N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   23   24   25   26   27   28   29   30   31

 

 

138



 

 

Şək.70 



 

 

 



 

OPAC‐GLOBAL  həmçinin  korporativ  kitabxana‐

informasiya  şəbəkəsinin  yaradılmasını,  paylanmış  virtual 

avtomatlaşmış    xidmətin  həyata  keçirilməsini,    korporativ 

kataloqlaşdırmanı və yekun kataloqun yaradılmasını təmin 

edir. 

 

 




 

139


3. KORPORATIV KITABXANA‐İNFORMASIYA 

TEXNOLOGİYASI. 

3.1 Korporativ Kitabxana‐İnformasiya Şəbəkələri. 

 

Kompüter 



şəbəkə 

və 


telekommunikasiya 

texnologiyalarının 

sürətli 

inkişafı 

kitabxanaların 

avtomatlaşdırılmasında 

 

yeni 


istiqamətin‐Korporativ 

Kitabxana‐İnformasiya Şəbəkələrinin yaradılmasının əsasını 

qoydu[11].  Korporativ  Kitabxana‐İnformasiya  Şəbəkəsi 

kataloqlaşdırma  və  elektron  kataloq  yaradılması  işində 

paylanmış    və  birgə  kataloqlaşdırma  tətbiq  etməklə 

ədəbiyyatın  çoxqat  təkrar  kataloqlaşdırmasının  qarşısını 

alır,  əmək  sərfinin  minumuma  endirir,  kataloqlaşdırma 

əməyindən,  maliyyə    vəsaitlərindən  səmərəli  istifadəni 

təmin edir. Belə ki,  biblioqrafik yazı  bir dəfə, ədəbiyyatın 

biblioqrafik  yazısını  ilk  dəfə  yaradan  kitabxana,  nəşriyyat 

və  kitab‐ticarəti  müəssisələri  (məs:  kitab  palatası  və  s.) 

tərəfindən hazırlanır. Digər kitabxanalar hazır yazıları idxal 

edir  və  tələb  olduqda  yeni  əlavələr  etməklə  öz  elektron 

kataloquna  əlavə  edir.  Başqa  sözlə  hər  bir  kitabxananın  və 

şəbəkənin yekun elektron kataloqu kitabxanaların qarşılıqlı 

yardımı  əsasında  yaradılır.    Bu    isə  hər  bir  kitabxana  üçün 

iqtisadi çəhətdən çox sərfəlidir. Məsələn,  OCLC Kitabxana 

Kompüter‐  İnformasiya  Şəbəkəsinin  elektron  kataloqu  63 

ölkənin  20  mindən  artıq  kitabxana  tərəfində  yaradılıb  və 

eramızdan 

əvvəl 

IX 


əsrdən 

başlayaraq 

bəşər 

sivilisasiyasının  yaratdığı  35  milyon  ədəbiyyat  haqqında 



biblioqrafik informasiya daşıyır.  

Korporativ 

kitabxana‐informasiya 

şəbəkəsi  

istifadəçilərə  On‐line  olaraq,  şəbəkənin  ehtiyatlarından  və 

şəbəkənin  digər  kitabxana  informasiya  mərkəzləri  ilə 

əlaqəsi 

olduqda 


isə 

digər 


kitabxana 

informasiya 

sistemlərinin  informasiya  ehtiyatlarından  istifadə  etməni 

 

140



təmin  edir.  Bu  halda  oxucunun  informasiya  tələbatının 

ödənilməsi  ehtimalı    kəskin  surətdə  artır.    Digər  tərəfdən 

xarici  ölkələrin  kitabxana  informasiya  mərkəzlərinin 

elektron 

kataloqlarından 

istifadə 

dünyada 

elmi 


nəzəriyyələri,  elmi  yenilikləri  izləməyə  imkan  verir,  tədris 

və elmi axtarışlar üçün çox əhəmiyyətlidir.  Bu səbəblərdən 

korporativ 

kitabxana 

İnformasiya 

şəbəkəsi 

informasiyalaşmış  cəmiyyətin  yaradılmasında  əvəzsiz 

vasitədir. 

          Korporativ‐Kitabxana 

İnformasiya 

Şəbəkəsi  

avtomatlaşmış 

kitabxanaların 

könüllü 


konsorsiumu 

əsasında  yaradılır.    Hər  bir  iştirakçı  konsorsiuma  daxil 

olarkən öz üzərinə aşağıdakı öhdəlikləri götürür: 

 



Konsorsiumda uzun müddətli iştrakı; 

 



Öz  biblioqrafik,    sənəd  və  məlumat    ehtiyatlarının 

elektron formada hazırlanmasını və birgə istifadə üçün 

istifadəyə verilməsi;  

 



Korporativ‐Kitabxana 

İnformasiya 

şəbəkəsinin 

iştirakçılarının  ümümi  işini  təmin  etmək  üçün  istifadə 

olunan 

texniki‐proqram 



təminatının 

tərkibi 


və 

xarakteristikaları üçün tələblərə əməl olunması; 

 

Korporativ‐Kitabxana 



İnformasiya 

şəbəkəsinin 

yaradılması,  fəaliyyət  göstərməsi  və  gələcək  inkişafı 

üçün 


qəbul 

edilmiş 


texniki 

təminat, 

maliyyə 

vəsaitlərinin ayrılması;  

 

Korporativ‐Kitabxana  İnformasiya  Sistemində  ümümi 



istifadə 

üçün 


təqdim 

olunmuş 


informasiyanın 

keyfiyyətinə məsulliyyət;  

 

Şəbəkəyə yeni istifadəçiləri cəlb etmək üçün şəbəkənin 



ehtiyatlarının, xidmətlərinin reklamı və s. 

Şəbəkənin 

işinə 

 

direktorluq 



nəzarət 

edir. 


Direktorluğun  üzvləri    15‐20  nəfərdən  çox    olmayıb, 

sədrdən,  onun  iki  müavini‐kordinatordan  və  üzvlərdən 




 

141


ibarətdir.  Direktorluq  iştirakçı  kitabxanaların  rəhbərləri  ilə 

razılaşdırılmaqla 

kitabxanaların 

avtomatlaşdırılması 

sahəsində  hazırlıqlı  kitabxanaçı  və  kompüter‐informasiya 

texnologiyası  sahəsində  mütəxəsisslərdən  təşkil  olunur. 

Əksər  ölkələrdə    direktorluğa    iştirakçı  kitabxanaların 

direktor 

müavinləri 

və 


kompüter‐informasiya 

mərkəzlərinin 

müdürləri 

daxildir. 

Direktorluq  

kitabxananın  inzibati‐təsərrüfat  işlərinə  müdaxilə  edə 

bilməzlər  və  yalnız  aşağıdakı    funksiyaları  yerinə  yetirə 

bilər: 


 

Şəbəkənin fəaliyyət strategiyasının və inkişaf planının 



hazırlanması; 

 



Bütövlükdə şəbəkədə və onun ayrı‐ayrı qovşaqlarında 

işlərin təşkili və nəzarət; 

 

Şəbəkənin 



fəaliyyəti 

üçün 


material‐maliyyə 

vəsaitlərinin  əldə  olunması    və  iştirakçılar  arasında 

paylanması; 

 



Görülən işlərin keyfiyyətinə və həcminə nəzarət; 

 



Oxuculara  xidmət  reqlamentinə,  texnoloji‐maliyyə 

intizamına nəzarət; 

 

Yeni üzvlərin qəbulu və s.  



 

Kitabxanaların  inkişafının  əsas  istiqamətlərinə  aid  bir 

sıra  metodik,  təşkilatı  məsələlərin  işlənməsi  üçün 

direktorluq metodik qruplar da yarada bilər.  

 

Korporativ‐Kitabxana 



İnformasiya 

Şəbəkəsi 

«paylanmış»  şəkildə,  ərazi  cəhətdən  uzaq  məsafədə 

yerləşən 

ayrı‐ayrı 

kitabxana 

kompüter‐informasiya 

şəbəkələrinin  şəbəkəsidir.    Şəbəkələr  arasında  əlaqə 

müvafiq  texniki‐proqram  vasitələri,  rabitə  xətləri,  İnternet 

vasitəsilə,  telekommunikasiya  kanalları  ilə  təmin  edilir. 

Korporativ şəbəkənin   strukturu, topologiyası və proqram‐

aparat  təminatı  şəbəkənin    qarşıya  qoyduğu  məsələlərin 

mürəkkəbliyi, 

iştirakçıların 

çoğrafi 

yerləşmələri 

ilə 

 

142



müəyyən  olunur.  Böyuk  şəbəkələrin  strukturunda,  onların 

idarə 


olunmasını 

təmin 


edən 

Baza 

informasiya 

mərkəzinin‐provayderin  və  Ərazi    şəbəkə  mərkəzlərinin 

olması zəruridir. Belə ki: 

 

Baza 



informasiya 

mərkəzi‐provayder 

şəbəkənin 

bütövlükdə 

texniki‐informasiya, 

adminstrasiya 

xidmətinin 

yerinə 

yetirilməsini 



və 

şəbəkənin 

fəaliyyətinə nəzarəti təmin edir. 

 



Ərazi    şəbəkə  mərkəzi  müəyyən  ərazidə  fəaliyyət 

göstərən  informasiya  şəbəkələrinə  xidməti  və  onların  

korporativ şəbəkədə birgə fəaliyyətini təmin edir. 

  Şəbəkə  daxilində  və  digər  sistemlərlə  qarşılıqlı 

informasiya  əlaqəsi  Z39.50  protokolu  vasitəsilə  həyata 

keçirilir. Qeyd olunan protokoldan istifadə şəbəkə daxilində 

informasiya  şəffavlığını  və  müxətəlif  aparat‐proqram 

təminatına  malik,  müxtəlif  uzaqlıqda  yerləşən  kitabxana‐

informasiya sistemləri arasında yüksək effektli informasiya 

mübadiləsini təmin edir.  

Korporativ‐Kitabxana 

İnformasiya 

Şəbəkəsinin 

informasiya  təminatı  əsasən,  şəbəkənin  iştirakçısı  olan 

kitabxanaların  lokal  kitabxana  informasiya  mərkəzlərində, 

qismən isə  Baza informasiya mərkəzində və Ərazi  şəbəkə 

mərkəzlərində

1

  korporativ  şəkildə  hazırlanır.  Lokal 



kitabxana  informasiya  mərkəzləri  həmçinin  kitabxana 

filiallarının  da  informasiya  ehtiyatlarının  yarıdılmasını 

təmin  edir  və  öz  oxucularına  kompüter    sinifləri  vasitəsilə 

İntrenet  və  İntranet    şəbəkəsinin  elektron    xidmətlərini 

təşkil edir.   

                                                           

1

 

Baza informasiya mərkəzində və Ərazi  şəbəkə mərkəzlərində 



əsasən birgə istifadə üçün normativ sənədlər, leksoqrafik, 

linqvisttik rubrika və s. məlumat bazaları hazırlanır  




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə