  həmin  kodlu  kitab  

əks olunacaqdır və o, reestrdən silinəcəkdir. 

 

 

 



 

2.4 OPAC‐GLOBAL Avtomatlaşmış Kitabxana‐

İnformasiya Sistemi 

 

OPAC‐GLOBAL Avtomatlaşmış Kitabxana‐İnformasiya 

Sistemi 


2002‐ci 

ildə 


DİT‐M 

(Rusiya 


Federasiyası)  

kompaniyası  tərəfindən  yaradılmışdır.  OPAC‐GLOBAL 

Web‐texnologiya  və  kliyent‐server  arxitekturası  əsasında 

hazırlanmışdır.  Sistemin  əsas  funksiyaları  Web  klientlər 

əlavəsi  ilə‐standart  brauzerlər

1

  vasitəsilə  həyata  keçirilir.  



Sistem: 

-

 



RUSMARC,  UNIMARC,  USMARC  formatlarında  kata‐

loqlaşdırmanı; 

-

 

On‐Line ədəbiyyat axtarışını və sifarişini; 



-

 

Kataloqlaşdırma  və  axtarış  zamanı  avtoritet  fayllardan 



istifadəni; 

-

 



Ədəbiyyatın  uçotunun  aparılmasının  və  hərəkətinin 

izlənməsini; 

-

 

Biblioqrafik  yazıya  nəsrin  tam  məzmununu  bildirən 



elektron obyektlərin əlavə edilməsi və axtarışını; 

 

-



 

Avtoritet və biblioqrafik yazıların idxalı və ixracını; 

-

 

Oxucuların 



və 

uzaq 


məsafədən 

istifadəçilərin 

sifarişlərinin statistik uçotunun aparılmasını ; 

                                                 

1

 

Məs: Internet Explorer 




 

 

136



-

 

Müxtəlif  maliyyə  hesabatlarının  hazırlanmasını  və  s. 



təmin edir. 

Sistem  istifadəçinin  tələbatına  uyğun  asanlıqla  adaptasiya 

oluna bilər. Bu isə sistemin nəinki MARC formatı ilə, digər 

daxili formatlarla məs QOST‐la işləməsinə imkan verir. 

 

OPAC‐GLOBAL  sadə  və  qrafiki  işçi  interfeysinə 

malikdir.  Bundan  əlavə  sistemdə  kataloqlaşdırmanı 

sürətləndirmək  və asanlaşdırmaq  üçün aşağıdakı vasitələr 

nəzərdə tutulmuşdur: 

1.

 

Digər kitabxanaların elektron kataloqlarından, (məs: PM 



book  OCLC),    nəşriyyatlardan  (CIP,  Boooks  in  Print  və 

s) biblioqrafik yazıların əldə olunması; 

2.

 

Oxşar yazıların redaktəsi; 



3.

 

Korporativ (birgə paylanmış) kataloqlaşdırma;  



4.

 

Siyahılardan sahələrə informasiyanın daxil edilməsi; 



5.

 

Korlanmış  informasiyaların  soraq  fayllarından  istifadə 



etməklə bərpası; 

6.

 



Help‐dən istifadə. 

  

Sistemdə informasiya axtarışı standart Web‐brauzer 



vasitəsilə  istifadəçinin  hazırlıq  dərəcəsindən  asılı  olaraq: 

baza,  genişlənmiş  və  professional  formada  həyata  keçirilir 

(şək.69).  Axtarışın  nəticəsi  nizamlana  bilər  və    MARC  for‐

matında və ya biblioqrafik kart formasında, hissə‐hissə

1

 ek‐


randa əks oluna bilər (şək.70).   

                                                 

1

 

İstifadəçinin istəyinə uygun hər Web‐səhifədə müəyyən sayda 



tapılmış biblioqrafik yazının əks olunması 

 

 



137 

 

Şək.69 



Yeni  axtarış  zamanı  əvvəlki  axtarışın  formalarından  da 

istifadə  oluna  bilər.  Bu  mürəkkəb  axtarış  üçün  çox 

əlverişlidir.  İstifadəçi  həmçinin  kitabxanada  axtardığı  

ədəbiyyatın  hal‐  hazırda  «sərbəst»

1

  nüsxəsinin  olmasını 



öyrənə  bilər,    ədəbiyyatın    surətini  və  elektron  variantını 

sifariş verə bilər. 

Sistem  istifadəçilərə  sərbəst  surətdə  öz  elektron 

nəşrlərini «elektron sənəd» bazasına əlavə etməyı və mətnə 

görə axtarışı təmin edir. 

 Oxucuların  qeydiyyatı  və  istifadə  hüquqları 

ədəbiyyatın  tipinə  və  istifadə  etdikləri  kompüterlərin  IP 

ünvanlarına  görə,  sistem  adminstratoru  siyasəti  vasitəsilə 

həyata keçirilir.  Həmçinin bu siyasət vasitəsilə informasiya 

bazalarınin yenidən indeksləşməsi, arxivləşməsi, informasi‐

yanın bərpası həyata keçiri  lir. 

                                                 

1

 Oxucularda olmayan 




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə